MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 232    Sonlu idrakın sübutda doğurduğu zərurət öncə yalnız subyektiv düĢüncə üçün nəzərdə tutulmuĢ dıĢ zərurətdir. Amma



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə77/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   71   72   73   74   75   76   77   78   79

§ 232 
  Sonlu idrakın sübutda doğurduğu zərurət öncə yalnız subyektiv düĢüncə üçün nəzərdə tutulmuĢ dıĢ zərurətdir. Amma 
özlüyündə zərurətdə sonlu idrak öz müqəddiməsini və sonlu idrakın məzmunu öncədən tapılmıĢ və mövcud çıxıĢ 
nöqtəsini tərk edir. Zərurət özündə özünü özü ilə bağlayan anlayıĢdır. Subyektiv ideya özündə, beləliklə, verilməmiĢ və 
ona görə də ona subyekt kimi immanent olan özünə və özü-üçün müəyyənliyə gəlir. Ġradə ideyasına keçir. 
  Əlavə. Ġdrakın sübut vasitəsilə gəldiyi zərurət onun çıxıĢ nöqtəsinə əksdir. Ġdrak özünün çıxıĢ nöqtəsində verlmiĢ və 
təsadüfi məzmuna malik olur; indi öz hərəkətinin son nöqtəsində isə o məzmunu zərurət qismində görür və bu zərurət 
subyektiv fəaliyyətlə vasitələnir. Subyektivlik də baĢlanğıcda tamamilə abstrakt, yalnız tabula rasa idi, indi isə o, əksinə, 
müəyyənedicidir. Bu, idrak ideyasından iradə ideyasına keçiddir. Bu keçid əsasən ondan ibarətdir ki, həqiqətən 
subyektivlik kimi, hərəkətli, fəal və tərifləri olan anlayıĢdır. 
 
 
betta) Ġradə 
   
§ 233 
  Özündə və özü üçün müəyyən və özünə bərabər sadə məzmun kimi subyektiv ideya xeyirdir (das Çute). Onun həqiqət 
ideyasının əksinə olaraq özünü reallaĢdırmağa can atmasının vəzifəsi öncədən tapılmıĢ dünyanı öz məqsədinə uyğun 
müəyyənləĢdirməkdən ibarətdir. Bu iradə bir tərəfdən, öncədən tapılan obyektin önəmsizliyinə əminlikdir, digər 
tərəfdən isə – iradə sonlu iradə kimi xeyrin məqsədini yalnız subyektiv ideya kimi qeyd edir və obyektin müstəqilliyə 
malik olduğunu düĢünür. 
   
§ 234 
  Odur ki, bu fəaliyyətin sonluluğu obyektiv dünyanın ziddiyyətli təriflərində xeyrin məqsədinin mühüm olduğu qədər 
də qeyri-mühüm, gerçəkləĢən olduğu qədər də gerçəkləĢə bilməyən olduğu, gerçəklik olduğu qədər də imkan olması 
arasındakı ziddiyyətdən ibarətdir. Bu ziddiyyət xeyrin gerçəkləĢməsinin sonsuz proqresidir və bu sonsuz proqresdə xeyir 
yalnız zərurət, labüdlük kimi qeyd olunur. Ancaq formal olaraq bu ziddiyyət fəaliyyətin məqsədinin subyektivliyinin və 
deməli, onun obyektivliyinin, onların hər ikisinə sonluluq verən əksliyin aradan qaldırılması ilə yox olur. Bu fəaliyyət 
nəinki bu subyektivliyin, ümumiyyətlə subyektivliyin birtərəfliliyini aradan qaldırır, çünki baĢqa belə bir yeni 
subyektivlilik, yəni əksliklərin yenidən yaranması əvvəlki, aradan qaldırılmıĢ subyektivlikdən fərqlənmir. Bu özünə 
qayıdıĢ həm də xeyirdən və tərəflərin özündə həqiqi eyniyyətindən ibarət olan məzmunun xatırlanmasıdır, nəzəri 
münasibətin ( 
§ 224) müqəddiməsinin, bu müqəddimədə obyektin substansial və həqiqi olduğunun xatırlanmasıdır. 
  Əlavə. Ġntellekt (der Ġntelligenz) dünyanı olduğu kimi götürməyə can atdığı halda, iradə əksinə, dünya necə 
olmalıdırsa, o cür etməyə can atır. Bilavasitə, öncədən tapılanı iradə davamlı varlıq saymayıb yalnız görüntü, özlüyündə 
cüzi bir Ģey hesab edir. Burada əxlaqi baxıĢın ümidsiz vurnuxduğu ziddiyyətlər çıxıĢ edir. Praktiki baxımdan bu baxıĢ 
Kantın, eləcə də Fixtenin fəlsəfi baxıĢıdır. Xeyir reallaĢmalıdır; biz onun gerçəkləĢməsinə çalıĢmalıyıq və iradə yalnız 
fəal xeyirdir. Amma dünya necə olmalıdırsa, o cür olsaydı, onda iradəyə artıq fəaliyyət kimi yer qalmazdı. Deməli, 
iradənin tələbi budur ki, onun məqsədi bir tərəfdən reallaĢmasın. Burada iradənin sonluluğu yaxĢı ifadə edilmiĢdir. 
Amma biz, bu sonluluq üzərində dayanmamalıyıq və iradə prosesinin özü onu və ondakı ziddiyyəti aradan qaldırır. 
BarıĢıq ondan ibarətdir ki, iradə öz sonucunda idrakın çıxıĢ nöqtəsinə, deməli, nəzəri və praktiki ideyanın vəhdətinə 
qayıdır. Ġradə məqsədi özününkü bilir və intellekt dünyanı gerçək anlayıĢ kimi baĢa düĢür. Bu, düĢünən idrakın əsl 


mövqeyidir. Əhəmiyyətsiz və yox olmalı Ģeylər dünyanın gerçək mahiyyətini deyil, yalnız öz qabığını oluĢdurur. 
Dünyanın əsl mahiyyəti özündə və özü üçün anlayıĢdan ibarətdir və beləliklə, dünyanın özü ideyadır. Biz dünyanın 
sonlu məqsədinin gerçəkləĢdiyi qədər də əbədi gerçəkləĢdiyini dərk etdikdə təmin olunmamıĢ cəhd yox olur. Bu, 
ümumiyyətlə yetkin insanın baxıĢı olduğu halda gənclik düĢünür ki, bütün dünya Ģər üzərində dayanmıĢdır və hər 
Ģeydən öncə onu tamamilə baĢqa dünyaya çevirmək lazımdır. Dini Ģüur əksinə, dünyanı ilahi əqlin idarə etdiyini, 
deməli, necə olmalıdırsa, o yöndə idarə etdiyini düĢünür. Amma varlığın və zərurətin bu uyğunluğu donmuĢ, hərəkətsiz 
deyildir, çünki xeyir, dünyanın son məqsədi ona görə mövcuddur ki, o daim özü özünü doğurur və ruhi və təbii dünya 
arasında həm də fərq budur ki, təbiət daim yalnız özü özünə döndüyü halda ruhi aləmdə, Ģübhəsiz, proqres də vardır. 
   
§ 235 
  Beləliklə, xeyrin həqiqəti nəzəri və praktiki ideyanın vəhdəti kimi müəyyənləĢmiĢdir və bu vəhdət onu göstərir ki, 
özündə və özü üçün xeyir əldə olunmuĢdur, obyektiv dünya özündə və özü üçün ideyadır və həm də əbədi olaraq özünü 
məqsəd kimi düĢünür və öz fəaliyyəti sayəsində gerçək olur. Müxtəliflikdən (der Differenz) özünə dönən həyatdır və 
idrakın sonluluğundan özünə qayıdan və anlayıĢın fəaliyyəti sayəsində anlayıĢla eyniyyətdə olan bu həyat 
spekulyativdir, yaxud mütləqdir, ideyadır. 
  c. Mütləq ideya 
   
§ 236 
  Subyektiv və obyektiv ideyaların vəhdəti kimi ideya ideya anlayıĢından ibarətdir; ideya anlayıĢı üçün ideya özlüyündə 
bütün tərifləri əhatə edən predmetdir, obyektdir. Bu vəhdət mütləq və tam həqiqətdir, özü özünü düĢünən və məntiqi 
ideya kimi özünü düĢünən ideyadır. 
  Əlavə. Mütləq ideya hər Ģeydən öncə praktik və nəzəri ideyaların vəhdətidir və deməli, həm də həyat ideyası ilə idrak 
ideyasının vəhdətidir. Ġdrakda ideya qarĢımıza müxtəliflik formasında çıxdı və idrak prosesi, bildiyimiz kimi bu 
müxtəlifliyin aradan qaldırılması və adı çəkilən vəhdətin, yəni özlüyündə və özünün bilavasitəliyində əsasən həyat 
ideyasından ibarət olan vəhdətin bərpa edilməsindən ibarətdir. Həyatın yetərsizliyi ondan ibarətdir ki, o hələ yalnız 
özündə mövcud ideyadır; idrak isə əksinə, birtərəfli və yalnız özü üçün ideyadır. Onların vəhdəti və həqiqəti özündə və 
özü üçün mövcudluqdur, deməli, mütləq ideyadır. Bura qədər bizim baxıĢ predmetimiz inkiĢafda olan və ayrı-ayrı 
pillələri keçmiĢ ideya idi; indi isə artıq ideyanın özü özü üçün predmetlidir. Bu – allah ideyasıdır ki, bunu Aristotel 
ideyanın ali forması adlandırmıĢdır. 
   
§ 237 
  Mütləq ideya özü üçündür, çünki onda nə keçidlər, nə müqəddimə və ümumiyyətlə ötəri və Ģəffaf olmayan heç bir 
müəyyənlik yoxdur; o özü məzmununu özü kimi seyr edən anlayıĢın xalis formasıdır. Mütləq ideya özünün öz 
məzmunudur, çünki o özünü özündən ideal (ideelle) fərqləndirməsidir və fərqləndirmələrdən biri özü ilə eyniyyətdir, 
amma bu eyniyyətdə məzmunlu təriflər sistemi kimi formaların totallığı vardır. Bu məzmun məntiqinin sistemidir. 
Forma kimi ideyanın payına bu məzmunun metodundan – onun momentlərinin ləyaqəti (der Wahrunq) haqqında 
müəyyən bilikdən baĢqa heç nə düĢmür. 
  Əlavə. Mütləq ideyadan söz açanlardan onun nəhayət əsl izahını eĢidəcəyimizi düĢünürük. Əlbəttə, mütləq ideya 
haqqında məzmunsuz deklarasiyalarla uzunçuluq etmək olar. Lakin ideyanın həqiqi məzmunu inkiĢafını izlədiyimiz 
bütöv sistemdən baĢqa bir Ģey deyil. Həmçinin demək olar ki, mütləq ideya ümumidir; ancaq o xüsusi məzmununa nə 
isə baĢqa bir Ģey kimi qarĢı duran abstrakt forma kimi yox, bütün təriflərin geri dönərək toplaĢdığı və onunla 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə