§ 57
Mühakimənin refleksiyaedici gücü, prinsipi təbiətin canlı varlıqlarına münasibətdə məqsəd, fəal anlayıĢ kimi, özündə
müəyyənləĢən və müəyyənedici ümumi kimi müəyyənləĢdirilir. Bununla birlikdə dıĢarı və ya sonlu, məqsədin
reallaĢması vasitəsinə və onun reallaĢdığı materiala münasibətdə yalnız dıĢ forma olduğu məqsədyönlülük haqqında
təsəvvür aradan qaldırılır. Əksinə, canlı varlıqlarda məqsəd materiyanın immanent tərifi və fəaliyyətidir və bütün üzvlər
bir-biri üçün eyni zamanda vasitə və məqsəddir.
§ 58
Belə bir ideyada məqsəd və vasitə, subyektivlik və obyektivlik arasında abstrakt münasibət aradan qaldırılsa da, Kant
buna zidd olaraq yenə də yalnız təsəvvür kimi, yəni subyektivlik kimi mövcud və fəal olan məqsədin səbəb olduğunu
söyləyir; beləliklə, Kant məqsədin tərifini yalnız bizim düĢüncəmizə məxsus olan qiymətləndirmə prinsipi kimi
açıqlayır.
Qeyd. Tənqidi fəlsəfə zəkanın, ağlın yalnız hadisələri dərk etməyə qabil olduğu sonuca gəldikdən sonra biz gözləyə
bilərdik ki, heç olmasa, canlı təbiətə münasibətdə iki eyni dərəcədə subyektiv olan təfəkkür üsulu arasında seçim imkanı
veriləcək və Kantın özü hətta təbiətin törəmələrinin, habelə keyfiyyət, səbəb və fəaliyyət, mürəkkəb, tərkib hissələri və
s. kateqoriyalar üzrə dərki öhdəliyini irəli sürəcək. Əgər elmi araĢdırmada iç (daxili) məqsədəyönlülük prinsipi
saxlansaydı və inkiĢaf etdirilsəydi, onda bu, tamamilə baĢqa, mükəmməl yanaĢma üsulunun yaranmasına səbəb olardı.
§ 59
Ġç məqsədyönlülük prinsipi üzrə inkiĢaf edən ideya özünün bütün qeyri-məhdud tamlığında zəkanın, ağlın müəyyən
etdiyi ümumiliyin – mütləq son məqsədin – xeyrin dünyada gerçəkləĢməsindən, nə isə bir üçüncü, bu son məqsədi
müəyyən edən və reallaĢdıran güclə, ümumilik və təkcəlik arasında, subyektivlik və obyektivlik arasında əksliyin öz
həllini tapdığı və qeyri-müstəqil və qeyri-həqiqiliyinin bildirildiyi mütləq həqiqət kimi allahda gerçəkləĢməsindən ibarət
olardı.
§ 60
Ancaq dünyanın son məqsədi kimi qəbul edilən xeyir Kant təlimində ilk baĢlanğıcdan bizim xeyir kimi, bizim praktiki
zəkamızın əxlaq qanunu kimi müəyyənləĢdirilir, belə ki, vəhdət dünyanın durumu, dünyada baĢ verən olaylar və bizim
əxlaqiliyimiz arasında bir uyğunluqdan o tərəfə getmir.*
------------------------------------------
* Kantın "Mühakimə qabiliyyətinin tənqidi" əsərindəki (§ 88) öz sözlərini gətiririk: "Son məqsəd yalnız bizim praktiki
zəkamızın anlayıĢıdır və təbiət haqqında nəzəri mühakimə üçün hər hansı təcrübi məlumatlardan irəli gələ və təbiətin
dərkinə bağlılığı ola bilməz. Son məqsəd anlayıĢının praktiki zəka üçün əxlaq qanunu üzrə iĢlədilməsindən baĢqa heç bir
tətbiqi ola bilməz və xilqətin son məqsədi dünyanın yalnız qanunla göstərə biləcəyimiz, yəni bizim praktiki zəkamızın
son məqsədinə uyğun gələn və yalnız praktik olan durumuna uyğun halıdır".
------------------------------------------
Ondan baĢqa, hətta özünün bu məhdudluğu ilə son məqsəd (xeyir) qeyri-müəyyən abstraksiyadır və borc da buna
uyğun olaraq qeyri-müəyyən abstraksiya kimi qalmalıdır. Sonra, Kant yenidən bu harmoniyaya qarĢı subyektivlik və
obyektivlik arasında bu harmoniyanın məzmununda artıq qeyri-həqiqi elan edilmiĢ ziddiyyət olduğunu irəli sürür, belə
ki, zərurət və gerçəklik arasındakı harmoniyanı Kant yalnız olmalı olan, yəni reallığı olmayan subyektiv harmoniya
kimi, varlığına inanılan, yalnız subyektiv həqiqiliyə malik harmoniya kimi, baĢqa sözlə, ideyaya uyğun gəlməyən
obyektivliyə məxsus harmoniya kimi müəyyən edir.
Əgər bu ziddiyyətin ideyanın gerçəkləĢməsinin zamana, gələcəyə, (ideyanın yenə də mövcud olacağı gələcəyə)
ötürülməsiylə gözə çarpmadığı, önəmini itirdiyi görünürsə, biz buna qarĢı deməliyik ki, zaman kimi bir hissi Ģərt
ziddiyyətin həll olunmasına əksdir və düĢüncənin uyğun təsəvvürü (sonsuz proqres) bilavasitə bu ziddiyyətin özünün
əbədi təkrarından baĢqa bir Ģey deyil.
Qeyd. Tənqidi fəlsəfədən alınan və bir mövhumata, yəni bizim zamanın təfəkkürünün ümumi Ģərhinə, müqəddiməsinə
çevrilən idrakın təbiətinə dair nəticə haqqında bir ümumi qeydi də etmək olar.
Hər bir dualist sistem üçün, özəlliklə də Kantın sistemi üçün əsas qüsur onun ardıcıl olmamasıdır: o, bir dəqiqə bundan
öncə müstəqil elan etdiyi, deməli, idrakda birləĢməyən Ģeyi idrakda birləĢdirir. Ġdrakda birləĢəni indicə həqiqət elan edir
və sonra bir anda bunun əksini, müstəqil mövcudluğunu sistemin qəbul etmədiyi o iki momenti təsdiq edir, belə ki, onun
sistemi yalnız ayrı-ayrılıqda həqiqi və gerçək olan momentlərin birliyini onların həqiqəti kimi qəbul edir. Belə
fəlsəfəçilik belə bir sadə həqiqəti anlamır ki, iki əks təriflər arasında daim tərəddüd etməklə onların hər ikisini yetərsiz
elan etmiĢ olur və yetərsizlik sadəcə iki fikri (yalnız formaca iki olan fikri) bir araya gətirməyi bacarmamaqdan
ibarətdir. Ona görə də Kant bir tərəfdən empirik-əqli düĢüncənin yalnız olayları dərk etdiyini qəbul etməklə, o biri
tərəfdən bu idrakın mütləq (idrakın olaydan, hadisədən o tərəfə gedə bilmədiyi, bunun insan biliyinin təbii, mütləq)
hüdud olması anlamında mütləq olduğunu təsdiq etməkdə son dərəcə qeyri-ardıcıl olmuĢdur. Təbii predmetlər
məhduddur və onlar özlərinin ümumi hüdudu haqqında heç nə bilmədikləri üçün, onların müəyyənliyinin onlar üçün
deyil, yalnız bizim üçün müəyyənlik olduğunu düĢünə bilmədikləri üçün təbii predmetlərdir. Hüdudu bilmək və hətta
hiss etmək, eyni zamanda ondan kənara çıxmaq yetərsizlik imiĢ. Ağrı hissinə malik olmaq canlı varlıqların cansızlardan
üstünlüyüdür, onlar üçün təkcə müəyyənlik inkar kimi duyulur, çünki canlı kimi onlar təkcəlik hüdudundan kənara
çıxan həyat ümumiliyinə malikdirlər, çünki onlar özlərini inkarda saxlayırlar və özlərində bu ziddiyyətin (təkcəliyin
sonluluğu ilə ümuminin sonsuzluğu arasında olan ziddiyyətin – A.T.) varlığını hiss edirlər. Onlarda bu ziddiyyət, bu iki
moment (onların həyat hissinin ümumiliyi və bu hissin təkcəliyinin inkarı) eyni bir subyektdə olur. Ġdrakın hüdudu,
yetərsizliyi yalnız ümumi ideyasının varlığı ilə bütöv və tamamlanma ideyasının müqayisəsi sayəsində yetərsizlik kimi
müəyyənləĢdirilir. Ona görə də düĢüncəsizlik bir Ģeyin sonlu və ya məhdud olduğunun göstərilməsinin yalnız sonsuzun
gerçək varlığının sübutu olduğunu anlamamaqdan, hüdud haqqında biliyin qeyri-məhdudun Ģüurda yalnız bu dünya üzrə
mövcud olması sayəsində mümkün olmasını baĢa düĢməməkdən ibarətdir.
Ġdrakın bu sonucu barəsində bir qeydi də etmək olar ki, Kant fəlsəfəsi elmin metoduna heç bir təsir göstərə
bilməmiĢdir. O, kateqoriyalara və adi idrak metoduna qətiyyən toxunmamıĢdır. Əgər o zamanın elmi əsərləri bəzən Kant
fəlsəfəsinin müddəaları ilə baĢlayırdısa, bu əsərlərin fikri inkiĢafında aĢkar edilirdi ki, Kant fəlsəfəsinin müddəaları
artıqdır və ilk bir neçə səhifə buraxılsaydı belə, yenə də həmin empirik məzmun Ģərh olunardı.*
-----------------------------------------------
* Hətta Hermannın "Handbuçh der Metrik" əsəri Kant fəlsəfəsinin paraqrafları ilə baĢlanır. 8-ci paraqrafda hətta nəticə
çıxarılır ki, ritm qanunu: 1) obyektiv, 2) formal, 3) apriori müəyyənləĢən qanun olmalıdır. Bu tələblər və sonra gələn
səbəbiyyət və qarĢılıqlı təsir prinsipləri ilə Ģerin ölçülərinin Ģərhini müqayisə etmək maraqlıdır. Bu Ģərhə formal
prinsiplərin heç bir təsiri olmamıĢdır.
-----------------------------------------------
Dostları ilə paylaş: |