MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə75/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   71   72   73   74   75   76   77   78   79

  Əlavə. Canlı varlıq ölür ona görə ki, o, ziddiyyətdir: o özündə ümumidir, cinsdir, amma bilavasitə təkcə kimi mövcud 
olur. Ölümdə cins, yəni ümumi bilavasitə təkcə üzərində hakim olan güc kimi özünü göstərir. Heyvan üçün onun cinsi 
prosesi, cinsi varlığı həyatının yüksək nöqtəsidir. Lakin heyvan öz cinsində (Gattund) özü üçün ola bilmir və cinsin 
zərbəsi altına düĢür. Bilavasitə canlı cinsi prosesdə özünü özü ilə vasitələndirir və beləliklə də öz bilavasitəliyinin 
üzərində yüksəlir, ancaq ona görə yüksəlir ki, hər dəfə yenidən öz bilavasitəliyinə qayıtsın. Deməli, həyat, əsasən axmaq 
sonsuzluq, sonsuz proses çevrəsinə düĢür. Amma həyat prosesi sayəsində, anlayıĢa görə, həyat kimi ideyanın qapandığı 
bilavasitəliyin bərtərəfləĢdirilib aradan qaldırılması baĢ verir. 
   
§ 222 
  Lakin bununla da həyat ideyası hansısa bir (xüsusi) bilavasitə "bundan", eləcə də ümumiyyətlə birinci bilavasitəlikdən 
azad olur. Beləliklə, həyat ideyası özünə, öz həqiqətinə tapınmıĢ olur; o özü üçün azad cins kimi mövcud olur. Ölüm 
yalnız bilavasitə təkcə zərurət kimi ruhun doğuĢudur. 
 
 
b. Ġdrak 
   
§ 223 
  Ġdeyanın stixiyası öz mövcudluğunun ümumiliyindən ibarət olduğundan, yaxud baĢqa sözlə, obyektivliyin özü anlayıĢ 
kimi mövcud olduğundan, ideya özünü öz predmeti etdiyindən özü üçün azad mövcudluqdur. Onun ümumiliyində 
müəyyənləĢmiĢ subyektivliyi onun öz iç varlığında xalis fərqlənmədir, bu eyniyyət ümumiliyini tərk etməyən seyrdir. 
Ancaq müəyyən fərqlənmə kimi bu subyektivlik bir totallıq kimi özünü özündən itələdiyi və baĢlanğıcda özünü dıĢ 
(xarici) universumda görən mühakimənin davamıdır. Bu özündə eyniyyətdə olan, ancaq eyniyyəti hələ 
müəyyənləĢməmiĢ iki mühakimədir. 
   
§ 224 
  Beləliklə, özündə və ya həyat kimi eyni olan bu iki ideyanın bir-birinə münasibəti nisbidir ki, bu da bu sahədə 
sonluluğun müəyyənliyidir. Bu iliĢgi, bu münasibət reflektiv iliĢgidir, belə ki, ideyanın onun özünün özündə 
fərqləndirilməsi yalnız birinci mühakimədir, fərz edilən (das Var aussetzen) hələ fərz edilmiĢ (Setzen) deyildir və ona 
görə də subyektiv ideya üçün obyektiv ideya öncədən tapılmıĢ bilavasitə dünyadır, yaxud baĢqa sözlə, ideya həyat kimi 
hələ təkcə mövcudluq olayındakı mövcudluqdur. Bununla yanaĢı bu mühakimə ideyanın öz içində baĢ verən xalis 
fərqlənmə olduğundan (öncəki paraqrafa bax), ideya özü üçün özü və özünün baĢqası olduğundan ideya bu subyektiv 
dünyanın onunla özündə – həqiqi eyniyyətinə əminlikdən ibarətdir. Zəka dünyaya belə bir mütləq inamla yanaĢır ki, o 
eyniyyəti yarada və öz əminliyini həqiqətə ucalda bilər; təfəkkür dünyaya bir də onun üçün özündə əhəmiyyətsiz olan 
əkslik yaratmaq cəhdilə yanaĢır. 
   
§ 225 
  Bu proses ümumiyyətlə idrakdır. Ġdrak fəaliyyətilə özündə əkslik, obyektivliyin birtərəfliliyilə yanaĢı subyektivliyin 
birtərəfliliyi də aradan qaldırılır. Amma bu aradan qaldırılma öncə yalnız özündə aradan qaldırılmadır. Odur ki, 
özlüyündə proses yalnız bu sferanın sonluluğuna bilavasitə yoluxmuĢ və təfəkkürün hərəkətə cəhdi kimi ikiləĢmiĢdir. 


Təfəkkür, bir tərəfdən mövcud dünyanı özünə, subyektiv təsəvvürə almaqla (der Aufnahme) ideyanın subyektivliyini 
aradan qaldırmağa və bununla da həqiqət kimi qəbul edilən məzmun qismində obyektivliklə özünə olan abstrakt inamı 
tamamlamağa can atır; və əksinə, təfəkkür özünün dünyaya birinci münasibətinin əksinə olaraq burada yalnız görüntü 
sayılan, özündə əhəmiyyətsiz obrazlar, təsadüflər toplamı hesab edilən obyektiv dünyanın birtərəfliliyini aradan 
qaldırmağa can atır, can atır ki, burada əsl həqiqi obyektivlik sayılan subyektivin iç məzmunu vasitəsilə bu obyektiv 
dünyanı müəyyən etsin. Birinci cəhd biliyin həqiqətə cəhdi, özlüyündə idrakdır – ideyanın nəzəri fəaliyyətidir; ikinci 
cəhd isə xeyrin gerçəkləĢməyə cəhdidir – iradədir, praktiki fəaliyyətdir. 
   
 
alfa) Ġdrak 
   
§ 226 
  Ġdrak sonludur; idrakın bu ümumi sonluluğu əksliklərin müqəddiməsi olan mühakimə ilə bağlıdır və bu müqəddiməyə 
idrak fəaliyyətinin özü açıq-aydın ziddir. Ġdrakın bu ümumi sonluluğu əsasən onun öz ideyası ilə müəyyən olunur, belə 
ki, sonlu idrakın ayrı-ayrı momentləri idrakın bir-birindən fərqli növlərinə uyğun formalar alır və bu momentlər 
müstəqil olduqlarından onlar bir-birilə anlayıĢ bağlılığında deyil, refleksiya bağlılığındadırlar. Odur ki, mövcud bir Ģey 
kimi materialın assimlyasiyası həm də elə baĢ verir ki, bu zaman anlayıĢın bir-birinə münasibətdə müxtəlif (der 
Verschiedenheit) formalarda çıxıĢ edən tərifləri assimlyasiya olunan materiala dıĢarı olur. Bu – abstrakt idrak 
formasında fəaliyyət göstərən zəkadır. Odur ki, bu idrakın əldə etdiyi həqiqət də yenə sonlu həqiqətdir; anlayıĢın sonsuz 
həqiqəti bu idrak üçün ancaq özündə – əsl məqsəd kimi, onun üçün o dünyaya məxsus bir Ģey kimi qeyd olunur. Amma 
bu idrak özünün dıĢ fəaliyyətində anlayıĢa əsaslanır və anlayıĢın tərifləri onun irəliləmə hərəkətinin ana xəttidir. 
  Əlavə. Ġdrakın sonluluğu öncədən tapılmıĢ hansısa bir aləmə müqəddimə verməsindən ibarətdir və bu zaman dərk edən 
subyekt sanki tabula rasadır.103 Bu fikir idrakı üzdən, zahiri anlamaqdan daha uzaq olduğuna baxmayaraq Aristotelin 
ünvanına deyilir. Bu zahiri idrak özünü hələ anlayıĢın fəaiyyəti kimi bilmir; o özü üçün deyil, yalnız özündədir. Onun 
fəaliyyəti onun özünə passiv görünür, amma əslində o, aktiv xarakter daĢıyır. 
   
§ 227 
  Sonlu idrak müxtəlif Ģeylərin (das Untekschiedene) öncədən tapılan idraka əks olduğu dıĢ təbiətin və ya Ģüurun 
müxtəlif faktları olduğu müddəasından çıxıĢ etdiyindən 1) öz fəaliyyətinin əsas forması formal eyniyyət, yaxud ümum 
abstraksiyadır. Odur ki, onun fəaliyyəti verilmiĢ konkretin parçalanmasından, onu müxtəlifliklərinə ayırmaqdan və 
onlara abstrakt ümumilik verməsindən ibarətdir. BaĢqa sözlə, bu fəaliyyət konkreti əsas kimi saxlamaqdan və mühüm 
olmayan kimi görünən xüsusiyyətlərdən abstraktlaĢdırma, sərfnəzər etmək vasitəsilə konkret ümumini, cinsi və ya gücü 
və qanunu ayırmqdan ibarətdir. Bu – analitik metoddur. 
  Əlavə. Analitik və sintetik metodlar haqqında adətən deyirlər ki, onlardan hansı birisini seçmək guya bizim öz 
ixtiyarımızdadır. Amma bu belə deyildir; Sonlu idrakın anlayıĢından irəli gələn bu metodların hansından istifadə 
edilməsi dərk edilən predmetlərin öz formasından asılıdır. Ġdrak əsasən analitik fəaliyyətdir. Onun məĢğul olduğu 
obyekt təkcə obrazdır (die Çestalt der Vereilzelunq) və analitik idrak fəliyyəti ona verilən təkcəni ümumiyə çevirməyə 
yönəlir. Burada təfəkkür yalnız abstrakt anlam, yaxud formal eyniyyət anlamı daĢıyır. Bu baxıĢ Lokkun və bütün 
empiriklərin baxıĢıdır. Bir çox müəlliflər deyirlər ki, idrak ona verilən konkret predmetləri abstrakt elementlərə 
parçalamaqdan və sonra onları ayrı-ayrılıqda gözdən keçirməkdən baĢqa heç nə edə bilməz. Ancaq aydındır ki, bu cür 
idrak Ģeylərin təhrif edilməsidir. (Verkehren) və Ģeyləri olduğu kimi götürmək istəyən idrak özü özü ilə ziddiyyətə 
girmiĢ olur. Belə ki, məsələn, kimyaçı bir parça əti retorta104 yerləĢdirərək onun üzərində cürbəcür əməliyyatlar aparır, 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə