MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə14/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  43 
ə
saslanır  və  hər  bir  ölkədən  olan  iddiaçıya  eyni  hüquqların  verilməsini 
nəzərdə  tutur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  ölkə  daxilində  olanların 
xaricilər  qarşısında  üstünlüyə  malik  olmasına  da  nəzər  yetirilir.  „Birlik 
prioriteti“  prinsipi  eyni  iddia  ilə  çıxış  edən  şəxslər  mövcud  olduqda 
konfliktlərin həllini asanlaşdırır. Konvensiyada qərara alınmışdır ki, hər bir 
üzv ölkədən olan şəxsin patent iddiasına 12 aylıq prioritet müddəti qoyulur. 
Bu müddətdə digər üzv ölkələrdən heç kim bu yeniliyə oxşar olan iddiaya 
patent  ərizəsi  verə  bilməz.  Müxtəlif  üzv  ölkələrindən  eyni  prioritetə  aid 
olan ərizələrə prioritet ailəsi deyilir.  Hal–hazırda bu konvensiyaya 170-dən 
çox ölkə daxildir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.2. Milli və beynəlxalq patent ərizələrinin verilmə imkanları.
 
  Patent  Kooperasiyası  haqqında  Müqavilə  (ingl.  Patent  Cooperation 
Treaty,  PCT)  1978-ci  ildə  qəbul  edilib.  O,  Azərbaycan  Respublikasında 
25.12.1995-ci  ildə  qüvvəyə  minib.  1978-ci  ildə  Vaşinqtonda  patent 
mühafizəsi  üzrə  ölkələrarası  kooperasiyanı  yaxşılaşdırmaq  məqsədilə 
imzalanan  bu  müqavilə  əqli  yaradıcılığın  genişlənməsində  coğrafi  sədləri 
aşmağa xidmət edirdi. PCT patent ərizəsinin üstünlüyü ondan ibarətdir ki, 
bu  sistem  daxilində  alınan  patent  PCT-yə  daxil  olan  bir  çox  ölkələrdə 
qüvvədə  olur.  Patentin  hansı  ölkələrdə  eyni  zamanda  qeydiyyatdan 
keçirilməsinə iddiaçı özü qərar verir. Yəni burada avtomatik olaraq patentin 
bütün  140  üzv  ölkədə  qeydiyyatdan  keçməsi  baş  vermir.  Ölkələrin  sayı 
patent  xərcini  artırır,  çünki  hər  ölkənin  öz  daxili  qiymət  strukturu 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
44 
mövcuddur. PCT proseduru milli və beynəlxalq olaraq iki mərhələyə bölü-
nür. Milli mərhələdə ixtiraya iddia ərizəsi ölkədaxili qaydalara əsasən icra 
edilir. Bu təşkilat daxilində beynəlxalq patentə ərizə verildikdən sonra ilkin 
beynəlxalq  ekspertiza  aparılır  və  beynəlxalq  patent  ərizəsi  çap  edilir. 
Beynəlxalq patentin çap olunması 18 ay çəkir. Bundan sonra verilən ərizə 
hər  bir  ölkə  daxilində  mövcud  qaydada  yoxlanılır  və  uyğun  qərar  qəbul 
edilir. PCT üsulunun iki böyük üstünlüyü vardır. Birincisi odur ki, hər bir 
iddiaçı patent ərizəsini öz ana dilində verə bilər. İkinci üstünlük milli patent 
mərhələsindən sonra gələn beynəlxaq ekspertiza prosedurudur. Yəni, patent 
xərci 12 ay sürüşmüş şəkildə yaranır. Bu isə milli patent mərhələsində uğur 
vəd  etməyən  patent  üçün  xərclərin  azaldılmasına  yol  açır.  Çatışmayan 
cəhəti odur ki, bir çox ölkələr beynəlxalq ekspertizanın nəticələrini tanımır 
və  öz  ölkələri  daxilində  yenidən  yoxlama  aparırlar.  Nəticədə  əlavə  xərc 
yaranır. Hal-hazırda PCT üzvlərinin sayı 140-dan çoxdur. Şəkil 1.2 patent 
ə
rizələrinin verilmə prioritetlərini əyani təsvir edir.  
 
1.10.    Tamamlanmış  elmi–tədqiqat  işlərin  nəticələrinin  tətbiqi  və 
səmərəliyi
 
Tətbiq prosesi 
 
 
Elmitədqiqat işlərinin  praktikaya  tətbiqi  aparılan araşdırma  prosesinin 
son mərhələsi hesab olunur. Tətbiq prosesi mütərəqqi ideyalar, ixtiralar və 
innovasiyaların  praktiki  istifadəsi  zamanı  əldə  olunan  uğurla  ölçülür. 
İ
nnovativ ideyaların tətbiqi mövcud istehsalın yenidən qurulması, işçilərin 
ixtisaslaşma  dərəcəsinin  artırılması,    həmçinin  yeni  kapitalın  ayrılmasını 
tələb  edir.  Digər  tərəfdən  aparılacaq  eyniliklərin  gözlənilən  nəticəni 
verməsi, istehsalın effektivliyinin artırılması müəyyən risklərlə bağlıdır [3, 
22,  23].
 
Azad  bazar  şəraitində  elmitədqiqat  işlərinin  tətbiqi  müəyyən 
dərəcədə  bazarda  hökm  sürən  rəqabətlə  tənzimlənir.  Mütərəqqi  texnolo-
giyaların tətbiqi və məhsulların istehsalı ilə məşğul olan müəssisələr daimi 
öz  imkanlarını  elmin  aktual  səviyyəsinə  uyğun  gələn  texnologiyalar  ilə 
müqaysə  edir  və  bunun  sayəsində  innovasiyaya  olan  tələbatını  qiymət-
ləndirir.  Nisbətən  kiçik,  böyük  tədqiqatçı  kollektivə  malik  olmayan 
müəssisələr  elmitədqiqat  mərkəzləri  (ali  məktəblər,  xüsusi  tədqiqat 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  45 
institutları, laboratoriyalar) ilə birgə işləməyə üstünlük verir. Bu onlara qısa 
zamanda  arzulanan  həllərin  əldə  olunmasına  geniş  imkanlar  açır.  Birgə 
qazanılmış  tədqiqat  nəticələrinin  praktiki  tətbiqi  müəssisədə  baş  versə  də, 
onun  elmi  özəyi  elm  mərkəzlərində  cəmlənmiş  qalır  və  növbəti  tədqi-
qatçilar üçün baza rolunu oynayır.  
Elmitədqiqat  prosesində  araşdırmalar  nə  qədər  dəqiq  aparılsa  da,  
burada işin gedişatına təsir edən bütün amillər nəzərə alına bilinmir. Çünki, 
prosesə  onun  dayanıqlığından  asılı  olaraq  müəyyən  sayda  təsadüfi  amillər 
təsir  edir.  Ona  görə  də,  ilkin  tətbiq  çox  zaman  sınaq  xarakteri  daşıyır. 
Burada elmitədqiqatlar nəticəsində əldə olunmuş biliklər praktiki şəraitdə 
ilkin olaraq yoxlanılır, tamamlanır və bundan sonra geniş tətbiqə, istifadayə  
yol  açılır.  İstehsal  sınağı  başa  çatdıqdan  sonra  yeni  materialların, 
konstruksiyaların,  təkliflərin  və  metodikaların  tətbiqini  artıq  istehsalçı  öz 
üzərinə  götürür  və  bu  işi  sərbəst  şəkildə  həyata  keçirir.  İkinci  mərhələdə 
elmitədqiqat mərkəzləri yalnız məsləhətçi rolunda iştirak edir.  
Tədqiqat  işlərin  nəticələrinin  istehsala  tətbiqindən  sonra  sənədləşdirmə 
aparılır.  Sənədlərə  izahatnamə,  tətbiq  aktı,  istismar  sınağının  nəticələri, 
iqtisadi  səmərəliyin  hesabatı,  yenilik  sayəsində  maya  dəyərinin  aşağı 
düşməsi  haqqında  hesabat,  digər  təşkilatların  yeniliyin  işlənməsində  və 
tətbiqindəki payı və s. daxildirlər. 
Elmi nəticələrin istehsalata tətbiqi üçün əlavə xərclər nəzərdə tutulur və 
çox zaman bunu müəssisələr maraqlı tərəf kimi öz üzərinə götürürlər. 
Səmərəliyin dəyərləndirilməsi 
Elmitədqiqat  işlərinin  səmərəliyi  iş  zamanın  azaldılması,  maşın  və 
avtomatik  qurğuların  sürətlərinin  artırılması,  buraxılan  məhsulun  maya 
dəyərinin  aşağı  salınması,  məmulun  keyfiyyətinin  artırılması,  iş  şəraitinin 
və  ətraf  mühitin  yaxşılaşdırılması  kimi  göstəricilərlə  şərtlənən,  məh-
suldarlığın artmasında özünü əks etdirir [3, 24, 25]. 
Qeyd olunan parametr heç də həmişə kəmiyyətlə ölçülə bilmir. Məsələn, 
ə
mək  şəraitinin  yaxşılaşdırılması  və  ya  yeni  inkişaf  etdirilmiş  tədris 
metodikasının məktəblərdə tətbiqinin səmərəliyini yalnız keyfiyyət göstəri-
ciləri ilə qiymətləndirmək olar. 
Tədqiqatların səmərəliyini qiymətləndirmək üçün müxtəlif meyarlardan 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə