MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə79/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   71   72   73   74   75   76   77   78   79

parlamağa imkan verir, həmçinin özünün mütləq həqiqətində özündən özünün xüsusilik momentini və ya birinci tərifini 
və özgəvarlığını, özünün görüntüsü (Widerschein) kimi bilavasitə ideyanı sərbəst hasil etməyi qərarlaĢdırır, özü 
özündən özünü təbiət qismində buraxmağı qərara alır. 
  Əlavə. Ġndi biz baĢlanğıc götürdüyümüz ideya anlayıĢına qayıtdıq. Və bu geriyə qayıdıĢ eyni zamanda irəliyə 
hərəkətdir. Biz varlıqdan, abstrakt varlıqdan baĢladıq. Yolumuzun indi çıxıĢ etdiyimiz mərhələsində biz ideyanı varlıq 
kimi əldə etmiĢik. Amma varlığa malik olmuĢ bu ideya təbiətdir. 
  
  
 
 
   Qeydlər və Ģərhlər 
   
   Hegelin məntiq təlimi onun "Böyük məntiq" və "Kiçik məntiq" adlanan əsərlərində Ģərh edilir. Adətən "Kiçik məntiq" 
adlandırılan "Məntiq" filosofun fəlsəfi sisteminin birinci bölümünü oluĢdurur (təĢkil edir). "Kiçik məntiq" rus dilində iki 
dəfə nəĢr edilmiĢdir: 1861-ci ildə alman dilindən V. Çijovun tərcüməsi və 1930-cu illərdə B. Stolpnerin tərcüməsində. 
Ġndiyədək B. Stolpnerin tərcüməsi, dörd dəfə nəĢr edilməsinə baxmayaraq az təsadüf edilən, nadir nəĢrlərdən sayılır. 
"Kiçik məntiq"in alman dilində ikinci nəĢrindən edilən bu tərcümədən "Ensiklopediya"nın hazırkı birinci cildinin 
hazırlanmasında istifadə olunmuĢdur. 
   B. Stolpnerin tərcüməsinin "Ensiklopediya"da istifadə edilmiĢ bu nəĢrində bəzi kiçik düzəliĢlər edilmiĢdir. Belə ki, 
öncəki illərdə alman dilindən Schein (görüntü yaxud görünüĢ) məvhumu rus dilində bəzən "отражение" (inikas) kimi 
tərcümə edilmiĢdir ki, bu da belə bir yanlıĢ təsəvvür yarada bilər ki, guya Hegel fəlsəfəsində inikas nəzəriyyəsindən söz 
gedir. Bu yanlıĢlığa yol verməmək üçün "Ensiklopediya"nın indiki nəĢrində es scheint feili "светится видимостью" 
kimi tərcümə edilmiĢdir. Azərbaycan türkcəsinə isə "светится видимостью" ifadəsini biz "görüntüsündə parlamaq" 
kimi vermiĢik. 
   Ġdentität məvhumu rus dilinə "тождество" kimi tərcümə edilmiĢdir, Azərbaycan dilində "eyniyyət" kimi vermiĢik. 
Yaxud "totalität" sözü "Kiçik məntiq"in öncəki nəĢrində "целостность" kimi tərcümə edilmiĢ, indiki nəĢrində isə bu söz 
"тотальность" kimi verilmiĢdir, çünki "totallıq" anlayıĢı Hegelin dialektik ziddiyyət haqqında təlimində özəl rol 
oynayır. "Kiçik məntiq"in Azərbaycan türkcəsinə tərcüməsində də biz “totallıq” anlayıĢını saxlamıĢıq. Bir sıra 
terminlərə isə digər qeydlərdə aydinlıq gətiririk. 
  
 
1 Ekzoterik qeydlər – Hegel bununla abstrakt anlayıĢları onların adi anlamlarına yaxınlaĢdırılması üsulunu nəzərdə tutur 
2 "ġərdən qurtardıq, Ģərə düĢdük" – Hegel bununla Hötenin "Faust"unda Mefistofelin ifadəsini iĢlədir 
3 Eyniyyət sistemi yaxud eyniyyət fəlsəfəsi ġellinqin fəlsəfi sisteminin adıdır   
4 Homerin "Ġliada"sında I, II, XIV və XX nəğmələr nəzərdə tutulur 
5 Amor generosus – fədakar sevgi (latınca) 
6 …philosophus tentonikus – tevton filosofu (lat.) 
7 Ġndex et falsi – özünün və yanılmanın göstəricisi (lat.) Spinozaya görə həqiqət özünün və yanılmanın göstəricisidir 
(lat.) 


8 Fəlsəfəyə az hakim lazımdır və o bilərəkdən Ģübhə və həqarət etdiyi kütlədən qaçır; fəlsəfəni söyənlərdən kütlə razı 
qalar (lat.) 
9 Hegel baĢqa yerdə dedikdə 1802-ci ildə nəĢr etdirdiyi "Fəlsəfi tənqidin mahiyyəti və onun özəlliklə fəlsəfənin çağdaĢ 
durumuna münasibəti haqqında" məqaləsinə iĢarə edir (məqalə müəllifin "Rabotı raznıx let, T.1, M., 1970, s. 268). 
Hegel dəfələrlə və ən kəskin formada fəlsəfənin tənqidçilərinə cavab vermiĢdir. "Ensiklopediya"nın üçüncü nəĢrində isə 
fəlsəfənin düĢmənlərinin ağızlarından yetərincə vurur 
10 Yeni bir fəlsəfi sistem dedikdə Hegel Fixtenin fəlsəfəsini nəzərdə tutur. 
11 Hegel fəlsəfəyə olan tələbatı ayrıca subyektdən çox bəĢəriyyətin iç – ruhi varlığının zərurəti sayır. 
12 Aristotel "Metafizika"da yazır: "Nəzəriyyə ali xoĢbəxtlik və ali xeyirdir". Kubitskinin . M., 1934, s. 211. Hegel 
Aristotelin "Metafizika"sının müvafiq yerini "Ensiklopediya"nın sonuncu səhifəsində olduğu kimi verir. "Məntiq 
elmi"ndə isə Aristotelin fikrini ixtiyari verir. 
13 Kantın "Tənqidi fəlsəfə"si nəzərdə tutulur. 
14 Roma konsulu Pilatın həqiqətin dərki yoxdur fikrinə istinad edən filosoflar nəzərdə tutulur. 
15 Hegel 22 oktyabr 1818-ci ildə söylədiyi son sözü "Fəlsəfə tarixi üzrə mühazirələr" (Əsərləri, IX cild, s. 5) əsərində də 
təkrar edir. 
16 Gerçəkliyin ağlasığanlığı haqqında Hegel "Hüquq fəlsəfəsi" əsərində ətraflı söz açır (bax: Hegel. Əsərləri, VII cild, s. 
15-16). 
17 Hegelin "Böyük məntiq"indən fərqlənən "Kiçik məntiq"i adətən "Məntiq" adlandırılır. 
18 Spekulyativ təfəkkür anlayıĢına Hegel "Ensiklopediya"da geniĢ yer verir. Bu anlayıĢın kəbin spekulyasiyası, ticarət 
spekulyasiyası anlamlarında iĢlənməsini rədd edərək "Ensiklopediya"nın 9-cu, 82-ci paraqraflarında, eləcə də digər 
yerlərində "spekulyativ" anlayıĢını metafizik-fəlsəfi təfəkkür, anlayıĢlarda təfəkkür kimi mənalandırır. Hegel 
spekulyativ təfəkkürü "mistika" adlandırır. Ancaq aydınlaĢdırır ki, "mistika" sözü altında o, dini mistikanı deyil, özünün 
idealist dialektikası ruhunda Ģərh etdiyi rasional fəlsəfi təfəkkürü nəzərdə tutur. 
19 Dialektik təfəkkürə söykənən "spekulyativ elmin" empirik elmlərə münasibətini Hegel "Ensiklopediya"nın 38-ci və 
246-cı paraqraflarında, həmçinin "Fəlsəfə tarixi üzrə mühazirələr"ində daha ətraflı aydınlaĢdırır. 
20 Karl Leonard Reynqold (1758-1823) – alman filosofu. Hegel "Fəlsəfə tarixi üzrə mühazirələr"ində onun haqqında 
mənfi fikir söyləyir. Reynqold fəlsəfi empirik-analitik metoda əsaslanırdı, ancaq Hegel bunu fəlsəfi təfəkkür üçün 
yetərli saymır, göstərir ki, "Sonlu idrak" metodu da spekulyativ fəlsəfi idrak kimi analitik olduğu qədər də sintetikdir 
("Ensiklopediya", § 238). 
21 Mizologiya – elmə nifrət, elmi mühakimələrdən üz çevirmək (Platon və Plutraxın terminidir) (yunanca). 
22 14-cü paraqrafda belə bir mühüm müddəanı qeyd edir ki, həqiqi elmi fəlsəfə yalnız sistem, bütöv halında, həm də 
abstrakt bütöv yox, konkret bütöv, yəni öz içində fərqləri olan bütöv kimi mümkündür. Sistemin bu iç fərqləri müəyyən 
qaydada nizamlanmıĢ olub, təsadüfi rəylər yığımından, aqreqatdın ibarət deyil ("Ensiklopediya", § 16). Bu paraqrafda 
Hegel fəlsəfi sistem içində materialın düzülüĢ sistemini müəyyənləĢdirir. Hegelə görə bütöv – dairələrdən ibarət 
dairədir, yəni təfəkkürün inkiĢafı spiralvari formada baĢ verir (bu qeydi geniĢ anlamaq üçün "Fəlsəfə tarixi üzrə 
mühazirələr"ə bax. Qeqelğ. Soç., t.IX, s. 32) 
23 Rus dilində "otçujdenie" (Azərbaycan türkcəsində "özgələĢmə") sözünə qarĢılıq olan Entäuberunq, Entfremdunq, 
Entfernunq sözləri vardır. "Ensiklopediya"nın bu nəĢrində (rus dilində) alman dilinə məxsus bu sözlərin dəqiqləĢdirilmiĢ 


tərcüməsi verilmiĢdir: Entäuberunq – ovneĢnenie (biz bunu diĢarılaĢmaq kimi tərcümə etmiĢik və bu söz Hegeldə ruhun 
özgəvarlığı, dıĢarı mövcudluğu mənasında iĢlənmiĢdir),  Entfernunq – kənarlaĢdırma, Entfremdunq – özgələĢmə. 
24 Hegel § 23-də "müstəqil təfəkkür" deyiminin mənasız olduğuna münasibətdə pleonazm sözünü iĢlədir. 
25 Partikulyarlıq ifadəsi Ģüurun özünü formaca predmetdən və subyektdən asılı olmayan abstrakt varlıq kimi aparmasını 
aydınlaĢdırarkən iĢlədir. 
26 Bax: Aristotel. Metafizika. M., 1934, s. 21-82. 
27 "Ġmmanent" sözü predmetin mahiyyətinə, iç varlığına aid olma anlamını daĢıyır. 
28 Hegel fikrin insana immanent olduğuna, o dünyaya məxsus olmadığına iĢarə edir. 
29 Sonlu Ģeylərin öz anlayıĢlarına uyğunsuzluğunun cinsin özünü təkcədən onun ölümü ilə azad etməsi vasitəsilə aradan 
qaldırıldığına iĢarə edilir. 
30 "Məntiq elmi"nin giriĢində, § 26 və digər yerlərində Hegel ilk öncə Leybnisin metafizikasına münasibətini, ingilis-
fransız empirizmini, § 61-də isə Yakobinin mistisizmini tənqid edir (bu qeyd Engelsə məxsusdur, bax. K. Marks və F. 
Engels. Əsərləri, 38-ci cild, s. 176 – rus dilində). 
31 Nyuton mexanikası nəzərdə tutulur. 
32 Do sensum eminentiorem – ən mükəmməl hissliyə qədər. 
33 Hötenin "Faust"unda Mefistofelin sözləri. Ensheiresin natural – təbiətin hərəkət üsulu. 
34 Hegel özünün "Skeptisizmin fəlsəfəyə münasibəti. Onların ayrı-ayrı modifikasiyaları və yenilərinin əski formaları ilə 
müqayisəsi" adlı əsərini nəzərdə tutur. Bu əsər "Yunaner Sehriften" (Berlin, 1972-ci il) kitabında verilmiĢdir. 
35 Ġkinci qeydə bax 
36 Apriori – praktikadan öncə 
37 Appersepsiya – ilkin təsəvvürlərə yaxud təcrübəyə əsaslanan qavrayıĢ, idrak. 
38 Adi appersepsiya – adi təcrübəyə əsaslanan qavrayıĢ. 
39 Çaput mortuum – ölü baĢ (lat.). 
40 Apoqoqik – geniĢ. 
41 Allahın varlığının ontoloji sübutu haqqında, həmçinin bu sübut üsulunun yaranmasının izahının verildiyi 193-cü 
paraqrafa və "Fəlsəfə tarixi üzrə mühazirələr" (XI cild, s. 129-130, 266, 438-441-ə bax). Hegelin fikri belədir ki, Allah 
hissi varlıq deyil. Allah özü öz varlığını doğuran, hasil edən ideyadır. 
42 Taler – 3 markalıq əski alman gümüĢ pulu. 
43 Spinozanın müddəasıdır və anlamı budur ki, allah "yalnız mövcudluq kimi düĢünülə bilər". Bu müddəa Spinozanın 
"Etika" əsərində qeyd olunmuĢdur. Bax. "Ġzbrannıe proizvedeniə". T. I., M., 1957, s. 361. 
44 Partikulyar – qeyri rəsmi. 
45 Hegel materializmi birtərəfli empirizm və naturalizm ilə eyniləĢdirməklə materializmə zərbə vurur. 
46 Hegel "Ensiklopediya"nın sonrakı paraqraflarında F.Q. Yakobinin (1743-1819) "hisslər və inanc fəlsəfəsi", 
irrasionalizm fəlsəfəsindən söz açır və buna qarĢı rasional qnoseologiyanın müdafiəçisi kimi çıxıĢ edir. 


47 TanınmıĢ riyaziyyatçı Y.Y. Lalandın (1732-1807) Napaleona ünvanladığı sözləri Hegel dar empirizmin nümunəsi 
kimi göstərir. 
48 Dalay-lama – bütpərəstliyin bir nümunəsi 
49 Ġnsanda təbiətdən verilən məzmun – ilham, könül, vəhy və s. 
50 Coqito, erqo sum – "DüĢünürəm, deməli varam" (lat.). Dekartın məĢhur deyimi. Bu deyimdən çıxıĢ edərək Dekart 
ruhun (fərdi ruhun) substansiallığı nəticəsini çıxarır. Bu deyimə Dekartın ayrı-ayrı əsərlərində, özəlliklə də "Metod 
haqqında düĢüncələr" adlı əsərində rast gəlmək olar (bax: Ġzbrannıe proizvedeniə. M., 1950, s. 282). – Dekart sübut 
etmiĢdir ki, bu məĢhur deyim əqlinəticədən irəli gəlməyib zəkanın təbiətinə məxsusdur. Hegel Dekartın fikrini müdafiə 
edir. Empirist filosoflar Dekartın bu deyimində əqlinəticələr olduğunu sübut etmiĢlər, onlar eyni zamanda sübut 
eomiĢlər ki, insan öz mövcudluğunu təkcə təfəkkürünə əsasən deyil, həmçinin özünün hər bir hərəkətinə əsasən irəli 
sürə bilər (bax: Qassendi.Soç. T.2. M., 1968, s. 533; Qobbs. Ġzbr. proizv. T.1, M., 1964, s. 414. 
51 Medius terminus – əqlinəticənin orta termini (lat.). 
52 Consensus gentium – bütün xalqların razılığı (lat.) 
53 Hindistanda brahmanizm dininə mənsub olan kahin. 
54 Summun jus summa injuria – ali hüquq – ali hüquqsuzluqdur (ədalətsizlikdir) (lat.) 
55 Hegelin məntiqi üç bölümə (Varlıq haqqında təlimə, Mahiyyət haqqında təlimə, AnlayıĢ haqqında təlimə) 
ayırmasının anlamını və düzgünlüyünü marksizm klassikləri də təsdiq edir və göstərirlər ki, belə bölgünün tarixi əsası 
vardır və "gerçəkdən bütün insan idrakının (bütün elmin) ümumi gediĢi belədir" (bax: Lenin. Fəlsəfə dəftərləri. Əsərləri. 
38-ci cild, s. 335). Hökmlərin Hegel sistematikası barəsində Engels də qeyd edir ki, Hegelin məntiqi dində 
mühakimələrin inkiĢafı qaydaları məntiqin ümumi strukturunu (varlıq, mahiyyət və anlayıĢ hökmlərinə bölgüsünü) 
yenidən hasil edir (Engels. Anti-Dürinq. Bakı, 1967. Müqəddimə). Qeyd edək ki, Hegelin anlayıĢ terminini Engels 
hökmün subyektinin "ümumi təbiəti" anlamında, Lenin isə "idrak" anlamında Ģərh edir. Marks "Kapital" əsərində 
Hegelin hadisələri onların qanunauyğuq, öz anlayıĢlarına müvafiq olaraq gözdən keçirmək tələbinə özəl diqqət yetirir 
(K. Marks, F. Engels. Soç. T. 25, ç. 1, s. 208) 
56 "Kiçik məntiq"də məntiqi ilə tarixinin vəhdəti prinsipi mühüm yer tutur. Fəlsəfənin tarixi inkiĢafını Hegel 
"Məntiq"də kateqoriyalar sisteminin və özünün fəlsəfi sisteminin bütün bölümlərinin inkiĢaf pillələrinin obyektiv əsası 
kimi götürür. Bunu Hegel "Fəlsəfə tarixi üzrə mühazirələr"ində ətraflı gözdən keçirir. 
57 Panteon – çoxallahlı dinlərdə allahların Ģərəfinə tikiilən məbəd 
58 Mütləq indifferentlik – etinasızlıq anlamında 
59 Platonun dünyanın əksliklərdən yaranmasına dair fikrinə iĢarə edilir 
60 Sonlu və sonsuzun dialektik eyniyyətini Hegel öz üslubunda ifadə edir 
61 Taler – burada 42-ci qeydə bax 
62 Hegel özünün fəlsəfi idealizmi ilə Pifaqorun rəqəmlər fəlsəfəsi arasında yaxınlığa iĢarə edir 
63 Nemizid – əski yunanlarda tale və qisas ilahəsi 
64 Lot – 12,8 qrama bərabər olan çəki vahidi 
65 Kvadrat mil – sahə ölçü vahidi 
66 Kəmiyyət və keyfiyyət keçidləri inkiĢafda ana xətt kimi 


67 Caput mortum – 39-cu qeydə bax 
68 Mahiyyətin özünün özündə inikası nəzərdə tutulur 
69 Leybnis formula etdiyi fərdilik prinsipini özünün "Monodologiya"sının 9-cu bəndində Ģərh edir (Ġzbr. proizv-ə. M., 
1890, s. 340) 
70 Kontradiktor anlayıĢlar "Məntiq elmi"nin "AnlayıĢ haqqında təlim" bölümündə gözdən keçirilir 
71 Fluid – fiziki termindir 
72 Burada diqqət ona çəkilir ki, Hegelin "Böyük məntiq"ində dialektik ziddiyyət haqqında təlimin inkiĢafı a) eyniyyət, 
b) fərq, c) ziddiyyət ardıcıllığı ilə baĢ verir. Bundan sonra "Böyük məntiq"in üçüncü fəsli əsas kateqoriyasına həsr edilir. 
73 Formal məntiqin kafi əsas qanununu Hegel ətraflı Ģərh edir 
74 … causae officientes – fəaliyyətdə olan (təsir edən) səbəb (lat.); cuasa finalis – son səbəb (lat.) 
75 Fiksiya – idrakın qeydi 
76 QumdaĢı – tərkibində silisium oksid olan və beton tökmə iĢlərində iĢlənən birləĢmə 
77 Porfir – porfir, tikinti iĢlərində iĢlənən vulkanik süxur 
78 Alman Ģairi Qalflerin Ģerindən parça 
79 Dekursus vitae – həyatın axını (lat.) 
80 Praqmatik tarixĢünaslıq 
81 Emfaza – dilçiliyə aid termin (nitqdə təmtəraq, həyəcanlılıq, bəzi səslərin çətinliklə tələffüz edilməsi 
82 Kantın "Xalis zəkanın tənqidi" əsərinə bax. Əsərləri. 3-cü cild. M., 1964, s. 281 (rus dilində) 
83 a priori – təcrübəyə qədər 
84 Pedantizm – xırdaçılıq 
85 Hegel bu anlayıĢ vasitəsilə fəlsəfə tarixinin vəzifəsini müəyyənləĢdirir, göstərir ki, zərurət allahın mahiyyətinə 
məxsusdur. 
86 Burada 81-ci qeydə bax. 
87 Ġmmanent – daxili; predmetə xas olma 
88 Substansial və aksidental – zərurətin özünün özünə münasibətinin bir-birilə bağlı olan iki forması 
89 Akosmizm – dünyanın müsbət varlıq anlamında olmasının inkarı 
90 Amor intellektualis Dei – Allaha intellektual sevgi (lat.) – (bax: Spinoza. Ġzbr. proizvedeniə, t.1, s. 610) 
91 Ən ümuminin qəbul olunmasının insan təfəkkürü üçün təhlükə sayılmasını Hegel təfəkkürsüzlük sayır 
92 AnlayıĢların bu bölgüsünü Hegel qəbul etmir 
93 Hegel anlayıĢların belə bölgüsünü əsassız sayır 
94 Mühakimələrin Hegel sistematikası barədə Engelsin qeydlərinə bax (K. Marks, F. Engels. Soç. t. 20, s. 538) 


95 Partikulyar – mühakimənin bir növü (lat.) 
96 Konstitutiv əlamət – quruluĢ əlaməti 
97 Terminus minor – əqlinəticənin kiçik müqəddiməsi (lat.) 
98 Hegel Aristotelin fəlsəfi araĢdırmalarında sonlu, empirik təfəkkür formalarından istifadə etmədiyini həmin 
paraqrafda ətraflı gözdən keçirir. 
99 Empirik əqlinəticə nəzərdə tutulur 
100 Neqasiya – əlaqə 
101 Allahın varlığının ontoloji sübutu haqqında, həmçinin, Hegelin "Fəlsəfə tarixi üzrə mülahizələri"nə (XI cild, s. 129-
130, 286, 438-441, rus dilində) bax. Hegelin fikri budur ki, allah hissi varlıq deyil, belə ki, hissi varlığa anlayıĢda 
mövcud olandan daha çox Ģey aiddir. Allah özü öz varlığını yaradan ideyadır.  
102 Anselm – Hegelin müasirlərindən biri olmuĢ alman filosofu. Hegel "Məntiq elmi"nin 193-cü paraqrafında Anselmin 
müvafiq fikrini latınca vermiĢdir. "Məntiq elmi"nin ruscaya tərcüməsində də Anselmin fikrinin latıncası saxlanmıĢ, 
amma həmin fikrin ruscaya tərcüməsini tərcüməçi 70-ci qeyddə vermiĢdir. Biz isə "Məntiq elmi"nin azərbaycan 
türkcəsinə tərcüməsində 70-ci qeyddə Anselmin ruscaya çevrilmiĢ fikrinin azərbaycancasını mətndə vermiĢik. 
103 Tabula rasa – təmiz lövhə (lat.), Lokkun sensualist idrak nəzəriyyəsinə aid olan prinsip. 
104 Retort – kimyada iĢlədilən distillə cihazı. 
105 Spekulyasiya – hissi seyrdən kənarda təfəkkür hərəkəti. 
106 79-cu qeydə bax. 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə