Mərkəzi Bankın pul siyasəti alətləri arsenalına çərçivə alətləri, açıq bazar
əməliyyatları üzrə alətlər, habelə məcburi ehtiyat normaları daxildir.
I. Çərçivə alətləri
Vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan
çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edir və
bankların təşəbbüsü ilə Mərkəzi Bank tərəfindən təsbit olunmuş faiz dərəcələri ilə həyata
keçirilir. Çərçivə alətləri bank sistemində likvidlik səviyyəsinin və beləliklə banklararası
bazarda faiz dərəcələrinin kəskin dəyişmələrinin qarşısının alınmasında mühüm rol oynayır.
Vəsaitlərin cəlb olunması (sterilizasiya xarakterli) məqsədilə aparılan əməliyyatlar 1-7
günlük REPO əməliyyatları olmaqla, Mərkəzi Bankın əməliyyatlarının faiz dərəcələri
dəhlizinin (faiz dəhlizi) aşağı həddi ilə aparılır.
Vəsaitlərin yerləşdirilməsi (emissiya xarakterli) məqsədilə aparılan əməliyyatlar 1-7
günlük əks-REPO əməliyyatları olmaqla, faiz dəhlizinin yuxarı həddi ilə aparılır.
II. Açıq bazar əməliyyatları üzrə alətlər
Açıq bazar əməliyyatları pul siyasətinin əməliyyat hədəflərinin reallaşdırılması
məqsədilə dövriyyədə olan pul kütləsinin tənzimlənməsi və banklararası pul bazarında faiz
dərəcələrinə təsir etmək məqsədilə Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilir.
Vəsaitlərin cəlb olunması (sterlizasiya xarakterli) məqsədilə açıq bazar əməliyyatları
faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında dəyişən faiz dərəcələri ilə aparılır
və aşağıdakı əməliyyatlardan ibarətdir:
o
Depozit əməliyyatları. Depozit əməliyyatları bir il müddətinədək, birbaşa və ya
dolayı hərraclar vasitəsilə həyata keçirilə bilər. Mərkəzi Bankın İdarə Heyətinin
qərarı ilə hərracdankənar depozit əməliyyatları da keçirilə bilər. Bu zaman bu
əməliyyatların şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur.
o
Mərkəzi Bankın qısamüddətli notlarının emissiyası. Qısamüddətli notlar Mərkəzi
Bank tərəfindən buraxılan istiqrazlardır.
o
REPO əməliyyatları: Mərkəzi Bankın portfelində mövcud qiymətli kağızlar
həcmində Mərkəzi Bank tərəfindən qiymətli kağızların sonradan geri almaq şərtilə
kommersiya banklarına satışıdır.
M Ə R K Ə Z İ B A N K I N
P U L S İ Y A S Ə T İ A L Ə T L Ə R İ
Vəsaitlərin yerləşdirilməsi (emissiya xarakterli) məqsədilə açıq bazar əməliyyatları
uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında dəyişən faiz dərəcələri ilə
aparılır və aşağıdakı əməliyyatlardan ibarətdir:
o
Yenidənmaliyyələşdirmə kreditləri. Mərkəzi Bank tərəfindən birbaşa və ya dolayı
hərraclar vasitəsilə 30 gün müddətinədək təminatlı əsasda yenidənmaliyyələşdirmə
kreditləri verilə bilər. Eyni zamanda Mərkəzi Bank tərəfindən aşağıdakı
müddətlərdə hərracdankənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər:
360 gün müddətinədək Mərkəzi Bankın uçot dərəcəsi ilə;
360 gündən yuxarı müddətə Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi
şərtlərlə.
o
Əks-REPO əməliyyatları. Mərkəzi Bank tərəfindən qiymətli kağızların
kommersiya banklarından sonradan geri satmaq şərtilə alışıdır.
III. Məcburi ehtiyat normaları
Məcburi ehtiyat normaları ölkədə pul kütləsinin və bank sisteminin likvidliyinin
tənzimlənməsində istifadə olunan pul siyasəti alətidir. Məcburi ehtiyat normaları banklar
tərəfindən cəlb olunan vəsaitlərin Mərkəzi Bankda məcburi qaydada saxlanılan bir
hissəsidir.
Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məcburi ehtiyat norması əsasında
bankların saxlamalı olduqları məcburi ehtiyatların məbləği hesablanır. Məcburi
ehtiyatlar bankın hesablama bazasının (bankın milli və xarici valyutada, qiymətli
metallarda cəlb etdiyi vəsaitlərdir) hesablama dövrü
(hər ayın ilk təqvim günü
başlayır və son təqvim günü bitir) üzrə orta günlük qalığı əsasında hesablanır.
Hesablanmış məcburi ehtiyat saxlama dövrü (dövrü bitdikdən sonrakı ayın 15-ci
təqvim günü başlayır və növbəti ayın 14-cü təqvim gününədək davam edir) ərzində
bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır.