MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə3/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   2   3   4   5   6   7   8   9   ...   45

Giriş 
 
 
 
10 
anlayışları  nəzərdən  keçirilir,  elmi  işin  hazırlanmasında  tətbiq  tapan 
metodoloji  üsullar  haqqında  məlumat  verilir.  Kitabda  həmçinin  elmi  işin 
başlanması üçün zəruri olan elmi problemlərin qnoseoloji analizi, tədqiqat 
prosesinin  məntiqi  quruluşu,  yaradıcılıq  prosesinə  tədqiqatçının  şəxsi 
münasibəti,  alınmış  nəticələrin  tətbiqində  müəllif  hüquqlarının  qorun-
masına dair məsələlər ətraflı izah edilir.    
Kitabın  ikinci  hissəsi  isə  elmi  işlərin  praktiki  tərtibi  üçün  vacib  olan 
addımları  özündə  cəmləyir  (Fəsil  2–6).  Mətni  hazırlamağa  başlamazdan 
öncə  ilkin  olaraq  işin  məqsədi  və  onun  hipotezi  qoyulmalıdır.  Bunlar  işin 
keyfiyyətli  hazırlanmasına  birbaşa  təsir  edən  amillərdir.  Ədəbiyyatlarla 
tanış  olmadan  işin  məqsədinin  qoyulması  çətin  olsa da,  ədəbiyyat  axtarışı 
və  əldə  olunan  materialların  emalı  ondan  sonra  gələn  bölmədə  yer  alır 
(Fəsil 3 və 4). Burada növbəti fəsil üçün vacib olan biliklərin qazanılmasına 
çalışılır.  
Seçilmiş  elmi  metodlara  uyğun  olaraq,  onun  nəzəri  və  empirik 
olmasından  asılı  olmayaraq,    ədəbiyyatlardan  toplanmış  biliklər  əsasında 
işin əsas hissəsi hazırlanır. Kitabda, görüləcək işin hazırlanması üçün yalnız 
ümumi  göstərişlər  verilsə  də,  tədqiqat  strukturundan  asılı  olaraq  hər  bir 
məqsədin  xüsusi  arqumentasiyası  əsaslandırılır.    Buraya  qədər  olan  işlər 
konseptual
 
xarakter  daşıyır.  Bundan  sonra  yazılma  texnikasına  riayət 
etməklə  elmi  işin  praktiki  olaraq  tərtibinə  qədəm  qoyulur  (Fəsil  5).  İlkin 
olaraq yazma stilistikası və  elmi dili digərlərindən fərqləndirən səciyyələr 
göstərilir.  Yazma  zamanı  əsas  ağırlıq  ideyaların  strukturlaşdırılmasına  və 
onların  ifadəsinin  kəsilməz  olmasına  düşür.  Qoyulmuş  məsələnin  həllində 
tətbiq  tapan,  yad  mənbələrdən  olan  biliklərin  işdə  düzgün  istifadəsi  və 
mənbələrin göstərilməsi dəqiq izah edilir. 
Hazırlanmış elmi işin prezentasiyasının təşkili və uğurlu müdafiəsi üçün 
tövsiyyələr 6-cı fəsildə təsvir edilir.  
Yazma prosesində etik qaydalara riayət olunması işin keyfiyyətinə təsir 
edən əsas amillərdəndir. 7-ci fəsildə elmi cəmiyyətin etik qaydaları və onun 
qorunması üçün göstərişlər yer alır. 
Kitabın  əsas  hissəsini,  elmi  işlərin  hazırlanmasında  tətbiq  tapmış  yerli 
və xarici ədəbiyyatların siyahısı tamamlayır.    
   


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  11 
1.  
ELMİ

TƏDQİQAT İŞLƏRİNİN FƏLSƏFƏSİ 
1.1.   Cəmiyyətin inkişafında elmin rolu  
Elm  anlayışı,  elmi  biliklərin  əldə  olunması  ilə  bağlı  olan  yaradıcılıq 
fəaliyyətini  əhatə  edən:  insan,  idarə  və  təşkilatlar,  cihaz  və  avadanlıqlar, 
elmi–tədqiqat  işləri  kimi  təşkiledicilərdən  ibarətdir.  Elmlə  məşğul  olan 
insanın  əsas  məqsədi  bir  tərəfdən  obyektiv  bilikləri  əldə  etməkdən,  digər  
tərəfdən onları nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə, 
elm – insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haqqında biliklərin 
ə
ldə  olunması,  həmçinin  real  faktlar  və  onlar  arasında  mövcud  olan 
qarşılıqlı əlaqə əsasında həqiqətin öyrənilməsi və yeni qanunauyğunluqların 
aşkara çıxarılmasından ibarətdir.   
Tarixi  inkişafın  gedişində  elm  cəmiyyətin  istehsal  gücünə  çevirilərək, 
texniki  proqresin  əsas  sütununu  təşkil  edir.  Müasir  texniki  tərəqqi  əsrində 
insanlar  öz  həyatlarında  elmin  rolunu  və  dəyərini  daha  aydın  anlayırlar. 
Çağdaş  cəmiyyətdə  biliklərin  mövcud  sahələrində  elmi–tədqiqat  işlərinin 
aparılmasına,  ətraf  mühit  haqqında  daha  çox  məlumatın  əldə  edilməsinə, 
maddi  rifahın  yüksəldiməsinə  xidmət  edən  yeni  texnologiyaların  yaradıl-
masına daha çox fikir verilir.     
Elmin  əsas  məqsədi  həqiqətin  nəzəri  olaraq  qanunauyğunluqlarla 
təsvirindən  ibarətdir.  Elm  yarandığı  gündən  bu  tərəfə  cəmiyyətin,  düşün-
cənin  və  təbiətin  bütün  hadisələrinin  mövcud  tərəflərini  aşkar  etməyə 
xidmət edib. Onun əsas məqsədi kimi aşağıdakıları göstərmək olar:  
 Cəmiyyətin,  düşüncənin  və  təbiətdə  hərəkət  qanunlarının  aşkarlan-
ması;  
 Faktların yığılması, analizi və ümumiləşdirilməsi;  
 Əldə olunan məlumatların sistemləşdirilməsi; 
 Hadisələrin və proseslərin səbəbinin izahı; 
 Hadisə və proseslərin proqnozlaşdırılması; 
 Əldə olunan biliklərin praktiki tətbiqinin istiqamətləndirilməsi. 
Heç də istənilən biliyə „elmi bilik“ adını vermək olmaz. Məsələn, əgər 
bilik  yalnız  sadə  müşahidə  yolu  ilə  aşkarlanıbsa,  onda  o  hələ  elmi  bilik 
deyil. Insanların həyatında böyük rol oynamağına baxmayaraq belə biliklər 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
12 
müşahidə edilən hadisənin nədən və necə baş verdiyini izah etməyə, onun 
axınını  qabaqcadan  deməyə  imkan  vermir.  Elmi  biliyin  düzgünlüyü  təkcə 
onun məntiqi ardıcıllığı ilə deyil, həmçinin onun imkan daxilində praktiki 
sınağı  ilə  müəyyən  olunur.  Araşdırılan  qanunauyğunluqlar  elmi  cəhətdən 
sərt abstraklaşdırılmış anlayışlar və sxemlər şəklində izah edilir. 
  Avropada  elmin  vətəni  Qədim  Yunanıstan  sayılır.  Orada  insanlar  ilk 
dəfə  olaraq  ətraf  mühitin  heç  də  onların  hiss  edərək  anladıqları  kimi 
olmadığı  qənaətinə  gəliblər.  Yunanlar  ilk  dəfə  olaraq  təbiət  hadisələrinin 
öyrənilməsində  „hiss  etməklə  öyrənməkdən“  abstrak  biliklərə  keçərək 
ə
trafda  baş  verən  əsas  faktların  qanunauyğunluqlarını  öyrənməyə  cəhd 
etmişlər.      
  Orta  əsrlərdə  elm  teologiyanın  təsiri  altına  düşür  və  onun  inkişafı 
ləngiyir. Sonralar N.Kopernikin, Q.Qalileyin, C.Brunonun etdikləri kəşflər 
sayəsində elm yenidən təkamül alaraq insanlarn gündəlik həyatında önəmli 
rol  oynamağa  başlayır.  XVII  əsrdən  başlayaraq  Avropada  elm  bir  ictimai 
qurum  kimi  formalaşır:  elmi  cəmiyyətlər  və  akademiyalar  yaranır,  elmi 
dərgilər  çap  olunur,  „alim“  anlayışı  geniş  yayılır.  XIX–XX  əsrdə  elmin 
yeni  təşkil  forması  meydana  gəlir:  elmi  laboratoriyalar,  institutlar  və 
mərkəzlər bilavasitə elmi problemlərin araşdırılması ilə məşğul olurlar. Bu 
dövrdən başlayaraq elm istehsalın inkişafına önəmli təsir edir, onun mənəvi 
dayağına çevrilir [1]. 
  Fəlsəfə,  elmin  müxtəlif  sahələri  arasında  vacib  əlaqələndirici  rol 
oynayaraq  dünyanın  elmi  təsvirini,  eləcə  də  riyaziyyat,  məntiq  və 
kibernetika  kimi  ayrı–ayrı  elmi  fənləri  ümumiləşdirərək  elm  anlayışını 
vahid  üsullarla  təchiz  edir.  Elmi,  kompleks  amillərin  (nəzəriyyə, 
metodologiya,  tədqiqat  metodikası  və  texnikası)  əldə  olunan  nəticələrin 
tətbiqindən  ibarət  sistem  kimi  təsəvvür  etmək  olar.  Elmə  əgər  idrakın 
obyekt  və  subyektin qarşılıqlı təsiri kimi baxsaq, onda görərik ki, burada 
söhbət  elmin  konkret  araşdırdığı  obyektdən  gedir.  Məsələn,  maliyyə-
ləşdirmə  nəzəriyyəsinin  obyekti  maliyyələrin  yaranma  və  inkişaf  qanuna-
uyğunluqları, onların əsası, təyinatı və işləməsindən ibarətdir; subyekti isə 
konkret maliyyə işçisi, mütəxəssis, tədqiqatçı, elmi təşkilat, elmi fəaliyyət, 
reallığın  qanunauyğunluqlarını  aşkara  çıxarmaq  üçün    tətbiq  olunan 
üsullardan ibarətdir.     


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə