MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə54/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   50   51   52   53   54   55   56   57   ...   79

və bunun üçün yalnız bu məzmunun bütün bağlantılarından qopması tələb olunduğundan ən absurd və anlamsız Ģeylərə 
mümkün Ģeylər kimi baxıla bilər. Mümkündür ki, bu axĢam ay yerə düĢsün, çünki ay yerdən ayrılmıĢ cisimdir və buna 
görə də havaya atılmıĢ daĢ kimi yerə düĢə bilər; mümkündür ki, türk sultanı papa olsun, çünki o – insandır və xristian 
etiqadına müraciət edə, katolik keĢiĢi ola bilər və i. a. Ġmkan haqqında bu danıĢıqlarda əsasən yuxarıda göstərdiyimiz 
üsula tətbiq edilən kafi əsas qanunundan istfadə edilir və təsdiqlənir ki, əsası tapıla bilən hər Ģey mümkündür. Ġnsan nə 
qədər savadsız, araĢdırmaq istədiyi predmetlərin müəyyən münasibətlərindən xəbərsiz olduqca, məsələn, politika 
sahəsində pivəxana siyasətçiləri kimi hər cür boĢ imkanlar barədə söz yaymağa meyilli olur. Sonra, imkan kateqoroyası 
arxasında praktiki cəhətdən çox vaxt Ģər iradə və fəaliyyətsizlik gizlədilir ki, onun köməyi ilə müəyyən vəzifələrin 
yerinə yetirilməsindən yaxa qurtarılsın və bu münasibətlə də yuxarıda qeyd etdiyimiz kafi əsas qanunundan istifadə 
olunduğu özünü göstərir. Ağıllı, təcrübəli insanlar imkanın ancaq imkan olduğu üçün özlərinin azdırılmasına yol 
verməyib gerçəklikdən yapıĢırlar, amma əlbəttə, gerçəklik adı altında təkcə bilavasitə mövcud var olanı nəzərdə 
tutmurlar. Lakin gündəlik həyatda abstrakt imkanla bağlı haqlı olaraq çəkilən misallarda qüsur yoxdur. Belə ki, məsələn, 
deyirlər ki, əldəki arıquĢu göydəki durnadan yaxĢıdır. Sonra demək lazımdır ki, hansı haqla hər Ģeyi mümkün sayırlarsa, 
biz də o haqla hər Ģeyi qeyri-mümkün saya bilərik, çünki hər vaxt konkret olan hər bir məzmunun həmiĢə nəinki fərqli, 
hətta əks tərifləri vardır. Belə ki, məsələn, "mən varam" demək qeyri-mümkündür, çünki "mən varam" mühakiməsi eyni 
bir zamanda özü ilə sadə münasibətlə birlikdə bütünlüklə baĢqası ilə münasibətin də təsdiqidir. Bütün təbiət Ģeylərinin 
və ruhi aləmin digər məzmunları da bu cürdür. Məsələn, demək olar: materiya qeyri-mümkündür, çünki o, itələmə ilə 
cazibənin vəhdətidir. Bu həyata, hüquqa və azadlığa, baĢlıcası isə haqq kimi allahın özünə, vəhdətdən ibarət allaha 
münasibətdə də doğrudur, amma bu həqiqəti guya təfəkkürə zidd olduğu üçün ardıcıl abstrakt-əqli maarifçilik qəbul 
etmir. Ümumiyyətlə demək lazımdır ki, məhz boĢ düĢüncə bu boĢ formalar ətrafında dolanır və bu formalara 
münasibətdə fəlsəfənin vəzifəsi onların mənasızlığını və məzmunsuzluğunu aĢkar etməkdən ibarətdir. Bir Ģeyin 
mümkün olub yaxud mümkün olmaması məzmunundan, yəni üzə çıxarkən özünü zərurət kimi açıqlayan gerçəkliyin 
momentlərinin totallığından asılıdır. 
   
§ 144 
   b) Lakin özü-özünə-refleksiya kimi imkandan fərqli olaraq gerçəklik ancaq dıĢarı konkretdir, qeyri-mühüm 
bilavasitədir. Yaxud, baĢqa sözlə, gerçəklik bilavasitədir, çünki gerçək olan öncə ( 
§ 142) iç və dıĢın sadə, yalnız bilavasitə vəhdətidir, qeyri-mühüm dıĢarıdır və beləliklə eyni zamanda ( 
§140) yalnız iç müəyyənlikdir, özü-özünə-refleksiya abstraksiyasıdır; deməli, onun özü yalnız mümkünlük kimi 
müəyyənləĢmiĢdir. Yalnız bir imkan kimi qiymətləndirilən gerçəklik təsadüfi bir Ģeydir və əksinə, mümkün olanın özü 
yalnız təsadüfdür. 
   
§ 145 
  Ġmkan və təsadüf gerçəkliyin momentləridir, gerçəkliyin dıĢarılığını oluĢduran formalar kimi müəyyənləĢmiĢ iç və dıĢ 
tərəflərdir. Onlar özlüyündə müəyyənləĢmiĢ gerçəkliyin simasında, onların mühüm müəyyənedici əsası kimi məzmunun 
simasında özü-özünə-refleksiyaya malikdirlər. Təsadüfinin və imkanın sonluluğu indi gördüyümüz kimi ondan ibarətdir 
ki, formanın tərifi məzmundan fərqlidir və bir Ģeyin mümkün və ya təsadüf olması məzmundan asılıdır. 
  Əlavə. Ġmkan gerçəkliyin iç tərəfidir və elə ona görə də dıĢarı gerçəklik və ya təsadüfdür. Təsadüf ümumiyyətlə öz 
varlığının əsası özündə yox, baĢqasında olan bir Ģeydir. Bu gerçəkliyin Ģüur qarĢısında durduğu və gerçəkliyin özü ilə 
çox vaxt qarıĢdırılan ilkin obrazdır. Lakin təsadüf baĢqasına-refleksiyanın yalnız birtərəfli formasında gerçək olandır və 
ya baĢqa sözlə, yalnız nə isə bir imkan mənasında gerçək olandır. Biz bu fikrə uyğun olaraq təsadüfi həm ola bilən, həm 
də ola bilməyən, bu cür və ya baĢqa cür ola bilən, nəyin varlığı yaxud yoxluğu kimi, əsası özündə yox baĢqasında olan 
bu və ya digər qəbildən olan varlıq kimi gözdən keçiririk. Bu təsadüfün dərk edilməsi bir tərəfdən idrakın vəzifəsidir; 
digər tərəfdən isə praktika sahəsində təsadüfi istək və ya özbaĢınalıqda iliĢib qalmamaq çox vacibdir. Və hər halda 


özəlliklə yeni dövrdə tez-tez təsadüfün ucaldılması həm təbiətdə, həm də ruh aləmində ona əslində malik olmadığı 
dəyərin aid edilməsi bağıĢlanmazdır. Hər Ģeydən öncə təbiətə gəlincə o, baĢlıca olaraq özünün zənginliyi və 
törəmələrinin rəngarəngliyi sayəsində heyrət predmeti olur. Amma təbiətin ideyanın aĢkar edilməsi səviyyəsindən asılı 
olmayaraq götürülən bu zənginliyi təfəkkür üçün elə də böyük maraq daĢımır və canlı və cansız varlıqların böyük 
müxtəlifliyindəki zənginlik bizə yalnız qeyri-müəyyənliklər dumanında görünməz olan təsadüflər mənzərəsini verir. 
Heyvan və bitki növlərinin bu rəngarəngliyi hər halda ruhun öz ixtiyarına buraxdığı təsadüfi fantaziyalardan ucaya 
qoyulmamalıdır. 
  Bu hadisələrin doğurduğu heyrət Ģeylərə çox abstrakt münasibətdir və bu heyrətə qapanmayıb təbiətin iç 
harmoniyasına və qanunauyğunluğuna daha dərindən baĢ vurulmalıdır. 
  Təsadüfün iradəyə münasibətinin düzgün qiymətləndirilməsi özəlliklə önəmlidir. Ġradənin azadlığından danıĢarkən çox 
vaxt onu zorakılıq kimi, yəni iradəni təsadüf formasında baĢa düĢürlər. Amma zorakılıq və ya ixtiyarilik özünü bu və ya 
baĢqasına münasibətdə müəyyən etmək qabiliyyəti kimi, əlbəttə öz anlayıĢına görə azad iradənin mühüm momentidir, 
lakin o, azadlığın özü deyil, yalnız formal azadlıqdır. Zorakılığı bərtərəfləĢdirilmiĢ halda özünə daxil edən həqiqi azad 
iradə öz məzmununu özündə və özü üçün davamlı məzmun kimi dərk edir və bilir ki, bu məzmun onun özünə 
məxsusdur. Zorakılıq səviyyəsində qalan iradə isə əksinə, hətta məzmunca həqiqi və ədalətli qərar qəbul etdikdə yenə də 
lovğalıqda axsayır, hesab edir ki, əgər o istəsə, baĢqa cür də qərar qəbul edə bilərdi. Zorakılığın məzmunu bəllidir və biz 
onu əsası iradənin özündə olmayan, dıĢarı Ģəraitdə olan məzmun kimi bilirik. Odur ki, belə məzmuna münasibətdə 
azadlıq yalnız seçim formasında olur; iradəni öncədən tapdığı məzmunun əsasına malik olan Ģəraitə biz, həmçinin 
iradənin baĢqasına yox, məhz bu əsasın xeyrinə qərar qəbul etməsini də aid etdiyimizdən bu formal azadlıq yalnız 
xəyali, uydurma azadlıq kimi dəyərləndirilməlidir. 
  AydınlaĢdırdığımız kimi, təsadüf gerçəkliyin yalnız birtərəfli momentidir və ona görə də onları qarıĢdırmaq olmaz, ona 
ideyanın müəyyən forması kimi, habelə predmetlər aləmində lazımi yer verilməlidir. Bu, ilk öncə təbiətə münasibətdə 
doğrudur, çünki təbiətdə təsadüflər özünə azad meydan tapır; biz bu Ģəraiti qəbul etməliyik və lovğalıqla təsdiq 
etməməliyik ki, (yanlıĢ olaraq fəlsəfənin ünvanına deyildiyi kimi) təbiətdə olaylar baĢqa cür deyil, bu cür baĢ verir. 
Lakin zorakılığı özünə təsadüf formasında, ancaq bərtərəfləĢmiĢ formada daxil edən iradə ilə bağlı olaraq qeyd 
etdiyimiz kimi, təsadüflər ruhi aləmdə də özünü göstərir. Və ruha və onun fəaliyyətinə münasibətdə də ehtiyatlı olmaq 
lazımdır ki, özündə ağıllı dərkə yaxĢı cəhd bizi əslində təsadüf xarakteri daĢıyan olayları zəruri olaylar kimi təqdim 
etməyə və ya adətən deyildiyi kimi, onları a priori83 hasil etməyə çəkməsin. Belə ki, məsələn, dil təfəkkürün sanki 
cismi, bədəni olsa da hər halda dildə də təsadüflər önəmli rol oynayır; hüquqi, bədii və i. a. formalarda da təsadüflərin 
yeri var. Çox doğrudur ki, elmin, özəlliklə də fəlsəfənin vəzifəsi ümumiyyətlə təsadüflərin görüntüsü arxasında duran 
zərurətin dərkindən ibarətdir; amma bunu belə baĢa düĢmək lazım deyil ki, guya təsadüflər yalnız bizim subyektiv 
təsəvvürümüzə məxsusdur və həqiqətə çatmaq üçün onlar bütünlüklə atılmalıdır. Bu yolu birtərəfli gedən elm ağlın 
barsız oyununda və hədsiz pedantizmdə84 suçlanmaqdan can qurtarmaz. 
   
§ 146 
  Gerçəklyin yuxaıda göstərilən dıĢ tərəfi yaxından baxdıqda göstərir ki, bilavasitə gerçəklik kimi təsadüf özü ilə 
eyniyyətdə olandır, ancaq müəyyənlik kimi, həm də aradan qaldırılmıĢ müəyyənlik kimi özü ilə eyniyyətdir, hazırda 
mövcud olan dıĢarılıqdır. Gerçəkliyin dıĢarı tərəfi, beləliklə, bilavasitə mövcud varlığı həmçinin imkandan ibarət və öz 
tərifinə görə aradan qalxmıĢ ehtimalı bir Ģeydir; baĢqasına imkan olmaq Ģərt və Ģərait olmaqdır. 
  Əlavə. Təsadüf bilavasitə gerçəklik kimi həm də bir baĢqası üçün imkandır. Lakin təsadüf artıq bizim baĢlanğıcda 
malik olduğumuz abstrakt imkan olmayıb, həqiqi imkandır və beləliklə də Ģərtdir. Bir Ģeyin Ģərti və ya Ģəraiti dedikdə 
iki momenti: birincisi, nə isə bir mövcud varlığı, mövcudluğu, ümumiyyətlə nə isə bilavasitəni, ikincisi isə, bu mövcud 
varlığın aradan qaldırılan olması və baĢqa varlığın gerçəkləĢməsinə xidmət etmək təyinatını nəzərdə tuturuq. Bilavasitə 
gerçəklik ümumiyyətlə nə olmalı idisə, o yox, özündə sarsıdılmıĢ, zəif, təyinatı unudulmaq olan son gerçəklikdir. 
Gerçəkliyin digər tərəfi onun mühüm olmasıdır. Onun bu tərəfi hər Ģeydən öncə yenə də təyinatı aradan qaldırılmaqdan 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə