Fəlsəfəyə olan tələbatı daha yaxından aĢağıdakı kimi müəyyənləĢdirmək olar: ruhun hiss edən və seyr edən ruh kimi
hissi predmetə, təxəyyülə malik olan ruh kimi obrazlara, iradə kimi məqsədə və i. a. malikdir; özünün mövcud varlığının
bu formalarının və predmetlərinin əksinə olaraq, yaxud onlardan fərqli olaraq, həmçinin özünün ali iç mahiyyətini,
təfəkkürü təmin edir və onu özünün predmeti edir. Beləliklə, o, sözün ən dərin anlamında, özünə qayıdır, çünki onun
prinsipi, xalis, qatıĢıqlardan təmizlənmiĢ özlüyü təfəkkürdür. Lakin təfəkkür özünün bu iĢini görməklə ziddiyyətə
qapılır, yəni fikrin özünə daimi eyniyyətsizliyində özünü itirir və beləliklə, özü-özünə çata bilmir və əksinə, öz
əksiliyinin əsirliyində qalır. Ruhun uca tələbatı yalnız idrak səviyyəsində qalan təfəkkürün bu sonucuna qarĢı çevrilmiĢ
olur və bu uca tələbat isə ona əsaslanır ki, təfəkkür özündən üz çevirmir, özünün özündəki – varlığında baĢ verən bu
Ģüurlu itkidə belə, özünə sadiq qalır, öz ziddiyyətlərini özündə həll edir.
Qeyd. Təfəkkürün təbiətinin dialektika olduğunun, onun idrak qismində özündə inkarlı olduğunun baĢa düĢülməsi
məntiqin baĢlıca tərəflərindən birini oluĢdurur. Təfəkkür düĢdüyü ziddiyyəti öz gücü ilə həll etmək ümidini itirərək
ruhun digər formalarındakı həllə və rahatlığa qayıdır. Lakin özünün bu qayıdıĢında təfəkkürün Platonun qarĢısına çıxan
mizologiyaya21 qapılması vacib deyil; bilavasitə deyilən və özünü həqiqətin dərkinin tək forması kimi təsdiq edən
düĢüncə mübahisəli tərzdə özünə qarĢı çıxmamalı idi.
§ 12
Yuxarıda göstərilən tələbatdan doğan fəlsəfənin çıxıĢ nöqtəsi təcrübə, bilavasitə olan və mühakiməli Ģüurdur. Bir
qıcıqlandırıcı kimi təcrübə ilə oyanan təfəkkür sonradan təbiidən, hissi olandan və mühakiməli Ģüurdan yüksəyə, özünün
xalis, qatıĢıqlardan məhrum stixiyasına ucalır, özünü əvvəlcə kənarlaĢdırmıĢ bu baĢlanğıc, çıxıĢ nöqtəsinə inkar
münasibətinə gətirir. O, özünün təminatını öncə özündə, bu olayların ən ümumi mahiyyəti ideyasında tapır; bu ideya
(mütləq, allah) az və ya çox ölçüdə abstrakt ola bilər. Təcrübi elmlər də öz tərəfindən öz məzmununun zənginliyini
yalnız bilavasitəlik və öncə tapılan, bir-biri ilə bağlı və deməli, ümumiyyətlə, təsadüfi müxtəlifliyin təqdim olunduğu
formaların aradan qaldırılmasına və bu məzmunun zərurətə yüksəldilməsinə stimul verir. Bu stimul göstərilən
ümumilikdən və yalnız özündə sınaqdan çıxmıĢ təminatdan təfəkkürü ayıraraq onu özü-özündən inkiĢaf etməyə məcbur
edir. Bu sonuncu, bir tərəfdən məzmunun və onun təklif etdiyi təriflərin qavranılmasından ibarətdir, digər tərəfdən isə, o
eyni zamanda bu məzmuna yalnız predmetin özünün zəruriliyi ilə müəyyənləĢdirilən ilkin (ursprünqlchen) təfəkkürün
azad inkiĢaf formasını verir.
Qeyd. ġüurda bilavasitəliliklə vasitəliliyin münasibəti haqqında aĢağıda ayrıca və ətraflı söz açacağıq. Burada biz,
öncədən yalnız ona diqqət yetirməliyik ki, bu iki moment fərqli momentlər kimi çıxıĢ etsələr də,
hər ikisi mütləq
olmalıdır və bir-biri ilə qırılmaz bağlılıqdadır. Belə ki, məsələn, allah haqqında və ümumiyyətlə, fövqəlhissi varlıqlar
haqqında bilik əslində hissi duyğu və seyr üzərində ucalmadır; ona görə də o bilik özünün bu çıxıĢ nöqtəsinə inkar
münasibətindədir və eyni zamanda da vasitələnmiĢ bilikdir. Çünki vasitəlilik hansısa bir baĢlanğıcdır, nə isə bir ikinciyə
keçiddir, belə ki, bu ikinci ona görə vardır ki, ona onun özünün "özgəsindən" gəlinmiĢdir. Amma allah haqqında bilik
bununla empirik tərəfə münasibətdə az müstəqil olmayacaq və hətta məhz bu inkarın və yüksəlmənin vasitəsilə o, özünə
öz müstəqilliyini verir. Əgər vasitələnməni Ģərtlənməyə çevirsək və onu birtərəfli qaydada qeyd etsək, onda demək olar
ki, fəlsəfə özünün ilkin yaranıĢında təcrübəyə (aposteriora) borcludur, ancaq bununla çox Ģey demiĢ olmarıq, çünki
doğrudan da təfəkkür önəmli ölçüdə bilavasitə varlığın inkarından ibarətdir. Həmçinin demək olar ki, qidalanma
prosesinin yaranması qida məhsullarına borcludur, onlarsız yemək baĢ verməz. Yemək prosesi, əlbəttə, bu yöndən
baxıldıqda münasib deyil, çünki yemək özünün baĢ verməsi üçün borclu olduğu Ģeyin udulmasıdır. Bu anlamda təfəkkür
də yeməkdən geri qalmır.
Lakin əsl, özü-özündə refleksləĢmiĢ təfəkkürün bilavsitəliliyi (apriorluğu) ən ümumilikdir, onun ümumiyyətlə özü-
özündə varlığıdır; təfəkkür burada özü-özünə ödənilir, təminatlanır və buna görə də onda xüsusiləĢməyə biganəlik, eləcə
də öz inkiĢafına laqeydlik vardır. Buna oxĢar olaraq din də az və ya çox inkiĢaf etməsindən, elmi Ģüur yüksəkliyinə
qalxmasından, yaxud sadəlövh inam və könül səviyyəsində qalmasından asılı olmayaraq eyni intensivliyə malik olub,
eyni dərəcədə razı salır və sayğıya səbəb olur. Əgər fəlsəfə ilk fəlsəfi təlimlərdə labüd olaraq baĢ verdiyi kimi (məsələn,
eleat məktəbinin varlıq təlimində göründüyü kimi) ideyaların ən ümumiliyində dayanırsa, onda haqlı olaraq