MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə7/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   2   3   4   5   6   7   8   9   10   ...   79

  
  BĠRĠNCĠ BÖLÜM 
  
 MƏNTĠQ ELMĠ 
  
ĠLKĠN ANLAYIġ 
  
   
§ 19 
  Məntiq xüsusi ideya, yəni təfəkkürün abstrakt stixiyasında olan ideya haqqında elmdir. 
  Qeyd. Məntiq elminin bu tərifi onun haqqında ilkin qeydlərdə olan digər təriflər kimi bütövün icmalından və bu 
icmaldan sonra hasil edilmiĢdir. BaĢqa sözlə, ümumiyyətlə, fəlsəfənin ilkin anlayıĢlarına aid olan təriflər bütün bu 
təriflərin hamısı üçün doğrudur. 
  Demək olar ki, məntiq təfəkkür, onun tərifləri və qanunları haqqında elmdir, ancaq təfəkkür öz varlığında ideyanın 
məntiqi ideya kimi özünü göstərdiyi yalnız ən ümumi müəyyənlik və ya stixiyadır. Ġdeya təfəkkürdür – formal iəfəkkür 
kimi yox, özünün öncədən malik olmadığı və özündə öncədən tapmadığı, ancaq özü özünə verdiyi təriflərində və 
qanunlarında inkiĢaf edən totallıqdır. 
  Məntiq daha çətin elmdir, çünki onun iĢi seyrlərlə deyil, hətta abstrakt hissi təsəvvürlərlə də deyil (həndəsə kimi), xalis 
abstraksiyalarladır, odur ki, o, xalis fikrə dərinləĢmək, onu tutmaq və onda sərbəst hərəkət etmək bacarığı və vərdiĢi 
tələb edir. Digər tərəfdən isə məntiqə daha asan elm kimi baxmaq olar, çünki onun məzmunu təfəkkürün özündən və 
onun vərdiĢ olunmuĢ təriflərindən baĢqa bir Ģey deyil, bu təriflər isə həm də ən bəsit və elementardırlar. Bunlar həm də 
daha tanıĢ təriflərdir: varlıq, yoxluq və i. a.; müəyyənlik, böyüklük və i. a.; özündə-varlıq, özü-üçün-varlıq, çox və i. a. 
Lakin bu tanıĢlıq məntiqin öyrənilməsini daha da çətinləĢdirir, çünki bir tərəfdən belə təsəvvür yaradır ki, belə bəlli 
Ģeylərlə məĢğul olmağa dəyməz; digər tərəfdən burada bu təriflərlə tamamilə baĢqa və hətta bizim indiyədək tanıĢ 
olduğumuza əks tərzdə tanıĢ olmaq önəmlidir. 
  Məntiqin subyekt üçün faydası ağlı baĢqa məqsədlərin əldə olunmasına yönəltməklə onu inkiĢaf etdirməsilə müəyyən 
edilir. Məntiqlə məĢğul olmaq vasitəsilə subyektin inkiĢafı ondan ibarətdir ki, subyekt təfəkkür vərdiĢi əldə edir, belə ki, 
məntiq elmi təfəkkür haqqında təfəkkürdür, eyni zamanda ondan ibarətdir ki, məntiq qafanı fikirlə, məhz fikirlə 
doldurur. Ancaq məntiq həqiqətin mütləq forması olduğundan, özü xalis həqiqət olduğundan təkcə faydalılıqdan ibarət 
deyildir. Ancaq məntiqə daha yaxĢı, daha azad və müstəqil, eyni zamanda daha faydalı fəaliyyət kimi baxmaq olar. Ona 
görə də məntiqin faydalılığı sadəcə təfəkkürün formal məntiqdən tamamilə fərqli bir Ģey olduğu baxımdan 
dəyərləndirilməlidir. 
  1-ci əlavə. Hər Ģeydən öncə sual belə qoyulmalıdır: bizim elmin predmeti nədir? Ən sadə və aydın cavab budur: onun 
predmeti həqiqətdir. Həqiqət böyük sözdür, sözdən də böyük iĢdir. Əgər ruh və insanın könlü hələ sağlamdırsa, onun 
köksü bu sözdən daha da qabarmalıdır. Lakin burada bir anda "amma" yaranır: biz həqiqəti dərk edə bilərikmi? Deyəsən 
məhdud insanla özündə və özü üçün mövcud həqiqət arasında bir uyğunsuzluq var. Sual yaranır: sonlu ilə sonsuz 
arasında körpü haradadır? Allah həqiqətdir; biz onu necə dərk edək? Təvazökarlıq və sadəlik fəziləti guya belə bir             
ziddiyyətdədir. Ancaq tez-tez sual verilir: həqiqət dərk oluna bilərmi? Bu sual yalnız ona görə verilir ki, son məqsədin 
bayalılığına bəraət tapılsın. Bu cür təvazökarlığın heç bir dəyəri yoxdur. Lakin mən, bədbəxt soxulcan həqiqəti necə 


dərk edə bilərəm sualı arxa plana keçmiĢdir; onun yerini xudpəsəndlik və lovğalıq tutmuĢdur, indi insanlar hesab edirlər 
ki, bilavasitə həqiqətlədirlər. 
  Gənclərə inandırmağa çalıĢırlar ki, onlar guya həqiqətə (din və mənəviyyat sahəsində) təbiətən malikdirlər. Özəlliklə 
onları əmin edirlər ki, bütün yaĢlı nəsil yalanla kirlənmiĢ və sümükləĢmiĢdir. Gənclik üçün guya dan yeri ağarmaqdadır, 
yaĢlı nəsil isə yoxsulluq bataqlığında həyat sürür. Xüsusi elmlərlə bağlı gəncliyə deyirlər ki, əlbəttə onları yalnız dıĢ, 
praktiki məqsədlə öyrənmək lazımdır. 
  Beləliklə, burada həqiqətin öyrənilməsi və dərkindən təvazökarlıq yox, həqiqətə Ģübhəsiz malik olmaq əminliyi 
uzaqlaĢdırır. YaĢlı nəsil, əlbəttə, gəncliyə ümid bəsləyir, çünki gənclik dünyanı qurmalı, elmi irəli aparmalıdır. Lakin 
gəncliyə ona görə bu ümid bəslənir ki, o olduğu kimi qalmayıb ruhun ağır yükünü öz üzərinə götürəcək. 
  Həqiqətə münasibətdə təvazökarlığın baĢqa bir forması da var. Bu təvazökarlıq həqiqətə münasibətdə Pilatın allaha 
münasibətində gördüyümüzə oxĢar iddialılıqdan ibarətdir. Hər Ģeyi həll edib artıq hər Ģeyə marağını itirən bir insan kimi 
Pilat soruĢur: "Həqiqət nədir?" Bu sual çar Solomonun "hər Ģey fanidir" sözünün anlamını daĢıyır. Onda subyektiv 
fanilikdən baĢqa heç nə qalmamıĢdır. Çarəsizlik də həqiqətin dərkinə ziddir. Tənbəl adamın baĢına bu fikir asan gəlir: 
artıq fəlsəfəçiliyə elə də ciddi yanaĢmaq lazım deyil. Məntiq üzrə mülahizələri dinləmək olar, ancaq onlar bizi necə var 
idisə, o cür də saxlamalıdır. Bu insanlar düĢünürlər ki, əgər təfəkkür adi çərçivəsindən çıxarsa, bu, xeyir gətirməz; fikir 
dalğaları səni hər tərəfə atacaq və sonda əbəs yerə ayrıldığın keçici maraqların dayazlığına gətirib çıxaracaq. Bu cür 
baxıĢların sonucunun nə olduğunu biz həyatda görürük. Əlbəttə, cürbəcür biliklər və məlumatlar əldə etmək, ətalət 
məmuru olmaq, ümumiyyətlə, özəl məqsədlər əldə etmək üçün lazımi hazırlıq əldə etmək olar. Ümid etmək olar ki, 
bizim zamanımızda gənc nəslin düĢüncəsində nə isə yaxĢı bir Ģeyə meyl yaranmıĢdır və o artıq dıĢ idrak ilə 
yetinməyəcəkdir. 
  2-ci əlavə. Məntiqin predmetinin təfəkkür olması ilə hamı razıdır. Ancaq təfəkkür haqqında çox yüksək və çox aĢağı 
rəyə malik olmaq olar. Belə ki, məsələn, bir tərəfdən tərəflər deyirlər: təfəkür – yalnız fikirdir; bunu fikrin subyektivliyi 
kimi, ixtiyariliyi və təsadüflüyü kimi düĢünüb iĢin özü kimi, həqiqətin özü və gerçəklik kimi anlamırlar. Digər tərəfdən 
də fikir haqqında çox yüksək rəydə olub anlamaq olar ki, təkcə fikir ən yüksək olanın, allahın təbiətini dərk edir, dıĢ 
hisslər vasitəsilə allah haqqında heç nə bilmək olmaz. Deyirlər: allah ruhdur və istəyir ki, ona ruhda və həqiqətdə sitayiĢ 
etsinlər. Duyulan, hiss edilən isə ruhi deyildir; bununla biz razıyıq; bunların ən dərin mahiyyəti fikirdir; ruhu yalnız ruh 
dərk edə bilər. Doğrudur, ruh (məsələn, dində olduğu kimi) həmçinin duyan ruh kimi çıxıĢ edə bilər, amma hiss, onun 
forması bir Ģeydir, onun məzmunu isə baĢqadır. Hiss ümumiyyətlə, bizim üçün və heyvanlar üçün ümumi olan hissiliyin 
formasıdır. Bu forma konkret məzmun əldə edə bilər, ancaq o, bu forma ilə təmin edilə bilməz; hissi forma ruhi, mənəvi 
məzmunun aĢağı formasıdır. Bu məzmun – allahın özü – yalnız təfəkkürdə və təfəkkür kimi həqiqi varlığa malik ola 
bilər. Bu anlamda fikir təkcə fikirdən ibarət olmayıb ən uca, daha dəqiq deyilərsə, əbədi və özündə-və özü-üçün-varlığın 
dərkinin tək üsuludur. 
  Fikir haqqında olduğu kimi fikir haqqında elm (məntiq – A. T.) barəsində də yüksək və aĢağı rəydə olmaq olar. 
DüĢünürlər ki, biz fiziologiyanı öyrənmədən qidanı həzm edə bildiyimiz kimi məntiqin köməyi olmadan da düĢünə 
bilərik. Hətta əgər məntiqi öyrənsən belə, yenə də onu mənimsəmədən öncə düĢündüyümüz kimi elə bir dəyiĢiklik 
olmadan düĢünürük, ancaq ola bilər ki, məntiq düĢüncəmizi daha metodik etsin. Əgər məntiqin bizi xalis formal 
təfəkkürün fəaliyyətilə tanıĢ etməkdən özgə bir vəzifəsi olmasaydı, onda onsuz da yaxĢı görülə bilən iĢ üçün heç nə 
verməzdi. Əvvəlki məntiq doğrudan da xalis formal təfəkkürün fəaliyyətilə tanıĢlığı yerinə yetirirdi. Lakin demək 
lazımdır ki, təfəkkürün xalis subyektiv fəaliyyət kimi dərki insana sayğı gətirir və onda maraq doğurur; insan heyvandan 
özünün nə olduğunu və nə etdiyini bilməsi ilə fərqlənir. Ancaq digər tərəfdən, məntiqi təfəkkür haqqında elm kimi 
yüksək tutmaq da olar, çünki ali həqiqəti yalnız təkcə fikir bilə bilər. Deməli, əgər məntiq elmi təfəkkürü fəaliyyətdə və 
onun məhsullarında gözdən keçirirsə (təfəkkür isə məzmunsuz fəaliyyətdən ibarət deyildir, çünki o, fikir olmaqla fikirlər 
hasil edir), onda onun məzmunu fövqəlhissi aləmdir və biz məntiqlə məĢğul olarkən o aləmdə oluruq. Riyaziyyatın iĢi 
ədəd və məkan abstraksiyaları ilə olur, ancaq bunlar yenə də nə isə bir hissi predmetlərdir, hərçənd ki, onlar 
abstraksiyadırlar və mövcud varlıqları yoxdur. Fikir hissiliyin bu sonuncu qalıqları ilə də vidalaĢır və özü özündə 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə