Mərhəmətli, Rəhimli Allahın adı ilə



Yüklə 230,4 Kb.
səhifə2/4
tarix05.01.2018
ölçüsü230,4 Kb.
#19656
1   2   3   4
“ Onların qəlbləri qazan¬dıq¬ları  günahlar səbəbindən        bağlanmışdır.”
Bir çox insanlar vardır ki, Quran oxuyurlar, amma onun əzəmətini hiss etmirlər. Elə bil ki, qəzet oxuyurlar, və yaxud hər hansısa bir qissəni eşidəndə təsirlənmirlər. Əgər düşmən barəsində eşitsəydilər qorxardılar, amma Allahın əzabı barəsində eşidəndə qorxmurlar.
Allah Təalə ibrət alıb  düşünmək üçün nazil etdiyi başqa bir ayədə isə belə buyurur:
“Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Ki¬tab kimi nazil etdi. Onu eşidəndə Rəbbindən qor¬xan¬la-rın on¬dan dəriləri ür¬pəşər. Allahın zikrindən sonra qəlbləri yumşalar və qorxuları geder Bu, Quran Alla¬hın hidayətidir. Onun¬la istədi¬yini doğru yola yönəldir. Alla¬hın zə¬lalətə saldığı şəxsə isə yol gös¬¬tərən olmaz.”
 Allah Təalə buyurur:
        “Məgər onlar Quran haq¬qında dü¬şünmürlərmi? Yoxsa qəlblərinə kilidmi vurulmuşdur?”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə namazına qalxardı və uzun surələr oxuyardı. Əzab ayətlərinə çatanda əzabdan Allaha sığınardı. Rəhmət ayətlərinə çatanda onların fəzilətini Allahdan istəyərdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ayətlərə belə yanaşardı. Amma bizim bir çoxumuzdan soruşsan ki, imam işa namazında hansı surəni oxudu? Bilməz. Sübhənallah! Nə vaxt özünlə tək tənha qalıb öz nəfsini hesaba çəkdin, günahlarını xatırladın, Quran oxudun, Allahı zikr etdin və gözün yaşardı?!
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allahı təklikdə anaraq göz yaşı axıdan kimsə barəsində buyurur:
“Qiyamət günü heç bir kölgə olmadığı zaman yeddi sinif insanı Allah Təala Ərşin kölgəsi altında kölgələndirəcək. Həmin siniflərdən biri də Allahı tək tənha olaraq zikr edib göz yaşı axıdan kimsədir.”
         Ey Allahın qulu! Əgər biz bu dərəcəyə çatmamışıqsa bil ki, bunlar hamısı imanın zəifliyinə dəlalət edir. Həmçinin imanın zəifliyinə dəlalət edən əlamətlərdən biri də insanların çoxlu günahlara yol verməsi  və günahlara biganə yanaşmasıdır. Hər dəfə günah işləyəndə deyir ki, “kiçik günahdır”. Günahları öz gözündə kiçildir. Hər dəfə günah işlədikdə deyir ki, “Əlhəmdulillah, camaatla birlikdə namaz qılmışam”. Yaxşılıqlar pislikləri yuyub aparır. Evə girib televizoru və interneti açıb əxlaqsız verlişlərə baxır, musiqiyə qulaq asır, çölə çıxanda yarıçılpaq, dar paltar geyib özünü yad kişilərə göstərir və öz-özünə deyir: “Bu mənə heç bir zərər toxundurmaz”. Sonra oturduğu məclislərdə insanların qeybətini edir. İnsanların namusu barədə danışır. Qeybət və lağ-lağa  olmayan məclislər onun üçün can sıxıcı olur. Günahların kiçiyinə, böyüyünə məhəl qoymur.
     İbn Qeyyum Əl-Cövzi belə buyurur:
    “Çox qığılcımlar var ki, onlardan böyük bir odlar törəmişdir.”
      Ey Allahın qulu! Elədiyin bütün günahların hamısı kiçik və böyüklüyündən asılı olmayaraq mələklər tərəfindən əməl dəftərinə qeyd olunur. Adi bir baxışın buraxılmır. Qəzet-jurnalı televizoru interneti açıb oxuyanda ordakı qadına baxıb ləzzət alanda, və ya olduğun məclislərin birində oturub qeybətə qulaq asanda, öz nəfsini müdafiə etmək üçün belə deyirdin: ”Kiçik bir şeydir, mən ki, danışmıram”.
     Bir gün ehtiyaclarından dolayı bazara çıxanda satıcı bir qadına rastlaşıb onunla alış-veriş edəndə başladın onu danışdırmağa, güldürməyə və o zaman “heç nə olmaz, zərurətdir” deyirdin.  Yazıq insan, məgər sən bilmirsən ki, mələklər sənin bütün günahlarını yazıb əməl dəftərində qeydə alır. Necə ki, Allah Təalə buyurur:
    “Hər kəsin kitabı qarşı¬sına qoyu¬la¬caq və sən günah¬karların orada yazıl¬mış olanlar¬dan qorx¬duqlarını görə¬cək¬sən. Onlar deyə¬cəklər: “Vay halı¬mıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar et¬dik¬ləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haq¬sızlıq etməz!”
İnsanın imanı zəif olanda artıq kiçik günahlara fikir vermir. Hətta o dərəcəyə çatır ki, artıq böyük günahlar onun üçün adiləşir. göz zinasına, qeybət etməyə, valideynlərə ağ olmağa və digər günahları işləməyə başlayır. Allah Təalədən böyük günahlara düşməkdən afiyət istəyir.  Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu barədə buyurur:
“Bütün ümmətim bağışlanacaq, amma günahları açıq aşkar edənlərdən başqa ”. İnsanların gözü qabağında haramlara yol verir, əxlaqsız işlər görür və etdikləri ilə fəxr edib belə deyir: “Filan yerə getdim, belə belə işlər gördüm”. Həmçinin imanın zəifliyi əlamətlərindəndir ki, insan başqalarına məhəl qoymur. Əgər müsəlmanların rayonlarda, şəhərlərdə olan çətin vəziyyəti barəsində onunla söhbət etsən deyir:  “Mənə nə var“. Yalnız və yalnız öz nəfsini fikirləşir. Bu yerdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:
“Sizdən biri öz nəfsinə istədiyini öz qardaşına istəməyincə kamil iman etmiş olmaz”.
Həmçinin imanın zəiflik əlamətlərindən biri də insanın ibadətdə tənbəl olmasıdır. Əvvəl hidayətə gəldiyi vaxtlarda birinci səfdə namaz qılardı. Amma indi nə olub sənə ey insan, axırıncı səflərdə namaz qılırsan. Məscidə iqamədən sonra gedirsən.
Sələfilərdən olan Süleyman əd–Dərani belə deyərdi: “Insan etdiyi günaha görə camaat namazından məhrum olur” .
Ey insan! öz nəfsini hesaba çək, otur yaxşı-yaxşı fikirləş. Sənə  nə olub ki, ancaq axırıncı rükətlərə gəlib çatırsan, və yaxud heç gəlmirsən yatırsan. Bununla belə də  zənn edirsən ki, sən xeyir üzərindəsən.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:
“O qövümlər ki, birinci səflərə gecikməyə başlayarlar və gecikərlər və bu iş üzərində davam edərlər. Hətta o dərəcəyə gəlib çatarlar ki, Allah Təalə onları öz fəzilətindən gecikdirər, uzaqlaşdırar” .
     Yazıq insan bilmir ki, ibadətə tənbəl yanaşmaq nifaqın əlamətlərindəndir. Necə ki,  Allah Təalə Qurani Kərimdə buyurur:
       “Onlar namaza durarkən könül¬süz qal¬xar, özlərini camaata gös-tərər və Allahı olduqca az zikr edərlər” .
İlk hidayətə gəldiyi vaxtlarda cibində zikr kitabçası gəzdirərdi. Səhər-axşam zikrlərini edərdi , amma indi nə olub sənə ey insan, səhər-axşam zikrlərini yaddan çıxarmısan? Əvvəllər gündəlik açıb Quran oxuyardın. Vaxt var idi ki, gündüzlər duha namazı, iki, dörd və ya daha çox gecə namazı qılardın. Sənə nə oldu? Gecə namazı Ramazandan başqa yada düşmür. O da əgər qılsan. Əvvəllər birinci və dördüncü günləri oruc tutardın, amma indi bir gün də belə olsun oruc tutmursan.
Həsənul-Basri bu yerdə gözəl buyurur: “Insan etdiyi günaha görə gecə namazından və gündüz tutduğu oruclardan məhrum olur”.
         Hardadır Allah Təaləni zikr etmək ? Sənə nə oldu ki, belə dəyişdin? Bunların hamısı imanın zəifliyindəndir. Amma sən bunları hiss etmirsən. Ey insan! səni nə dəyişdirdi? Dünyamı, yoxsa qadınlarmı?
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Müslimin rəvayət etdiyi bir hədisində belə buyurur:
“Bəni İsraili hər şeydən əvvəl yolundan azdıran qadınlar oldu. Dünyanın və qadınların fitnəsindən, şərrindən qorxun. Özünüzü qoruyun.”
Allah Təalə buyurur:
“Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrin¬dən yayın¬dırmasın! Bunu edənlər zi¬yana uğrayan-lardır.”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: ”Ümmətindən elə qövmlər olacaq ki, zinanı, ipəyi, içkini, musiqini halal görəcəklər” .
  Yoxsa oturub durduğun dostlarmı səni bu qədər dəyişdirdi? Ən doğrusunu Allah bilir.
Ey insan! Öz nəfsini hesaba çəkməyən onun əziyyətini çəkər. Nəfs itaətsizliyi, tənbəlliyi və rahatlığı çox sevir. Nəfs itaəti sevmədiyinə görə çox vaxt etdiyi ibadətdə naqislik olur. Ona görə də gözün həmişə onun üzərində olsun, onu həmişə yoxla, sorğu-suala çək. Əgər bir naqislik tapsan, onda nəfsinə caiz olan bir şəkildə dərs ver ki, bir daha buraxdığı xətalara qayıtmasın.
Ömər (Allah ondan razı olsun) buyurur: “Axirətdə sorğu-suala çəkilməzdən əvvəl dünyada ikən vicdanınızı nəfslərinizi sorğu-suala çəkin. Kim dünyada ikən öz nəfsini hesaba çəkərsə, axirətdə sorğu-sualı azalar”.
Həmçinin imanın zəiflik əlamətlərindəndir ki, insan pis işlərlə tez-tez rast gəlir, amma bunlar ona heç təsir etmir, heç halı dəyişmir, sıxılmır. Allah Təalə insanları günahlardan çəkindirib onlara doğru yol göstərənlər barəsində buyurur:
      “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edər, pis əməlləri qadağan edər və Allaha iman gətirirsiniz”.
Pisliyi inkar etmək imandandır. Kim öz imanının miqdarını bilmək istəyirsə özündən və başqalarından pis əməlləri uzaqlaşdırıb, özünü və başqalarını doğru yola yönəltməsinin dərəcəsinə baxsn. Əvvəllər televizorda pisliklər görəndə televizoru söndürərdi. Birini qeybət edən, ara vurduğunu görəndə onlara nəsihət edərdi. Əgər bunu bacarmazdısa həmin məclisi tərk edərdi. Amma indi onun özü harama baxır, ancaq fikir vermir. Pis məclislərdə oturur, heç halı dəyişmir, hətta belə məclislərdən durub çıxıb getmir. Çünki onun artıq imanı zəifləyib.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) imanın ən zəifi barədə belə buyurmuşdu:
“Sizdən kimsə bir münkər (pis əməl, qadağa) görərsə onu əli ilə dəyişdirsin. Əgər gücü çatmazsa dili ilə, bunu da bacarmadıqda qəlbi ilə buna nifrət etsin. Bu isə imanın ən zəif mərtəbəsidir” .
Bilrsinizmi Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)in bu sözü kimə aiddir? O kimsələrə ki, onlar hər hansı bir məclisdə günah söhbətlərə rast gələrlər və bu günahları əli və ya dili ilə dəyişdirə bilməyib, qəlblərində olan sıxıntıdan dolayı bu məclisi tərk edənlər. Budur imanın ən zəifi. Yaxşı, onda orada oturub münkərə qulaq asan insana bəs nə deyək?! Öz ayağı ilə belə məclislərə gedənlərə nə deyək?! Bu işi özləri görənlərə nə deyək?! Öz nəfslərinə uyub, fitnələri qızışdırıb, sonra da bu əməllərinə Quran və Sünnə donu geyindirənlərə bəs nə deyək?! Allah danışılan hər bir sözün, əslinin ixlasa və ya nəfsə qulluq etdiyini bilir. Qiyamət günü gələndə, Allah Təalə buyurur:
     “De: “Sizə əməlləri ba¬xı¬mından ən çox ziyana uğra¬yan¬lar barə¬sində xəbər verimmi? O kəslər haqqında ki, on¬ların dünya həyatındakı səy-ləri boşa çıx¬mış¬dır. Çünki on¬lar  yaxşı işlər gör¬düklərivə bunun müqabilində mükafata nail nail olacaqlarını gü¬man edirdilər.”
    Sələfilərdən bəziləri Allah təalənin bu ayəsini eşidəndə ağlayardı.
     “ Allahdan on¬lara güman etmədikləri bir əzab gəldi.”
və yaxud : Onların gözləmədiyi şeylər onlara görsəndi.
Müsəlman bacı və qardaşlarım, qəlbimizdəki imanı necə dirildə, və yaxud da necə müalicə edə bilərik? Birinci biz bilməliyik ki, bu həyat, bu ömür  qısa, ləzzətləri keçici olan, lakin insan nəfsinə gözəl görünən bir ömürdür. Necə ki, Allah Təala buyurur:
    “Qadınlar, uşaqlar, qızıl-gümüş yığmaq, yaxşı cins at¬la¬r, mal-qara və əkin yerlə¬ri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstəril¬mişdir. Bun¬lar, dünya həyatının keçici zöv¬qüdür, gözəl qayı¬dış yeri isə Allah dərgahındadır.”
Əbu Dərda (Allah ondan razı olsun) ölüm ayağında ikən ağlayaraq yanındakılara belə deyir:
   “Bu anı, bu saatı, bu günü üçün əməl edən bir kişi varmı?”
     Əbu Hüreyrə (Allah ondan razı olsun), o kimsə ki, günlərini Allaha ibadətdə keçirərdi, elm tələbəsi ölməzdən əvvəl ağlayardı. Soruşardılar: “Ey Əbu Hureyrə! səni ağladan nədir?” O da belə cavab verərdi: “Səfərin uzunluğu, azuqənin azlığı, imanın zəifliyi və sirat üzərindən keçərkən  ora düşmək qorxusu”. O, ölümündən qabaq bu sözləri deyərək ağlayırdı. Amma biz nə deyirik? Biz ki, günlərimizi günahlarla keçiririk. Əgər bizdən biri o anları lazımınca fikirləşsə Vallahi gözü ilə harama baxa bilməz, televizoru aça bilməz. Əgər orada əxlaqsız verilişlər varsa, Vallahi artıq münkər məclislərinə gedə bilməz (əgər o anları lazımınca haqqı ilə fikirləşərsə). Hər bir kəs ölümə məhkumdur. Fərqi yoxdur, İstər varlı, istər kasıb, istər gözəl,  istər çirkin, istər güclü, istər zəif,  istər böyük,  istər kiçik,  istər alim və istər də cahil olsun. Ölüm hər bir bəşərin sonudur. Allah Təalə buyurur:
     “Hər bir kəs ölümü dadacaqdır. Qiyamət günü mükafatlarınız sizə tamami ilə veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olacaqdır. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.”
Əgər Allah kiməsə əbədi həyat vermək istəsəydi, o da sevimli peyğəmbəri Məhəmməd (ona Allahın salavatı və salamı olsun) olardı. Amma o da öldü. Allah Təalə buyurur:
“Əslində, sən də ölə¬cək¬sən, onlar da öləcəklər!”
Əziz Müsəlman bacı və qardaşlar! Hər bir insan ölüm həqiqəti ilə üzləşir və ölümdən qaçmaq mümükün deyil. Allah Təalə həmin an barədə buyurur:
“ Can boğaza yetişəcəyi və  “ onu bu bəladan kim xilas edəcək?”– deyi¬ləcəyi zaman, Can verən adam dünyadan və sevdiklərindən ayrıldığını anladığı və ölüm qorxusundan baldırı baldıra dolaşa¬cağı za¬man ”
Ey insan, xəyalına gətir ki, Allah Təalə sənin həmin halın barəsində xəbər verir. Ölüm yatağı ola bilsin ki, ətrafında atan, anan, uşaqların və zövcən duracaq. Sənin bu halına ağlayacaqlar. Ola bilsin ki, kiçik oğlun və qızın səni qucaqlayaraq “Ey ata! sənə nə olub, sənə nə olub ki, cavab vermirsən? Ey ana! sənə nə olub ki, danışmırsan?” deyəcəklər. Sən isə öz əl-qoluna baxacaqsan, artıq onlara nə olub ki, onlar hərəkətdən düşür, soyuyur. Ata soruşacaq ki, kim mənim övladıma şəfa verə bilər? Övlad deyəcək ki, kim mənim valideynlərimi sağalda bilər? Qadın deyəcək ki, kim mənim ərimi geri qaytara bilər? Allah Təalə bu anı vəsf edərək belə buyurur:
      “Can boğaza yetişdiyi zaman siz şok vəziyyətində ona baxıb durursunuz və əlinizdən heç bir şey gəlmir. Biz ona sizdən daha ya-xınıq, amma siz isə bunu gör¬mürsünüz. Madam ki qiyamət günü  haqq-hesab olunmaya¬caqsınız iddianızda doğrusunuzsa və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?”
   Bu anda Allah can verən kimsənin duyğularını Qurani Kərimdə belə canlandırır:
     \"Can üstə olan kimsə ayrılıq dəminin gəlib çatacağını anlayacaq.”
O, artıq bilir ki, bu dünyadan ayrılır, amma indiyə qədər arzularına çatmayıb, oğul uşağını boya başa çatdırmayıb. Bu vaxta qədər hələ evini tikib qurtarmayıb, özünə maşın almayıb, və ya evlənməyə hazırlaşırdı, və ya övlad gözləyirdi. Amma onun həyata keçirmək istədiyi arzuları ölümlə qarşılaşdı. Allah Təalə buyurur:
   “Can üstə olan kimsə ayrılııq dəminin gəlib çatacağını anlayacaq və ölüm qorxusundan ayaqları bir-birinə dolaşacaq.”
Allah Təalə başqa ayədə buyurur:
    “And olsun kafirlərin ca¬nını zorla alanlara! And olsun möminlərin ca¬nını ra¬hat¬lıqla alan¬lara!”
Ölüm mələyi isə bu zaman ruhu çıxarmağa başlayır. Amma sən tapşırılan əmanətləri bu zamana qədər öz sahiblərinə verməmisən. Bu vaxta qədər Allah və insanların sənin üzərində haqqları var və onları qaytarmamısan. Namaz qılmamaqdan, oruc tutmamaqdan, zəkat verməməkən, insanlara əziyyət verməkdən, sübh namazına yatıb qalmaqdan və başqa günahlardan hələ də tövbə etməmisən. Məhz buna görə də sən sonra peşman olacaqsan. Amma bu peşmançılıq sənə fayda verməyəcək. Allah Təalə ölüm anında peşman olanların dilindən belə buyurur:
    “Nəhayət, onlardan biri¬nə ölüm gəl¬diyi zaman deyər: “Ey Rəbbim! Mə¬ni dünyaya geri qaytar. Bəlkə, zay etdiyim  ömrün müqabilində yaxşı əməllər edim”. Xeyr! Onun bu dedikləri an¬caq boş bir sözdür. Onların arxa¬sında diriləcəkləri  qiyamət gününə qədər bir qəbr aləmi vardır.”
Ey insan,  artıq çox gecdir. Çünki o gün aparılacağın yer artıq Allah Təalənin hüzuru olacaq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:
        “Ləzzətləri parça-parça edən ölümü çox yada salın” .
   Ölümü çox yada sal ey insan! Dünyanın hər bəzəyi, ölümü xatırlamaqdan səni  yayındırmasın. Ey Allahın qulu, bil ki, bu dünya Allah yanında heç bir dəyəri yoxdur. Necə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:
“Əgər dünyanın Allah yanında ağcaqanadın qanadı qədər qiyməti olsaydı, kafirə bir qurtum belə su içirtməzdi” .
Əyər kafir su içirsə deməli dünyanın qiyməti yoxdu. Qiymətli olsaydı Allah onu kafirə və asi olanlara verməzdi.
Sənin milyonların Allahın razı qaldığı yerlərə xərclənmirsə, axirətdə sənə heç bir fayda verməyəcək. Vallahi bütün mal –dövlət, oğul-uşaq hamısı məhv olub gedir. Bu dünyada hər bir şey fanidir. Amma sənə qiyamət günü fayda verən isə sənin dünyada ikən etdiyin yaxşı əməllərin olacaq. Dünyaya aldanıb, axirəti unutmamaq üçün ölümün şiddətini, qəbrin zülmətini və tənhalığını, Qiyamətin dəhşətini və Allah qarşısında sorğu – sual üçün duracağını fikirləş. İnsanın ruhu bədənindən ayrılıqdan sonra dünya ilə onun əlaqələri kəsilir. Artıq insan qəbir mənzilinə yola düşür. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Buxarinin rəvayət etdiyi bir hədisdə buyurur.
“İnsanlar cənazəni qəbrə basdırmaq üçün aparanda cənazə danışır. Onun səsini insan və cindən başqa hamı eşidir .Əgər ölən insan salehlərdəndirsə belə deyir: ”Məni basdırılacağım qəbrə tez çatdırın”. Yox, əgər bu insan pis əməl sahiblərindəndirsə, belə deyər: “Vay olsun mənim halına! məni hara aparırsınız”. Cənazənin bu səsini insan və cinlərdən başqa hamı eşidir”.
Ey insan! Qəbir səni dünyadan Axirətə keçirtmək üçün bir qapıdır  və bu qapının nə vaxtsa sənin də üzünə açılacağını unutma. Bir gün bu dünyaya gəldiyin kimi, bir gün də bu dünyadan gedəcəksən və qəbr sənin üçün əməllərinin müqabilində ya Cənnət  bağçalarından bir bağça, ya da Cəhənnəm quyularından bir quyu olacaq. Unutma ki, Allahın insanlara vəd etdiyi günə, Qiyamət gününə kimi orada qalacaqsan.
Ey Allahın qulu! Yəqin ki,  Allahın bizə vəd etdiyi gün, Qiyamət günü səndən gizli deyil. Bu Allahın insanlara verdiyi bir vəddir ki, Allah heç vaxt öz vədinə xilaf çıxmaz. O böyük gündə Allah İsrafilə surun çalmasını əmr edəcək və qəbirlərdə olan insanlar sorğu–sual üçün qəbirlərindən çıxarılacaqlar. Allah Təalə buyurur:
     “Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.”
Allah bütün insanları və heyvanları öz ruhlarına qovuşduracaq və bu zaman insan qəbrindən çıxanda ətrafına baxıb görəcək ki, göylər parça-parça olub, ayağının altında yer silkələnir, böyük dağlar didilmiş yun kimi olub, ulduzlar tökülür, dənizlər qaynayır və insan bütün bu dəhşətləri görüb sərxoş hala düşəcəkdir. Allah Təalə Qiyamət gününü Qurani  Kərimdə belə vəsf edir.
      “Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətirilə¬cəyi zaman, boğaz dəvələr başlı-başına qala¬caq-ları zaman, vəhşi heyvanlar bir yerə toplanı¬lacağı zaman, dənizlər alovlanacağı za¬man, hər kəs öz tayına qo¬vuş¬durulacağı zaman, diri-diri torpağa basdırıl¬mış qız uşağı –hansı günaha görə öldü¬rül¬müş¬dür deyə soruşulacağı zaman, səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, Cəhənnəm alovlandırı¬la¬cağı və Cənnət möminlərə ya¬xınlaşdı¬rılacağı zaman hər kəs bu gün üçün özünə nə tə¬darük etdiyini bilə¬cəkdir.”
və digər ayədə Allah təalə buyurur :
1. Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, qiyamət gününün zəlzələsi uğultusu çox dəhşətli olacaq.
2. Onun dəhşətindən, analar əmizdirdiyi körpəni unudacaq, hər bir hamilə qadın qorxudan bətnindəkini düşürəcək. Allahın əzabı hədsiz şiddətli olduğundan İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş deyillər.

   O gün insan qəbrindən çıxanda insanların ah-nəaləsini və fəryad səslərini eşidəcək. Kimlər deyəcək:
      “Vay halımıza! Bizi yatdığımız yer¬dən qəbrimizdən kim qaldırdı? Bu, ər-Rəh¬manın vəd etdiyi qiyamətdir. Elçilər  sən demə doğru deyirlərmiş” .
Ey Allahın qulu! İnsan o gün qəbrindən çıxanda özünə fayda vermək üçün öz yaxınlarına, tanışlarına, atasına, anasına, qadın öz ərinə, valideyn öz övladına müraciət edəcək. Ana deyəcək: ”Ey övladım! Səni bir müddət qarnımda daşıdım, əziyyətlərə dözdüm, sənin üçün gecələri oyaq qaldım, səni böyütmək üçün hər bir əziyyətə qatlaşdım. Bunların müqabilində heç olmasa mənə bir savab ver ki, onunla Allahın hüzuruna gedim”.
O gün insanların bütün yaxınları, oğul-uşağı, qardaşı-bacısı, ata-anası və bütün əzizləri onu əli boş geri qaytarıb deyəcəklər: “Məndən uzaq ol. Mənim səndən buna daha çox ehtiyacım var”. Allah Təalə bu yerdə buyurur:
   “O gün insan öz qarda¬şından, anasından, atasından, arvadından və övladla¬rından qaçacaq! O gün onlardan hər biri¬nin yetə¬rincə işi olacaq¬dır.”
Ey insan! O günün dəhşətindən analar öz südəmər körpələrini atacaqlar. Amma dünyada ikən o körpəsi üçün hər şeyini qurban verərdi.
   O gün insan ağlayaraq sağa-sola çevrilib, ətrafına baxacaq və bədənləri çılpaq, ayaqları yalın və O günün dəhşətindən saçları ağarmış insanları görəcək. Allah Təalə bu barədə buyurur:
      “Əgər mənə asi olsanız, dediklərimi yerinə yetirməsəniz, uşaqları ağ saçlı qocalara döndərəcək qiyamət gününün əzabından necə yaxa qurtaracaqsınız? O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.”
Ey insan! O gün günahkarların gözləri zəlilcəsinə yerə dikilərək qorxudan az qala ürəkləri ağızlarına gələcək və onları gətirib bir yerə toplayacaqlar. Günəş də bir milə qədər onların başları üzərində olacaqdır. Sonra isə sorğu-sual başlayacaq. İnsanlar o gün adbaad çağırılacaq. Hardadı Filankəs oğlu filankəs, Haradadır filankəs qızı filankəs? Bunu eşidəndə insanın əl-qolu əsəcək, az qalacaq ki, dizi üstə yerə çöksün.
     Cəlil olan Allah Təalə belə buyuracaq: ”Aparın qulumu alovlanan  Cəhənnəmə”
Heç o an barəsində fikirləşdinmi? Allah Təalə buyurur:
  «O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşı¬sında hazır görəcək, özü ilə pis əməl¬lə¬rinin arasında çox bö¬yük mə¬safə olmasını arzulaya¬caq¬dır. Allah sizi Öz əzabından çə¬kin¬dirir. Allah qulla¬rına Şəfqət¬¬lidir”. »
Ey insan! o gün bütün günahlarını, valideynlərinə asi olmağını xatırlayacaqsan. O an ki, anan, atan sənə iş buyurdu:  Dedin “yox”. Hamısını Qiyamət günü xatırlayacaqsan və o zaman insan günahları ilə özü arasında uzaq bir məsafə olmasını arzulayacaq. Ey insan! Həmin gün suallara cavab vermək üçün bu gün dünyada ikən nəfsini hesaba çək. Allah Təalə buyurur:
“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.”
Ey Allahın qulu, ey insan! Yatmazdan əvvəl, və ya vitir namazını qılmazdan əvvəl, və ya dəstəmaz aldıqdan sonra, və yaxud da yuxu zikrlərini etdikdən sonra fikirləş gör ki, Allah üçün nə etdin. Günahlarını bir əlinə qoy, savablarını da o biri əlinə. Sonra öz nəfsini hesaba çək. Gör hansı ağır gəlir. Ey Allahın qulu! Qiyamət günü hesaba çəkməzdən əvvəl öz nəfsini hesaba çək. Yoxsa Qiyamət günü gələndə Allah Təala o kimsələr barəsində buyurur:
    “ Uğultusu aləmi bürüyənin xəbəri sənə gəlib çatdımı? O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, üzülüb əldən düşəcək, və sonra da çox qızmar oda girəcək.”
Allah Təalə başqa bir ayədə buyurur:
   “Biz onların etdikləri əməl¬lərə bax¬dıqdan sonra onları sov¬rul¬muş toz də¬nəciklərinə çevi¬rərik!”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İbn Macəda rəvayət olunan bir hədisdə belə buyurur:
“Qiyamət günü əməlləri dağlar boyda olan qövmlər, camaatlar gələcəklər. Allah Təalə onların əməllərini heç bir şey puç edəcək”.

Yüklə 230,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə