MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə7/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   2   3   4   5   6   7   8   9   10   ...   45

Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
22 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.1. İnduktiv və deduktiv metodların sxematik təsviri [62]. 
 
Nəzəri  (əqli)    modelləşdirmə  –  obyektin  əqli  obrazlar  əsasında 
təxəyyüldə yaradılmasıdır. Nəzəri metod obyekt mövcud olmadıqda və ya 
onun  fiziki  reallaşdırılması  mümkün  olmadıqda  tətbiq  olunur.  Real 
sistemlərin  nəzəri  modelləşdirilməsi  simvolik  və  ya  riyazi  ola  bilər.  Bu 
halda  obyektin  tədqiqi  əqli  eksperimentlər  sayəsində  yoxlanılır.  İdeal 
obyektlər  müəyyən  dinamik  modelləşdirmə  çərçivəsində  bir–biri  ilə 
münasibətə  girərək  real  mümkün  ola  biləcək  hərəkətləri  imitasiya  edirlər. 
Hal–hazırda  obyektlərin  tədqiqi  zamanı  riyazi  modelləşdirmədən  geniş 
istifadə  edilir.  Kompyüter  texnikasının  sürətli  inkişafı  buna  daha  geniş 
imkanlar  açır.  Riyazi  modelləşdirmə  zamanı  obyekt  yalnız  onun  hal 
göstəricilərinin riyazi  asılılıqlarından  istifadə  etməklə  təsvir  edilir.  Burada 
formallaşdırılmış məlumatlar geniş yer tuturlar.    
   Hər bir elmi sahə konkret olaraq öz xüsusi elmi metodlarını tətbiq edir. 
Bəzi  hallarda  yalnız  bir  elm  sahəsi  üçün  işlənmiş  elmi  metodlar  digər 
sahələrin  tədqiqində  də  dəyərli  olur.  Bu  onunla  bağlıdır  ki,  bu  elmlərin 
tədqiqat  obyekti  eyni  zamanda  digər  elmlərin  qanunlarına  tabe  olur. 
Məsələn,  fiziki  və  kimyəvi    tədqiqat  metodları  biologiyada  da  o  əsasla 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  23 
tətbiq olunur ki, bioloji tədqiqat obyektləri də özlüyündə materiyanın fiziki 
və kimyəvi hərəkət formalarını təsvir edən qanunlara tabe olsun.    
1.4. Tədqiqatın metodologiyası  
Elmi–tədqiqat işlərinə başlamazdan öncə tələbələr və gənc tədqiqatçılar 
elmi  işin  metodları  və  metodologiyası  ilə  tanış  olmalıdırlar.  Burada  vacib 
aspektlər  çoxdur:  problemin  və  tədqiqat  mövzusunun  seçilmə  metodikası, 
faktların  toplanması  və  sistemləşdirilməsi,  köklü  tədqiqatın  ideyası  olan 
problemin  inkişaf  tarixi.  Fəlsəfi  baxımdan  ideya    insan  idrakının  məhsulu 
olub  həqiqəti  əks  etdirir.  Onun  tərkibinə  idrakın  məqsədinin  başa 
düşülməsi, tədqiqat perspektivi  və onun praktiki əhəmiyyəti daxildir [8].      
İ
stənilən  elmi–tədqiqat  işi  müəyyən  üsulların  və  fəndlərin  verilmiş 
qaydada tətbiqi sayəsində həyata keçirilir. Bu prinsiplər, təşkiletmə üsulları, 
o  cümlədən  nəzəri,  həmçinin  praktiki    fəaliyyətin  quruluşundan  ibarət 
sistem  haqqındakı  elm  metodologiya  (yun.    µεθοδολογία  –  metodlar 
haqqında elm)   adlanır. Metodologiyanın digər bir təyinat sahəsi elmi idrak 
haqqındadır.    Elm  metodologiyası  bir  tərəfdən  elmi–tədqiqatın  tərkib  his-
sələri olan obyekti, predmeti, məsələnin həlli üçün vacib sayılan  tədqiqatın 
məqsədini,  vasitələr  toplumunu  səciyyələndirir;  digər  tərəfdən  araşdırma 
prosesində  hərəkətlər  ardıcıllığı  haqqında  təsəvvür  formalaşdırır. 
Metodoloji  bilik  istər  yazılı  formada,  istərsə  də  normativ  şəkildə,  yəni 
fəaliyyətin  aparılmasına  bir  başa  təlimatlar  və  göstərişlər  verməklə  çıxış 
edə bilər. Bu şəkildə metodologiya birbaşa fəaliyyətin icrasına yönəlir.  
Elmin  metodologiyası,  xüsusi  elmlərin  tədqiqi  zamanı  aşkar  olunan 
metod  və  tədqiqat  vasitələrinin  ümumiləşdirilməsi  və  inkişafından  doğ-
muşdur.  Məsələn,  eksperimentlər  ilkin  olaraq  mexanika  elmində  tətbiq 
olunmuşdur. Ancaq sonralar ondan digər elm sahələrində də geniş istifadə 
olunur  və  onun  sərbəst  empirik  tədqiqat  metodu  kimi  qəbul  edilməsinə 
qərar  verilir.  Bunu  bir  neçə  nəzəri  metodlara  da  aid  etmək  olar.  Məsələn, 
elmi  biliyin  aksiomatik  quruluş  metodu  uzun  illər  sırf  riyaziyyata  aid 
edilmişdir.  Son  vaxtlar  isə  o  digər  elmlərdə  (fizika,  nəzəri  biologiya  və 
linqvistika)  geniş  tətbiq  olunaraq  formallaşdırılmış  dillərin  qurulma 
metodlarının əsasını təşkil edir.  


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
24 
Bundan 
ə
lavə 
elmi–tədqiqatın 
metodologiyası 
ümumi 
idrak 
metodologiyasının  həm  nəzəri,  həm  də  praktiki  nöqteyi  nəzərdən  daha 
aktual  tərkib  hissəsi  sayılır.  Metodologiya  tədqiqat  metodlarını  daha 
dərindən analiz etməyə imkan verir. Belə analiz bir çox yeni elmi fənlərin 
xüsusiyyətlərini öyrənərək aktual xüsusi nəzəriyyələrin yaranmasına gətirib 
çıxarıb. 
Məsələn, 
eksperimentin 
riyazi 
nəzəriyyəsi 
sınaqların 
planlaşdırılması və nəticələrin emalına imkan verən çoxlu sayda metod və 
üsulları aşkar edir. Onun nəticələri ilə istənilən tədqiqatçı işləyə bilir. Eyni 
fikirləri  sistem,  struktur–funksional  analiz  və  ya  modelləşdirmə  metodu 
kimi ümumi nəzəri metodlara da aid etmək olar. 
Bir sözlə, metodologiyaya nə metodlar haqqında bir elm  kimi nə ayrı–
ayrı,  nə  də  ümumiləşdirilmiş  elmi  metodlar  toplumu  kimi  baxmaq  olmaz. 
Burada  söhbət  əsasən  bu  metodların  elmi  biliyin  əldə  olunması  yolunda 
tətbiq  sərhədlərinin  araşdırılıb  üzə  çıxarılmasından  gedir.  O,  dərketmə 
metodlarının  yaranması,  mənası,  effektivliyi  və  digər  xüsusiyyətlərini 
öyrənir. Elmi biliyin inkişafının istənilən mərhələsində metodların təyinatı 
və əsaslandırılması, onların köhnələrdən fərqini aşkar etmək üçün vacibdir. 
Bu baxımdan metodologiya gələcəyə yönəlmiş bir elmdir. O, elmin inkişa-
fını qabaqlamaq zərurətindədir [9].  
1.5. Elmitədqiqat prosesinin məntiqi quruluşu 
Elmi biliyin əldə edilməsi özlüyündə mürəkkəb bir yaradıcılıq fəaliyyəti 
olub,  işin  təşkilində  və  icrasında  müəyyən  məntiq  ardıcıllığı  tələb  edir. 
Yeni biliyin formalaşmasının əsas formasını fakt, elmi problem, hipotez və 
nəzəriyyə  təşkil  edir.  Onların  inkişafı  elmi–tədqiqat  prosesinin  məntiqi 
ardıcıllığını  müəyyənləşdirir:  faktların  aşkar  edilməsi,  onların  izahı  və 
ümumiləşdirilməsi,  elmi  problemin  qoyulması  və  formulə  edilməsi,  elmi 
hipotezin  tərtibi,  nəzəriyyənin  qurulması  və  onun  praktiki  həlli  yollarının 
təyini.  Bu  ardıcıllığa  riayət  etməklə  intizamlı,  məqsədyönlü  və  yüksək 
effektivli tədqiqat işlərinin həyata keçirilməsi mümkündür. 
Faktların toplanması 
İ
stənilən  elmi–tədqiqat  işi  faktların  yığılması,  sistemləşdirilməsi  və 
ümumiləşdirilməsindən başlayır. Əsasən həqiqət və elmi faktlar fərqlənir. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə