MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə10/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   6   7   8   9   10   11   12   13   ...   79

ibarətdir ki, Ģüur özünü abstrakt kimi, ayrı-ayrı xassələrin, hallaran və s. hər partikulyarlığından25 azad varlıq kimi 
aparır və yalnız ümumi hasil edir və bu ümumi isə bütün fərqlərlə eynidir. Əgər Aristotel tələb edirsə ki, biz belə 
davranıĢa26 layiq olaq, onda Ģüurun özünə verdiyi layiqlik məhz onun öz xüsusi rəyindən və inamından imtina 
etməsindən və özünü predmetin hökmranlığı altına verməsindən ibarətdir. 
   
§ 24 
  Bu tərifə görə, fikirlər obyektiv adlandırıla bilər; bununla belə onlara adi məntiqdə gözdən keçirilən və adətən, Ģüurlu 
təfəkkürün yalnız formaları sayılan formaları da aid etmək lazımdır. Odur ki, məntiq metafizika – fikirlərdə dərk edilən 
Ģeylər haqqında elm ilə üst-üstə düĢür, fikirlər isə Ģeylərdə mühüm olanın ifadəsi sayılır. 
  Qeyd. AnlayıĢ, mühakimə və əqli nəticə kimi formaların baĢqa, məsələn, səbəbiyyat və i. a. kimi formalara münasibəti 
yalnız məntiqdə aĢkar oluna bilər. Lakin artıq öncədən görmək olar ki, fikir özündə Ģeylər haqında anlayıĢ hasil etməyə 
can atdığından bu anlayıĢ (deməli, həmçinin onun daha bilavasitə formaları – mühakimə və əqli nəticə) Ģeylərə yad və 
dıĢ olan tərifdən və münasibətdən ibarət ola bilməz. Yuxarıda dedik ki, düĢüncə Ģeyləri ən ümumiyə gətirir, ancaq bu 
ümuminin özü isə anlayıĢın momentlərindən biridir. Dünyada dərrakənin, ağlın olduğunu söyləmək – fikir obyektivdir 
ifadəsilə eyni mənalıdır. Ancaq bu ifadə ona görə münasib deyil ki, fikir sözü çox vaxt ruha, Ģüura məxsus olması 
anlamında, obyektiv sözü isə, adətən, ruhi olmayan anlamda iĢlədilir. 
  1-ci əlavə. Əgər deyirlər ki, obyektiv fikir kimi fikir dünyanın iç mahiyyətidir, onda belə görünə bilər ki, bununla təbiət 
predmetlərinə Ģüur aid edirlər. Biz Ģeylərin iç fəaliyyətinin təfəkkür kimi qavranılmasına qarĢı içdən gələn bir etiraz hiss 
edirik, deyirik ki, insan təfəkkürü ilə bütün təbiətdən fərqlənir; deməli, biz təbiət haqqında qeyri-Ģüuri fikir sistemi kimi, 
ġelinqin ifadəsincə desək, daĢlaĢmıĢ intellekt kimi söz açmalıyıq. AnlaĢılmazlıqdan qaçmaq naminə fikir ifadəsini 
iĢlətməmək və təfəkkürün tərifi demək daha yaxĢıdır. Ümumiyyətlə, məntiqi olanı subyektiv və obyektiv arasındakı 
ziddiyyətin (sözün adi anlamında) aradan qalxdığı təfəkkür tərifləri sistemi kimi anlamaq lazımdır. Təfəkkürün bu 
anlamı və onun tərifləri ən yaxın ifadəsini əski filosofların belə bir təsdiqində tapdı ki, dünyanı ağıl idarə edir və ya 
bizim deyimimizcə, dünya zəkalıdır; bu deyimi biz belə baĢa düĢürük ki, ağıl, zəka dünyanın ürəyidir, onda öncədən 
mövcuddur, onun immanent27 mahiyyəti, onun əsl iç təbiəti, ən ümumiliyidir. Buna daha yaxın misal budur ki, 
müəyyən bir heyvan haqqında danıĢarkən o heyvandır deyirik. Təbiətdə heyvan deyilən bir canlı göstərmək olmaz, 
yalnız müəyyən heyvanı göstərmək olar. Heyvan adlanan canlı yoxdur, o təkcə heyvanların ən ümumi təbiətidir, 
mövcud olan hər bir heyvan konkret müəyyənlikdir, xüsusiləĢmiĢ varlıqdır. Ancaq heyvanlıq xassəsi, ümumi kimi cins 
müyyən heyvana məxsusdur və onun müəyyən mühümlüyünü oluĢdurur. Əgər biz itin heyvani varlığını əlindən alsaq, 
onda biz deyə bilmərik ki, bu heyvandır. Ümumiyyətlə, Ģeylər iç təbiətə və dıĢ varlığa malikdirlər. Onlar yaĢayıb və 
ölürlər, yaranır, yox olurlar; cins isə onların mühümlüyü, ümumiliyidir və cinsi yalnız onun bütün individlərinin 
hamısına aid ümumi bir Ģey kimi anlamaq lazım deyil. 
  Təfəkkür nəinki dıĢ Ģeylərin substansiyasıdır, həm də mənəvinin ən ümumi substansiyasıdır. Hər cür insani seyrdə 
təfəkkür vardır. Təfəkkür həmçnin bütün təsəvvürlərdə, xatirələrdə və ümumiyyətlə, hər bir mənəvi fəaliyyətdə, bütün 
istək və arzularda və i. a. da ümumidir. Bütün bunlar təfəkkürün sonrakı səciyyələndirilməsidir. Əgər təfəkkürü bu cür 
anlasaq, onda o bizdə təfəkkürlə yanaĢı digər qabiliyyətlər, məsələn, seyr, təsəvvür, iradə və s. kimi qabiliyyətlər də 
vardır deyimində olduğundan tamamilə baĢqa sifətlə çıxıĢ edər. Əgər biz təfəkkürə təbiətdə olan hər Ģeyin, eləcə də 
bütün mənəvinin əsl ən ümumi varlığı kimi baxırıqsa, onda o, onların hamısının hüdudundan kənara çıxır və hamısının 
özülünü oluĢdurur. Təfəkkürün bu obyektiv anlamda baĢa düĢülməsindən biz bilavasitə onun subyektiv anlamına keçib 
onun nə olduğunu aydınlaĢdıra bilərik. Biz deyirik ki, insan ilk öncə düĢünən varlıqdır, ancaq bununla yanaĢı deyirik ki, 
insan seyr edən varlıqdır, iradəli varlıqdır və s. Ġnsan düĢünən varlıqdır və ümumidir; ancaq o yalnız ona görə düĢünən 
varlıqdır ki, onun üçün ümumi mövcuddur. Heyvan da özündə ümumidir, lakin ümumi nədirsə o cür heyvan üçün 
mövcud deyil, onun üçün yalnız həmiĢə təkcə mövcuddur. Heyvan yalnız təkcəni, məsələn: öz yemini, insanı və s. 
görür. Bütün bunlar onun üçün təkcələrdir. Hissi duyğu da, həmçinin, təkcə ilə bağlıdır (bu ağrı, xoĢ dad hissi və s. ola 
bilər). Təbiət ümuminin dərkinə çatmır; yalnız insan özünü elə ikiləĢdirir ki, o ümumi üçün ümumi olur. Bu hər Ģeydən 
öncə insan özünü mən kimi biləndə olur. Mən deyərkən mən özümü təkcə, tamamilə bəlli Ģəxs kimi düĢünürəm. Ancaq 


əslində mən bununla özüm haqqında heç bir xüsusi predikat söyləmiĢ olmuram. "Mən" həmçinin hər bir baĢqa Ģəxsdir 
və mən özümü "mən" adlandırdığımdan, mən əlbəttə özümü, təkcə insanı düĢünürəm, lakin bununla birlikdə tamamilə 
ümumini ifadə etmiĢ oluram. "Mən" bütün xüsusinin inkar olunduğu və aradan qaldırıldığı xalis özü-üçün-varlıqdır. 
"Mən" Ģüurun son, sadə və xalis mahiyyətidir. Biz deyə bilərik: "mən" və təfəkkür eyni Ģeylərdir; və ya daha müəyyən 
söyləsək: "mən" düĢünən təfəkkür kimi təfəkkürdür. Mənim Ģüurumda olan mənim üçündür. "Mən" hər Ģeyi qəbul edən 
(daĢ Rezeptakulum), boĢluqdur və hər Ģey "mən" üçün mövcuddur və o hər Ģeyi özündə saxlayır. Ġnsan "mən"in 
qaranlığında kömülmüĢ bütöv bir təsəvvürlər dünyasıdır. Beləliklə, "mən" bütün xüsusilərdən abstraksiyalaĢdırılmıĢ, 
eyni zamanda hamısının gizlin halda saxlandığı ümumidir. Odur ki, "mən" xalis abstrakt ümumilik olmayıb özündə hər 
Ģeyi saxlayan ümumilikdir. Biz "mən" sözünü ona heç bir özəl məna vermədən iĢlədirik və yalnız fəlsəfi düĢüncə bu 
sözü baxıĢ predmetinə çevirir. "Mən" dedikdə bizim qarĢımızda xalis fikir dayanır. Heyvan "mən" deyə bilməz; bunu 
yalnız insan edə bilər, çünki insan təfəkkürdür. "Mən"də cürbəcür iç və dıĢ məzmun vardır və biz bu məzmunun 
xarakterinin necə olduğuna baxdıqda özümüzü hissi seyrçi, təsəvvür edən, qavrayan və i. a. varlıq kimi aparmıĢ oluruq. 
Ancaq onların hamısında "mən" vardır, yaxud baĢqa sözlə, hamısında təfəkkür vardır. Ġnsan hər zaman, hətta hissi seyr 
etdikdə belə düĢünür. Əgər o, bir Ģeyi gözdən keçirirsə, hər zaman onu ümumi kimi gözdən keçirir, təkcəni qeydə alır, 
onu ayırır, bununla öz diqqətini baĢqasından yayındırır, seyr olunanı bir abstrakt və ümumi kimi, ancaq yalnız formal 
ümumi kimi götürür. 
  Bizim təsəvvürlərimizdə iki Ģeydən biri olur: ya məzmun fikir sahəsinə məxsus olur, forma isə ona məxsus olmur, ya 
da əksinə, forma fikir sahəsinə məxsus olur, məzmun isə ona məxsus olmur. Əgər mən, məsələn, qəzəb, kin, ümid 
deyirəmsə, bütün bunlar mənə duyğularımdan tanıĢdır, ancaq bu məzmunu mən ümumi formada, fikir formasında ifadə 
edirəm. Mən bu məzmundakı bir çox xüsusini atıb onu yalnız ümumi kimi ifadə edirəm, ancaq yenə də bu məzmun hissi 
məzmundur. Əksinə, əgər mən allahı təsəvvür edirəmsə, burada, doğrudur, məzmun xalis fikri məzmundur, ancaq onun 
forması hələ hissidir: o mənim onu özümdə bilavasitə tapdığım kimidir. Deməli, təsəvvürdə seyrdən fərqli olaraq 
məzmun hissidir, ancaq ya məzmun hissidir, forma isə təfəkkürə məxsusdur, ya da əksinə; birinci halda material 
verilmiĢdir, forma isə təəfkkürə məxsusdur, ikinci halda isə təfəkkür məzmunun qaynağıdır, lakin forma sayəsində 
məzmun varlığa çevrilir və bu varlıq göründüyü kimi ruha kənardan gəlir. 
  2-ci əlavə. Məntiqdə biz xalis fikir və ya təfəkkürün xalis tərifləri üzərində iĢləyirik. Fikir dedikdə biz hər zaman sözün 
adi anlamında yalnız xalis fikirdən ibarət olmayan nə isə bir Ģey baĢa düĢürük, çünki bu zaman biz məzmunu təcrübədən 
alınan fikri bir Ģey düĢünürük. Məntiqdə fikirləri biz belə baĢa düĢürük ki, onların təfkkürün özünə məxsus olan və onun 
özünün yaratdığı məzmundan baĢqa heç bir məzmunu yoxdur. Beləliklə, məntiqdə fikirlər xalis fikirlərdir. Beləliklə, 
ruh, yalnız özü özündə mövcuddur və deməli, azaddır, çünki azadlıq məhz özünün özgəsində də özündə olmaq, yalnız 
özündən asılı olmaq, özü özünü müəyyənləĢdirməkdir. Bütün istəklərimdə mən mənim üçün hansısa dıĢ bir Ģeydən 
baĢlayıram. Burada, bu halda biz, asılılıqdan danıĢırıq. Azadlıq mənim özümdən baĢqa mənim üçün heç bir baĢqa Ģeyin 
olmadığı yerdə olur. Yalnız özünün istəklərilə müyyən olunan təbii insan özündə deyildir. O nə qədər inad etsə də, onun 
istəklərinin, rəylərinin məzmunu yenə də onun özünün deyildir və onun azadlığı yalnız formal azadlıqdır. Mən 
düĢünərkən özümün bütün subyektiv özəlliyimdən imtina edirəm, predmetə dalıram, təfəkkürümə sərbəst hərəkət 
verirəm və bu zaman özümdən nə isə bir Ģey qoĢuramsa, deməli, pis düĢünmüĢ oluram. 
  Əgər biz, yuxarıda göstərildiyi kimi, Məntiqi təfəkkürün xalis tərifləri sistemi kimi gözdən keçiririksə, onda baĢqa 
fəlsəfi elmlər – təbiət fəlsəfəsi və ruh fəlsəfəsi – əksinə, tətbiqi məntiqdən ibarət olur, çünki məntiq elmlərin canlı ruhu, 
döyünən ürəyidir. O biri elmlər yalnız onunla maraqlıdır ki, məntiq formalarını təbiətn və ruhun obrazlarında (den 
Gestalten) – xalis təfəkkürün formalarının yalnız xüsusi ifadə üslubu olan obrazlarda dərk etməsi baxımından 
maraqlıdır. Əgər biz, məsələn, əqlinəticəni (əski formal məntiqdə olan anlamında deyil, həqiqətdə) götürsək, onda o, 
xüsusinin ən ümumini və təkcəni bir-birinə bağlayan aralıq tərifidir. Əqlinəticənin bu forması bütün Ģeylərin ümumi 
formasıdır. Bütün Ģeylər ümuminin təkcə ilə bağlandığı xüsusilərdir. Ancaq təbiətin zəifliyi məntiq formalarını xalis 
Ģəkildə təcəssüm etməsinə imkan vermir. Əqlinəticənin belə zəif təcəssümü ondan ibarətdir ki, məsələn, bilavasitə 
eyniyyətdə olan fərqliliklərini, qütblərini öz aralığında, fərqsizlik nöqtəsində birləĢdirən maqnitdir. Fizikada da biz 
ümumilə, mahiyyətlə tanıĢ oluruq və fizika ilə təbiət fəlsəfəsi arasındakı fərq yalnız ondan ibarətdir ki, fəlsəfə bizi təbiət 
seyrlərindəki anlayıĢın həqiqi formalarının dərkinə çatdırır. Deməli, məntiq bütün elmlərin canlı ruhudur; təfəkkürün 
məntiqdəki tərifləri xalis ruhlardır. Onlar son dərəcə iç dərinliklərdir, lakin eyni zamanda onlar hər zaman dilimizdə 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə