MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə9/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
28 
dahi kəşflərinə imkan açmışdır. Mendeleyevə görə hipotez elmi–tədqiqatın 
ə
sas  elementi  sayılır.  O,  faktların  yığılması,  təsviri,  sistemləşdirilməsi  və 
öyrənilməsini; hadisənin baş verməsi üçün hipotezin yürüdülməsini; hipo-
tezdən  doğan  məntiqi  nəticənin  sınaqlarla  yoxlanılmasını;  hipotezin  əsaslı 
qanuna çevrilməsi və ya ondan imtinanı tələb edirdi [7, 8]. 
Qeyd  edildiyi  kimi  hipotezin  əsas  sütunu  ehtimaldır.  Məhz  onun 
ə
trafında  digər  elementlər  birləşərək  biliklər  sistemini  yaradırlar.  Elmi 
problem  nə  qədər  çətin  həll  olunandırsa,  hipotezlərdə  elmin  sistem-
ləşdirilməsi  səviyyəsi  də  bir  o  qədər  yüksək  olur.  Bu  sistemdə  hipotez  nə 
qədər müsbət nəticə əldə edərsə, o,  bir o qədər predmet ilə real hadisə ara-
sında əlaqəni dəqiq qiymətləndirməyə imkan verər. Hipotezin yürüdülməsi 
və  təsdiqi  vahid  proses  daxilində  bir–birindən  asılı  olmayan  iki  sərbəst 
mərhələ  sayılır.  Müxtəlif  hipotez  və  mərhələlərdə əqli  işin  bu  və  ya  digər 
forması  başqa  elementlərlə  münasibətdə  dominantlıq  edə  bilər.  Hipotezin 
yoxlanması  yalnız  ona  daxil  olan  anlayışların  hamısının  empirik  inter-
pretasiyası mövcud olduqda mümkündür.   
Hipotezləri  təsviredici,  izahedici  və  proqnozedici  olaraq  üç  növə 
bölürlər.  Təsviredici  hipotez  obyektin  mövcud  xarakteri,  onunla  ayrı–ayrı 
elementlər  arasında  əlaqənin  xarakteri  haqqında  ehtimaldır.    İzahedici 
hipotez  səbəb–nəticə  arasındakı  asılılıq  haqqında ehtimaldır.  Proqnozedici 
hipotez  isə  tədqiqat  obyektinin  inkişafındakı  tendensiya  və  qanunauyğun-
luqlar haqqında ehtimaldır.  
Hipotezlərin  roluna  Evklid  həndəsəsinin  yaranması  misalında  baxaq. 
XIX  əsrin  ortalarında  bir  çox  riyaziyyatçı  alimlər  Evklid  həndəsəsinin 
(Müstəvi  həndəsəsi)  əsasında  duran  aksiomları  araşdırarkən  Evklidin  5-ci 
postulatının  dəyişilməsinin  mümkünsüzlüyünü  göstərmişdilər  [12].  Yəni 
düz  xətdən  kənarda  yerləşən  nöqtədən  ona  yalnız  paralel  bir  düz  xətt 
keçirmək olar. Bu hipotezin geniş araşdırılması sayəsində müsbət və mənfi 
ə
yriliyə malik bir çox qeyri-standart həndəsələr yaranmışdır (Lobaçevski və 
Riman  həndəsləri).  Bu  yeni  həndəsi  elmlər  fəza  strukturlarının  tədqiqində 
tətbiq tapmış və hal–hazırda kosmologiya və fizikada geniş istifadə olunur. 
Buradan  görünür  ki,  Evklid  hipotezi  rədd  edilə  bilmədi,  ancaq  onun 
ə
vəzində  daha  dəyərli  elmi  nəticələr  əldə  edildi.  Sosial  sahələrdə 
hipotezlərin  rolu  böyükdü.  Belə  ki,  ingilis  iqtisadçı  alimi  Con  Meynard 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  29 
Keynsin  (1883‒1946)  araşdırmaları  iqtisadiyyatdakı  periodik  neqativ 
dəyişilmələri  proqnoz  etməyə  imkan  vermişdi.  Nəticədə  onun  cəmiyyətə 
təsirinin  qarşısını  almaq  üçün  preventiv  tədbirlər  görməyə  imkanlar 
yaranmışdır. Fransız alimi Leverye (1811‒1877) Merkuri planetinin trayek-
toriyasında olan anomaliyanı əsas götürərək onunla günəş arasında daha bir 
planetin  olması  hipotezini  irəli  sürür.  Uzun  illər  bu  planetin  axtarışı  ilə 
məşğul  olan  astronomlar  hipotezin  yanlış  olması  qərarına  gəlirlər.  Amma 
axtarışların nəticəsində Neptun planeti kəşf edilir [13].
    
 Nəzəriyyənin elmi–tədqiqatdakı rolu 
Elmi  nəzəriyyə  kifayət  qədər  inkişaf  etmiş  biliklər  sistemi  olub,  bu 
sahədə  vahid  əsasda  mövcud  olan  qanunların  kəşfinə  və  irəli  sürülən 
hipotezlərin əsaslandırılmasına imkan verən  hadisələr toplumunu təsvir və 
izah  edir.   Elmi  nəzəriyyə  bu  yolla  yoxlanılmış  biliklərin  vahid  sistemi 
sayılır.  Nəzəriyyəyə  daxil  olan  müddəalar  və  nəticələr  əsaslandırılır  və 
sübut edilir. 
Elmi  nəzəriyyənin  əsas  məqsədi  əsaslı  (ideal)  obyektlərin,  onların 
xassələri  və  münasibətləri  (qanunlar,  prinsiplər)  haqqında  sübutların  yara-
dılmasından ibarətdir. Bu baza bilikdən istifadə etməklə sırf məntiqi olaraq 
çoxlu sayda nəticə əldə etmək (quraşdırmaq, proqnoz etmək) mümkündür. 
Ə
sas şərt ondan ibarətdir ki, ifadə olunmuş nəticə müəyyən empirik asılılıq-
ların  köməyi  ilə  interpretasiya  edildikdə  o,  real  obyektin  (təbii  hadisələr, 
praktiki  və  psixoloji  proseslər    və  s.)    xassələrini  maksimal  əks  etdirsin. 
Ayrıca  hallarda  nəticə  nəzəriyyəni  yoxlamayıb,  onu  dəqiqləşdirir  və  ya 
genişləndirir. 
Elmi  nəzəriyyənin  elementləri  anlayış,  kateqoriya,  termin,  mühakimə, 
elmi  müddəa,  ideya,  konsepsiya,  qanun,  qanunauyğunluq,  elmi  fənlər  və 
sairəni əhatə edir [14]. Əsas elementləri yaxından nəzərdən keçirək [15]: 
Anlayış  –  predmetləri  onların  məlum  əlamətləri  şəklində  dərk  edilməsi 
formasıdır. 
Kateqoriya  –  predmet  və  hadisələrin  daha  çox  ümumi  xassələrini  və 
münasibətlərini ifadə edən ümumi, fundamental termindir. 
Elmi termin – elmi anlayışın adıdır. 
Mühakimə – nəyisə təsdiq və ya inkar edən düşüncə tərzidir. 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
30 
Müddəa – formulə olunmuş fikrin elmi sübutudur. 
İ
deya – nəzəriyyə və konsepsiyanın məzmununu ifadə edən əsas fikirdir. 
Konsepsiya  –  elmi  ideyaların  birləşməsindən  yaranan  nəzəri  baxışlar 
sistemidir.  Konsepsiya nəzəriyyədən fərqli olaraq, deduktiv nöqteyi nəzər-
dən sona çatdırıla bilməyən fərdi biliyin işlənməsi və genişləndirilməsi ilə 
bağlıdır. Onlar problemin mənasının başa düşülməsinə  yönəlir. Burada ob-
yektiv dərketməyə baxılmır. 
Qanun  –  proseslər  arasında  obyektiv,  daxili,  vacib  və  davamlı  əlaqəni 
təsvir  edir.  Qanunlar  elmi–tədqiqat  işlərində  açar  rolunu  oynayır  və  ilkin 
olaraq  təkliflər,  hipotezlər  şəklində  irəli  sürülür.  Əldə  olunan  faktların,  
sınaq  materialların  köməyi  ilə  qoyulan  iddia  „təmizlənir“,  təkmilləşdirilir 
və sonda qanun şəklinə salınır. Beləliklə, qanun hadisə daxilində obyektiv, 
faktiki, təkrar olunan və  dayanıqlı əlaqələri əks etdirir. 
Qanun  anlayışı  fəlsəfi  kateqoriya  kimi  digərlərindən  gec  qəbul 
edilmişdir.  Bu  onunla  izah  olunur  ki,  qanun  faktların  atributu  kimi,  insan 
fəaliyyətində  hadisələri  əks  etdirən  kateqoriyalardan  sonra  meydana 
gəlmişdir.
 
 
Qanunauyğunluq  –  müəyyən  məkan    və  zamanla  bağlı  olan  hadisə  və 
proseslər arasında obyektiv və daimi mövcud olan, ancaq qanuna nisbətən 
az stabil və aydın olan əlaqələri təsvir edir. Qanunauyğunluğu kifayət qədər  
sərt  kəmiyyət  göstəricilərinin  köməyi  ilə  təsvir  etmək  mümkündür. 
Qanunauyğunluqlar adətən qanunlara söykənir və daha çox inkişafda olan 
sistemlərə aid edilirlər. 
Elmi  prinsip  –  elmi  nəzəriyyənin  əsas  elementlərindən  biri  olub,  elmin 
müəyyən  sahəsində  həqiqi  faktlar  massivinə  aid  olan  birləşdirici,  sintez-
edici  və  təşkiledici  funksiya  rolunu  oynayır.  Nəzəriyyənin  obyektləri 
arasında daimi mövcud olan əlaqələr haqqında bilik verən elmi qanunlardan 
fərqli  olaraq,  elmi  prinsip  özlüyündə  elmi  nəzəriyyənin  elementlərinə 
qoyulan  tələbatları  müəyyənləşdirir  (Qalileyin   nisbilik  prinsipi,  Borun 
natamamlıq prinsipi, Dalamber prinsipi, sadəlik prinsipi və s.). 
Elmi nəzəriyyəyə bir çox vacib tələblər qoyulur [15]: 
1.  Elmi  nəzəriyyə  təsvir  olunan  obyektə  adekvat  olmalıdır.  Bu  müəyyən 
sərhədlərdə  eksperimental  tədqiqatın  nəzəri  biliklərlə  əvəz  olunmasına 
imkan yaradır. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə