MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 42) qeyd edildiyi kimi təfəkkürdə "mən"in əzəli eyniyyətindən baĢqa bir Ģey deyil. Abstrakt "mən" və ya bu xalis



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə19/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   15   16   17   18   19   20   21   22   ...   79

§ 42) qeyd edildiyi kimi təfəkkürdə "mən"in əzəli eyniyyətindən baĢqa bir Ģey deyil. Abstrakt "mən" və ya bu xalis 
eyniyyəti özünün predmeti və ya məqsədi edən təfəkkür ağıl adlanır. Öncəki paraqrafın qeydi ilə müqayisə edin. 
Müəyyənlikdən bütünlüklə məhrum olmuĢ bu eyniyyətə təcrübi idrak uyğun gəlmir, çünki təcrübi idrak, ümumiyyətlə, 
müəyyən məzmundan ibarətdir. Belə Ģərtsiz mütləq və həqiqi ağıl (ideya) kimi qəbul olunduğundan bu təcrübi idrak 
qeyri-həqiqi, hadisələr elan edilir. 
  Əlavə. Yalnız Kant aĢkar Ģəkildə abstrakt-əqli (təcrübi) idrakla zəka arasındakı fərqi irəli sürmüĢ və bu fərqi aĢağıdakı 
kimi müəyyən etmiĢdir: təcrübi idrakın predmeti sonlu və Ģərti Ģeylər, zəkanın predmeti isə sonsuz və Ģərtsiz Ģeylərdir. 
Kant fəlsəfəsinin yalnız təcrübəyə əsaslanan əqli idrakın sonluluğunu iddia etməsini və bu idrakın məzmununun 
hadisədən ibarət olmasını söyləməsini onun önəmli nəticəsi kimi qəbul etsək də, biz yenə də bu idraki nəticədə 
dayanmamalı, Ģərtsiz ağlı yalnız abstrakta, fərqi istisna edən özünün özü ilə eyniyyətə müncər etməməliyik. Belə ki, 
ağıla Kant yanaĢmasında yalnız sonlu və Ģərtlənən idrak hüdudundan kənara çıxma kimi baxıldığından əslində sonlu və 
Ģərtlənən səviyyəyə endirilir, çünki həqiqi sonsuzluq yalnız sonludan o yanda olandan ibarət olmayıb sonlunu özündə 
bərtərəfləĢmiĢ halda saxlayır. Bu fikir Kantın sonradan Ģərəfli yer ayırdığı ideyaya münasibətdə də doğrudur, çünki Kant 
ideyanı ağlın abstrakt təriflərindən və ya sadəcə hissi təsəvvürlərdən (gündəlik həyatda bunları da ideya adlandırırlar) 
fərqli olaraq zəkanın malikanəsi adlandırır; ancaq demək lazımdır ki, ideyaya münasibətdə də Kant onun inkarı və 
yalnız labüd olması üzərində dayanır. Kant fəlsəfəsinin çox önəmli nəticəsi ondan ibarətdir ki, bizim təcrübi 
Ģüurumuzun məzmununu oluĢduran bilavasitə Ģüurumuzun predmetlərinin yalnız hadisələr kimi dərk edildiyini 
göstərməsindədir. Adi (yəni hissi-idraki), dağınıq halda bildiyi predmetləri müstəqil sayır; bu predmetlərin bir-biri ilə 
bağlantılarda olduğu və bir-biri üçün Ģərt olduğu aĢkar edildikdə isə onların qarĢılıqlı asılılığı predmetlərin 
mahiyyətlərinə məxsus olmayan dıĢarı bir Ģey adlandırılır. Bunun əksinə olaraq təsdiq edilməlidir ki, bizim bilavasitə 
bildiyimiz predmetlər yalnız hadisələrdir. BaĢqa sözlə, onların varlığının əsası onların özündə deyil, nə isə 
baĢqasındadır. Lakin bu zaman bu baĢqasının necə müəyyənləĢdirilməsi çox önəmlidir. Kant fəlsəfəsinə görə, haqqında 
bildiyimiz Ģeylər yalnız bizim üçün hadisələrdir, özündə isə onlar bizim üçün əlçatmaz və o dünyaya məxsus olaraq 
qalırlar. ġüurumuzun məzmununun yalnız bizim məzmundan, bizim müəyyənləĢdirdiyimiz məzmundan ibarət olduğunu 
təsdiq edən bu subyektiv idealizm öncədən söylənilənlərə əsaslanmayan Ģüuru haqlı olaraq rədd edir. ġeylərin həqiqi 
halı belədir ki, bizim bilavasitə bildiyimiz Ģeylər təkcə bizim üçün sadə hadisələrdən ibarət olmayıb, həm də özündə 
Ģeylərdir və sonlu Ģeylərin həqiqi tərifi ondan ibarətdir ki, onların varlığının əsası onların özlərində deyil, ən ümumi 
ilahi ideyadadır. ġeylərin bu cür baĢa düĢülməsi də idealizm adlandırılmalıdır, ancaq tənqidi fəlsəfənin subyektiv 
idealizmindən fərqli olaraq biz onu mütləq idealizm adlandırırıq. Bu mütləq idealizm bəsit realist Ģüur çərçivəsindən 
kənara çıxsa da, yalnız fəlsəfənin mülkiyyəti kimi baxıla bilməz, əksinə, o hər bir dini Ģüurun özülüdür, çünki dini Ģüur 
bütün varlığın toplamına, ümumiyyətlə, bütün dünyaya allah tərəfindən yaradılan və idarə olunan kimi baxır. 
   
§ 46 
  Lakin bu eyniyyəti, bu boĢ özündə Ģeyi dərk etmək tələbatı yaranır. Dərk etmək isə predmeti onun müəyyən 
məzmununa uyğun anlamaqdan baĢqa bir Ģey deyildir. Amma müəyyən məzmuna müxtəlif bağlantılar daxildir və bir 
çox baĢqa predmetlərlə iliĢgilərin özülü rolunu oynayır. Yuxarıda göstərilmiĢ sonsuzu və ya özündə Ģeyi 
müəyyənləĢdirmək üçün ağlın kateqoriyalardan baĢqa heç nəyi yoxdur; ağıl (zəka) onları bu məqsədlə tətbiq etmək 
istədikdə öz hüdudundan kənara çıxır (transendent olur). 
  Qeyd. Burada ağlın, zəkanın tənqidinin ikinci üzü aĢkar olur və tənqidin bu ikinci üzü onun birinci üzündən daha 
önəmlidir. Tənqidin birinci tərəfi kateqoriyaların mənlik Ģüurunun vəhdətindən qaynaqlanması barədə yuxarıda 
göstərilən baxıĢla bağlıdır; bu baxıĢa görə, kateqoriyaların vasitəsilə gerçəkləĢən idrakda obyektiv heç nə yoxdur və 
onda obyektiv sayılan ( 
§ 40,41) cəhət yalnız bir subyektivdir. Əgər bu cəhətə diqqət yetirsək, onda Kantın tənqidinin yalnız subyektiv (dayaz) 
idealizm olduğunu görərik və bəllidir ki, bu idealizm məzmunu gözdən keçirməyə giriĢməyib yalnız subyektivliyin 
abstrakt formaları ilə məĢğul olur və birtərəfli olaraq yalnız subyektivlikdən tamamilə təsdiqi müəyyənlik kimi söz açır. 
Lakin ağlın kateqoriyalardan istifadə etməsini gözdən keçirərkən ağlın öz predmetlərini dərk etmək üçün kateqoriyaların 


məzmunu müzakirə edilir və bu müzakirə məzmuna aid müəyyən təriflərə istinadən aparılır, yaxud hər halda bu 
məzmunu müzakirə etməyə tələbat yaranır. Burası daha maraqlıdır ki, Kant kateqoriyaların Ģərtsizə tətbiqi barədə, yəni 
metafizika barədə necə mühakimə yürüdür. Onun metafizikaya münasibətinin biz burada qısaca Ģərhini və tənqidini 
veririk. 
 
 
§ 47 
  1) Kantın gözdən keçirdiyi birinci Ģərtsizlik təbii-fərdi ruhdur (bax  
§34). Mənim Ģüurumda mən hər zaman: a) müəyyənedici subyekt qismində, b) təkcə və ya abstrakt-sadə kimi, c) mənim 
dərk etdiyim bütün müxtəliflikdə olan eyni bir Ģey – eyniyyət kimi, ç) düĢünən və məndən kənarda olan bütün Ģeylərdən 
özünü fərqləndirən mən kimi özümdə oluram. 
  Əvvəlki metafizikanın mühakimə metodunu Kant düzgün göstərmiĢdir. Bu metod ondan ibarət idi ki, əvvəlki 
metafizika bu empirik təriflərin yerinə təfəkkürün təriflərini, müvafiq kateqoriyaları qoymuĢdu. Buradan dörd müddəa 
irəli gəlir: a) ruh (təbii təkcə) substansiyadır, b) o, sadə substansiyadır, c) o, öz mövcudluğunun dəyiĢik dövrlərində 
sayca eynidir, ç) o, məkani predmetlərlə münasibətdədir. 
  Kant burada iki cür təriflərin (paraloqizm), yəni empirik təriflərlə kateqoryaların qarıĢdırılmasından ibarət olan keçidin 
yetərsizliyini göstərmiĢdir, o sonra göstərmiĢdir ki, empirik təriflərdən kateqoriyaları əqli nəticə olaraq çıxarmağa və 
ümumiyyətlə empirik təriflərin yerinə qoymağa haqqımız yoxdur. 
  Gördüyümüz kimi, bu tərif Yumun  
§39-da qeyd etdiyimiz iradından baĢqa heç bir Ģey demir və ümumiyyətlə təfəkkürün tərifləri – ümumilik və zərurilik – 
qavrayıĢda yoxdur və empirik olan həm məzmunca, həm də formaca fikrin təriflərindən fərqlidir. 
  Qeyd. Əgər empirik bilik fikrin əsaslandırılmasına xidmət etsəydi, onda, Ģübhəsiz, tələb olunardı ki, biz fikrin 
qavrayıĢda olduğunu dəqiq sübut edək. Ruha (təbii və ya təkcə ruha – A.T.) aid olmayan bir özəlliyin, onun 
substansiallığının, sadə, özünə bərabər olmasının və maddi dünya ilə ünsiyyətdə öz müstəqilliyini saxlamasının təsdiq 
edilməsinin mümkün olmaması metafizik psixologiyanın Kant tərəfindən tənqidində yalnız onunla əsaslandırılır ki, 
ruhun (təbii, təkcə – A.T.) Ģüurumuzun təcrübə yolu ilə bizə verdiyi tərifləri bu zaman təfəkkürün hasil etdiyi təriflərilə 
heç də tam üst-üstə düĢmür. Amma yuxarıdakı Ģərhə görə, ümumiyyətlə, idrak (və hətta təcrübə) Kanta görə, qavrayıĢı 
düĢünməyimizdən, yəni öncə qavrayıĢa məxsus olan tərifləri təfəkkür təriflərinə çevirməyimizdən ibarətdir. Hər halda 
Kant tənqidinin uğuru budur ki, ruh haqqında fəlsəfəçilik ruhun (təbii, təkcə – A.T.) ruh-Ģeydən (Seelendinge), 
kateqoriyalardan, və deməli, sadə və ya qəliz, maddi və i. a. ibarət olması barəsindəki suallardan azad oldu. Ancaq bu 
formaların yolverilməzliyi barədə həqiqi baxıĢ adi insan düĢüncəsi üçün onların hətta fikir olmadığı deyil, budur ki, o 
formalarda həqiqət yoxdur. Əgər fikir və hadisə bir-birinə tam uyğun gəlmirsə, onda bizə seçim imkanı verilir ki, 
onlardan birini yetərsiz sayaq. Kantın idealizmində ağlasığanın gözdən keçirilməsi səviyyəsində fikirlər yetərsiz sayılır, 
bu onunla əsaslandırılır ki, firkirlər qavranılana və qavrayıĢla məhdudlaĢan Ģüura adekvat deyil, çünki bu Ģüurda qarĢıya 
çıxmırlar. Göründüyü kimi fikrin məzmunu burada müzakirə edilmir. 
  Əlavə. Paralogizmlər, ümumiyyətlə, yalnız əqli nəticələrdir: onların yanlıĢlığı ondadır ki, eyni bir söz hər iki 
müqəddimədə ayrı-ayrı anlamlarda iĢlədilir. Kanta görə, keçmiĢ metafizikanın rasional psixologiyadakı metodu belə 
paralogizmlərə əsaslanır, çünki burada ruhun (təbii, təkcə ruhun – A.T.) xalis empirik tərifləri ona uyğun təriflər kimi 
gözdən keçirilir. Lakin tamamilə doğrudur ki, sadəlik, dəyiĢməzlik və i. a. kimi predikatları Kantın göstərdiyi əsasa görə 
deyil, düĢüncənin bu predikatlarını ruha aid etməklə onun hüdudlarını aĢmasına görə deyil, ona görə aid etmək olmaz ki, 
düĢüncənin, abstrakt ağlın bu cür abstrakt tərifləri ruh üçün olduqca pis təriflərdir və ruh sadə, dəyiĢməz və i. a. həm də 
onlardan tamamilə fərqli bir Ģeydir. Belə ki, məsələn, ruh (təbii, təkcə – A.T.), Ģübhəsiz, özü ilə sadə eyniyyətdir, ancaq 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə