MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə10/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  31 
2.  Nəzəriyyə  prosesin,  obyektin  müəyyən  xassələrinin  tam  təsvirini 
mümkün etməlidir, yəni bu sahədə bütün sınaq nəticələri nəzəriyyənin ilk 
bazası  olan  prinsip,  anlayış,  abstraktsiya,  ideallaşdırma  və  aksiomların 
köməyi ilə təsvir olunmalıdırlar.   
3.  Nəzəriyyəyə  daxil  olan  komponentlər  arasındakı  əlaqələr  izah 
olunmalıdırlar.  Bir  müddəadan  başqasına  keçidə  imkan  verən  müna-
sibətlər formalaşdırılmalıdır.     
4.  Nəzəriyyə  daxilində  inkarlıq  olmamalı  və  onun  sınaq  nəticələri  ilə 
uyğun gəlməsi təmin edilməlidir. 
Qeyd  olunan  tələbatları  ödəyən  nəzəriyyələr  müəyyən  göstəricilərinə 
görə  fərqlənirlər.  Bu  göstəricilərə  evristiklik,  konstruktivlik  və  sadəlik 
aiddir. 
   Nəzəriyyənin  evristikliyi  onun  proqnozlaşdırılmış  və  izahedici  imkan-
larını  əks  etdirir.  Bu  həqiqi  nəzəriyyə  üçün  əsas  arqument  sayılır.  Burada 
onu demək yerinə düşərdi ki, nəzəriyyənin riyazi aparatı vacib rol oynayır.  
O,  dəqiq  kəmiyyət  proqnozları  verməklə,  daha  yeni  proseslərin  kəşfinə 
aparır.  
  Konstruktivlik  dedikdə  nəzəriyyənin  əsas  müddəa,  prinsip  və 
qanunlarını  müyyən  qaydalar  üzrə  sadə  yoxlanması  nəzərdə  tutulur. 
Nəzəriyyənin  sadələyi  ümumiləşdirilmiş  qanun  və  məlumatların ixtisar  və 
sıxlaşdırılması  sayəsində  əldə  edilir.  Nəzəriyyəni  təkçə  statistik  yox,  həm 
də  dinamiki  qiymətləndirmək  olar.  Nəzəriyyə  növü  nə  qədər  çox  faktlara 
aid edilərsə, o daha çox üstünlüyə malik olur. 
 
 1.6. Mövzunun seçilməsi və elmitədqiqat işlərinin planlanması  
Mövzunun seçilməsi elmi–tədiqiqat işlərinin hazırlanması mərhələsində 
önəmli  yer  tutur.  Elmi  mövzu  ya  müəyyən  elmi  istiqamətə,  ya  da  elmi 
problemə aid edilə bilər. Elmi istiqamət dedikdə elmin müəyyən sahəsində 
fundamental, nəzəri və ya eksperimental məsələlərin həlli ilə məşğul olan 
elmi  kollektivin  fəaliyyət  sahəsi  nəzərdə  tutulur.  Məsələn,  iqtisadçıların 
elmi–tədqiqatları  „iqtisadiyyat“  adı  altında  ümumi  istiqaməti  əhatə  edir. 
Onun  daxilində  müxtəlif  istiqamətlər  seçmək  mümkündür:  iqtisadiyyat 
nəzəriyyəsi,  iqtisadi  analiz,  vergilərin  müəyyənləşdirilməsi,  dünya  iqtisa-
diyyatı,  təşkiletmənin  iqtisadiyyatı.  İstiqamətin  struktur  elementləri 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
32 
kompleks  problem,  mövzu  və  suallardan  ibarətdir.    Elmi  problem  – 
mürəkkəb  nəzəri  və  praktiki  məsələlərin,  elmi-tədqiqat  işlərinin  top-
lumudur.  Problem tədqiqatın əsas sahəsini əhatə edir və perspektiv dəyərə 
malikdir.  
Problemlər  bir  çox  mövzulardan  irəli  gəlir.  Mövzu  –  müəyyən  elmi–
tədqiqat  sahəsini  əhatə  edən  elmi  məsələdir.  O,  elmi  suallara  əsaslanır. 
Elmi  sual  deyəndə  nisbətən  kiçik,  konkret  elmi  məsələ  nəzərdə  tutulur. 
Mövzular  nəzəri,  praktiki  və  ya  qarışıq  olurlar.  Nəzəri  mövzular  adətən 
ə
dəbiyyatlardan  istifadə  edilməklə  işlənir.  Praktiki  mövzular  faktların 
öyrənilməsi, ümumiləşdirilməsi və analizi əsasında yerinə yetirilir. Qarışıq 
mövzularda hər iki metoddan istifadə edilir. 
   Mövzunun  işlənməsində  konkret  tapşırıq  qoyulur:  yeni  konstruk-
siyanın,  proqressiv  texnologiyanın,    yeni  metodikanın  işlənməsi  və  s. 
Mövzunu  dəqiqləşdirmədən  öncə  milli  və  beynəlxalq  ədəbiyyatlar 
araşdırılır.  Problemin  qoyuluşu  çətin  proses  olub,  bir  neçə  mərhələdən 
ibarədtir. 
Birinci mərhələ – problemin qoyulması. Araşdırılan elmi istiqamətdəki 
ziddiyətləri  analiz  edərək  əsas  sual–problem  formulə  edilir  və  gözlənilən 
nəticə ümumi formada təsvir edilir. 
İ
kinci  mərhələyə  –  struktur  problemlərin  işlənməsi  daxildir.  Bu  zaman 
mövzu,  alt  mövzular  və  suallar  seçilir.  Bu  komponentlərin  kompozisiyası 
problem ağacını təsvir edir. 
Üçüncü mərhələdə – problemin aktuallığı əsaslandırılır. Bunun üçün hər 
mövzuya aid bir neçə ziddiyyət qoyulur, sonra analiz və  elmi yaxınlaşma 
metodu  əsasında  ziddiyyətlər  tədricən  aradan  qaldırılır  və  seçilən 
mövzunun real əhəmiyyəti göstərilir. 
Problemi  əsaslandırdıqdan  və  onun  strukturunu  müəyyənləşdirdikdən 
sonra  elmi  işçi  mövzunun  seçilməsini  sərbəst  həyata  keçirir.  Bir  çox 
alimlərin  fikrincə  mövzunun  seçilməsi  elmi  işin  icrasından  daha  çətin  və 
məsuliyyətli sayılır. 
Seçilən mövzu aktual, hal–hazrda həlli tələb olunan olmalıdır. Bu əsas 
tələblərdən  biridir.  Aktuallığı  dəyərləndimək  üçün  meyar  yoxdur.  Nəzəri 
elmi sahələrdə adətən mövzunun aktuallığını tanınmış alimlər təyin edirlər. 
Texniki sahələrdə isə bu gözlənilən iqtisadi effektlə ölçülür.  


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  33 
Mövzu yeni elmi məsələnin həllini şərtləndirməlidir. Bu o deməkdir ki, 
bu mövzu seçilən formada heç vaxt işlənməyib. Təkrarlamaya yol verilmir.  
Elmi–tədqiqat  işlərinin  planlanması  onun  rasional  təşkili  üçün  böyük 
ə
həmiyyət daşıyır. Bunun əsasında elmi–tədqiqat institutlarının qarşısında 
kompleks problemlərin həlli qoyulur. Planlama prosesində aşağıdakı mər-
hələlər fərqləndirilir. 
İş
çi  proqram  –  tədqiqatın  məqsədi  və  hipotezlər  nəzərə  alınmaqla 
işlənmiş  ümumi  konsepsiyadır.  Adətən  iki  hissədən  ibarətdir:  metodoloji 
və prosedur. Metodoloji hissəyə aşağıdakı bölmələr daxildir: 
 Problemin və ya mövzunun formulə edilməsi; 
 Tədqiqat obyektlərinin və predmetinin təyini; 
 Tədqiqatın məqsədi və problemin qoyuluşu; 
 Əsas anlayışların interpretasiyası;  
 İşçi hipotezlərin formulə edilməsi. 
Problemin  qoyulması  –  həll  olunacaq  məsələlərin  müəyyənləşdirilmə-
sinə  və  ya  elmi–praktiki  işlərə  yönəlirlər.  Sosial  problem  dedikdə  cəmiy-
yətdə  mövcud  olan  sistemlərin  və  onun  ayrı–ayrı  elementlərinin  inkişa-
fındakı ziddiyyətlər nəzərdə tutulur.   
Elmi problem – cəmiyyətin tələbləri haqqında biliklər və onların yerinə 
yetirilməsi  yolları  və  vasitələri  haqqındakı  biliklər  arasındakı  ziddiy-
yətlərdir. 
Tədqiqatın  obyekti  və  predmetinin  təyini  elmi–tədqiqat  işlərində  əsas 
metodoloji mərhələ sayılır. 
Tədqiqat  obyekti  –  ziddiyyətlərlə  dolu  olan  proses  olub,  problemli
 
situasiya
 
yaradır. Tədqiqat predmeti – araşdırılan obyektin böyük praktiki 
və  nəzəri  əhəmiyyəti  olan  xassəsidir.  Məsələn,  əgər  elmi  işin  mövzusu 
kredit–pul  tənzimlənməsinin  mexanizminin  formulə  edilməsinə  həsr 
edilərsə,  onda  tədqiqat  obyekti  kimi  kredit–pul  tənzimləmə  sistemi, 
predmeti isə iqtisadiyyatın kredit–pul tənzimlənməsi mexanizmidir.  
Tədqiqatın  məqsədi  –  işin  ümumi  şəkildə  gözlənilən  nəticələrinin  əldə 
olunmasına  tərəf  yönəldilməsidir.  Tədqiqatın  obyekti  və  predmeti  seçil-
dikdən  sonra  onun  məqsədi  təyin  edilir.  Adətən  məqsədlər  qısa  formada 
ifadə olunsada da onun dəqiqliyi ümumi işin axınına önəmli dərəcədə təsir 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə