MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə51/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   47   48   49   50   51   52   53   54   ...   79

hər iki tərəf bir-birindən fərqlidir və onların münasibəti sonludur. Odur ki, güc kənardan oyandırılmaya ehtiyaclıdır, kor-
koranə hərəkət edir və formanın bu yetərsizliyi sayəsində habelə məzmun da məhduddur və təsadüfidir. Məzmunun, 
forma ilə eyniyyəti hələ həqiqi eyniyyət deyildir, hələ anlayıĢdan və özündə və özü üçün müəyyən məqsəd ola bilən 
məqsəddən ibarət deyildir. Bu fərq olduqca önəmlidir, amma onu anlamaq asan deyil, o, yalnız məqsəd anlayıĢında 
müəyyənləĢir. Bunun diqqətə alınması güc kimi allahın dolaĢıq anlaĢılmasına gətirir; bu dolaĢıqlıq özəlliklə Herderin 
allahı anlamasında özünü göstərir. 
  Bu fikir tez-tez səslənir ki, gücün təbiəti gizlidir və biz onun yalnız aĢkarlığını, təzahürünü dərk edirik. Lakin bir 
yandan gücün məzmununun tərifi təzahürün məzmunu ilə tam üst-üstə düĢür və buna görə də hər hansı bir hadisəni nə 
isə bir güclə izah etmək boĢ tavtalogiyadır. Deməli, gizli qalan, əslində gücü onun təzahüründən, aĢkarlığından yalnız 
fərqləndirən özünə-refleksiyanın boĢ formasından, məhz yetərincə yaxĢı bəlli olan formadan baĢqa bir Ģey deyil. Bu 
forma yalnız hadisədən dərk edilən məzmuna və qanuna heç nə əlavə etmir. Bundan baĢqa bizi hər zaman inandırırlar 
ki, gücün aĢkarlanmasından danıĢarkən biz onun təbiəti ilə bağlı heç nə təsdiq etmirik. Bu halda aydın deyil ki, gücün 
forması elmə nə üçün daxil edilmiĢdir. O biri yöndən gücün təbiəti hər hada gizli bir Ģeydir, çünki həm özlüyündə, həm 
də onun məhdudluğunda, yəni gücün məzmununun ondan kənar bir baĢqası vasitəsilə müəyyənləĢməsində gücün 
məzmun əlaqəsinin zəruriliyi hələ çatıĢmır. 
  1-ci əlavə. Gücün və onun aĢkarlığının münasibətinə tamın və hissələrin bir-birinə müasibətilə müqayisədə sonsuzluq 
kimi baxılmalıdır, belə ki, gücün və onun aĢkarlığının bir-birinə münasibətində tamın və hissələrin münasibətində 
olduğu kimi hələ yalnız özündə eyniyyət vardır. Tam hissələrdən oluĢsa da onu parçaladıqda daha tam olmur; güc isə 
əksinə, yalnız özünü aĢkarlaması və bu aĢkarlamada öünə qayıtması sayəsində özünü güc kimi göstərir, çünki 
aĢkarlanma öz sırasında gücün özüdür. Ancaq deməliyik ki, bu münasibət yenə də sonludur və tamın və hissələrin 
münasibəti bu münasibətin bilavasitəliyi üzündən sonludursa, gücün və onun aĢkarlığının münasibəti vasitəli olduğuna 
görə sonludur. Gücün və onun aĢkarlığının vasitəli münasibətinin sonluluğu ilk öncə onda təzahür edir ki, hər bir güc 
Ģərtlənir və özünün mövcudluğu üçün özü ilə birlikdə baĢqa nə isəyə də ehtiyacı vardır. Belə ki, məsələn, maqnit 
gücünün daĢıyıcısı bəlli olduğu kimi, əsasən dəmirdir və onun baĢqa xassələrinin (rəngi, xüsusi çəkisi, turĢulara 
münasibəti və i. a.) maqnetzm ilə heç bir bağlılığı yoxdur. Hər zaman həm də baĢqa güclərlə Ģərtlənən və vsitələnən 
bütün digər güclər də onun kimidir. Gücün sonluluğu, sonra, onun aĢkarlanması, təzahür etməsi üçün oyanmağa 
ehtiyacında özünü göstərir. Gücü oyandıran amilin özü də öz sırasında baĢqa bir gücün aĢkarlığıdır və bu aĢkarlıq üçün 
də yenə oyanan güc olmalıdır. Beləliklə, biz ya yenidən sonsuz proqresə, ya da oyanma və oyandırmanın qarĢılıqlı 
olmasına nail oluruq, amma bununla belə burada hələ hərəkətin mütləq baĢlanğıcı yetmir. Güc hələ məqsəd kimi özünü 
özündə müəyyən etmir; onun məzmunu verilmiĢ və bununla da ona dıĢarı olan məzmundur və o aĢkarlanarkən, adətən 
deyildiyi kimi, kor-koranə hərəkət edir; bunu gücün abstrakt aĢkarlanması və məqsədəuyğun fəaliyyəti arasındakı fərq 
kimi anlamaq lazımdır. 
  2-ci əlavə. Bizim güya gücün özünü deyil, yalnız onun təzahürünü dərk etdiyimiz barədə tez-tez səslənən fikir 
əsaslandırılmadığından dəf edilməli olsa da (çünki güc elə özünün aĢkarlığından ibarətdir və totallığın qanunu kimi baĢa 
düĢülən aĢkarlanmada biz onunla birlikdə gücün özünü də dərk edirik) unudulmamalıdır ki, gücün iç mahiyyətinin 
dərkolunmazlığı barədə fikirdə bu münasibətin sonluluğunun düzgün sezimi vardır. Bu və ya baĢqa gücün ayrıca 
aĢkarlıqları öncə qarĢımızda qeyri-müəyyən müxtəliflik və təsadüfi dağınıqlıq kimi durur; sonra biz bu müxtəlifliyi güc 
adlandırdığımız iç vəhdətə gətiririk və onda hökmran olan qanunu dərk edib görüntüsü üzrə təsadüfi zərurət kimi baĢa 
düĢürük; amma ayrı-ayrı güclər də öz sırasında müxtəlifdirlər və özlərinin sadə ardıcıllığında onlar bizə təsadüflər kimi 
gəlir. Ona görə də emprik fizikada ağırlıq, maqnit, elektrik və i. a. güclərindən danıĢırlar; eləcə də empirik psxologiyada 
yaddaĢ, təxəyyül, iradi və baĢqa ruhi güclərdən söz açırlar. Bu zaman yenidən bu müxtəlif gücləri bir tam kimi anlamaq 
ehtiyacı yaranır və əgər biz bu müxtəlif gücləri, deyək ki, ümumi bir ilkin gücə bağlasaq, bu ehtiyac ödənməzdi. Bu 
əzəli gücün simasında biz abstrakt özündə Ģey kimi məzmunsuz bir abstarksiya hasil etmiĢ olardıq. Bu deyiənlərə o da 
əlavə olunur ki, gücün və onun aĢkarlığının bir-birinə münasibəti önəmli dərəcədə vasitəli münasibətdir və deməli, 
gücün əzəli və ya ancaq özündən asılı olan bir Ģey kimi baĢa düĢülməsi onun anlayıĢına ziddir. 
  Gücün təbiəti ilə bağlı iĢin bu cür olması bizə mövcud dünyaya ilahi gücün aĢkarlığı kimi baxılmasına etiraz etməyə 
haq vermir, ancaq biz allaha təkcə əzəli güc kimi baxa bilmərik, ona görə ki, güc ikinci, sonlu tərifdir. Elmlərin intibahı 


deyilən epoxada təbiətin ayrı-ayrı hadisələrini onların əsasında duran güclərə bağlamağa baĢladılar, kilsə bu addımı 
allahsızlıq adlandırdı, çünki əgər cazibə gücü, qüvvəsi göy cisimlərini hərəkətə gətirirsə, əgər bitkilərin böyüməsinə 
böyümə gücü səbəb olursa və s. dünyanın ilahi idarəçiliyinə heç nə qalmır və odur ki, allah güclərin bu oyununun tənbəl 
seyirçisi səviyyəsinə endirilmiĢ olur. Doğrudur, təbiətĢünaslar və özəlliklə də Nyuton təbiət olaylarını aydınlatmaq üçün 
gücün reflektiv formasından istifadə edərək açıqca bildirdilər ki, bununla kainatın yaradıcısı və idarə edicisi kimi allahın 
Ģəninə heç bir xələl gətirilmir. Lakin güclərin köməyi ilə təbiətin iĢıqlandırılması ona səbəb olur ki, əks etdirici düĢüncə 
irəli gedir, ayrı-ayrı gücləri müstəqil (für sich) halda qeyd edir və onları bu sonluluqda sonuncu kimi qəbul edir. 
Müstəqil güclərin və maddələrin bu sonlulaĢdırılmıĢ dünyasında allaha tərif verilməsi üçün dərkedlilməz, o dünyaya 
məxsus uca varlığın abstrakt sonsuzluğundan baĢqa bir Ģey qalmır. Allahın varlığının nədən ibarət olduğunu bilməkdən 
imtina edən, onun varlığının fakt olmasını bilməklə kifayətlənən materializmin və çağdaĢ maarifçiliyin baxıĢı məhz 
belədir. Bu fikir savaĢında kilsə və dini Ģüur haqlıdırlar, çünki sonlu idrak formaları hər halda nə təbiətin, nə də mənəvi 
dünyanın həqiqi yaranıĢının dərki üçün yetərli deyil, amma buna baxmayaraq hər halda ilk öncə empirik elmlərin formal 
haqlılığını diqqətdən qaçırmaq olmaz; bu haqlılıq onların belə bir ədalətli təbiətindən ibarətdir ki, mövcud dünya özünün 
müəyyən məzmununda düĢünən idrakın predmeti olsun, biz allahın dünyanı yaratdığına və idarə etdiyinə ancaq abstrakt 
inamda dayanmayaq. Əgər bizim kilsə nüfuzuna söykənən dini Ģüurumuz bizə kainatı məhz allahın hər Ģeyə qadir 
iradəsilə yaratdığını, bütün cisimləri öz yollarıyla apardığını və bütün canlılara həyat və səadət verdiyini öyrədirsə, yenə 
də bir sual qalır: niyə? Bu suala cavab vermək isə ümumiyyətlə həm empirik elmin, həm də fəlsəfənin vəzifəsidir. Dini 
Ģüur allahın iĢlərinin ağlaçatmazlığını dəlil gətirərək bu vəzifəni və onun qanunililiyini qəbul etməkdən imtina etdikdə 
bununla o, ancaq yuxarıda xatırlatdığımız abstrakt maarifçilik mövqeyində durmuĢdur və bu dəlilə aydın ifadə olunmuĢ 
xristian dini ehkamına – allahı ruhda və haqda dərk et çağırıĢına – zidd olan xristian itaətinin yox, riyakar-fanatik itaətin 
yaratdığı zorakı inandırma kimi baxmaq lazımdır. 
   
§ 137 
  Güc özündə özü ilə inkar münasibətində olan tam kimi özünü özündən itələmə və özündən özünü kənarda 
aĢkarlamadır. Amma bu, baĢqasına-refleksiya, hissələrin fərqi özü-özünə-refleksiya dərəcəsində olduğundan aĢkarlanma 
vasitələnmədir və bu vasitələnmə sayəsində özünə qayıdan güc güc kimi mövcud olur. Onun aĢkarlanması iki tərəf (tam 
və hissələr – A. T.) arasında olan münasibətdəki fərqin aradan qalxması və özündə məzmun oluĢduran eyniyyətin tələb 
olunmasıdır. Ona görə də gücün həqiqiliyi bir-birindən dıĢ və iç tərəflər kimi fərqlənən iki tərəf arasında münasibətdən 
ibarətdir. 
   
§ 138 
   ) Ġç (daxili) hadisənin və münasibətin bir tərəfinin boĢ forması qismində, münasibətin baĢqasına-refleksiya kimi boĢ 
tərifi daĢıyan o biri tərəfinin formasına – dıĢ formasına əks olan özü-özünə-refleksiyanın boĢ forması qismində əsasdır. 
Onların eyniyyəti tamamlanmıĢ eyniyyətdir, məzmundur, gücün hərəkəti prosesində yaranmıĢ özü-özünə refleksiya və 
baĢqasına-refleksiyanın vəhdətidir. Onların hər ikisi (iç və dıĢ tərəflər) eyni bir totallıq olub bu vəhdəti məzmuna 
çevirirlər. 
   
§ 139 
  Odur ki, dıĢ tərəf, birincisi, iç tərəf kimi eyni bir məzmun daĢıyır. Ġç tərəf həm də dıĢ tərəf kimi, dıĢ tərəf isə həm də iç 
tərəf kimi mövcud olur. Hadisə mahiyyətdə olmayan heç nə göstərmir və mahiyyətdə təzahür etməyən heç nə yoxdur. 
   
§ 140 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə