qavrayıĢ təsdiq etmir. Antik skeptisizm hissi seyri həqiqətin prinsipi etməkdən o qədər uzaqdır ki, hətta birinci olaraq
hissi olana34 qarĢı çıxıĢ etmiĢdir.
II. Tənqidi fəlsəfə
§ 40
Tənqidi fəlsəfənin empirizm ilə ümumiliyi ondadır ki, onların ikisi də təcrübəni idrakın tək zəmini sayır, lakin tənqidi
fəlsəfə təcrübənin həqiqət olmaq iddiasını qəbul etmir, onun yalnız olayları35 dərk etmək hüququnu tanıyır.
Tənqidi fəlsəfə üçün çıxıĢ nöqtəsi ilk öncə analiz zamanı təcrübədə tapdığımız elementlərin, hissi materialla ümumi
münasibətin fərqləndirilməsidir. Burada bizim öncəki paraqrafda göstərdiyimiz nəticə, yəni qavrayıĢda yalnız təkcə,
yalnız baĢ vermiĢ olaylar vardır nəticəsi də əlavə olunmalıdır; lakin bununla yanaĢı tənqidi fəlsəfə bu faktın üzərində
dayanır ki, təcrübədə biz ümumini və zərurini mühüm təriflər kimi tapırıq. Ümumi və zərurinin qaynağı empirikdə
olmadığından onlar təfəkkürün spontanlığına məxsusdur və ya baĢqa sözlə apriori36 verilmiĢdir. Təfəkkürün tərifləri və
ya ağlın anlayıĢları təcrübi idrakın obyektivliyini təĢkil edir. Təfəkkürün təriflərində. ümumiyyətlə münasibətlər vardır
və odur ki, onların vasitəsilə ümumiyyətlə sintetik mühakimələr apriori (yəni əksliklərin əzəli münasibətləri) yaranır.
Qeyd. Ümuminin və zərurətin təriflərinin idraka girdiyi faktını Yumun skeptisizmi inkar etmir. Kant fəlsəfəsi üçün də
bu fakt müqəddimədir; adi elmi dildə desək, Kantın fəlsəfəsi bu faktın yalnız baĢqa izahını vermiĢdir.
§ 41
Tənqidi fəlsəfə hər Ģeydən öncə metafizikada – həm də digər elmlərdə və gündəlik təsəvvürdə – iĢlədilən empirik-əqli
anlayıĢların dəyərini araĢdırır. Lakin bu tənqid məzmunun və təfəkkürün bu təriflərnin bir-birinə müəyyən
münasibətlərinin gözdən keçirilməsinə aid olmayıb, onları subyektivliklə obyektivlik arasındakı əkslik baxımından
gözdən keçirir. Orada götürülən bu əkslik təcrübənin iç elementlərinin fərqləndirilməsinə aiddir (öncəki paraqrafa bax).
Tənqidi fəlsəfədə ümumilik və zərurilik elementi, yəni təfəkkürün özünün aprior tərifləri obyektivlik adlandırılır. Amma
tənqidi fəlsəfə bu əksliyi o qədər geniĢləndirir ki, bütün təcrübə, yəni bu elementlərin hər ikisi subyektivlik sahəsinə
girmiĢ olur və bu subyektivliyə qarĢı özündə Ģeydən baĢqa heç nə dura bilmir.
Apriorun əsas formaları, yəni təfəkkür və məhz özünün obyektivliyinə baxmayaraq, yalnız subyektiv fəaliyyətdən
ibarət olan təfəkkür formaları yalnız psixoloji-tarixi əsaslara dayanan sistemləĢdirmə yolu ilə alınır.
1-ci əlavə. KeçmiĢ metafizikanın təriflərinin tədqiq olunması, Ģübhəsiz, irəliyə doğrü bir addımdır. Sadəlövh təfəkkür
heç bir Ģübhə etmədən göstərilən tərifləri bir anda və öz-özünə yaranan təriflər kimi götürürdü. O özündən soruĢmurdu
ki, bu təriflərin nə kimi dəyəri və əhəmiyyəti var. Artıq biz söyləmiĢdik ki, azad təfəkkür – heç bir ilkin Ģərti olmayan
təfəkkürdür. Əski metafizik təfəkkür ona görə azad deyildi ki, öz təriflərini refleksiyanın öz süzgəcindən keçirilməyən,
öncədən verilən apriori təriflər kimi qəbul edirdi. Tənqidi fəlsəfə isə əksinə, təfəkkür formalarının həqiqətin dərkində nə
dərəcədə qabil olduğunu araĢdırmağı qarĢısına məqsəd qoymuĢdu. Burada Ģübhəsiz belə bir düzgün fikir vardır ki, biz
təfəkkür formalarının özünü idrakın predmeti etməliyik. Ancaq burada yanlıĢ fikir budur ki, biz dərk etməyə
baĢlamazdan öncə dərk etməliyik, biz üzməyi öyrənməmiĢ suya girməməliyik. ġübhə yoxdur ki, təfəkkür formalarını
araĢdırmadan onlardan istifadə edilməməlidir, amma bu araĢdırmanın özü artıq idrakdır. Deməli, idrakda təfəkkür
formalarının fəaliyyəti onların tənqidi ilə eyni zamanda baĢ verməlidir. Təfəkkür formaları özündə və özü üçün gözdən
keçirilməlidir, onlar həm predmet, həm də bu predmetin özünün fəaliyyətidir. Təfəkkürün formaları özü-özünü araĢdırır,
öz hüdudlarını özü müəyyən etməli və özünün yetərsizliyini aĢkar etməlidir. O zaman bu, artıq təfəkkürün sonra gözdən
keçirəcəyimiz dialektik fəaliyyəti olacaq və burada biz hələ onun barəsində yalnız onu qeyd etməliyik ki, dialektikaya
təfəkkürün fəaliyyətinə kənardan gətirilmiĢ bir Ģey kimi deyil, onun özünə xas olan bir özəllik kimi baxılmalıdır.
Deməli, Kantın fəlsəfəsinin fərqləndirici özəlliyi o tələbdən ibarətdir ki, təfəkkür özü-özünü tədqiq etsin və özünün
dərketmə qabiliyyətinin dərəcəsini müəyyənləĢdirsin. Bizim zamanda biz Kant fəlsəfəsindən kənara çıxmıĢıq və hər kəs
ondan uzağa gedəcəyini iddia edir. Ancaq uzağa iki cür getmək olar: irəli uzaq getmək və geriyə doğru uzaq getmək
olar. Bizim fəlsəfi canatımlarımızın çoxu, yaxından baxılsa, keçmiĢ metafizik metoddan, qeyri-tənqidi və məsuliyyətsiz
təfəkkürdən baĢqa bir Ģey deyil.
2-ci əlavə. Təfəkkürün təriflərinin Kant tərəfindən araĢdırılmasındakı ciddi yetərsizlik ondan ibarətdir ki, bu təriflər
özündə və özü üçün araĢdırılmayaraq yalnız onların subyektiv yaxud obyektiv olması baxımından tədqiq edilir.
Obyektivlik dedikdə bizdən kənarda olan və bizə kənardan qavrayıĢ vasitəsilə daxil olan varlıq baĢa düĢülür. Kant
təfəkkürün təriflərinin (məsələn, səbəb və təsir) göstərilən, yəni onların qavrayıĢla verildiyi anlamında obyektivliyini
inkar edir və onların təfəkkürümüzə məxsus olduğunu və ya təfəkkürün spontanlığına məxsus olduğunu və bu anlamda
subyektiv olduğunu gözdən keçirmiĢdir. Lakin Kant bununla yanaĢı düĢünüləni, daha dəqiq desək, ümumini və zərurini
obyektiv, yalnız duyğunu subyektiv adlandırır. Beləliklə, yuxarıda göstərilən ifadə sanki baĢı üstə qoyulmuĢ olur və
odur ki, Kanta dilə dolaĢıqlıq gətirdiyini irad tuturlar. Ancaq bu çox ədalətsiz iraddır. Burada iĢ aĢağıdakı kimidir. Adi
Ģüur hiss ilə qavranılanı, yəni qarĢısındakını (məsələn, bu heyvandır, ulduzdur və i. a.) özlüyündə varlıq, müstəqil
mövcudluq kimi qəbul edir; fikri isə, əksinə, qeyri-müstəqil, baĢqasından asılı sayırlar. Ancaq əksinə, hiss ilə qavranılan
əsl qeyri-müstəqil və ikinci, fikir isə əsl müstəqil və birincidir. Bu anlamda Kant fikri olanı (ümumi və zərurini)
obyektiv adlandırmıĢ və bunda o, tam haqlı idi. Digər tərəfdən, hiss ilə qavranılan hər halda subyektiv olduğundan onun
dayağı özündə deyil və fikir xaraktercə möhkəm və içdən davamlı olduğu qədər hissi qavranılan da o qədər ani və
keçicidir. Obyektiv və subyektiv arasında fərqin burada qeyd edilən və Kantın irəli sürdüyü təriflə biz indiki zamanda
savadlı adamların ifadələrində də qarĢılaĢırıq; belə ki, məsələn, biz incəsənət əsərini dəyərləndirərkən ondan tələb edirik
ki, təsadüfdən, Ģəxsi duyğudan və mövcud andakı ovqatdan çıxıĢ edərək subfektiv olmasın və incəsənətin özünün
mahiyyətinin təməlində duran ümumidən çıxıĢ edərək obyektiv olsun. Biz bu anlamda elmi fəaliyyətə münasibətdə də
obyektiv və subyektiv maraqlar arasında fərqi ayırd edə bilərik.
Ancaq təfəkkürün Kant tərəfindən irəli sürülən obyektivliyi öz sırasında subyektivdir, çünki Kanta görə, fikirlər ümumi
və zəruri təriflər olsa da yenə də bizim fikirlərimizdir və özündə Ģeydən keçilməz sərhədlə ayrılmıĢdır. Təfəkkürün
həqiqi obyektivliyi, əksinə, ondan ibarətdir ki, fikirlər təkcə bizim fikirlər olmayıb, həm də eyni zamanda Ģeylərin və
ümumiyyətlə predmetlərin özündədir. Obyektiv və subyektiv münasib ifadələrdir ki, onlar düĢünmədən iĢlədilir və
bundan çox asanlıqla dolaĢıqlıq yaranır. Bizim anlatmamıza görə "obyektivlik" sözünün üç anlamı var. Birincisi, o,
yalnız subyektiv – rəydən, istəkdən və i. a. fərqli olaraq dıĢ aləmdə mövcud olan anlamda iĢlədilir; ikincisi, onun Kant
tərəfindən müəyyənləĢdirilən və bizim təsadüfi, qeyri-rəsmi və subyektiv duyğumuza məxsus olandan fərqlənən ümumi
və zəruri olan anlamı daĢıyır; üçüncüsü, o, sonda göstərdiyimiz anlamda, yəni yalnız bizim düĢündüyümüzdən fərqlənən
və bununla da Ģeyin özündən, baĢqa sözlə özün-də Ģeydən fərqlənən "özün-də" düĢünən anlamında iĢlənir.
§ 42
a) Ġdrakın nəzəri qabiliyyəti.
Bu fəlsəfə düĢüncənin anlayıĢlarının əsası kimi təfəkkürdə "mən"in əzəli eyniyyətini (mənlik Ģüurunun transendental
vəhdətini) göstərir. Hiss və seyr ilə verilənlər öz məzmununa görə bir müxtəliflikdir və onlar hissiliyin (ümumi) seyrin
apriori formaları kimi fərqlənən və bununla da Ģeyin məkan və zaman formalarının bir-birindən kənarda olması
sayəsində həm də formaca müxtəlifdir. Duyğuların və seyrlərin müxtəlifliyini özünə daxil etdiyindən və onları özündə
bir Ģüurda birləĢdirdiyindən (xalis appersepsiya)37 bu müxtəliflik eyniyyətə, ilkin iliĢgiyə gətirilir. Bu münasibətin bəlli
növləri düĢüncənin xalis anlayıĢları, kateqoriyalarıdır.
Dostları ilə paylaş: |