MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə48/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   44   45   46   47   48   49   50   51   ...   79

keyfiyyətləri ilə bilavasitə eyni olan Ģeylərə hələ xas olmayan fəaliyyət haqqında fikir oyadır. Nə isə yalnız öz keyfiyyəti 
sayəsində nədirsə odur, Ģey isə əksinə, yalnız xassələrə malik olduğu üçün mövcüd olsa da, hər halda bu və ya digər 
müəyyən xassə ilə qırılmaz bağlı deyil və deməli, onu itirə bilər, ancaq bununla o öz varlığını olduğu kimi saxlayır. 
   
§ 126 
   ) Lakin baĢqasına-refleksiya əsas anlayıĢı sayəsində özü-özündə vasitə, həm də özü-özünə-refleksiyadır. Odur ki, 
xassələr də özü ilə eyniyyətdədir, Ģeylə bağlılıqdan müstəqil və azaddırlar. Ancaq xassələr Ģeyin bir-birindən fərqli 
müəyyənlikləri olduğu üçün Ģeylərin özü deyillər, çünki Ģeylər konkretdir, ayrıca götürülən hər bir xassə abstraktdır, 
abstrakt müəyyənliklər, materiya kimi özündə fikri mövcudluqlardır. 
  Qeyd. Məsələn, maqnetik, elektrik materiyalara heç Ģey də deyilmir. Onlar sözün özəl anlamında öz varlığı ilə eyni 
olan keyfiyyətlərdir, bilavasitəlik əldə etmiĢ müəyyənliklər kimi varlıqlardır və onlar fikri varlıqlar, mövcudluqlardır. 
  Əlavə. ġeyin malik olduğu xassələrin bu xassələrdən ibarət olan müstəqil materiyalar və ya Ģeylər səviyyəsinə 
qaldırılması, Ģübhəsiz, Ģey anlayıĢında əsaslandırılmıĢ və buna görə də təcrübədə də qarĢıya çıxır. Amma əgər Ģeyin, 
məsələn, rəng, iyi və i. a. kimi bəlli xassələrindən rəng, iyi və i. a. xüsusi maddələrin obrazlarını yaratmaq olarsa, biz 
nəticə çıxara bilərik ki, bununla hər Ģey bitir və Ģeylərdə məhz nə baĢ verdiyini bilmək üçün onları təĢkil olunduğu 
maddələrə ayırmaqdan baĢqa heç nə etməməliyik, onda bu nəticə həm düĢüncəyə, həm də təcrübəyə ziddir. Müstəqil 
maddələrə belə parçalanma yalnız cansız təbiətdə lazımi yerini tapır və kimyaçı, məsələn, xörək duzunu və ya əhəngi 
onları oluĢduran (təĢkil edən) maddələrə parçalamaqda və mətbəx duzunun duz turĢusundan (xlorid turĢusundan) və 
natriumdan, əhəngin isə sulfat turĢusundan və əhəngdən ibarət olduğunu söyləməkdə tamamilə haqlıdır. Yer haqqında 
elm (Geologiya – A. T.) də bərk süxuru kvarsdan (silisium oksidi – A. T.), çöl Ģpatından və baĢqa maddədən ibarət 
mürəkkəb cism kimi öyrənməkdə tam haqlıdır. Bu Ģeyin təĢkil olunduğu bu maddələr də öz sırasında yenə də daha 
abstrakt maddələrə (məsələn, sulfat turĢusu kükürdə və oksigenə parçalandığı kimi) parçalanan Ģeylərdir. Bu qəbildən 
olan maddələr və ya materiyalar özü üçün mövcudluqlar kimi fakt olaraq təsəvvür edilə bildiyi halda, Ģeylərin digər 
xassələrinə də çox vaxt özəl materiyalar kimi baxılır, halbuki, onlar müstəqilliyə malik deyillər. Belə ki, məsələn, istilik, 
elektrik və maqnetik materiyalardan danıĢırlar, halbuki bu maddələrə və materiyalara idrakın fiksiyası75 kimi 
baxılmalıdır. Ümumiyyətlə abstrakt fikri refleksiyanın metodu bundan ibarətdir: o ixtiyari olaraq yalnız ideyanın 
inkiĢafının müəyyən mərhələsi üçün önəmi olan ayrı-ayrı kateqoriyaları götürür və onları elə tətbiq edir ki, araĢdırmaya 
cəlb edilmiĢ bütün predmetlər ona müncər edilmiĢ olur; təsdiq etdikləri kimi, bu həmin predmetləri izah etmək üçün 
edilir, ancaq əslində yanlıĢ fikirlərə inanmayan seyr və təcrübəyə ziddir. ġeylərin sərbəst maddələrdən təĢkil olunduğu 
anlayıĢı çox vaxt artıq heç bir gücü olmayan sahələrdə tətbiq edilir. Belə kateqoriyaların üzvi həyata (canlılar aləminə – 
A. T.) tətbiqi artıq yetərli deyil. Doğrudur, deyirlər ki, heyvan sümüklərdən, əzələlərdən, sinirlərdən və i. a. ibarətdir, 
amma bilavasitə aydındır ki, burada iĢ yuxarıda göstərilən maddələrdən ibarət olan bərk süxurda olduğundan tam 
baĢqadır. Süxurda onu təĢkil edən maddələr öz birləĢmələrinə tamamilə biganədirlər və onsuz da mövcud ola bilərlər; 
canlı bədənin hissələri və əzaları isə yalnız bir-birilə üzvi bağlantıda saxlanırlar və bu bağlantıdan kənarda onların 
mövcudluğu sona çatır. 
   
§ 127 
  Beləliklə, materiya abstrakt və ya qeyri-müəyyən baĢqasına-refleksiyadır yaxud özü-özünə-refleksiyadır, ancaq 
müəyyən refleksiyadır; odur ki, materiya əsl mövcud maddilikdir, Ģeylərin davamlılığıdır. Beləliklə Ģey materiyada 
özünün özü-özünə-refleksiyasına malikdir (bu,  
§ 125-də gördüyümüzün əksidir), özü özündən ibarət deyil, materiyalardan ibarətdir və onların ancaq dayaz bağlantıları, 
xarici birləĢmələridir. 
 


§ 128 
  ) Özü ilə mövcudluğun bilavasitə vəhdəti kimi materiya da müəyyənliyə biganədir; ona görə də bir çox müxtəlif 
materiyalar bir materiyada, eyniyyətin reflektiv tərifinə malik mövcudluqda birləĢirlər; bu ümumi tək materiyaya 
münasibətdə bu fərqli müəyyənliklər və onların bir-birlə Ģeydə olan dıĢ bağlantıları formadır, yəni fərqin reflektiv, 
ancaq mövcud və total tərifidir. 
  Qeyd. Bu vahid, təriflərdən məhrum materiya da özündə Ģey kimidir, ancaq özündə Ģey tamamilə abstraktdır, materiya 
isə özlüyündə həmçinin baĢqası üçün, ilk sırada isə forma üçün varlıqdır. 
  Əlavə. ġeyin ibarət olduğu fərqli matriyalardan hər biri özündə həm özüdür, həm özgəsi. Deməli, biz ümumiyyətlə bir 
materiya alırıq və bu materiyada fərq ona münasibətdə dıĢarılıq kimi, yəni boĢ, məzmunsuz forma kimi 
müəyyənləĢmiĢdir. Ġstisnasız olaraq bütün Ģeyləri əsası eyni bir materiyadan ibarət olan və bir-birindən yalnız dıĢarı 
cəhətdən (formaca) fərqlənən Ģeylər kimi anlamaq reflektiv Ģüur üçün bir vərdiĢdir. Bu zaman materiya özlüyündə 
tamamilə qeyri-müəyyən, ancaq hər hansı bir tərifi almağa qabil və bununla yanaĢı, Ģübhəsiz, permanent və bütün 
keçidlərdə və dəyiĢilmələrdə özünə bərabər sayılır. Sonlu Ģeylərdə biz materiyanın müəyyən formaya bu biganəliyini, 
Ģübhəsiz, tapırıq; belə ki, məsələn, mərmər daĢı ona heykəl və ya sütun forması veriləcəyinə biganədir. Lakin bu zaman 
unutmamalıyıq ki, belə (mərmər daĢı kimi) materiyanın formaya biganəliyi yalnız nisbidir, ümumiyyətlə formasız 
deyildir. Buna uyğun olaraq da mineroloq yalnız nisbi formasız mərmər daĢına daĢın müəyyən bir formasiyası kimi 
baxır və həm də onu baĢqa müəyyən formasiyalardan, məsələn, qumdaĢıdan76, porfirdən77 və b. fərqləndirir. Deməli, 
yalnız abstraktlaĢdırıcı düĢüncə materiyanı təcrid olunmuĢ halda və özündə formasız kimi qeyd edir; əslində isə 
materiya haqqında fikirdə, Ģübhəsiz, forma prinsipi vardır və odur ki, biz təcrübədə heç bir zaman formasız materiyanın 
varlığı ilə qarĢılaĢmırıq. Materiyanın əzəli və özündə formasız mövcudluq kimi anlamanın tarixi çox qədimdir və biz 
buna artıq əski yunanlarda öncə mifik xaos obrazında rast gəlirik; onlar materiyanı mövcud dünyanın formasız əsası 
kimi təsəvvür edirdilər; bu təsəvvürün nəticəsi allaha Kainatın yaradıcısı kimi baxmaqdan ibarət olmayıb onu yalnız 
demiurq kimi qəbul etməkdən ibarətdir. Daha dərin dünyagörüĢü isə əksinə, hesab edir ki, allah dünyanı heç nədən, 
yoxluqdan yaratdı; bununla, ümumiyyətlə, bir tərəfdən materiyanın müstəqil olmadığı, digər tərəfdən isə formanın 
materiyaya kənardan gətirilmədiyi və materiya prinsipinin özündə totallıq kimi forma daĢıdığı deyilmiĢdir; bu azad və 
sonsuz forma, tezliklə görəcəyimiz kimi anlayıĢdır. 
   
§ 129 
  Beləliklə, Ģey materiyaya və formaya ayrılır və onlardan hər biri maddiliyin totallığıdır və özü üçün müstəqil 
mövcuddur.Amma müsbət və qeyri-müəyyən olan materiya mövcudluq kimi baĢqasına-refleksiyaya malik olduğu qədər 
də özündə-varlığa malikdir; bu təriflərin vəhdəti kimi materiya formanın totallığıdır. Forma isə totallıq kimi artıq 
özündə özü-özünə-refleksiyaya malikdir yaxud, baĢqa sözlə, özü ilə münasibətdə olan forma kimi materiya öz tərifinə 
malikdir. Onların hər ikisi – forma və materiya – özündə eynidir. Onların bu vəhdəti öncədən müəyyənləĢmiĢ olub həm 
də bir-birindən fərqlənən forma və materiya arasındakı münasibətdən ibarətdir. 
   
§ 130 
  ġey bu totallıq kimi özünün mənfi vəhdəti yönündən materiyanın müəyyənləĢdiyi və xasələr səviyyəsinə endirildiyi ( 
§ 125) formadan ibarət ziddiyyətdir və bununla birlikdə Ģey özünün özünə refleksiyasında müstəqil olduğu qədər də 
inkar olunan materiyalardan ibarətdir. Beləliklə, Ģey özündə özünü aradan qaldıran mühüm mövcudluqdur, hadisədir. 
  Qeyd. ġeydə müəyyənləĢmiĢ inkar da materiyanın müstəqilliyi fizikada isə, məsaməlilik kimi qarĢımıza çıxır. Çoxsaylı 
materiyalardan (rəng maddəsi, iy maddəsi, bir çox fiziklərə görə səs maddəsi, sonra, istilik maddəsi, elektrik materiyası 
kimi digər maddələrdən) hər biri də inkara məruz qalır və onların bu inkarında, bu məsamələrində özləri də məsaməli 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə