MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə27/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   23   24   25   26   27   28   29   30   ...   79

allahın varlığının sübutu kimi imtina etdilər, bu onunla bağlıdır ki, təcrübənin göstərdiyi kimi, ayrı-ayrı Ģəxslər və 
xalqlar vardır ki, onlarda biz allaha inam görmürük.* Amma mənim öz Ģüurumda həqiqiliyinə əmin olduğum hansısa bir 
məzmun tapdığıma və bu əminliyin təkcə xüsusi subyekt kimi mənə məxsus deyil, həm də ruhun öz təbiətinə məxsus 
olduğuna əmin etməkdən qısa və əlveriĢli nə ola bilər. 
   
---------------------------- 
* Ateizmin və allaha inamın yayılma dərəcəsinin təcrübə yolu ilə müyyənləĢdirilməsi üçün bilmək mühümdür ki, allahın 
ümumiyyətlə müəyyənləĢdirilməsi bizi qane edir, yoxsa onun daha aydın dərki tələb olunur. Xristian aləmi çin, hind 
bütlərinin, yaxud Afrika fetiĢlərinin, hətta yunan allahlarının allah kimi qəbul edilməsilə razılaĢmaz; xristian aləminə 
görə bütlərə və allahlara inananlar allaha inanmır. Əksinə, əgər biz düĢünsək ki, bütlərə inamda ümumiyyətlə allaha 
özündə inam vardır, məsələn, ayrıca fərddə növ olduğu kimi bütpərəstliyi də bütə inam deyil, allaha inam kimi qəbul 
etməliyik. Afinalılar isə əksinə etmiĢlər, yəni Zefsi və i. a. yalnız buludlar sayıb ümumiyyətlə allahın varlığını təsdiq 
edən Ģair və filosofları ateist adlandırmıĢlar. Burada predmetin özündə nə olduğu önəmli deyil, önəmli odur ki, o, Ģüur 
üçün vardır. Əgər biz bu tərifləri qarıĢdırsaq, onda insanın hər bir ən adi hissi seyri din olardı, çünki özündə hər belə 
seyrdə, ruhi təzahürdə inkiĢaf etmiĢ və saflaĢmıĢ halında din səviyyəsinə qaldırılan prinsip vardır. Amma dinə malik 
olmaq qabiliyyəti (hər bir özündə isə qabiliyyəti və imkanı ifadə edir) bir Ģeydir, dinə malik olmaq isə baĢqa Ģeydir. 
Belə ki, məsələn, ən yeni dövrdə səyahətçilər (məsələn kapitanlar Ross və Parri) özlərinin təsdiq etdikləiri kimi, hətta 
afrika cadugərlərində (Herodotun piqmeylərində) bizim müĢahidə etdiyimizə oxĢar heç bir dini olmayan qəbilə 
(eskimoslar) tapmıĢlar. Digər tərəfdən isə cari yubiley ilinin ilk aylarını Romada keçirən ingilis öz səyahətləri ilə bağlı 
təsvirlərində müasir romalılar haqqında yazır ki, sadə xalq ikiüzlülük edir, bütün savadlılar isə ateistdirlər. Yeni dövrdə 
ateizmə irad getdikcə seyrəkləĢməkdədir – çünki dinin məzmunu və tələbləri minimuma endirilmiĢdir (bax. § 73). 
----------------------------- 
 
§ 72 
  Bilavasitə bilik həqiqətin meyarı olmalıdır fikrindən ikincisi, bu çıxır ki, hər cür xurafat və bütpərəstlik həqiqətin 
meyarıdır və deməli, bununla iradənin ən haqsız və mənəviyyatsız məzmununa bəraət verilmiĢ olur. Hindunun inəyi, 
meymunu, brahmani53 və ya dalay-lamanı allah sayması vasitəli adlanan bilik, mühakimə və əqlinəticəyə söykənmir, o 
sadəcə buna inanır. Təbii istəklər və yönəliĢlər özlüyündə öz maraqlarını Ģüura daxil edirlər, mənəviyyatsız məqsədlər 
Ģüurda bilavasitə olur. ġüuru bilavasitə halında bilmək üçün də bu maraqları və məqsədləri bilmək yetərli olardı və yaxĢı 
və ya pis xarakter iradənin müəyyən varlığını ifadə etmiĢ olardı. 
   
§ 73 
  Nəhayət, allahı bilavasitə bilmək bizə yalnız onu deyir ki, allah vardır, lakin onun nə olduğunu demir, belə ki, onun nə 
olduğu barəsindəki bilik idrakdan ibarət olardı və bu idrak vasitəli biliyə gətirib çıxarardı. Beləliklə, dinin predmeti kimi 
allah, ümumiyyətlə, allaha, qeyri-müəyyən fövqəlhissiliyə müncər edilərək daraldılır və dinin məzmunu minimuma 
endirilir. 
  Qeyd. Əgər allahın varlığına inamın saxlanması və hətta oyadılması gerçəkdən lazımdırsa, onda ən yoxsul dini biliyi 
böyük tapıntı sayan və özünün müəmmalı, Afinada artıq çoxdan yüksəldilmiĢ məbədgahına, anlaĢılmaz allahına həsr 
edilmiĢ məbədgahına qayıtmaq səviyyəsinə enən bizim epoxanın yoxsulluğuna yalnız təəccüblənmək qalır. 
   
§ 74 


  Bilavasitəlik formasının ümumi təbiətini də yığcam Ģəkildə göstərməliyik. Bu forma özünün birtərəfliliyi üzündən öz 
məzmununu da birtərəfli və deməli, sonlu edir. Bu forma abstraksiyanın birtərəfliliyini ümumiyə keçirir, beləliklə, allah 
qeyri-müəyyən varlığa çevrilmiĢ olur; ancaq allahı ruh adlandıra bilərik, yalnız ona görə ki, biz ruhun özündə özünü özü 
ilə vasitələndirdiyini bilirik. Yalnız bu halında o, konkretdir, canlıdır və ruhdur; elə buna görə də ruh haqqında bilik 
kimi allah haqqında bilik özündə vasitələnmiĢ olur. Bilavasitəlik forması varlığın özünün özü ilə münasibətinin tərifini 
xüsusiyə keçirir. Ancaq xüsusi özünü ona dıĢarı olan baĢqası ilə bağlamaqdır. Beləliklə, bu formanın vasitəsilə sonlu 
mütləq kimi nəzərdə tutulur. Belə ki, bütövlükdə abstrakt olan bu forma hər cür məzmuna etinasız və buna görə də hər 
cür məzmuna həssas olduğundan bütpərəstliyi və qeyri-əxlaqi məzmunu və buna əks olan məzmunu eyni dərəcədə 
sanksiyalaĢdıra bilər. Yalnız bu cür məzmunun müstəqil olmadığını, bir baĢqa məzmunla vasitələndiyini anlamaq onu 
özünün sonluluğuna və qeyri-həqiqiliyinə qaytarır. Məzmun isə yalnız o zaman həqiqi məzmun kimi qəbul edilə bilər ki, 
bir baĢqa məzmunla vasitələnməmiĢ olsun, sonlu olmasın, özünü özü ilə vasitələndirsin və beləliklə, eyni zamanda 
vasitələnmiĢ və özü özü ilə bilavasitə münasibətdə olsun. Sonlu bilikdən, metafizikanın və maarifin mücərrəd 
eyniliyindən azad olduğunu zənn edən empirik-əqli düĢüncə yenidən həmin bilavasitəliliyi, yəni özü ilə abstrakt 
münasibəti, abstrakt eyniyyəti prinsip və həqiqətin meyarı edir. Abstrakt təfəkkür (reflektiv metafizika forması) və 
abstrakt seyr (bilavasitə bilik forması) eynidir. 
  Əlavə. Belə ki, bilavasitəlik forması vasitəlilik formasına əks olan bir Ģey kimi qeyd olunduğundan birtərəfli Ģəkil alır 
və bu birtərəflilik yalnız bu forma ilə eyniləĢdirilən hər bir məzmuna aid edilir. Bilavasitəlik, ümumiyyətlə, bir Ģeyin 
özünün özü ilə münasibətidir, deməli, eyni zamanda abstrakt eyniyyət və abstrakt ümumilikdir. Sonra, əgər özündə-və-
özü-üçün-ümumi yalnız bilavasitəlik formasında götürülürsə, onda o yalnız abstrakt ümumidir və bu baxıĢa görə heç bir 
tərifi olmayan varlıq anlamı alır. Əgər bu zaman allah haqqında ruh kimi söz açılırsa, onda bu boĢ bir sözdür, çünki ruh 
Ģüur və mənlik Ģüuru kimi hər halda özünü özündən və bir baĢqasından fərqləndirmədir və deməli, vasitəlidir. 
   
§ 75 
  Təfəkkürün həqiqətə bu üçüncü münasibətini biz yalnız bu baxıĢın göstərdiyi və qəbul etdiyi bilavasitə onun özündə 
olan üsulla qiymətləndirə bilərik. Biz, beləliklə, göstərdik ki, bilavasitə biliyin – baĢqası ilə yaxud özündə özünü özü ilə 
vsitələndirməyən biliyin varlığının təsdiq edilməsi fakt olaraq düzgün deyil. Biz, habelə təfəkkürün ancaq təriflər, baĢqa 
təriflərlə (sonlu və Ģərtlənən təriflərlə) vasitələnən təriflər vasitəsilə irəlilədiyini təsdiq etməyin düzgün olmadığını 
göstərdik, biz bu vasitələnmədə eyni zamanda onun özünün aradan qadırılmadığı haqqında təsəvvürün yanlıĢ olduğunu 
göstərdik. Ġrəliləmə hərəkətini, birtərəfli bilavasitəlikdən, birtərəfli vasitəlilikldən ibarət olmayan idrak faktını məntiqin 
özü və bütün fəlsəfə təsdiq edir. 
   
§ 76 
  Əgər biz bilavasitə bilik prinsipini bu biliyin ilkin nöqtəyə, müqəddiməyə, yuxarıda göstərilən sadəlövh metafizikaya 
münasibəti yönündən gözdən keçirsək, onların müqayisəsi göstərir ki, bu prinsip yeni dövrün kartezian fəlsəfəsi adı ilə 
tanınan metafizik baĢlanğıcına qayıtmıĢdır. Hər ikisi (bilavasitə bilik prinsipi və sadəlöhv metafizika): 
  1) Təfəkkürün və təfəkkürün varlığının sadə ayrılmazlığını təsdiq edir. Coqito erqo sum onun təsdiqidir ki, varlıq, 
reallıq, "mən" mənim Ģüurumda mənə bilavasitə açılır (Karteziya bununla yanaĢı "Principia philosorhiae"-də açıqca 
bildirir ki, o, təfəkkürü, ümumiyyətlə, Ģüur kimi baĢa düĢür) və bu ayrılmazlıq, Ģübhəsiz, birinci (bilavasitə sübutsuz) və 
ən düzgün idrakdır; 2) Allah və onun varlığı haqqında təsəvvürlərin ayrılmazlığını təsdiq edir, belə ki, allahın varlığı 
allah haqqında təsəvvürün özündədir; bu təsəvvür, sadəcə allahın varlığının tərifi olmadan mövcuddur və deməli, 
sonuncu allahın zəruri və əbədi tərifidir*; 3) DıĢarı Ģeylərin varlığı ilə bağlı bilavasitə Ģüura gəlincə, bu, hissi Ģüurdan 
baĢqa bir Ģeyi bildirmir. Malik olduğumuz bu hissi Ģüur çox az önəm daĢıyan bilikdir. Yalnız onu bilmək önəmlidir ki, 
dıĢarı Ģeylərin varlığı haqqında bilavasitə bilik illüziya və yanılmadır, bilavasitə hissidə heç bir həqiqət yoxdur, bundan 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə