MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə21/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   17   18   19   20   21   22   23   24   ...   79

birinci varlıqdan fərqlənən varlıq kimi dərk etmək, baĢqa sözlə, bu varlığı allah kimi dərk etmək deməkdir. Fikrin bu 
gediĢinin Kant tərəfindən tərifinin əsas anlamı budur ki, fikrin bu gediĢi əqli nəticədən, keçiddən ibarətdir. Belə ki, 
buradan o çıxır ki, qavrayıĢlar və onların aqreqatı – dünya – bu qavrayıĢların sonradan bu məzmunun yalnız təfəkkür 
tərəfindən arınması sayəsində aldığı heç bir ümumiliyi yoxdur, deməli, onda bu ümumilik dünya haqqında empirik 
təsəvvürlə təsdiq olunmur. Beləliklə, fikrin dünya haqqında empirik təfəkkürdən allaha yüksəlməsinə qarĢı Yumun 
baxıĢı (məələn, paralogizmdə olduğu kimi; bax  
§ 47) – qavrayıĢları düĢünməyin yolverilməz olduğunu, yəni qavrayıĢlardan ən ümumini və zərurini ayırmağın 
mümkünsüzlüyü baxıĢı qoyulur. 
  Qeyd. Ġnsan düĢünən varlıq olduğundan sağlam düĢüncə və fəlsəfə heç vaxt razı olmaz ki, onu dünyanın empirik 
seyrindən çıxıĢ edərək allaha yüksəlmək hüququndan məhrum etsinlər. Bu yüksəlmənin dünyaya hisslərlə, heyvani 
gözlə deyil, düĢüncənin gözü ilə baxılmasından baĢqa heç bir əsası yoxdur. Təfəkkür üçün və yalnız təfəkkür üçün 
mahiyyət substansiya, ən ümumi güc və dünyanın məqsədyönlülüyü mövcuddur. Allahın varlığının sübutu adlanan 
baxıĢa yalnız ruhun, düĢünən və hissi olan barədə fikirləĢən ruhun özündə hərəkətinin təsviri və təhlili kimi baxılmalıdır. 
Təfəkkürün hissilik üzərindən yüksəlməsi, onun sonlunun hüdudundan sonsuzluğa çıxması, təfəkkürün hissiliyin 
sıralarını yararaq fövqəlhissi olana sıçrayıĢı – bütün bunların hamısı təfəkkürün özüdür, bu keçid təfəkkürün özüdür. 
Əgər deyirlər ki, biz, bu keçidi etməməliyik, bu o deməkdir ki, biz düĢünməməliyik, bu, düĢünməyin yasaq edilməsidir. 
Heyvanlar gerçəkdən bu keçidləri etmirlər, onlar hissi duyğuda və seyrdə dayanırlar, odur ki, onların dini yoxdur. 
Burada biz təfəkkürün bu yüksəliĢinin tənqidi haqqında iki qeydi etməliyik. Birincisi, əgər bu yüksəliĢ əqli nəticələr 
formasına (allahın varlığının sübutu adlanan formaya) bürünürsə, onda hər halda çıxıĢ nöqtəsi ya təsadüflərin aqreqatı, 
qarıĢığı kimi, ya da məqsədlərlə və məqsədyönlü münasibətlərlə müəyyən olunan dünyaya baxıĢdan ibarət olmalıdır. 
Belə görünə bilər ki, təfəkkürdə əqlinəticələr çıxarıldığından bu çıxıĢ nöqtəsi bu material baĢlanğıcdakı kimi empirik 
olaraq qalır və biz onu möhkəm özül kimi saxlayırıq. ÇıxıĢ nöqtəsinin təfəkkürün keçdiyi belə son materiala münasibəti, 
beləliklə, yalnız təsdiq münasibəti, mövcud olan bir əqlinəticədən digər mövcud əqlinəticəyə keçid kimi təsəvvür 
olunur. Lakin bu, böyük yanlıĢlıqdır – təfəkkürün təbiətini yalnız mühakimə formasında dərk etmək cəhdidir. Empirik 
aləmi düĢünmək isə əksinə, onun empirik formasını önəmli dərəcədə dəyiĢdirmək və onu nə isə bir ümumiyə çevirmək 
deməkdir. Bununla təfəkkür empirik özülə münasibətdə inkar fəaliyyəti etmiĢ olur: qavranılan, ümumi vasitəsilə 
müəyyən olunan material özünün ilkin empirik formasında qalmır. Bu zaman qavranılanın üz qabığının kənar edilməsi 
və inkarı ilə bərabər, onun iç məzmunu da aĢkar edilmiĢ olur ( 
§ 13 və 23). Odur ki, allahın varlığının metafizik sübutu ruhun dünyadan allaha yüksəlməsinin yetərsiz Ģərhi və 
təsviridir, belə ki, sübut o yüksəliĢdə olan inkar momentini ifadə etmir, daha doğrusu aĢkarlamır, çünki dünyanın təsadüf 
olmasından artıq bir baĢa çıxır ki, o dünya – yalnız nə isə bir keçiddir, özündə və özü üçün cüzi bir Ģeydir. Ruhun 
yüksəliĢinin anlamı ondadır ki, dünya, doğrudan da, varlığa malikdir, ancaq bu varlıq qeyri-həqiqi varlıq olub mütləq 
həqiqi deyildir və mütləq həqiqilik yalnız hadisədən o tərəfdədir, yalnız allahdadır, yalnız allah həqiqi varlıqdır. Belə ki, 
bu yüksəliĢ keçiddən və vasitələnmədən ibarət olduğundan həm də eyni zamanda keçidin və vasitələnmənin 
bərtərəfləĢməsidir, çünki allahın vasitələndiyi Ģey (dünya) isə tərsinə, cüzi əhəmiyyətsiz elan olunur. Yalnız dünyanın 
varlığının cüziliyi yüksəliĢin baĢlantısıdır, belə ki, vasitələndirici kimi çıxıĢ edən yox olur və deməli, bu vasitələnmədə 
vasitələnmənin özü aradan qalxır. 
  Əqli sübut üsuluna etiraz edərək Yakobi, baĢlıca olaraq yalnız təsdiq kimi, iki varlıq arasında olan münasibət kimi baĢa 
düĢülən münasibəti nəzərdə tutur. Sübutun bu üsuluna o, haqlı irad tutur ki, bu üsulda Ģərtsiz üsul Ģərt (dünya) axtarılır 
və beləliklə, sonsuz (allah) əsaslandırılmıĢ və asılı varlıq kimi təsəvvür olunur. Ancaq yuxarıda göstərilən yüksəliĢ 
ruhda baĢ verdiyi kimi, bu görüntüyə düzəliĢ edir; bundan baĢqa, yüksəliĢin bütün məzmunu bu görüntüyə düzəliĢ 
verməkdən ibarətdir. Ancaq Yakobi mahiyyətli təfəkkürün vasitələndirmənin özündə vasitələnmənin aradan 
qaldırılmasından ibarət olan həqiqi təbiətini dərk etməmiĢdir, odur ki, yanlıĢ olaraq hesab etmiĢdir ki, onun reflektiv 
düĢüncəyə tutbuğu haqlı irad ümumiyyətlə təfəkkürə, deməli, düĢünən təfəkkürə də aiddir. 
  Ġnkarlıq momentinin baĢa düĢülməməsinin nə demək olduğunu aydınlaĢdırmaq üçün biz, məsələn, spinozizmə onun 
panteist və ateist olduğunu təsdiq etməklə edilən iradı göstərə bilərik. Spinozanın mütləq substansiyası sözsüz ki, hələ 


müğtləq ruh deyildir və allahın mütləq ruh kimi müəyyənləĢdirilməsi tələbi ədalətlidir. Ancaq əgər Spinozanın tərifi 
allahın təbiətlə, sonlu dünya ilə qarıĢdırılması və dünyanı allah elan etməsi kimi izah edilirsə, bu zaman belə bir 
mülahizədən çıxıĢ edilir ki, sonlu dünya həqiqi gerçəkliyə, təsdiqi reallığa malikdir. Bu yanaĢmada allahın və dünyanın 
vəhdətinin təsdiq edilməsi, Ģübhəsiz, allahı sonlu edir və onu sonlu, mövcudluğun dıĢarı müxtəlifliyi səviyyəsinə endirir. 
Spinozanın allahı allah və təbiətin vəhdəti kimi deyil, təfəkkürlə məkanın (maddi dünyanın) vəhdəti kimi 
tərifləndirdiyini nəzərə almasaq belə, bu vəhdət, hətta biz onu birinci, qətiyyən düzgün olmayan anlamda baĢa düĢsək, 
bizi inandırmalıdır ki, Spinozanın sistemində dünya yalnız həqiqi reallığa malik olmayan bir fenomendir. Odur ki, biz 
onun sisteminə bir akosmizm kimi baxmalıyıq. Allahın və yalnız allahın varlığını təsdiq edən fəlsəfəni heç olmazsa, 
ateizm kimi qələmə vermək gərək deyildi. Axı dini hətta meymuna, inəyə, daĢ və dəmir heykəllərə allah kimi sitayiĢ 
edən xalqlara da aid edirlər. Lakin sonlu Ģeylərin dünya adlanan aqreqatının həqiqi reallığa malik olması barədə hissi 
təsəvvürə dayanan fikirdən insanın imtina etməsi asan deyil; dünyanın mövcud olmaması – bu fikir allahın yoxluğu 
fikrindən daha qeyri-münasib sayılır. Hesab edirlər – və bu onları heç də Ģərəfləndirmir – ki, dünyanı deyil, allahı inkar 
edən bir fəlsəfi sistemin olması mümkündür; təbiətin inkarından çox allahın inkarını baĢa düĢülən hesab edirlər. 
  Ġkinci qeyd təfəkkürün təbiətdən, maddilikdən, dünyadan allaha yüksəliĢi ilə əldə olunan məzmunun tənqidinə aiddir. 
Bu məzmun əgər yalnız dünyanın substansiyasının, onun zəruri mahiyyətinin, məqsədə yönələn və idarə edən səbəbin 
və i. a. təriflərindən ibarətdirsə, əlbəttə, allahın baĢa düĢülən və ya baĢa düĢülməli olan anlamına adekvat deyil. Ancaq 
əgər baĢlanğıcda allah haqqında bir sıra təsəvvürlərdən çıxıĢ edilməsini, sonra isə bu ilkin Ģərtdən, təsəvvürdən çıxıĢ 
edilərək alınan nəticələri nəzərə almasaq, onda hətta bu təriflər özlüyündə allah ideyasında böyük önəm daĢıyan zəruri 
momentlərdir. Lakin bu yolda təfəkkürün özünün həqiqi təriflərində həqiqi allah ideyası məzmunu əldə etməsi üçün, 
əlbəttə, ikinci məzmun ilkin Ģərt, müqəddimə kimi götürülməməlidir. Dünyanın xalis təsadüfi Ģeyləri, sözsüz ki, çox 
abstrakt təriflərdir. Üzvi törəmələr və onarın məqsədyönlü tərifləri ali çevrəyə, həyata məxsusdur. Amma canlı təbiətin 
və mövcud Ģeylərin baĢqa münasibətlərinin məqsəd baxımından gözdən keçirilməsi əhəmiyyətsiz və hətta bu 
məqsədlərin uĢaqcasına tətbiqi sayılsa da hətta canlı təbiətin özü də hələ bizə alah ideyasının həqiqi tərifləri barədə 
anlayıĢ verməyə gerçəkdən qabil deyil: allah canlıdan artıq bir Ģeydir, o, ruhdur, Yalnız ruhi həyat mütləqi düĢünmək 
üçün layiqli və həqiqi çıxıĢ nöqtəsidir, çünki təfəkkürün çıxıĢ nöqtəsi vardır və bundan sonra da onun olmasını istəyir. 
   
§ 51 
  Ağlın idealını gerçəkləĢdirən ikinci bilik yolu təfəkkürün abstraksiyasından onun tərifinə doğru yoldan keçir, həm də 
bu tərif üçün yalnız varlıq qalır; bu, allahın varlığının ontoloji sübutudur.41 Buradakı əkslik təfəkkürlə varlıq arasındakı 
əkslikdən ibarət olsa da, birinci yolda bu əkslik onların ikisi (təfəkkür və varlıq – A. T.) üçün də ümumidir və əkslik 
yalnız təkcə ilə ümumi arasındadır. DüĢüncənin bu ikinci yola qarĢı irəli sürdüyü etiraz da birinci yola qarĢı yuxarıda 
göstərilən etiraz xarakteri daĢıyır. Bu etiraz da belə səslənir ki, empirik olanda hələ ümumi olmadığı kimi, ümumidə də 
müəyyənlik yoxdur; müəyyənlik isə burada varlıqdan ibarət sayılır. BaĢqa sözlə, varlıq anlayıĢdan hasil edilə, ondan 
analiz vasitəsilə alına bilməz. 
  Qeyd. Kant tərəfindən ontoloji sübutun tənqidi, Ģübhəsiz, həm də ona görə əlveriĢli qarĢılandı ki, təfəkkürlə varlıq 
arasındakı fərqi aydınlaĢdırmaq üçün Kant yüz taler42 misalından istifadə etmiĢdi; Bu misalda göstərilir ki, yüz taler 
anlayıĢa görə həm imkan halında olduğu zaman, həm də gerçək olduğu zaman eyni yüz taler olaraq qalır; ancaq mənim 
maddi durumum üçün bu fərq mühümdür. Mənim hər hansı bir Ģeyi yalnız düĢünməyimdən və ya təsəvvür etməyimdən 
bu Ģeyin hələ gerçəkləĢmədiyi qədər inandırıcı baĢqa bir fikir ola bilməz: təsəvvürün və hətta anlayıĢın onların 
məzmununa varlıq verməsi üçün yetərsiz olduğu qədər uyğun fikir yoxdur. Ancaq yüz talerin anlayıĢ adlandırılmasının 
barbarlıq sayılmasının haqlı olduğuna biz onu da əlavə etməliyik ki, fəlsəfi ideyaya qarĢı təfəkkürün və varlığın bir-
birindən fərqləndiyi barədə etirazını dönə-dönə bildirənlər, nəhayət bilməlidirlər ki, bu mülahizə də filosoflar üçün 
bəllidir. Doğrudan da, bu mülahizədən bayağı nə ola bilər? Sonra, onlar düĢünməlidirlər ki, burada yüz talerdən və hər 
hansı xüsusi anlayıĢdan, təsəvvürdən və ya necə adlandırılacağından asılı olmayan predmetdən fərqli bir predmet olan 
allah barəsində söz gedir. Axı əslində hər bir sonlu Ģey ondan və yalnız ondan ibarətdir ki, onun mövcud varlığı onun 
anlayıĢından fərqlidir. Ancaq allah, Ģübhəsiz, "yalnız mövcudluq kimi düĢünülə"43 bilən olduğundan onun varlığı onun 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə