Mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix01.07.2018
ölçüsü0,64 Mb.
#52733
1   2   3   4   5   6

15 

 

7.  Sual?  T.  Quliyevin  Vətən,  Azərbaycan  haqqında  yazdığı 

hansı mahnların adlarını çəkə bilərsiniz? 

Cavab:  T. Quliyev sozləri Məmməd Rahimə aid olan “Vətən 

haqqında  mahnı”,  Səməd  Vurğunun  sözlərinə  yazdığı 

“Azərbaycan” mahnısı və s.  

Sual?  T. Quliyevin  “Neftçilər” haqqında  yazdığı  musiqi  hansı 

milli kinomuzda səslənir? 



Cavab:    T.  Quliyevin  “Neftçilər”  haqqında  mahnısı 

“Möcüzələr adası” filmində səslənir.  



9.  Sual?  T.  Quliyev  neçənci  ildə  və  harada  haqq  dünyasına 

qovuşmuşdur? 



Cavab:2000-ci il oktyabrın 4-də dahi bəstəkar Tofiq Quliyev  

Bakı şəhərində gözlərini bu dünyaya əbədi yumdu. 

Xalqın sevimli, hörmətli bəstəkarı Tofiq Quliyevin yaradıcılığı 

ilə  oxucuları  yaxından  tanış  etmək  üçün  F.  Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanasında  ədəbi-bədii  gecənin 

keçirilməsi daha vacibdir. Kitabxanaçı ədəbi-bədii gecəyə iki ay 

qabaqcadan  hazırlaşmalıdır.  İlk  əvvəl  tədbirin  ssenarisi 

hazırlanır.  Tədbirdə  iştirak  edən  qonaqlar  müəyyənləşdirilir. 

Tədbir  iki  hissədən  ibarət  olur.  Birinci  hissədə  çıxış  və 

məruzələr  dinlənilir.  İkinci  hissədə  isə  bəstəkarın  xatirələri, 

mahnı və əsərlərindən parçalar səsləndirilir. Tədbirdə görkəmli 

musiqişünaslar,  müəllimlər,  bəstəkarın  oğlu  kinorejissor  Eldar 

Quliyev də iştirak edir. “Lirik musiqi dünyamızın kralı” adlı 

ədəbi-bədii gecənin ssenarisini nümunə üçün veririk. Səhnədən 

Tofiq Quliyevin portreti asılır. Yubileylə bağlı səhnə gül-çiçəklə 

bəzədilir.  

Aparıcılar səhnəyə daxil olur: 



16 

 

I  Aparıcı:  Hörmətli  tədbir  iştirakçıları!  Bu  gün      istedadlı 

bəstəkar,  minlərin,  milyonların  qəlbində  özünə  yer  tapan, 

uşaqdan-böyüyə hamımızın yaxşı tanıdığı Tofiq Quliyevin 100 

illik yubileyini qeyd  etmək üçün toplaşmışıq. Tofiq Quliyev hər 

zaman  xatırlanan,  anılan,  hər  musiqi  sədası  eşidildikdə  yada 

düşən  ölməz  sənətkarlardandır.  Açılan  hər  sabahlarımıza, 

qaçılan  hər  dünənimizə,  aylı  axşamlarımıza  onun  ayrıca  qəlb 

pıçıltıları, könül nəğmələri, bütün insanlığa yetəcək sevgi payı 

var.  Gəlin sizinlə birlikdə gözəl insan Tofiq Quliyevin həyat və 

yaradıcılığına bir daha nəzər salaq. 

II Aparıcı:   Tofiq Quliyevin musiqisi səslənir...Elə bil, yer də, 

göy  də  şirin  nəğmə  çələnginə  bürünür.  Təbiətin  nazlı,  gözəli 

günəş  də  sankı  bu  füsunkarlığın  əsirinə  çevrilir;  yatağından 

qalxıb  zərrin  saçaqlarını  daraq-daraq  şərqinin  pişvazına 

səpələyir. 

       Tofiq  Quliyevin  musiqisi  səslənir...Könüllərə  ilıq  nəfəs, 

yanar qəlblərə bir sərinlik gəlir, gözlərin nuru artır.  

       Tofiq  Quliyevin  musiqisi səslənir...Xəyalların  güzgüsündə 

birər-birər mənalı həyat səhnələri aşkarlanır, ilk sevgi dastanları 

yada  düşür;  torpağın  isti  nəfəsini,  yurdun  qənirsiz  ətrini 

duyursan. Xoşallanırsan, sirli, mözüzəli aləmə qərq olursan.  

      “Yaşamağa  dəyər”,-deyirsən.  Çünki,  səni  ovunduran, 

ürəyinə  munis  olan,  dodaqlarında  zümzüməyə  çevrilən  səslər 

qamması  ilə  Tofiq  Quliyevin  melodiyaları  insanların  ruhuna 

çeşmə kimi sərinlik gətirir. 

Tofiq  Quliyev  musiqisində  sevinc  var,  təravət  var,  məhəbbət 

var. Onun mayası istedad burulğanından bəhrələnib. Məhz buna 

görə də bu nəğməkar bəstəkarın çoxçalarlı, rəngarəng, təkrarsız, 

zəngin  yaradıcılığı  sirr  dolu  bir  xəzinədir.  Onun  həmişəyaşar 

mahnıları, kino musiqisi, operattaları Azərbaycan xalqının milli 

sərvəti olaraq musiqi xəzinəmizin qızıl fonduna daxil olmuşdur. 



17 

 

Azərbaycanın 



xalq  artisti,  görkəmli  bəstəkar,  musiqi 

mədəniyyəti tariximizdə  lirik mahnılar ustadı  kimi  məşhurdur. 

Mərhum  bəstəkar  ömrünün  gənclik  dövründə  xalq  musiqisi 

yanrını  ciddi  öyrənmiş,  Azərbaycan  xalq  musiqisinin  toplanıb 

yazılmasında  fəal  iştirak  etmişdir.  1935-ci  ildə  “Rast”  və 

“Segah-zabul” muğamlarını nota salmışdır. 1939-cu ildə Bakıda 

ilk caz-orkestrinin yaranması da Tofiq Quliyevin adı ilə bağlıdır. 

Tofiq  Quliyev  musiqi  tariximizə  estrada  və  caz  musiqisinin 

banisi  kimi  daxil  olmuşdur.  Azərbaycan  xalq  musiqisi 

ənənələrindən  və  XX  əsrdə  yaranmış  musiqi  formalarından 

məharətlə  faydalanan  bəstəkar  kütləvi  mahnı  janrının  gözəl 

nümunələrini  yaratmışdır.  Tofiq  Quliyevin  sadə  musiqi  dili, 

aydın  və  milli  koloriti  ilə  seçilən  musiqisi  ona  minlərlə 

dinləyicinin  böyük  məhəbbətini  qazandırmışdır.  Mahnıları 

sənətsevərlər  arasında  həmişə  yaşayır.  Onun  mahnıları  el 

arasında  əsl  xalq  nəğmələri  kimi  sevilir.  Teatrlarla  sıx 

əməkdaşlıq  çərçivəsində  Tofiq  Quliyevin  Musiqili  Komediya 

Teatrı  ilə  əlaqələrini,  xüsusilə,  qeyd  etmək  lazımdır.  Dahi  Ü. 

Hacıbəyovun ənənələrini davam etdirərək, eyni zamanda klassik 

Avropa  mədəniyyəti  ənənələrini  mənimsəyən  Tofiq  Quliyev 

milli  musiqili  komediyalarımızın  diapazonunu  daha  da 

genişləndirmiş, onları yeni lirik, məişət tipli müasir mövzularla 

zənginləşdirmişdir.  O,  müxtəlif  illərdə  5  musiqili  komediya 

bəstələmişdir:  “Aktrisa”,  (1943),  “Qızılaxtaranlar”(1963), 

“Sənin bircə sözün”(1967), “Tahirin süqutu” (1972) və “Sabahın 

xeyir, Ella!” (1973). 

         Tofiq  Quliyevin  sənətindən  bəhs  edərkən  yaradıcılığının 

mühüm  sahəsini  təşkil  edən  kino  musiqisini,  xüsusulə,  qeyd 

etmək  lazımdır.  Azərbaycan  milli  kino  sənətinin  inkişafında 

Tofiq  Quliyevin  çox  böyük  zəhməti  olmuşdur.  Müxtəlif 

janrlarda  musiqi  bəstələyən  sənətkar  müasir  incəsənətin  ən 

populyar sahəsi olan kinoya biganə qalmamışdır. 1941-ci ildə ilk 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə