MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə50/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   46   47   48   49   50   51   52   53   ...   79

  Əlavə. Forma və məzmun mühakiməli idrakın tez-tez istifadə etdiyi qoĢa təriflərdir və bu tərifləri idrak əsasən elə 
iĢlədir ki, məzmunu önəmli və müstəqil, formanı isə əksinə, önəmsiz və qeyri-müstəqil Ģeylər kimi gözdən keçirir. 
Lakin bu yanaĢmaya qarĢı qeyd olunmalıdır ki, əslində onların hər ikisi eyni dərəcədə önəmlidir və formasız məzmun 
olmadığı kimi, formasız da maddə yoxdur: Onların (məzmun və maddənin və ya materiyanın) bir-birindən fərqi isə 
ondadır ki, maddə özlüyündə formadan məhrum olmasa da, özünün mövcud varlığında özünü formaya laqeyd kimi 
göstərir; məzmun isə əksinə, yalnız özündə inkiĢaf etmiĢ formaya malik olması sayəsində mövcuddur. Lakin biz sonra 
tapırıq ki, forma məzmuna və onun dıĢ mövcudluğuna biganə olur və bu ondan irəli gəlir ki, hadisə ümumiyyətlə daha 
dıĢarıdır. Məsələn, kitabı götürək: onun məzmunu üçün, əlbəttə, onun karton və ya dəri üzərində yazılmasının, nəĢr 
olunması və cildlənməsinin heç bir fərqi yoxdur. Lakin bu heç də o demək deyil ki, (əgər formanın bu dıĢarılığı və 
biganəliyi nəzərə alınmazsa) kitabın məzmunu formasızdır. Əlbəttə, çoxlu kitablar vardır ki, onları hətta məzmun 
baxımından formasız adlandırmaq olar. Amma burada hər cür formanın olmaması deyil, layiqli formanın olmaması 
nəzərdə tutulur. Ancaq bu layiqli forma məzmuna biganə olmayıb, bu məzmunun özünü təĢkil edir. Ona görə də layiqli 
forması olmayan sənət əsəri əsl, həqiqi sənət əsəri deyildir və əgər bu sənətçinin əsərləri məzmunca yaxĢıdır (və hətta 
əladır), ancaq lazımi forması yoxdur deyirlərsə, bu, sənətçi üçün yaxĢı bəraət deyil. Məzmunu və forması yalnız 
eyniyyət təĢkil edən incəsənət əsəri həqiqi əsərdir. "Ġliada" haqqında onu demək olar ki, onun məzmunu Troya savaĢı və 
ya daha müəyyən deyilərsə, Axillin qəzəbindən ibarətdir; bu bizə hər Ģeyi deyir, eyni zamanda da çox az Ģey deyir, 
Çünki "Ġliada"nı "Ġliada" edən onun məzmununun ifadə olunduğu poetik formadır. Eləcə də "Romeo və Cülyetta"nın 
məzmunu bir-birini sevən iki gəncin ailələri arasındakı düĢmənçilik üzündən məhv olmalarından ibarətdir; ancaq bu 
hələ ġekspirin ölməz faciəsi deyildir. Elm sahəsində məzmun və formanın münasibətini aydınlaĢdırmaq üçün biz fəlsəfə 
və digər elmlər arasındakı fərqi xatırlamalıyıq. BaĢqa elmlərin sonlu xarakteri ümumiyyətlə ondan ibarətdir ki, o 
elmlərdə yalnız formal fəaliyyət kimi təfəkkür öz məzmununu kənardan götürür və onlarda məzmun onun əsasında 
duran fikirlə içdən müəyyənləĢən məzmun kimi dərk olunmur, deməli, sonlu xaakter daĢıyan elmlərdə məzmun və 
formanın bir-birinə keçidi tam deyil; halbuki fəlsəfədə məzmun və formanın bu cür ayrılığı yoxdur və buna görə də onu 
sonsuz idrak adlandırmaq olar. Lakin fəlsəfi təfəkkürə də çox vaxt yalnız formal fəaliyyət kimi baxılır; bu, özəlliklə 
hamılıqla qəbul olunduğu kimi, yalnız fikirlə məĢğul olan və məzmunsuz olduğu mübahisə doğurmaz sayılan məntiqə 
aiddir. Əgər məzmun dedikdə yalnız əl ilə toxunulan, ümumiyyətlə hissi qavranılan baĢa düĢülərsə, onda biz həvəslə 
razı olarıq ki, ümumiyyətlə fəlsəfənin, özəlliklə də məntiqin heç bir məzmunu yoxdur, baĢqa sözlə hisslərlə qavranılan 
məzmunu yoxdur. Amma artıq adi Ģüur məzmun adı altında ancaq hiss ilə qavranılanı və ya mövcud varlığı nəzərdə 
tutmur. Məzmunsuz kitab dedikdə, bəlli olduğu kimi, təkcə səhifələri boĢ olan kitab yox, həm də məzmunsuz məzmun 
daĢıyan kitab baĢa düĢülür. Daha ciddi yanaĢdıqda görmək olar ki, savadlı Ģüur məzmunu fikir zənginliyi adlandırır. 
Bununla etiraf olunur ki, fikri məzmuna biganə və özündə boĢ forma kimi baĢa düĢmək düzgün olmazdı, incəsəntdə 
olduğu kimi, bütün baĢqa sahələrdə də məzmunun həqiqiliyi və fəaliyyəti önəmli dərəcədə onun forma ilə eyniyyətindən 
asılıdır. 
   
§ 134 
  Lakin bilavasitə mövcudluq məzmunun özünün və eləcə də formanın davamlılığından ibarət müəyyənlikdir. Odur ki, 
bu bilavasitə mövcudluq məzmun üçün nə qədər dıĢarı müəyyənlikdirsə, məzmunun özünün davamlılığı sayəsində 
malik olduğu bu dıĢarılıq da məzmun üçün bir o qədər də mühümdür. Beləliklə, bu cür müəyyənləĢmiĢ hadisə eyni bir 
məzmunun inkiĢaf etmiĢ formadan, dıĢarılıqdan və müstəqil mövcudluqların əksliyindən və onların eyniyyət 
əlaqəsindən ibarət olduğu münasibətdir və yalnız bu eyniyyət əlaqəsində müxtəlifliklər nədirsə odur. 
  c. Münasibət 
   
§ 135 
   ) Bilavasitə münasibət tam və hissələrin münasibətidir; məzmun tamdır və hissələrdən (formalardan), özünün 
əksliklərindən ibarətdir. Hissələr bir-biriindən fərqli və müstəqildirlər. Amma hissələr yalnız bir-birilə eyniyyət 


münasibətində olan hissələrdir, baĢqa sözlə, onlar birlikdə götürüldükdə tamı oluĢdururlar. Lakin onların bu birlikdə 
olması tama əks və onun inkarıdır. 
  Əlavə. Mühüm münasibət hadisənin müəyyən, ən ümumi üsuludur. Mövcud olan hər Ģey münasibətdədir və bu 
münasibət hər bir mövcudluğun həqiqiliyidir. Münasibət sayəsində mövcud olan özü üçün abstrakt mövcudluq olmayıb, 
yalnız baĢqasında mövcuddur, ancaq bu baĢqasında o, özü ilə münasibətdən ibarətdir və münasibət özü özü ilə 
münasibətin və baĢqası ilə münasibətin vəhdətidir. 
  Tam və hissələrin münasibəti qeyri-həqiqi münasibətdir, çünki tamın anlayıĢı və reallığı bir-birinə uyğun deyil. Tam öz 
anlayıĢına görə budur ki, onda hissələr vardır. Amma əgər tam öz anlayıĢına görə nədirsə, o cür müəyyənləĢdirilərsə, 
əgər o, hissələrə parçalanarsa, onda daha tam olmaz. Doğrudur, Ģeylər vardır ki, bu münasibətə uyğun gəlir, ancaq elə 
buna görə də onlar yalnız aĢağı və qeyri-həqiqi mövcudluqlardır. Bu zaman ümumiyyətlə yada salınmalıdır ki, fəlsəfi 
müzakirələrdə qeyri-həqiqi mövcudluqdan söz açılanda bunu qeyri-həqiqinin mövcud olmaması kimi anlamaq lazım 
deyil. Pis dövlət və ya xəstə bədən hər halda mövcud ola bilər; lakin bu predmetlər qeyri-həqiqidir, çünki onların 
anlayıĢı və reallığı bir-birinə uyğun deyil. 
  Tam və hissələrin münasibəti bilavasitə münasibət kimi reflektiv empirik-əqli düĢüncəyə çox aydın bir Ģeydir və odur 
ki, bu düĢüncə bu münasibətdən daha dərin münasibətin olduğu yerdə də o münasibətlə kifayətlənir. Belə ki, məsələn, 
canlı bədənin üzvlərinə və orqanlarına təkcə onun hissələri kimi baxılmamalıdır, çünki onlar yalnız bir-birilə vəhdətdə 
nədirlərsə, odurlar və bu vədətə biganə deyillər. Bu üzvlər və orqanlar yalnız anatomun əlində sadə hissələr olurlar, 
ancaq o zaman anatom artıq canlı bədənlərlə deyil, meyitlərlə iĢləməli olur. Bununla biz demək istəmirik ki, anatom 
ümumiyyətlə bədəni onun hissələrinə ayırmamalıdır, demək istəyirik ki, üzvi həyatın həqiqətini dərk etmək üçün tam və 
hissələrin dıĢarı və mexaniki münasibəti yetərli deyildir. Və əgər üzvi həyatda iĢ bu cürdürsə, onda bu deyilənlər ruha və 
mənəvi aləmin yaranmasına münasibətdə daha doğrudur. Psixologiyada qəlbin və ruhun hissələri barədə açıq-aydın 
danıĢılmasa da hər halda bu fənnə xalis abstrakt baxıĢın əsasında sonlu münasibət haqqında təsəvvür durur, çünki özəl 
güclər və qabiliyyətlər deyilən ruhi fəaliyyət formaları yalnız bir-birinin ardınca və təcrid olunmuĢ halda sadalanır. 
   
§ 136 
   ) Burada özü ilə eyniyyət münasibəti, deməli, bilavasitə özünə inkari münasibətdir. Və bu münasibət məhz 
vasitələnmə kimi eyniyyətin fərqə biganə qaldığı münasibətdir və eyni zamanda (eyniyyət) özü-özünə refleksiya kimi 
özü-özünü fərqə itələdiyi, özünü baĢqasına-refleksiya kimi nəzərdə tutduğu özü ilə inkari münasibətdir və əksinə, bu 
baĢqasına-refleksiyanı özü ilə münasibətə və biganəliyə qaytardığı münasibətdir; bu, gücün və onun təzahürünün bir-
birinə olan münasibətidir. 
  Qeyd. Tamın və hissələrin münasibəti bilavasitə və buna görə də fikirdən məhrum münasibət və özü-ilə-eyniyyətin 
fərqliliyə keçməsidir. Burada tamdan hissələrə və hissələrdən tama keçirlər və unudurlar ki, bu iki üzvdən hər biri o 
birinə əksdir və gah tamı və gah da hissələri müstəqil mövcudluqlar saymaq olmaz. Yaxud, baĢqa sözlə, hissələr tamda 
mövcud olduğu, tam isə hissələrdən ibarət olduğu üçün ayrı-ayrı vaxtlarda hissələrdən gah biri, gah da baĢqası davamlı 
mövcudluq, onun baĢqası isə qeyri-mühümdür. Mexaniki münasibətin dayaz forması ümumən ondan ibarətdir ki, orada 
hissələr bir-birinə və tama münasibətdə müstəqil kimi çıxıĢ edir. 
  Materiyanın bölünənliyi ilə bağlı olan sonsuz proqresə də mexaniki münasibətdən yanaĢıla bilər və o zaman bu 
yanaĢma bu tərəflərin (tam və hissələrin) fikirdən məhrum növbə ilə bir-birini əvəz etməsindən ibarət olardı. ġeyi öncə 
bir tam kimi götürürlər, sonra isə hissələrin təriflənməsinə keçirlər; sonra bu tərif unudulur və hissəyə tam kimi baxılır, 
sonra yenə də hissənin tərifi gəlir və bu, sonsuz davam edir. Lakin inkar kimi götürülən bu sonsuzluq özündə-varlıq 
kimi və bu özündə-varlığı aradan qaldıran və özünü aĢkar edən və əksinə, yox olan və gücə qayıdan özü ilə eyniyyətdə 
olan tamın özünün özünə inkar münasibətidir. 
  Bu sonsuzluğa baxmayaraq, gücün özü də sonludur, çünki gücdə və onun aĢkarlığında eyni olan məzmun yalnız 
özündə bu eyniyyətdir; münasibətin tərəflərindən heç biri hələ özü üçün konkret eyniyyət, totallıq deyil. Bu səbəbdən 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə