MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə53/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   49   50   51   52   53   54   55   56   ...   79

əks halda insanın iç aləmi (təsirli ovqat) və dıĢ görüntü (hərəkətin məzmunu) arasında əkslik haqqında irəli sürdükləri 
müqəddimə təsdiq olunmazdı. Lakin həqiqətdə iç və dıĢ eyni bir məzmun daĢıdığından biz bu məktəbli müdrikliyin 
əksinə olaraq təsdiq etməliyik ki, əgər tarix qəhrəmanları yalnız subyektiv və formal maraqlar izləmiĢ olsaydılar, onlar 
gördükləri iĢi görə bilməzdilər. Ġnsanın iç dünyasının və onun dıĢ görüntüsünün vəhdəti baxımından çıxıĢ edərək biz, 
etiraf etməliyik ki, böyük insanlar etdiklərini istəmiĢ və istədiklərini etmiĢlər. 
   
§ 141 
  Eyni məzmunla bir-birinə bağlanan boĢ abstraksiyalar (iç və dıĢ – A. T.) biri digərinə bilavasitə keçməklə özünü 
aradan qaldırır. Məzmunun özü onların eyniyyətindən baĢqa bir Ģey deyil ( 
§ 138); onlar görüntü (təzahür) kimi müəyyənləĢmiĢ mahiyyətin görüntüsüdür. Gücün aĢkarlanması vasitəsilə iç tərəf 
mövcudluq haqqı əldə edir. Bu haqq boĢ abstraksiyalarla vasitələnmədir; bu vasitələnmə özü-özündə yox olur və iç və 
dıĢ tərəflərin özündə və özü üçün eyniyyətdə olduğu bilavasitəlik olur və bu bilavasitəlikdə tərəflərin fərqi yalnız Ģərti 
olur. Tərəflərin, iç və dıĢın, mahiyyət və mövcudluğun bu eyniyyəti gerçəklikdir. 
 
 
  C 
   
GERÇƏKLĠK 
   
§ 142 
  Gerçəklik mahiyyət və mövcudluğun, yaxud iç və dıĢ tərəflərin bilavsitəlik olmuĢ vəhdətidir. Gerçəkliyin aĢkar 
olunmasının özü gerçəkdir, belə ki, bu aĢkarlanmada o yenə də mühümdür və ona görə mühümdür ki, varlığı bilavasitə 
dıĢ mövcudluqdadır. 
  Qeyd. Əvvəlcə bizim sistemimizdə bilavasitəlik formaları kimi varlıq və mövcudluq anlayıĢları var idi; varlıq 
ümumiyyətlə refleksiyalaĢmamıĢ bilavasitəlik və baĢqasına keçiddir. Mövcudluq varlıq və refleksiyanın bilavasitə 
vəhdətidir; odur ki, mövcudluq əsasdan yaranan və əsasa yüklənən hadisədir. Gerçək olan bu vəhdətin qərarlaĢmasıdır, 
özü ilə eyniyyət münasibətidir; odur ki, gerçək olan keçidə məruz qalmıĢ və onun dıĢarılığı (zahiriliyi) (Ăó)erlichkeit) 
onun enerjisidir; o özünə refleksiyanın sonudur; onun mövcud varlığı baĢqasının deyil, yalnız özünün təzahürüdür. 
  Əlavə. Gerçəklik və fikir, yaxud daha dəqiq ideya, adətən bayağı Ģəkildə bir-birinə qarĢı qoyulur. Ona görə də tez-tez 
eĢitməli oluruq ki, bəlli fikrin düzgünlüyünə və həqiqiliyinə qarĢı heç bir etiraz olmasa da gerçəklikdə belə bir Ģeylə 
qarĢılaĢmaq olmur, yaxud baĢ vermir. Amma bunu deyənlər sübut etmiĢ olurlar ki, nə fikrin təbiətini, nə də gerçəkliyin 
təbiətini lazım olan kimi anlamayıblar, çünki bir tərəfdən fikri subyektiv təsəvvürün, subyektiv planın, yaxud istəyin və 
i. a. sinonimi kimi təsəvvür edirlər, digər tərəfdən isə gerçəkliyi hissiliyin, dıĢarı mövcudluğun sinonimi sayırlar. 
Kateqoriyaların və oların mənasının elə də ciddi fərqlənmədiyi gündəlik həyatda sözün bu cür iĢlənməsi mümkündür və 
ola bilər ki, məsələn, plan və ya necə deyərlər, ideya (məsələn, vergi sistemi) özlüyündə yaxĢıdır və məqsədəuyğundur, 
ancaq gerçəklikdə rast gəlinmir və mövcud Ģəraitdə həyatakeçirilməzdir. Amma, əgər abstrakt düĢüncə bu təriflərə 
malikdirsə və onların arasındakı fərqi qəti və möhkəm əkslik dərəcəsinə qaldırırsa (belə ki, əgər ona inansaq, gerçək 
dünyada beynimizdən ideyanı atmalıyıq), onda elm və sağlam düĢüncə naminə bu cür baxıĢları qətiyyətlə dəf etməliyik, 
çünki bir tərəfdən ideyalar heç də yalnız bizim beynimizdə yaĢamır və onlar o qədər gücsüz deyillər ki, gerçəkləĢməsi 
və ya gerçəkləĢməməsi bizim ixtiyarımızda olsun, ideya, Ģübhəsiz, fəaldır və həmçinin gerçəkdir; digər tərəfdən isə 


gerçəklik fikirdən məhrum və ya təfəkkürdən uzaqlaĢmıĢ aciz praktiklərin xəyal etdikləri kimi elə də sarsaq və ağılsız 
deyil. AĢkar hadisədən fərqli olaraq gerçəklik ilk öncə iç və dıĢın vəhdəti kimi ağla o dərəcədə az əksdir ki, hətta demək 
olar baĢdan ayağadək ağlabatandır və ona görə də ağla batmayana gerçəklik kimi baxılmamalıdır. Lakin bununla, 
məsələn, ağlabatan və diqqətəlayiq bir Ģey yarada bilməyən Ģairi və ya dövlət adamını gerçək Ģair və ya dövlət adamı 
saymaqda çətinlik çəkdikdə dilin savadlı hissi razılaĢmalı olur. 
  Gerçəkliyin araĢdırdığımız bu vulqarcasına baĢa düĢülməsində və onun hiss olunanla və bilavasitə qavranılanla 
qarıĢdırılmasında həm də Platonun və Aristotelin fəlsəfi sistemləri arasındakı münasibətə dair geniĢ yayılmıĢ 
mövhumatın əsası da axtarılmalıdır. Bu mövhumata görə Platonla Aristotelin fərqi ondadır ki, birinci ideyanı və ancaq 
ideyanı həqiqi sayır, Aristotel isə əksinə, ideyanı kənara qoyaraq gerçəklikdən yapıĢır və odur ki, Aristotelə empirizmin 
banisi və öndəri kimi baxılmalıdır. Bu baxıĢla bağlı qeyd etməliyik ki, gerçəklik, Ģübhəsiz, Aristotel fəlsəfəsinin 
prinsipidir; amma, bu gerçəklik bilavasitə varlığın vulqar gerçəkliyi olmayıb gerçəklik qismində ideyadır. Aristotelin 
Platona qarĢı polemikası, sonra ondan ibarətdir ki, Aristotel Platon ideyasını ancaq bir güc, imkan sayır və buna qarĢı 
olaraq təsdiq edir ki, onların hər ikisinin (Platonun və Aristotelin) tək həqiqət saydıqları ideyaya fəaliyyət kimi, yəni 
bütünlüklə özündən kənarda təzahür edən iç varlıq kimi və deməli, iç və dıĢın vəhdəti və ya gerçəklik kimi (bu sözün 
burada müzakirə olunduğu emfatik81 anlamında) baxılmalıdır. 
   
§ 143 
  Gerçəkliyin verilmiĢ konkret kimi yuxarıda göstərilən tərifləri vardır və bu təriflər fərqlidir, odur ki, gerçəklik həm də 
o təriflərin inkiĢafıdır, bununla birlikdə gerçəklikdəki o təriflər görüntülər kimi, yalnız öncədən müəyyən edilən təriflər 
kimi müəyyənləĢdirilmiĢdir ( 
§ 141). a) Eyniyyət kimi ümumiyyətlə gerçəklik, hər Ģeydən öncə, imkandır, gerçək olanın konkret vəhdətinə qarĢı olan, 
abstrakt və mühüm olmayan mühümlük kimi özü-özünə-refleksiyadır. Ġmkan gerçəklik üçün mühüm olandır, amma 
yalnız imkan kimi mühüm olandır. 
  Qeyd. Yəqin ki, imkanın müəyyənləĢdirilməsi Kantı imkanla birlikdə gerçəkliyi zəruri modallıq kimi araĢdırmağa sövq 
etmiĢdir, "çünki bu təriflər anlayıĢa heç nə əlavə etmir, yalnız idrak qabiliyyətinə münasibəti ifadə edir"82. Doğrudan da 
imkan özü-özünə-refleksiya kimi boĢ abstraksiyadır, həmçinin yuxarıda sözü getmiĢ iç tərəfdir və fərq ondadır ki, bu iç 
tərəf indi aradan qaldırılmıĢ, dıĢarılaĢmıĢ iç kimi tərifləndirilmiĢdir və beləliklə, Ģübhəsiz, boĢ modallıq, yetərsiz 
abstraksiya və ya konkret desək, yalnız subyektiv təfəkkürə məxsus bir Ģey kimi müəyyən edilmiĢdir. Gerçəklik və 
zərurət isə həqiqətən yalnız bir baĢqası üçün baxıĢ üsulu olmayıb bunun əksinədir: onlar təkcə qərarlaĢmıĢ deyil, həm də 
özündə tamamlanmıĢ konkretdirlər. 
  Ġmkan gerçəklik kimi konkretlə müqayisədə əsasən yalnız özü ilə eyniyyət forması olduğundan onun prinsipi belə bir 
tələbdən ibarətdir ki, heç bir Ģey özü-özlüyündə özünə zidd olmasın və beləliklə hər Ģey mümkündür, çünki hər bir 
məzmuna abstraksiya vasitəsilə eyniyyətin bu formasını vermək olar. Lakin eyni zamanda hər Ģey qeyri-mümkündür, 
çünki hər bir məzmün konkret olduğundan ondakı müəyyənlik müəyyən əkslik kimi, deməli, ziddiyyət kimi baĢa düĢülə 
bilər. Odur ki, imkan və imkansızlıq barədə danıĢıqlar qədər boĢ danıĢıq yoxdur. Fəlsəfədə özəlliklə nəyinsə 
mümkünlüyünü (yaxud baĢqa nəinsənin də mümkünlüyünü) və nəinsə ağla gətirilməsindən söz gedə bilməz. Tarixçi də 
artıq aydınlaĢdırdığımız kimi özlüyündə həqiqi olmayan bu kateqoriyanı iĢlətməkdən bilavasitə ehtiyat etməlidir; amma 
boĢ düĢüncənin hazırcavablığı daha çox müxtəlif imkanlar uydurmaqdan həzz alır. 
  Əlavə. Ġmkan ilk baxıĢda təsəvvürə daha zəngin və tam tərif kimi, gerçəklik isə daha məhdud və kasıb tərif kimi 
görünə bilər. Odur ki, deyirlər: hər Ģey mümkündür, lakin mümkün olan heç də hər Ģey gerçək olmur. Əslində, yəni 
düĢüncəyə görə gerçəklik daha geniĢ tərifdir, çünki o, konkret fikir kimi özündə moment kimi imkana malikdir. Bunu 
biz özümüzün bəsit Ģüurumuzda da anlayırıq, çünki mümkün olandan danıĢdıqda gerçəklikdən fərqli olaraq onu yalnız 
mümkün kimi göstəririk. Adətən deyirlər ki, imkan ağlabatanlıqdan ibarətdir. Amma bu deyimdən təfəkkür yalnız 
məzmunun abstrakt eyniyyət formasında anlaĢılmasını göstərir. Belə ki, hər bir məzmun bu formaya bürünə bildiyindən 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə