MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   2   3   4   5   6   7   8   9   ...   45

Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  13 
   Müasir elm bir neçə yüzilliklər öncə mövcud olandan kəskin fərqlənir. 
Daimi tərəqqi nəticəsində onun cəmiyyətlə qarşılıqlı əlaqəsi inkişaf edərək 
tam  yeni  müstəviyə  qədəm  qoymuşdur.  Müasir  elmə  konseptual  nöqteyi 
nəzərdən  həm  bilik,  həm  fəaliyyət,  həm  də  bir  sosial  qurum  kimi  baxılır. 
Bilik  onun  özünəməxsus  „substansı“  rolunu  oynadığı  halda,  sosial  qurum 
elm  adamlarının  birləşdirilməsi  və  onların  birgə  fəaliyyətinin  təşkilinə 
xidmət edir.      
Bu  qurumlar  daxilində  çalışan  elm  adamları  maddi  istehsal  və  mənəvi 
fəaliyyətdən  fərqli  olaraq  bilik  istehsalı  ilə  səciyyələnən  yaradıcılığın 
xüsusi forması ilə məşğul olurlar. Maddi istehsalda bilik ideal vasitə kimi 
tətbiq  edildiyi  halda,  elmi  fəaliyyətdə  ona  əsas  tədqiqat  mənbəyi  kimi 
baxılır.  Nəticələri  əvvəlcədən  məlum  olan  işlərdən  fərqli  olaraq,  elmi 
fəaliyyətin son nəticəsini qabaqcadan dəyərləndirmək mümkün deyil, çünki 
bu  nəticələr  özü-özlüyündə  yenidirlər.  Buna  görə  də,  elmə  həmişə  digər 
fəaliyyət  sahələrində  inqilaba  təkan  verici  bir  qüvvə  kimi  baxılır.  Elmi 
fəaliyyət sistemli xarakter daşıyır. O, yalnız biliyi əldə edib, onu müxtəlif 
üsullarla  registrasiya  etmir,  həmçinin  onu  mövcud  hipotez,  qanun  və 
nəzəriyyələrin köməyi ilə izah edir. Elmi fəaliyyətin bu üstün cəhəti alınan  
nəticələrin  sistematik,  ardıcıl  və  nəzarət  olunan  xarakterlərini    sərt 
sübutetmə  və  əsaslandırmanın  köməyi  ilə  daha  yaxşı  başa  düşməyə  şərait 
yaradır. Bununla bərabər bu fəaliyyəti çoxlu sayda hipotezlər, uydurmalar, 
ehtimallar  müşaiyət  edir.  Ona  görə  də,    elmi  fəaliyyətlə  məşğul  olan 
işçilərin metodoloji cəhətdən hazırlanması, onların elmi mədəniyyəti, daimi 
təkmilləşdirilmələri, elmin qanunlarını və prinsiplərini düzgün tətbiq etmə-
ləri önəmlidir.  
   Elm  cəmiyyətlə  daima  qarşılıqlı  münasibətdə  olaraq  müəyyən  təsirə 
malik qalır. Antik dövrdən fərqli olaraq müasir cəmiyyətin inkişafı çox vaxt 
elmi  tədqiqatların  mövzularını  müəyyənləşdirir  (məsələn,  bəşəriyyətin 
xərçəng  xəstəliyindən  qurtulması  üçün  əlacın  axtarılması).  Aparılan  elmi 
işlərin  vəziyyətinə  cəmiyyətdə  mövcud  olan  texniki  bazanın  təsiri 
böyükdür.  Fundamental  elmlərin  məqsədli  aparılması  praktiki  elmlərin  də 
ardıcıl inkişafına stimul verir. Cəmiyyət müəyyən elmi problemlərin çözül-
məsini birbaşa sifariş etsə də, elmin inkişafı özünəməxsus yolla davam edir. 
Məsələn,  elm  ehtiyatının  inkişafı  adlanan  anlayış  mövcuddur.  Bu  ehtiyat  


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
14 
mövcud olmadan elm heç bir problemi həll etmək iqtidarında deyil. Elmin 
inkişaf  prosesi  öz  əksini    təkcə  müsbət  elmi  biliklərin  toplanmasında 
tapmır.  O,  həmçinin  elmin  bütün  strukturunu  əhatə  edir.  Hər  bir  tarixi 
mərhələdə  elmi  fəaliyyət  müəyyən  idrak  formalarının  toplumundan  –  
izahetmənin  üsulları,  prinsipləri  və  sxemlərindən  istifadə  edir.  Məsələn, 
antik  dövr  düşünmə  tərzi  üçün  yalnız  müşahidə  yolu  ilə  biliyin  əldə 
olunması  səciyyəvi  idi.  Müasir  dövrün  elmi  isə  daha  çox  sınaqlara  və 
dərindən  araşdırılan  problemin  daha  kiçik  elementlərə  bölünməsinə  əsas-
lanan  analitik  yanaşmaya  söykənir.  Müasir  elmi  araşdırma  bütövlüyə  can 
atır  və  tədqiqat  obyektinin  hər tərəfli əhatə  olunmasına  cəhd  edir.  Hər  bir 
elmi  düşüncə tərzinin strukturu  təsdiq  olunduqdan sonra idrakın  ekstensiv 
inkişafına,  onun  yeni  sahələrə  yayılmasına    yol  açır.    Çox  vaxt  mövcud 
üsullarla izah oluna bilməyən elmi biliklərin toplanması  elmin daha yeni, 
daha  intensiv  inkişaf  yollarının  axtarılmasını  şərtləndirir  ki,  bu  da  öz 
növbəsində elmi inqilablara səbəb olur. Nəticədə elmin əsas struktur təşkil-
edicilərinin  radikal  olaraq  dəyişdirilməsi,  idrakın  yeni  forması,  elmin 
kateqoriya və üsulları meydana gəlir.  
1.2.  Elmitədqiqat üsullarının strukturu və mərhələləri 
     Elmi bilik elmi–tədqiqat prosesi sayəsində qazanılır. Tədqiqat işləri bilik 
istehsalının  əsas  hərəkətverici  qüvvəsidir.  Bu  baxımdan  elmi–tədqiqat 
fəaliyyəti  strukturunun  yaxından  öyrənilməsi  önəmlidir.  Elmi–tədqiqat 
fəaliyyətinin  əsas  təşkiledicisinə  subyekt,  obyekt  və  vasitə  daxildir.  Bu 
halda “subyekt–obyekt” adlanan qnoseoloji  sistem konkretləşərək bu for-
manı  alır:  “tədqiqatçı–tədqiqat  vasitəsi–tədqiqat  obyekti”  [1–3].  Müasir 
cəmiyyətdə  subyekt  bir–bir  ilə  qarşılıqlı  əlaqədə  olan  üç  müstəvidə 
mövcuddur.  Birinci  müstəvidə  subyekt  kimi,  elmi  işi  kollektiv  işin  tərkib 
hissəsi olmayan fərd (tədqiqatçı, alim) fəaliyyət göstərir.  İkinci müstəvidə 
elmi  idrakın  subyekti  kimi  kollektiv  çıxış  edir.  Burada  fərdi  biliklərin 
inteqrasiyası “yığcam alim” (laboraoriya, institut, akademiya və s.) rolunu 
oynayır.  Sonuncu, üçüncü mərhələdə elmi idrakın subyekti kimi bütöv bir 
cəmiyyət çıxış edir. Bu halda ön plana elmin sosial təşkili və onun müxtəlif 
sosial–iqtisadi  strukturlardakı  xüsusiyyətləri  üzə  çıxarılır.  Beləliklə,  qeyd 
olunan  müstəvilər  fərdi  və  kollektiv  dialektikanı  elmi  idrakın  subyektində 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  15 
göstərməyə imkan verir [2]. Bu hər üç müstəvi elmdə təqdim olunur və hər 
birinin öz əhəmiyyəti var. 
     Elmi  fəaliyyətin  obyekti  tədqiqatçının  aktiv  maddi–praktiki  və  nəzəri 
fəaliyyəti zamanı meydana gəlir. Reallığın bir parçasının  elmin obyektinə 
çevrilməsi  üçün  ona  fiziki  təsir  göstərilir,  məsələn,  fiziki–praktiki  sınaq 
zamanı.  Reallığın  nəzəri  təfəkkürün    obyektinə  çevrilməsi  üçün  isə  onu 
elmi abstraksiya üsullarının köməyi ilə ideal obyektə “çevirirlər”.  Buradan 
“elmin predmeti” anlayışının yaradılması zərurəti meydana gəlib.  
  Eyni bir obyekt bir çox elm sahələrinin predmetinə çevrilə bilər, məsələn 
insan  onlarca  elm  sahələrində  (təbiət  elmləri,  sosial–humanitar  elmlər) 
tədqiqat  obyekti  kimi  öyrənilmişdir.  Eyni  misalı  dil,  texnika  üçün  də 
çəkmək  olar.  Gələcəkdə  verilən  obyekt  haqqında,  müxtəlif  elm  sahə-
lərindən  əldə  edilən  biliklərin  sistemli  yanaşma  üsulunun  köməyi  ilə 
birləşdirilməsi sayəsində ümumi nəzəriyyənin və eyni zamanda yeni fənnin 
yaradılmasına  ehtiyac  duyula  bilər.  Başqa  bir  hal  da  mümkündür:  elmin 
predmeti  mövcud  bir  çox  obyektlərin  məlum  parametrlərini  müəyyən 
münasibətdə  əks  etdirir.  Məsələn,  kimya  elminin  predmeti  –  müxtəlif 
maddələrin    tərkibinin  və  quruluşunun  dəyişilməsi  ilə  müşaiyət  olunan 
çevrilməni  əhatə  edir;  fiziologiyanın  predmeti  –  müxtəlif  canlı  orqanizm-
lərin  funksiyalarını  (boyu,  çoxalması,  nəfəsalması  və  s.),  onların  ətraf 
mühitə  uyğunlaşmasını,    mənşəyini  və  evolyusiya  ərəfəsində  inkişafını 
öyrənir.      
Elmi fəaliyyətin vasitələrinə material–texniki cihazlar, alətlər, avadanlıq-
lar və s., həmçinin dil vasitələri – ümumi və elmi dil daxildir. Onu da qeyd 
etmək  lazımdır  ki,  son  zamanlar  texniki  inkişaf  sayəsində elmi–tədqiqatın 
bütün  vasitələrinin  yeniləşməsi  nəzərə  çarpır.  Prinsipial  məqam  kimi, 
kompyüter və elmi işçilərin təkcə verilənlər bazalarına daxil olmaq imkanı 
yox, həmçinin ekspert dairələrində nəticələrin müzakirəsinə imkan verən və 
beynəlxalq məlumat məkanında yerləşdirilməsinə şərait yaradan internetin 
tədqiqat işlərinin tərkib hissəsi olması danılmazdır.     
 Elmi fəaliyyətin araşdırılan komponentləri onun strukturunu açdığı halda, 
fəaliyyətin  struktur  analizi  elmi–tədqiqatın  mərhələlərini  aydınlaşdırmağa 
xidmət edir. Ümumi şəkildə aşağıdakı mərhələləri qeyd etmək olar: 
 Problemin qoyuluşu; 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə