MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə6/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   2   3   4   5   6   7   8   9   ...   45

Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  19 
Müqayisə – dərketmənin ən geniş yayılmış metodlarındandır. Əbəs yerə 
deyilməyib  ki,  hər  şey  müqayisə  zamanı  üzə  çıxır.  Müqayisənin  səmərəli 
aparılması üçün iki əsas tələbat yerinə yetirilməlidir: 
  yalnız  aralarında  obyektiv  ümumilik  mövcud  olan  hadisələrin 
müqayisəsi məqsədəuyğundur, 
  obyektlərin müqayisəsi vacib göstəricilər əsasında aparılmalıdır. 
Ölçmə  –  tədqiqat  obyektinin  kəmiyyət  göstəricilərinin  xüsusi  texniki 
qurğuların  və  ölçmə  vahidlərinin  tətbiqi  ilə  əldə  olunmasına  xidmət  edir. 
Ölçməndə  keyfiyyətin  əsas  göstəricisi  və  onun  elmi  dəyəri  tədqiqatçının 
qabiliyyətindən, həmçinin tətbiq olunan qurğuların dəqiqliyindən asıldıır. 
Eksperiment – elmi araşdırmada hipotezin yoxlanması və ya fenomenlər 
arasında səbəbiyyət əlaqələrinin elmi tədqiqi üçün yerinə yetirilən hərəkət-
lər  və  müşahidələr  toplumudur.  Sınaqlara  qoyulan  əsas  tələb  onun  təkrar-
olunma qabiliyyətidir. 
Eksperimentin müşahidədən üstün cəhəti ondan ibarətdir ki, sınaq zamanı 
bu  və  ya  digər  hadisəni  „təmiz  halda“  öyrənmək  mümkünləşir.  Digər 
tərəfdən eksperiment obyektin xassələrini ekstremal şəraitdə tədqiq etməyə 
şə
rait  yaradır.  Eksperiment  bir  başa  obyekt  üzərində  və  ya  dolayı  yolla 
onun modeli üzərində aparılır. 
 Material  modelləşdirmə – real obyektləri əvəzləndiricilərin (modellərin) 
köməyi ilə araşdırmağa xidmət edir. Model – material cəhətdən reallaşdırıl-
mış sistem olub, obyektlə oxşar hala malikdir. Onlar əşya şəklində mövcud 
olurlar (maketlər, funksional və ya sınaq modelləri). 
  
Nəzəri tədqiqat metodları 
Abstraktlaşdırma – araşdırılan obyektin az əhəmiyyətli olan xassələrini  
aradan  götürməklə  onun  maraq  doğuran  əsas  göstəricilərinin  seçilməsidir. 
Abstraktlaşdırma və abstraksiya bir-birindən fərqli proseslərdir. Birinci hal 
nəticənin,  yəni,  abstraksiyanın  əldə  olunmasına  aparan  əməliyyatlar 
toplumudur. Abstraksiyaya misal olaraq: ağac, ev, yol, maşın və s. göstər-
mək olar.  Abstraktlaşdırma  prosesi isə məntiqi qavrama sistemində analiz 
və sintez ilə sıx əlaqədardır.  
 
 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
20 
Aksiomatik  –  ilk  dəfə  olaraq  Evklid  tərəfindən  tətbiq  olunmuşdur. 
Metodun  mənası  ondan  ibarətdir  ki,  problemin  müzakirəsinin  əvvəlində 
sübutu  tələb  olunmayan  ilkin  hallar  (hipotezlər)    məlumdur.  Bu  hallara 
aksiomlar və ya postulatlar deyilir. Aksiomdan müəyyən qaydalara əsasən 
mühakimələr  yürüdülür.  İlkin  aksiomlar  və  onların  əsasında  əldə  edilmiş 
təkliflər toplumu aksiomatik qurulmuş nəzəriyyəni əmələ gətirir.   
Analiz – predmetin təşkiledicilərə bölünməsinə əsaslanır. Analiz zamanı 
tədqiqatçı  araşdırılan  obyekti  əqli  olaraq  parçalayır,  yəni  onun  hansı 
hissələrdən və eyni zamanda hansı xassələrə malik olmasını təsəvvür edir. 
Bu zaman xüsusi hal kimi analiz olunan predmet bir neçə sinif predmetlərin 
nümayəndəsi  kimi  çıxış  edir.  Belə  halda  analiz  bir  qrup  predmetlərin 
öyrənilməsində  əldə  olunan  biliyin  digərlərinə  tətbiq  etməyə  imkan  verən 
vahid  strukturun  yaradılmasına  xidmət  edir.  Analizin  başqa  növü 
predmetlərin  ümumi  xassələrini  və  onlar  arasındakı  münasibətləri 
ümumiləşdirməkdən ibarətdir. 
Sintez  –  analiz  zamanı  alınan  bilikləri  vahid  sistemdə  birləşdirməyə 
imkan verir.  Elmi fəaliyyətdə analiz və sintez bir–biri ilə sıx əlaqədə olub, 
münasibəti araşdırılan obyektin xassələrindən və tədqiqat məqsədindən asılı 
olaraq  müxtəlif  forma  ala  bilirlər.  Birbaşa  analiz  və  sintez  obyektin  səthi 
araşdırılması  zamanı  tətbiq  olunur.  Obyektin  dərindən  tədqiqi  zamanı  isə 
struktur–genetik analiz və sintez icra edilir.  
İdeallaşdırma
 – təbiətdə mövcud olmayan və  yalnız obrazı olan obyekt 
haqqında təsəvvürün yaradılmasıdır. Bu metodun tətbiqinə dair misal kimi 
“ideal qaz”, “ideal məhlul”, “nöqtə”ni göstərmək olar. İdeallaşdırma meto-
du əsasən təbiət elmlərində geniş tətbiq tapır.    İdeallaşdırılmış obyekt üzə-
rində istənilən nəzəri təfəkkür işləyə bilir. Onlar böyük evristik əhəmiyyətə 
malik  olurlar,  çünki,  yalnız  onların  köməyi  ilə  bu  və  ya  digər  proseslərə 
aydınlıq gətirən nəzəri modellər yaratmaq və qanunlar formulə etmək olar. 
Ona  görə  də,  ideallaşdırılmış  obyektlər  nəzəri  biliyin  inkişafında  önəmli 
element sayılır.   
Formallaşdırma – dərketmənin nəticələrinin dəqiq və ya təsdiq olunmuş 
şə
kildə təsviridir. Formallaşdırma intuitiv düşünmənin əksi də hesab edilir. 
Riyaziyyatda və  məntiqdə formallaşdırma – yığcam biliyin xüsusi işarələr 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  21 
və ya xüsusi dillərin köməyi ilə  təsvirini göstərir. Formallaşdırma zamanı 
fikrin  məzmundan  uzaqlaşdırılıb  nəticənin  sistemli  şəkildə  araşdırılmasına 
və  eyni  zamanda  digər  nəticələrlə  koordinasiya  edilməsinə  imkan  verilir. 
Bu  metod  elmi  biliklərin  inkişafında  önəmli  rol  oynayır,  çünki,  intuitiv 
anlayış  nisbətən  aydın  olsa  da  elm  üçün  yararlı  deyil.  Həqiqi  elm  yalnız 
abstrakt  düşünmə,  tədqiqatçının  məntiqi  dil  formasında  baş  verən  ardıcıl 
mühakimələr sayəsində mümkündür.    
İnduksiya
  –  fərdi  haldan  ümumi  hala  keçid  üçün  mühakimənin 
sürülməsidir.  Bu  halda  faktlar  əsasında  ümumi  hipotezin  yaradılması  baş 
verir.  İnduksiyanın  əsasında  sınaq,  eksperiment  və  faktların  yığılmasına 
imkan  verən  müşahidələr  durur.  Bu  faktları  öyrənərək  və  analiz  edərək 
tədqiqatçı  bir  sinifə  aid  olan  hadisələrin  ümumi  və  təkrar  olunan 
xüsusiyyətlərini  müəyyən  edir.  Nəticədə  fərdi  obyektlər  qrupuna  aid  olan 
xüsusiyyətlərin bütün sinifə inikas etdirilməsinə imkan verən mühakimələr 
yaradılır.  İnduktiv  nəticələrin  üstünlüyü  ondan  ibarətdir  ki,  o  ayrı-ayrı 
faktorlardan  ümumi  müddəalara  keçməyə,  hadisələr  arasındakı  asılılıqları 
müəyən  etməyə,  empirik  əsaslandırılmış  hipotezlərin  qurulmasına  və 
ümumiləşdirməyə şərait yaradır. Şəkil 1.1-də induktiv yanaşma əyani təsvir 
edilir. 
Deduksiya – ümumi məlumat əsasında fərdi nəticələri əldə etməyə imkan 
yaradır.  Yəni,  predmet  haqqında  yeni  məlumatın  əldə  olunması  eyni 
sinifdən olanların araşdırılması əsasında yerinə yetirilir. Əgər bilik induktiv 
mühakimələr  əsasında  əldə  edilibsə,  onda  deduksiya  alınan  biliyi 
genişləndirərək  induksiyanı  tamamlayır.  Deduksiyanın  idrak  baxımından 
ə
sas dəyəri ondan ibarətdir ki, ümumi nəticə kimi sadə icmal yox, hər hansı 
bir  hipotetik  mühakimə,  elmi  ideya  meydana  gəlir.  Belə  olan  halda 
deduksiya yalnız tamamlayıcı rol deyil, yeni nəzəri sistemin yaranmasının 
bünövrəsini  qoymuş  olur.  Elmi–tədqiqatın  ilkin  mərhələlərində  induksiya  
üstünlük  təşkil  edir,  inkişaf  mərhələsində  isə  tədricən  deduksiya  daha 
böyük  rol  oynmağa  başalayır.  Bu  baxımdan  elmi–tədqiqatın  bu  iki 
ə
məliyyatı bir-biri ilə sıx bağlıdır.  
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə