Məruzələrlə bağlı standartlar



Yüklə 38,22 Kb.
tarix17.11.2017
ölçüsü38,22 Kb.
#10855

Məruzələrlə bağlı standartlar
Məruzələrin (Tezislərin) həcmi 3-5 səhifədən artıq olmamalı və elektron variant studentforum@khazar.org e-mail ünvanına göndərilməlidir. Tezisin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 12, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Tezislərin adının üstündə sağda müəllifin adı və soyadı, təhsil aldığı pillə və təhsil qurumuun adı qeyd olunmalıdır.
Tezislər akademik yazı standartlarına əməl olunmalıdır. Belə ki, hazırladığınız tezis aşağıdakı tələblərə cavab verməlidir:

  1. Giriş: Mövzunun təsviri və daha əvvəl sahə ilə əlaqədar aparılan tədqiqatların qısa xülasəsi

  2. Tədqiqatın məqsədi: (tədqiqatın məqsədinin qısaca izah olunması)

  3. Tədqiqat sualı/Problem: (Araşdırılacaq problemin müəyyənləşdirilməsi, ortaya qoyulması)

  4. Tədqiqatın nəticəsi: (Tədqiqatdan əldə edilən nəticələrin təqdim edilməsi)

  5. İstifadə edilən mənbələr və istinadlar (Aşağıdakı istinad qaydalarından istifadə edilə bilər.


Mənbələr və istinadların göstərilməsi qaydaları
İstinad vermək bir elmi çalışmanın vacib ünsürlərindəndir. İstinad adətən,

a) Başqa bir əsərdəki müəyyən bir fakt, cümlə, paraqraf, fikir ya da məfhumdan istifadə edilməsi, şərh edilməsi, tənqid edilməsi ya da vurğulanması məqsədiylə,

b) Vacib bir məlumatın götürüldüyü mənbənin göstərilməsi məqsədiylə

istifadə edilir.


İstinadın əsas məqsədi, tədqiqatçının öz fikirlərini ortaya qoyarkən əsaslandığı, tənqid etdiyi və ya müzakirə etdiyi və s. ədəbiyyatı-mənbələri göstərməkdir.
Bu mövzuda iki fərqli yol var.
1) Referansın mətn içində verilməsi (Ənənəvi İngilis Sistemi)
a) Müəyyən bir cümlə, məfhum vəya paraqraf üçün.

“....................” (Soyad, əsərin nəşr tarixi: səhifə nömrəsi). Nümunə, (Giddens, 1996: 13)


b) Çalışmanın bütünündən təsirlənildiyi və ya o çalışmanın ümumi sturukturunun, fikirlərinin tənqid edildiyi, müzakirə edildiyi, dəyərləndirildiyi və s. hallarda


  1. ................... (Giddens, 1996)

  2. Əğər düşüncələri, əsərləri dəyərləndirilən şəxs birdən çoxdursa, o zaman soyad sırasına görə yazılır; yazarların soyadları arasında nöqtəli vergül qoyulur.

.................... (Castells, 1983; Giddens, 1996; Habermas, 1996)


2) Referansın səhifə və ya mətnin sonunda verilməsi (Ənənəvi Qitə Avropası Sistemi)

Qitə Avropası sistemində istifadə edilən ədəbiyyata istinad mətin içində yer almır. Ədəbiyyat haqqındakı məlumatlar ya səhifənin altında (dipnot) ya da mətnin sonunda (footnot) yer alır.

Bir kitab ya da yazı, istinadda ilk dəfə göstərildiyi zaman tam şəkildə, yəni yazarın adı, kitabın adı, varsa cild nömrəsi, nəşr edildiyi yer, nəşriyatın adı, nəşr tarixi və istinad edilən konkret səhifə nömrəsiylə birlikdə yazılır.


Kitab

  1. Ad əvvəl və soyad sonra olmaq şərtiylə yazarın adı. Yazarın adından sonra vergül işarəsi.

  2. Kitabın adı. Tünd rəngli olaraq yazılır. Sonra vergül işarəsi.

  3. Varsa tərcüməçinin adı (tər.Ad Soyad) və vergül.

  4. Cild nömrəsi və vergül.

  5. Varsa nəşr sayısı və vergül.

  6. Nəşr edildiyi yer və vergül.

  7. Nəşriyatın adı və vergül.

  8. Nəşr edildiyi tarix və vergül.

  9. Səhifə nömrəsi və nöqtə.

Nümunə: Ad Soyad, Əsər adı, tər. Ad Soyad, 2-ci nəşr, Bakı, Nəşriyat adı, 1998, s.45.

Məsələn, Məmməd Fətəliyev, Musa Qasımlı, Avropa və Amerika ölkələrinin müasir tarixi, II Cild, Bakı, Adiloğlu Nəşriyyatı, 2008, s. 75.



Məqalə

  1. Ad əvvəl və soyad sonra olmaq şərtiylə yazarın adı. Yazarın adından sonra vergül.

  2. Dırnaq içində məqalənin adı və vergül.

  3. Məqalənin olduğu dərginin-jurnalın və ya editoryal kitabın adı. Tünd rəngli olaraq yazılır. Sonra vergül.

  4. Varsa tərcüməçinin adı (tər.Ad Soyad) və vergül.

  5. Cild nömrəsi (C.)və vergül.

  6. Dərginin nömrəsi (S.) və vergül.

  7. Nəşr edildiyi tarix və vergül.

  8. Səhifə aralığı (ss.) və vergül.

  9. Səhifə nömrəsi və nöqtə.

Nümunə:

1. Arif Kəskin, “Türkiyənin Orta Şərq Siyasətində Paradiqma Dəyişikliyi”, Azerbaijan Focus, Bakı, C.2, S.2, 2010, ss.119-132, s.124.

2. Mustafa Aydın, “Kafkasya ve Orta Asya’yla İlişkiler”, Baskın Oran (ed), Türk Dış Politikası, C. 2, İstanbul, İletişim Yayınları, 2001, ss. 366-439, s.416.

3. Audrey Altstadt, “The Azerbaijani Bourgeoisie and the Cultural-Enlightenment Movement in Baku:First Steps toward Nationalism”, Ronald Grigor Suny (ed), Transcaucasia, Nationalism, and Social Change, 2-ci nəşr, Michigan, The University of Michigan Press, 1996, ss.199-209, s. 202.

Eyni əsərə referans ikinci dəfə (ya da daha çox) təkrarlandığında, daha qısa olaraq göstərilir. Yazarın adı və soyadı (sadəcə soyad da ola bilər) yazıldıqdan sonra istər əsər adı (əyər çox uzundursa əsər adının ilk bir-iki kəliməsi), istərsə də q.o.ə. (qeyd olunan əsər) vəya q.o.m. (qeyd olunan məqalə) və s. qısaltmalardan istifadə edilə bilər. Əsər adı və q.o.ə. qısaltması tünd yazılır, a.g.m qısaltması isə tünd yazılmaz. Bunlardan sonra isə səhifə nömrəsi verilir. Əgər eyni yazarın birdən çox əsərinə istinad-referans varsa o zaman q.o.ə. vəya q.o.m. qısaltması istifadə edilərkən nəşr tarixinin də qeyd edilməsi lazımdır.

Nümunə:



  1. Ad Soyad, Əsər adı, s.45.

  2. Soyad, Əsər adı, s.45.

  3. Ad Soyad, q.o.ə., s.45

  4. Soyad, q.o.ə., s.45

Yazar bunlardan hansını seçərsə seçsin yazının bütünündə o sistemi davam etdirməlidir. Gah bu, gah da o biri sistemdən istifade olunması doğru deyildir.

3. İstifadə edilən ədəbiyyat/ədəbiyyat siyahısı

Bu qisimdə istifadə edilən kitab, məqalə və s. ədəbiyyatın siyahısı yer alır. Ədəbiyyat siyahısı hazırlanarkən siyahının yazarların soyadına görə düzülməsi və ədəbiyyata dair məlumatlarda qətiyyən qısaltmalara yol verilməməsi diqqət edilməsi lazım olan təməl nöqtələrdir.


Ədəbiyyat siyahısında yer, tarix və nəşriyyatın göstərilməsində bəzi fərqlər olmaqla birlikdə adətən aşağıdakı şəkil seçilməkdədir.

  1. Əvvəlcə böyük hərflərlə soyad. Soyaddan sonra bir vergül. Sonra yazarın adı. Yazarın adından sonra bir vergül.

  2. Kitabın adı. Tünd olaraq yazılır. Sonra bir vergül.

  3. Varsa tərcüməçinin adı (tər.Ad Soyad) və vergül.

  4. Cild nömrəsi və vergül.

  5. Varsa nəşr sayısı və vergül.

  6. Nəşr edildiyi yer və vergül.

  7. Nəşriyatın adı və vergül.

  8. Nəşr edildiyi tarix və nöqtə.

Nümunə: SOYADI, Ad, Əsər Adı, 9-cu nəşr, Bakı, A Nəşriyatı, 1989.

Əgər çalışma boyunca bir yazarın birdən çox əsərinə müraciət edilmişdirsə, o zaman əvvəlki tarixli əsərin əvvəldə yer alması lazımdır.
Məqalə

İstifadə edilmiş ədəbiyyat bir dərgidə vəya editoryal bir kitabda nəşredilmiş bir məqalə isə, aşağıdakı şəkildə göstəriləbilər.



  1. Əvvəlcə böyük hərflərlə yazarın soyadı. Soyaddan sonra bir vergül. Sonra yazarın adı. Yazarın adından sonra bir vergül.

  2. Dırnaq içində məqalənin adı və vergül.

  3. Məqalənin içində yer aldığı dərginin vəya ediyoryal kitabın adı. Tünd rəngli olaraq yazılır. Sonra bir vergül.

  4. Varsa tərcüməçinin adı(tər.Ad Soyad) və vergül.

  5. Cild nömrəsi (C.)və vergül.

  6. Dərginin sayı (S.) və vergül.

  7. Nəşr edildiyi tarix və vergül.

  8. Səhifə aralığı (ss.) və nöqtə.

Nümunə:

SOYAD, Ad, “Məqalənin Adı”, Jurnalın /Dərginin Adı, C.7, S.2, 1981, ss. 1-4.

Xüsusi Hallar



1) Əgər bir kitab vəya məqalənin birdən çox yazarı varsa, bu halda yazar sırasında adı ilk yer alan yazarın soyadı əsas götürülür. Əyər yazar sayısı üçdən çoxdursa o halda, soyadı əsas alınan yazarın adından sonra “və digərləri”qısaltması əlavə edilir.

2) Ədəbiyyat siyahısında qısaltmanın tək istisnası, yer və nəşriyat adlarının qısaldıla bilməsidir. Nümunə, NY (New York), Lon. (London), İst. (İstanbul), və ya MIT Press (Massachussets Institute of Technology) və bənzəri.
Yüklə 38,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə