MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə8/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  25 
Həqiqət faktları – bu baş verən və ya artıq baş vermiş hadisələrdir. Elmi 
faktlar isə tədqiqatçı tərəfindən  empirik  mühakimələr  əsasında  yoxlanmış, 
düşünülmüş və elmi dildə qeyd olunmuş faktlardır. Digər sözlə faktlar elmi 
biliyin məntiqi strukturunun tərkib hissəsi olduqda ona elmi faktlar  deyilir. 
Lyu  de  Broyl  yazırdı  ki,  “eksperimentin  nəticəsi  sadəcə  qeyd  olunmuş 
faktlardan ibarət deyil. Bu nəticədə həmişə müəyyən qədər nəzəri əsaslara 
söykənən izaha ehtiyac var” [9, 10]. Elmi–tədqiqatın empirik mərhələsində 
bir–birindən xarakterik fərqlənən məsələlər həll olunur. 
Birinci mərhələdə faktların əldə olunmasına cəhd edilir. Bütün faktların 
başlanğıcı  real  həqiqətlərdir:  tarixi  hadisələr,  şəxsiyyətlərin  və  xalqların 
fəaliyyət göstəriciləri, həmçinin təbii hadisələr və proseslər. Tədqiqatçı heç 
də həmişə hadisə və proseslərlə bağlı ilkin faktlarla işləmək imkanına malik 
olmur.  Bu,  çox  vaxt  zaman  və  məkan  amilləri  ilə  bağlıdır.  Ona  görə  də, 
elmdə  bir  çox  hallarda  ikinci  və  ya  üçüncü  dərəcəli  faktlarla  işləyirlər. 
Müxtəlif yol və üsullardan istifadə etməklə tədqiqatçı faktları toplayır, seçir 
və bununla işin sonrakı mərhələləri üçün baza yaradır.  
Empirik  tədqiqatın  ikinci  mərhələsi  toplanmış  faktların  ilkin  emalı  və 
qiymətləndirilməsi  ilə  məşğul  olur.  Bu  mərhələdə  artıq  düşündürücü  işə 
qədəm  qoyulur.  Tədqiqatçı  nəyin  fakt  olması,  nəyin  isə  sadəcə  fikir 
olmasına  aydınlıq  gətirməyə  çalışır.  O,  elmin  nəzəri  əsaslarına,  qanun  və 
kateqoriyalarına  əsaslanaraq  faktların  məzmununu  təyin  edir,  onlar 
arasındakı  əlaqəni  aydınlaşdırır,  xassələrinin  vacibliyinə  və  aktualllığına 
görə onları qruplaşdırır.  
Nəzəri  mərhələdə  tədqiqatçı  faktların  dərin  analizi  ilə  məşğul  olur. 
Burada araşdırılan hadisənin məzmunu izah edilir, qanunlar üzə çıxarılır və 
formulə edilir. Növbəti addımda hadisənin və ya prosesin gələcək gedişatı 
proqnozlaşdırılır və bunun əsasında müxtəlif proses və hadisələrin praktiki 
idarə  edilməsi  üçün  prinsipial  göstərişlər  işlənir.  Ancaq  faktların 
sinifləşdirilməsi  hələ  də  elmi  elm  etmir.  Bu  o  vaxt  baş  verir  ki,  o  faktın 
yaranmasını  izah  və  proqnoz  edərək,  praktiki  fəaliyyətini  insanlara 
yönəltsin. 
Elmi  problemin  qoyulması,  tədqiqatın  empirik  və  nəzəri  mərhələləri 
arasında birləşdirici bənd rolunu oynayır.   
 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
26 
Elmi problemin qoyulması 
Tədqiqat  işləri  hər  şeydən  öncə  praktiki  problemlərin  həlli  ilə  məşğul 
olur  və  əldə  olunan  nəticələr  sonralar  nəzəriyyənin  inkişafına  yönəldilir. 
Onlar  həmçinin  yeni  hadisələrin  dərk  edilməsində  yaranan  çətinliklərin 
aradan qaldırılmasında, əvvəllər məlum olan faktların izah olunmasında və 
yaxud köhnə faktların kifayət qədər araşdırılmadığı hallarda yerinə yetirilir. 
Elmi–tədqiqat işləri təkcə problemin qoyulması ilə bitmir, burada problem 
daimi  diqqət  mərkəzində  olur.  Elmi  işin  səviyyəsi  qoyulan  problemin 
aktuallığı  ilə  ölçülərək,  bir  çox  obyektiv  və  subyektiv  amillərdən  asılıdır. 
Hər bir elmi problem adi sualdan onunla fərqlənir ki, burada cavab sadəcə 
olaraq məlum informasiyalar əsasında tapıla bilmir.   
Elmdə problem əsasən situasiyalarda mövcud nəzəriyyələrlə izah oluna 
bilməyən  yeni  faktların  kəşfi  ilə  ortaya  çıxır.  Cəmiyyət  texniki  inqilablar 
ə
rəfəsində  olduqda  belə  hallara  daha  tez–tez  rast  gəlinir.  Məsələn,  XIX 
ə
srin  sonu  XX  əsrin  əvvəlində  alimlər  radioaktivlik,  şüalanmanın  kvant 
xüsusiyyətləri  və  bir  kimyəvi  elementin  digərinə  çevrilməsi  kimi  elmi 
yenilikləri öncə köhnə nəzəriyyələrin köməyi ilə izah etməyə çalışsalar da, 
sonralar  bunun  əhəmiyyətsiz  olduğu  qərarına  gəlib  yeni  həll  yolları 
üzərində düşünmyə vadar olurlar [8].   
Elmi  problemi  çox  vaxt  haqlı  olaraq  “bilməməzliyin  anlanması, 
fərqləndirilməsi”  kimi  xarakterizə  edirlər.  Həqiqətən  hər  hansı  bir  hadisə 
haqqında  biliklər  məlum  olmadıqda,  biz  heç  bir  problemin  olmasını  dərk 
etmirik.  Problemlər,  bizim  biliklərimizdə  yalnız  elmin  və  texnikanın  inki-
ş
afı  sayəsində  doldurula  biləcək  boşluğun  olmasını  anlamaqla  birlikdə 
meydana çıxır. 
Beləliklə  elmi  problem  –  elmi–praktiki  araşdırılması  vacib  olan  elmi 
biliyin  forması  olub, tərkibində insanlara  məlum  olmayan    faktlar  daşıyır. 
Problemdə  onun  empirik  və  nəzəri  tərəfləri  birləşir.  Problemin  məlum 
faktlar  əsasında  düzgün  qoyuluşu  onun  uğurlu  həlli  üçün  ilkin  şərtdir. 
A.Eynşteyn  bu  haqda  demişdir  ki,  problemin  formulə  edilməsi  çox  vaxt 
onun həllinin sadəcə riyazi və eksperimental metodundan da vacibdir [11]. 
Problemin  formulə  edilməsi  zamanı  yalnız  onun  elmin  inkişafındakı 
rolunun qiymətləndirilməsi kifayət deyil. Həmçinin, burada onun həlli üçün 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  27 
texniki vasitələrin olması zəruridir. Yəni, istənilən problem elm qarşısında 
qoyula bilməz, əks halda o həll olunmayan problemlərə aid edilir.  
Problemin qoyulmasından öncə ilkin tədqiqatların aparılmasına ehtiyac 
var.  İlkin  araşdırmalar  problemin  konkretləşdirilməsinə  və  onun  həlli 
yollarının seçilməsində önəmli yer tutur. Elmi problemin belə işlənməsi bir 
neçə  pillədə  aparılr.  İlkin  olaraq  alınmış  yeni  faktlar  və  hadisələr  məlum 
nəzəriyyələr çərçivəsində izah edilir. Faktların çoxluğu yeni nəzəriyyələrin 
işlənməsinə  tələbat  yaradır.  Növbəti  addımda  problemin  həlli  yolları  və 
ideyaların  ilkin  analizi  və  qiymətləndirilməsi  aparılır.  Əslində  burada 
problemin həlli üçün vacib olan hipotezin heç bir həll yolu göstərilmədən 
ə
saslandırılması  baş  verir.  Qoyulan  problemin  növü  və  həlli  onun  məq-
sədinin, həmçinin digər problemlərlə əlaqəsinin aşkarlanmasına yol açaraq 
konkret  halda  həll  yolunu  düzgün  qiymətləndirməyə  imkan  yaradır. 
Mövcud  nəzəriyyələr  və  empirik  məlumatlar  kifayət  qədər  olmadıqda 
problemin həllinə məhdudiyyətlər qoyulur. Məlum nəzəriyyələrin, həll yol-
larının  və  məqsədlərin  düzgün  qiymətləndirilməsindən  sonra  qoyulmuş 
problemin ilkin təsvirinin dəqiqləşdirilməsi mümkün olur.       
Elmi hipotezin əsaslandırılması  
Qoyulmuş problemin nəzəri araşdırılması hipotezlərin irəli sürülməsi və 
ə
saslandırılması ilə başlayır. Elmi hipotez (və ya fərziyyə) – bütün tədqiqat 
prosesini  təşkil  etmək  üçün  tətbiq  olunan  metodoloji  alət  olub,  baş  verən 
hadisənin  ehtimal  edilən  səbəbinin  yoxlanmasını  və  təsdiqini  tələb  edir. 
Məntiqə  görə  hipotez  yalnız  ehtimal  xarakteri  daşıyır,  yəni  o  əsas  səbəb 
haqqında  geniş  məlumata  malik  deyil.  Buna  baxmayaraq  hipotezlər 
problemin ilkin həlli üçün baza rolunu oynayır və mövcud problemin köhnə 
nəzəriyyələrlə  izahının  mümkünsüzlüyü,  bəzi  hallarda  isə  onlarla  zid-
diyətdə  olmasını  göstərməlidir.  Etibarlı  və  təsdiq  olunmuş  hipotezlər 
araşdırılan  hadisələr  arasındakı  münasibəti  düzgün  izah  etməyə  imkan 
verərsə,  son  nəticədə  yeni  qanunların  kəşfinə  imkan  yarana  bilər.  Proses 
zamanı  hipotezlərin  yoxlanılması  lazımı  nəticəni  vermədikdə  onun 
dəyişdirilməsi labüddür.  
D.Mendeleyev  və  Ç.Darvin  də  öz  elmi  tədqiqatları  zamanı  hipotez 
mərhələsini  keçiblər.  M.Lomonosovun  işlərində  hipotezlərin  tətbiqi  onun 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə