Mərkəzi Bankın pul siyasəti alətləri arsenalına çərçivə alətləri, açıq bazar



Yüklə 23,11 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü23,11 Kb.
#49548


 

 

Mərkəzi  Bankın  pul  siyasəti  alətləri  arsenalına  çərçivə  alətləri,  açıq  bazar 

əməliyyatları üzrə alətlər, habelə məcburi ehtiyat normaları daxildir.   

I. Çərçivə alətləri 

Vəsaitlərin  qısamüddətli  cəlb  olunması  və  yerləşdirilməsi  alətlərindən  ibarət  olan 

çərçivə  alətləri  bankların  qısamüddətli  likvidliyinin  idarə  olunmasına  xidmət  edir  və 

bankların  təşəbbüsü  ilə  Mərkəzi  Bank  tərəfindən  təsbit  olunmuş  faiz  dərəcələri  ilə  həyata 

keçirilir.  Çərçivə  alətləri  bank  sistemində  likvidlik  səviyyəsinin  və  beləliklə  banklararası 

bazarda faiz dərəcələrinin kəskin dəyişmələrinin qarşısının alınmasında mühüm rol oynayır.  

  Vəsaitlərin cəlb olunması (sterilizasiya xarakterli) məqsədilə aparılan əməliyyatlar 1-7 

günlük REPO əməliyyatları olmaqla, Mərkəzi Bankın əməliyyatlarının faiz dərəcələri 

dəhlizinin (faiz dəhlizi) aşağı həddi ilə aparılır.  

  Vəsaitlərin  yerləşdirilməsi  (emissiya  xarakterli)  məqsədilə  aparılan  əməliyyatlar  1-7 

günlük əks-REPO əməliyyatları olmaqla, faiz dəhlizinin yuxarı həddi ilə aparılır.  



 

II. Açıq bazar əməliyyatları üzrə alətlər 

Açıq  bazar  əməliyyatları  pul  siyasətinin  əməliyyat  hədəflərinin  reallaşdırılması 

məqsədilə  dövriyyədə  olan pul  kütləsinin tənzimlənməsi  və  banklararası pul  bazarında  faiz 

dərəcələrinə təsir etmək məqsədilə Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilir. 

  Vəsaitlərin cəlb  olunması  (sterlizasiya  xarakterli)  məqsədilə  açıq  bazar  əməliyyatları 

faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında dəyişən faiz dərəcələri ilə aparılır 

və aşağıdakı əməliyyatlardan ibarətdir:  

o

  Depozit  əməliyyatları.  Depozit  əməliyyatları  bir  il  müddətinədək,  birbaşa  və  ya 



dolayı  hərraclar  vasitəsilə  həyata  keçirilə  bilər.  Mərkəzi  Bankın  İdarə  Heyətinin 

qərarı  ilə  hərracdankənar  depozit  əməliyyatları  da  keçirilə  bilər.  Bu  zaman  bu 

əməliyyatların şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur. 

o

  Mərkəzi  Bankın  qısamüddətli  notlarının  emissiyası.  Qısamüddətli  notlar  Mərkəzi 



Bank tərəfindən buraxılan istiqrazlardır. 

o

  REPO  əməliyyatları:  Mərkəzi  Bankın  portfelində  mövcud  qiymətli  kağızlar 



həcmində Mərkəzi Bank tərəfindən qiymətli kağızların sonradan geri almaq şərtilə 

kommersiya banklarına satışıdır. 



M Ə R K Ə Z İ  B A N K I N  

P U L  S İ Y A S Ə T İ  A L Ə T L Ə R İ 


  Vəsaitlərin  yerləşdirilməsi  (emissiya  xarakterli)  məqsədilə  açıq  bazar  əməliyyatları 

uçot  dərəcəsi  ilə  faiz  dəhlizinin  yuxarı  həddi  arasında  dəyişən  faiz  dərəcələri  ilə 

aparılır və aşağıdakı əməliyyatlardan ibarətdir:   

o

  Yenidənmaliyyələşdirmə  kreditləri.  Mərkəzi  Bank  tərəfindən  birbaşa  və  ya  dolayı 



hərraclar vasitəsilə 30 gün müddətinədək təminatlı əsasda yenidənmaliyyələşdirmə 

kreditləri  verilə  bilər.  Eyni  zamanda  Mərkəzi  Bank  tərəfindən  aşağıdakı 

müddətlərdə hərracdankənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər: 

  360 gün müddətinədək Mərkəzi Bankın uçot dərəcəsi ilə; 

  360 gündən yuxarı müddətə Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi 

şərtlərlə. 

o

  Əks-REPO  əməliyyatları.  Mərkəzi  Bank  tərəfindən  qiymətli  kağızların 



kommersiya banklarından sonradan geri satmaq şərtilə alışıdır.   

 

 



III. Məcburi ehtiyat normaları 

Məcburi  ehtiyat  normaları  ölkədə  pul  kütləsinin  və  bank  sisteminin  likvidliyinin 

tənzimlənməsində  istifadə  olunan  pul  siyasəti  alətidir.  Məcburi  ehtiyat  normaları  banklar 

tərəfindən  cəlb  olunan  vəsaitlərin  Mərkəzi  Bankda  məcburi  qaydada  saxlanılan  bir 

hissəsidir.  

  Mərkəzi  Bank  tərəfindən  müəyyən  edilmiş  məcburi  ehtiyat  norması  əsasında 

bankların  saxlamalı  olduqları  məcburi  ehtiyatların  məbləği  hesablanır.  Məcburi 

ehtiyatlar  bankın  hesablama  bazasının  (bankın  milli  və  xarici  valyutada,  qiymətli 



metallarda  cəlb  etdiyi  vəsaitlərdir)  hesablama  dövrü  (hər  ayın  ilk  təqvim  günü 

başlayır və son təqvim günü bitir) üzrə orta günlük qalığı əsasında hesablanır.  

  Hesablanmış  məcburi  ehtiyat  saxlama  dövrü  (dövrü  bitdikdən  sonrakı  ayın  15-ci 



təqvim  günü  başlayır  və  növbəti  ayın  14-cü  təqvim  gününədək  davam  edir)  ərzində 

bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır.  



 

 



Mərkəzi Bankın çərçivə və açıq bazar əməliyyatları üzrə alətləri haqda məlumat

 

Alətin 

forması 

Alətin 

təyinatı 

Alət 

Müddət 

Faiz dərəcəsi 

Çərçivə 

alətləri 

Sterlizasiya   Repo əməliyyatları 

1-7 günlük 

Faiz dəhlizinin aşağı 

həddi 

Emissiya  

Əks-Repo 

əməliyyatları 

1-7 günlük 

Faiz dəhlizinin 

yuxarı həddi  

Açıq bazar 

əməliyyatları 

Sterlizasiya  

Depozit 

əməliyyatları 

Maksimum 1 il 

Faiz dəhlizinin aşağı 

həddi ilə uçot faiz 

dərəcəsi arasında 

 

Qısamüddətli 

notlarının 

emissiyası 

Maksimum 1 il 

REPO 

əməliyyatları 

Mərkəzi Bankın 

İdarə Heyəti 

tərəfindən müəyyən 

edilmiş müddətlərdə 

Emissiya  

Əks-REPO 

əməliyyatları 

Mərkəzi Bankın 

İdarə Heyəti 

tərəfindən müəyyən 

edilmiş müddətlərdə  

Uçot dərəcəsi ilə faiz 

dəhlizinin yuxarı 

həddi arasında 

Yenidən 

maliyyələşdirmə 

kreditləri 

 

Hərraclar vasitəsi ilə 

maksimum 30 gün, 

hərracdan kənar 30 

gündən yuxarı 

müddətə 

 

Yüklə 23,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə