MəSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ



Yüklə 310,54 Kb.
səhifə1/3
tarix26.09.2017
ölçüsü310,54 Kb.
  1   2   3


MƏSƏLLƏR

MÜƏLLİF: MÖHSİN QƏRAƏTİ

TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD AZƏRİ



Entesharate Daneshe-hamedun


Kitabın adı:.................................................Məsəllər

Müəllif:............................................Möhsin Qəraəti

Tərcümə edən:....................................Məhəmməd Azəri

Nəşr edən:...................................... Daneshe-hamedun

Çap tarixi:..............................................................2004

Çap növbəsi:....................................................Birinci

Tiraj:.......................................................................3000

MƏSƏLLƏR

(Sual-cavablar)


Sual
1: Nə üçün Allah yaranışa əl qatıb, bir bu qədər mövcudu, eləcə də, insanı yaradıb?

Cavab: Əgər gözəl nitqi olan bir alim danışarsa, ondan nə üçün danışdığı soruşulmamalıdır. Çünki malik olduğu elm və natiqlik onu öz biliklərinin bəyanına vadar edir. Əgər o susub, elmini gizlədərsə, bu iş sual doğura bilər.

Qadir, həkim və mehriban Allah torpaqdan buğda, buğdadan nütfə, nütfədən kamil insan yarada bildiyi halda, nə üçün də yaratmamalıdır?!


Sual 2: Allaha inam insanın həyatında nə rol oynayır?

Cavab: Sahibsiz, nəzarətsiz, səliqə-səhmansız bir mənzilə daxil olan insan istədiyini edə bilər. Əgər o, könlündən keçəni etməsə, səbəbsiz olaraq ləzzətlərdən məhrum qalır. Amma sahibli, müxtəlif nöqtələrində kameralar quraşdırılmış, səliqə-səhmanlı evə daxil olan şəxs özünü evin qanunlarına uyğun aparmağa vəzifəli və məcburdur.

Varlıq aləminin Allah kimi sahibi olduğuna, əməllərinə görə sorğu-suala çəkiləcəyinə inanan, başqa sözlə, iman gətirən insan nəfsini cilovlayaraq, Allahın qanunlarına tabe olacaq. İmanlı insan bütün əməllərinin nəzərdən keçiriləcəyinə əmin olduğu üçün Allahın bəyənmədiyi işlərə yol verməyəcək.


Sual 3: Üzümüzü Kə`bəyə tutub namaz qılmağımızı əmr etmiş Allahın bizim ibadətimizə ehtiyacı varmı?

Cavab: Hamı evini üzügünəşə tiksə, günəşin işığı artmaz və əksinə, hamı evini arxası günəşə tiksə, onun işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur. Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı olduqlarından evlərini üzü günəşə tikirlər.

Namazı əmr etmiş Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Amma insanlar Allaha üz tutmaqla onun lütfündən faydalanır və inkişaf edirlər. Qur`anın “İbrahim” surəsinin 8-ci ayəsində buyurulur: «Əgər bütün insanlar kafir olsalar, Allaha zərrəcə tə`sir etməz. Çünki, O bütün insanlardan ehtiyacsızdır.»


Sual 4: Nə üçün salehlər çətinlik, günahkarlar isə rifah içində yaşayır?

Cavab: Allah salehləri, öz dostlarını sevdiyi üçün hər hansı səhvə görə onları dərhal cəzalandırır ki, onlar öz səhvlərinə diqqətli olsunlar. “Haqqə” surəsinin 44-45-ci ayələrində buyurulur: “Əgər peyğəmbər bizə istinad edərək özündən sözlər danışsa, ondan mütləq intiqam alarıq.”

Mö`minlər də belədir. Səhv edən kimi cəzalandırılırlar. Günahkarlara isə əvvəlcə möhlət verilir, möhlət başa çatdıqdan sonra onlar əzaba düçar olurlar.1 İslahına ümid olmayan kafirlərə qiyamət gününədək möhlət verilir ki, günahlarını daha da artırsınlar.2

Əgər eynəyinizin şüşəsinə bir damla çay sıçrasa, onu dərhal silirsiniz. Bu çay damlası paltarınıza düşsə, səbr edir, evdə paltarınızı dəyişirsiniz. Amma bu damla döşəməyə sərdiyiniz xalının üzərinə düşsə xalını yumaq qalır novruz bayramına.

Allah da hər kəslə onun şəffaflığına uyğun rəftar edir.


Sual 5: Nə üçün bütün əməllərin qəbulu namazın qəbulundan asılıdır?

Cavab: Yol polisi bir maşını saxladığı vaxt ondan sürücülük vəsiqəsi tələb edir. Nə şəxsiyyət vəsiqəsi, nə partiya bileti, nə ev kitabçası, nə idman dərəcəsi sürücülük vəsiqəsini əvəz edə bilmir. Bu vəsiqə yoxdursa avtomobil saxlanılır. Qiyamətdə məqsədə çatmaq üçün isə namaz qəbul olmalıdır. Namaz qəbul deyilsə, heç bir əməl qəbul deyil.
Sual 6: Necə olur ki, bə`zi əməllərə görə saysız hesabsız mükafat verilir?

Cavab: Rəvayətə görə, camaat namazında namaz qılanların sayı çox olduqca qılınan namazın savabı da çox olur. Bu say on nəfərə çatarsa, namazın savabı hesaba gəlməz.

İnsan bir barmağı ilə telefon nömrəsi yığa bilirsə, iki barmağı ilə bir çimdik duz görürə bilir, üç barmaqla qələmi tutmaq mümkün olur. Amma on barmaqla görüləsi mümkün olan işlər saysız-hesabsızdır.


Sual 7: Qur`anda bə`zi insanların heyvana bənzədilməsi təhqir deyilmi?

Cavab: Heyvanların faydası və bə`zi insanların əməlləri nəzərdən keçirilsə Qur`anın “onlar heyvan kimidirlər, bəlkə, daha çox zəlalətdədirlər”1 bənzətməsinin məntiqə uyğun olduğunu görərik.

Ən qiymətli libas ipəkqurdunun hazırladığı ipəkdən istehsal olunur. Ən mühüm qidalar heyvanlardan alınan ət, yağ, süd, qatıq, bal və sair ne`mətlərdir. Heyvanlar nəqliyyat vasitəsi kimi istifadə olunur, onların köməyi isə torpaqlar basdırılmış minalardan təmizlənir. İnsanlar bir çox biliklərini heyvanlardan əxz etmişlər. Adəm övladı ölünün dəfnini qarğadan öyrəndi, şanapipik səba xalqından Süleymana xəbər gətirdi, hörümçək öz toru ilə İslam peyğəmbərini qorudu. Heyvanlar əhilləşmək qabiliyyətinə malikdirlər. Məsələn, tə`lim görmüş itin etdiyi ov halaldır. İlan kimi bir zərər verici yalnız ona yaxınlaşanları çalır.

Amma elə insanlar var ki, atom bombası ataraq bəşəriyyətin məhvinə fərman verir. İlan belələrindən üstün deyilmi?! Gecə-gündüz insanların maddi və mə`nəvi varlığını məhv etmək üçün ölkələrə təcavüz edənlər, məzlum xalqların qanını axıdanlar, azadlıq pərdəsi altında əxlaqsızlıq təbliğ edənlər heyvandan pis deyilmi?!

Sual 8: Həqiqəti olduğu kimi görə bilərikmi?

Cavab: “Bəqərə” surəsinin 282-ci ayəsində buyurulur:”Allahdan çəkinin ki, o sizə həqiqəti öyrətsin”. Təqva bütün pisliklərdən və çirkinliklərdən uzaq olmaqdır. Günahkar insan bir çox həqiqətləri dərk etməkdə acizdir. Öz irqinin, millətinin, partiyasının mənafeyini hər şeydən üstün tutan insan gözünə qırmızı şüşəli eynək taxıb, portoğalı pomidora oxşadan adam kimidir.

Yalnız hamar güzgü hər şeyi olduğu kimi göstərir. Çökək güzgü hər şeyi kiçildir, qabarıq güzgü hər şeyi böyüdür. İnsanın qəlb aynası da hamar olmalıdır. İstənilən bir günah ona ləkə salır. Günah göz qarşısındakı mənzərələri dalğalandıran ilğım kimidir.


Sual 9: Bütün müsəlmanlar mö`mindir, yoxsa müsəlmanla mö`min arasında fərq var?

Cavab: “Nəsr” surəsinin ikinci ayəsində insanların dəstə-dəstə Allahın dininə daxil olduqları bildirilir. “Hucurat” surəsinin 14-cü ayəsində isə bəyan olunur ki, “hələ ki, iman sizin qəlbinizə daxil olmayıb.” Ayədən göründüyü kimi, insanların dinə daxil olması kifayət deyil və müsəlman olmaqla mö’min olmaq arasında fərq var.

Dindarlığın mərhələləri var: qızma, qaynama və bişmə. Həm isti, həm də qaynayan şey soyuya bilər. Amma bişmiş şey yenidən çiy ola bilməz.

Dinə daxil olmaq asandır. “Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” deyən şəxs müsəlman olur. Bu qızma mərhələsidir.

Peyğəmbərin səhabələri qaynar bir eşqlə cəbhəyə gedər və haqq yolunda canlarından keçərdilər. Bu, qaynama mərhələsi idi. Amma Qur`an bu insanlara buyurur: “Ələ keçirdiyiniz qənimətin beşdə birini xüms ödəyin.”1 “Onların öz Rəbbi yanında dərəcələri vardır.”2 “İman gətirmədikləri halda “Allaha və qiyamət gününə iman gətirdik” deyənlər var.”3

Bəli, şəhadət kəlmələrini deyənlər, hətta peyğəmbərlə çiyin-çiyinə vuruşanlar üçün qarşıda həqiqi imana aparan yol var. Həqiqi imana çatmaq üçün bir çox mərhələlərdən keçmək lazım gəlir.
Sual 10: İnsanların islahı (əmr be mə`ruf və nəhy əz münkər) ilə məşğul olmaq bütün müsəlmanlar üçün, yoxsa xüsusi bir qrup üçün vəzifədir?

Cavab: Əgər birtərəfli yolda bir maşın hərəkətin əksinə şütüyərsə, ona həm yoldakı maşınlar xəbərdarlıq etməli, həm də polis bu maşını saxlamalıdır.

Allah insanların doğru yola də`vətini və pis yoldan çəkindirməsini bütün müsəlmanlara əmr edir: “Siz ən xeyirli ümmətsiniz. İnsanlara yaxşı işlər görməyi əmr edir və pis əməllərə qadağa qoyursunuz.”1

Bu surənin 104-cü ayəsində oxuyuruq: “Aranızda xeyirli işlər görməyi əmr edən və pis əməllərə qadağa qoyan bir dəstə olsun.”
Sual 11: Allahın yalnız təqvalılardan əməl qəbul etməsi adi və günahkar insanları ümidsizləşdirmirmi?

Cavab: Qur`an buyurur: “Allah yalnız təqva sahiblərindən (pəhrizkarlardan) qəbul edər.”2

Təqvanın dərəcələri var. Kimi Allahdan çox, kimi isə az qorxur. Amma hamı nə dərəcədəsə varlıq aləminin sahibindən çəkinir. “Allah yanında ən hörmətli olanınız ən təqvalınız, Allahdan ən çox çəkinəninizdir.”3

Əgər insan xeyir bir iş görürsə, demək, nə dərəcədəsə təqvalıdır.

Əgər dünya çempionatında ən güclülər birinci yeri tutursa, bu o demək deyil ki, başqaları idmandan əl çəkməlidir. Dünya çempionatından əlavə, ölkə, əyalət, şəhər və kənd birincilikləri də keçirilir. Bu yolla hər bir idmançı öz qabiliyyətinə uyğun mükafat alır.

Bundan əlavə, əməlin qəbul dərəcələri də var. Hər bir təqva dərəcəsinə uyğun qəbul dərəcəsi var. Ona görə də Qur`an bəyan edir ki, kiminin mükafatı ikiqat, kimininki on qat, kimininki isə saysız-hesabsız olur. Bu fərqlərdə insanın niyyəti və gördüyü işin növü əsas rol oynayır.4
Sual 12: Bəşəriyyət səma kitabına ehtiyaclıdırmı?

Cavab: Bütün zavodlar istehsal etdikləri məhsulu satışa çıxararkən ona “istifadə qaydaları” adlı kitabça əlavə edirlər. İstehsalçıdan başqasının belə bir kitabça yazmağa ixtiyarı varmı? Əlbəttə ki, yox!

İnsanın da yaradanı var və bu yaradan ona Qur`an adlı göstəriş kitabı göndərmişdir. Öz xəlq etdiyini və onun ehtiyaclarını, Yaradan hamıdan yaxşı bildiyi üçün başqaları bu xilqətə göstəriş verə bilməz. “Məgər yaradan bilməzmi?! Allah incəliyinə qədər xəbərdardır.”1

Allahın qanunlarını kənara qoyub öz qanunları ilə yaşamaq istəyən insan təyyarəni qırmancla sürmək fikrinə düşmüş çobana bənzəyir.
Sual 13: Rahat yaşamaq üçün nə edək?

Cavab: Qur`an buyurur: “Əlinizdən çıxana kədərlənməyin, əlinizə bir şey gələndə şad olmayın.”2

Doğrudanmı, insan belə ola bilər?

Bank işçisi bir gün xalqdan pulu toplayır, səhəri gün isə onu xalqa paylayır. Bu işçi üçün pulu almaqla verməyin heç bir fərqi yoxdur. Çünki, o, sadəcə, əmanətçidir.

Traktor üçün asfaltla torpaq yolun fərqi yoxdur. Velosiped üçün isə asfalt yol daha rahatdır. Sərçə qonduğu budağı zədələmədiyi halda, zərif çiçəyi öz oturuşu ilə qırır.

Bəli, böyük insanların ruhunu kiçik çətinliklər sındıra bilmir. İmam Hüseyn (ə) qanlı Aşura günü sinəsinə yüzlərlə ox tuşlandığı halda diqqət və səmimiyyətlə namaza durdu. Hansı ki, əhəmiyyətsiz bir hadisəyə görə ya namazı yubadır, ya da diqqətimizi toplaya bilmirik.
Sual 14: Nə üçün İslamda əməlin dəyəri insanın niyyəti ilə ölçülür, onun qəbulu isə insanın diqqət və səmimiyyətindən asılı olur?

Cavab: Dünya işləri də belədir. Həm cərrah, həm də qatil bıçaqla qarın yırtır. Cərraha təşəkkür olunur, qatil zindana salınır. Amma cərrah da cərrahdan üstün ola bilər. İnsan həyatını xilas etmək niyyəti pul qazanmaq niyyəti ilə eyni deyil.

Üç nəfərə su təklif edək. Onlardan biri susamadığı üçün, o biri küsdüyü üçün, üçüncüsü isə dördüncüyə su çatmaz deyə sudan imtina edə bilər. Bu üç nəfərin niyyəti fərqli olduğu kimi, əməllərinin dəyəri də fərqlidir. Əsil pul əskinasını saxta pul əskinasından ondakı xüsusi bir sap fərqləndirir. Həqiqi ibadəti saxta ibadətdən fərqləndirən bir sap (ip) da var. Bu, bəndənin yapışdığı Allah ipidir. Bu ip bəndənin Allaha yaxınlaşmaq niyyəti, xalisliyi, diqqət və səmimiyyətidir. Bu sap qırılsa, bəndənin Allahla rabitəsi kəsilər.


Sual 15: Bütün yaxşı işlərin mükafatı on qat olurmu?

Cavab: Qur`an buyurur: “Kim yaxşı bir iş görərsə ona həmin işin on qat əvəzi verilər.”1

Amma ən əsası bu işi görmək yox, onu qiyamət gününədək qorumaqdır. Verilmiş əmanəti yolda itirmək əmanətdarlıq deyil. Bir çox işlər xeyir hesab olunsa da son məqsədə çatmadığı üçün puça çıxır.

Xeyir işi görən adamın məqsədi özünü göstərmək, Allahdan qeyrisinin diqqətini cəlb etmək olsa, bu işin müqabilində axirət mükafatı yoxdur. Xeyir işi görən zaman və ya bu iş başa çatdıqdan sonra insan günaha yol verərsə, qazandığı savab əlindən çıxar.

Demək, əsas məsələ görülmüş xeyir işi axirət gününədək qorumaqdır. Yuxarıdakı Qur`an ayəsində də yaxşı iş görməkdən yox, yaxşı iş gətirməkdən danışılır.


Sual 16: Nə üçün ölümdən qorxuruq?

Cavab: Sürücü sükan arxasında o zaman qorxur ki, ya yanacaq tükənir, ya qaçaqmal aparır, ya sür`ət çoxdur, ya yol təhlükəlidir, ya yoldaşları pis adamdır…

Ölümdən sonranı düşünüb, hazırlıq görən, günahdan çəkinən, mö`minlərlə dostluq edən, bir sözlə Allahın razılığı üçün çalışan insan ölümdən çəkinmir.


Sual 17: Nə üçün bə`zi dualar qəbul olunmur?

Cavab: Əgər təyyarənin yanacaq bakına yanacaq əvəzinə su tökülərsə, təyyarənin uçuşu qeyri-mümkündür. Dua o zaman Allah dərgahına ucalar ki, insan haram tikədən çəkinsin. Hədisdə buyurulur: “Duasının qəbul olunmasını istəyən şəxs qazancını və tikəsini pak etməlidir.”1

Bundan əlavə, dua xeyir istəməkdən ibarət olsa da, bizim bir çox istəklərimiz öz zərərimizədir.


Sual 18: İslamda hər saatın öz duası var. Biz bütün günü dua oxumalıyıqmı?

Cavab: Dua kitablarında günün hər saatı, ilin hər günü üçün dualar nəql olunsa da, insanın bütün bu duaları oxumağı vacib deyil. Avtovaqzalda günün hər saatı üçün reyslər nəzərdə tutulur. Məsələn, neçə saatdan bir Məşhədə avtobus yola düşür. Amma insan yalnız bir reyslə yola çıxa bilər. Hər saat üçün ona görə reys nəzərdə tutulur ki, hər kəs istədiyi vaxt yola düşə bilsin. Dualar da belədir. Nə vaxt dua etmək istəsən, həmin saatın xüsusi duası var. Amma əzbərlənməsi mümkün olan kiçik duaları işdən ayrılmadan da oxumaq olar.
Sual 19: İnsanın başına gələn xoşbəxt və bədbəxt hadisələrdə Allahın rolu nədir?

Cavab: Qur`an buyurur: “Sənə yetişən hər bir yaxşılıq Allahdan, pislik isə özündəndir.”2

Həm öz oxu, həm də günəş ətrafında fırlanan yer kürəsinin bir üzü qaranlıq olur. İşıq günəşdən, qaranlıq isə yerin özündəndir.

Allah insan üçün faydalı olan üzümü yaratsa da insan ondan şərab düzəldib özünə zülm edir. Allah insana yaxşılıq edərək ona güc versə də, bə`ziləri bu gücü günah yolda sərf edir.

Ağıl Allahın ən böyük ne`mətlərindəndir. Amma bə`ziləri bu ağılı öz şər niyyətlərini həyata keçirmək üçün silaha çevirir. Demək, yaxşılıqlar Allahdan, pisliklərsə özümüzdəndir.


Sual 20: Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bə`zi namaz qılanlar günaha yol verir?

Cavab: İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir.

Məktəb və universitetin işi insanın elmi təkamülünü tə`min etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. Yalnız həqiqi namaz insanı çirkinliklərdən uzaqlaşdırmaq iqtidarındadır.1

Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.
Sual 21: Əmr be mə`ruf və nəhy əz münkərin (islah tədbirlərinin) tə`siri yoxdursa, nə etməli?

Cavab: Daha tə`sirli danışmaq qabiliyyəti olan şəxsdən xahiş edin ki, bu işi yerinə yetirsin. Allah-taala həzrət Musaya Fir`onun islahını əmr edəndə Musa daha üstün bəyanı olan qardaşı Harunu köməkçi istədi.2

Bə`zən bir tərzdə deyilən söz tə`sirsiz olduqda başqa bir tərzdə təkrarlandığı vaxt tə`sir edir. Quru ağacı qırmaq üçün bir neçə balta zərbəsinə ehtiyac olur. Qur`anda buyurulur: “Tə`sirli olsun deyə, biz Qur`anda sözümüzü müxtəlif şəkillərdə bəyan etdik.”3

Sözün tə`sirində deyim tərzinin rolu var. Əmr be mə`ruf və nəhy əz münkərin şərtlərinə görə hər insana söz deməyin öz yolu var.

Əgər paltarınız toza bulaşmışsa onu çırpmaqla təmizləmək asan olar. Əgər hisə batmış paltarı çırpsanız həm əliniz qaralar, həm də his paltara yayılar. Qur`anda buyurulur: “Evlərə qapılardan daxil olun.”1

Eləcə də, xalqı günahdan çəkindirmək üçün onlara halal yol açmaq lazımdır. Həzrət Lut evindəki qonaqlara təcavüz etmək istəyənlərə öz qızları ilə evlənməyi təklif etdi.2
Sual 22: Bu gün dünyada inteqrasiya (əlaqə saxlama) güclənirsə, “nə şərq, nə də qərb” deməyimiz düzgündürmü?

Cavab: “Nə şərq, nə də qərb” şüarını deməkdə məqsəd öz dinimizin, öz mədəniyyətimizin, öz iqtisadiyyatımızın əsas götürülməsidir. Müsəlmanlar dünyanın heç bir qüdrətli dövlətindən asılı olmamalı, şərqin kommunizm, qərbin kapitalizm xəstəliklərindən qorunmalıdır. Amma elmi və iqtisadi inkişaf üçün heç bir məhdudiyyət yoxdur. İslam Peyğəmbəri buyurur: “Çində də olsa elm ardınca gedin.”

Əgər istidən və soyuqdan, oddan və buzdan qədərində istifadə olunsa, faydalı olar. İstidən faydalanaq, amma yanmayaq. Soyuqdan faydalanaq, amma donmayaq. Şərqdən və qərbdən istifadə edək, amma özümüzü itirməyək.


Sual 23: İnsan “la ilahə illəllah” cümləsini deməklə necə xilas ola bilər?

Cavab: Belə bir xilas haqqında danışan hədislərdə təkcə dil hərəkəti nəzərdə tutulmur. Hədisin ərəbcə bəyanı belədir: “qulu la ilahə illəllahu tuflihu.”3

“Tuflihu” “cücərmə” mə`nasındadır. Əkinçiyə ərəbcə “fəllah” deyilir. Çünki o, toxumların cücərməsi üçün çalışır. İstənilən bir toxumun torpaqdan cücərməsi üçün üç şərt var:

1. Kök torpağın dərinliyinə işləməlidir.

2. Kök qida maddələrini sormalıdır.

3. Cücərmə üçün toxumun üst fəzası açıq olmalıdır.

Tövhid fəzasına ucalmaq istəyən insan da əqidəsini dərin məntiqlə möhkəmlətməli, inkişaf üçün zəruri olan bütün imkanlardan faydalanmalı, qarşıdakı maneələri aradan qaldırmalıdır.


Sual 24: Necə demək olar, cəhənnəm əzabına dözərəm, amma Allahdan ayrılığa dözmərəm?

Cavab: Övladını görmək üçün yolun isti-soyuğuna dözərək bir məntəqədən o birinə səfərə çıxmış ana deyir:”Yolun isti soyuğuna dözərəm, amma övladımın ayrılığına yox!” Həzrət Əli (ə) “Kumeyl” duasında deyir: “Xudaya! Əzabına səbr edərəm, bəs ayrılığına necə səbr edim?”
Sual 25 Cinsi ehtiras, şəhvətə qarşı nə edək?

Cavab: Bu meyli Allah yaratdığı üçün onu birdəfəlik boğmaq düzgün deyil. İnsan nəslinin davamı üçün zəruri olan bu meylə, sadəcə, nəzarət etmək lazımdır. İştaha olmasa, insan acından ölər, qəzəb olmasa yaşamaq uğrunda mübarizə olmaz şəhvət olmasa, insan nəsli kəsilər. Amma ehtirası halal yolla tə`min etmək lazımdır. Ehtiras qaz balonu kimidir. Düzgün istifadə edilsə fayda verər, nəzarətsiz qalsa partlayışa səbəb olar.

Bəzənib-düzənmə qadınlar üçün təbii istəkdir. Əgər qadın evdə öz həyat yoldaşı üçün bu işi görərsə, ailədə məhəbbət artar. Amma qadının bəzənib küçəyə çıxması ailənin möhkəmliyini sarsıdır. Küçədə yüzlərlə bəzənmiş qadınlarla rastlaşan kişi öz həyat yoldaşına qarşı biganə olur.

Subay insanlar isə ehtirası oyadan mənzərələrlə qarşılaşdıqda psixoloji rahatlığını itirir, şam tək yanır. Gördüyü mənzərələrdən ehtirası alovlanmış insanların bə`ziləri özünü cilovlaya bilir, bə`ziləri isə hətta cinayət yolu ilə də olsa, bu ehtirası söndürməyə çalışır. Ehtirası alovlanmış bə`zi gənclər evdən qaçır, özünü öldürür, müxtəlif cinsi xəstəliklərə yoluxur.
Sual 26: İnsan nə dərəcədə azaddır?

Cavab: Allah insanı azad yaratmış və ona seçim imkanı vermişdir. Bə`ziləri deyirlər ki, insan özünü azad hiss etsə də, əslində məcburdur. Amma insanın azad olduğunu sübut edən dəlillər çoxdur. Bu dəlillərdən bə`zilərini xatırlayaq.

1. İnsan çox zaman qarşısındakı iki yoldan hansını seçmək barədə düşünür və nəhayət, bu yollardan birini seçir. Bu seçim azaddır.

2. Bə`zən insanlar bir-birlərini tənqid edərək hansısa işdən çəkindirirlər. Demək, insan bir işi görə də bilər, bu işdən çəkinə də bilər.

3. Hər bir insan hansısa sözlərinə və işlərinə görə peşman olur, “ey kaş, belə olmayaydı” deyir. Demək başqa cür də rəftar etmək olarmış!

4. Əgər uşaqlar ailə, müəllim, tərbiyəçi vasitəsi ilə tərbiyə olunursa, demək, doğru yolu tuta bilər.

Bəli, tərəddüd, tənqid, peşmanlıq və tərbiyə azadlığın dəlilləridir. Azadlıq təkcə insanların yox, eləcə də, heyvanların istəyidir. Qəfəsə salınmış quş çox vaxt yeməkdən imtina edir, xəstə görkəm alır.

Hətta behiştdə də ən böyük ne`mətlərdən biri azadlıqdır. Behiştə daxil olan mö`minlər həmin azadlığa görə Allaha təşəkkür edərlər (bax: “Zümər”, 74).

Bununla belə insan öz Allahının göstərişlərinə əməl etməlidir. Sərhəd bilməyən azadlıq, azğın nəfsə itaət insanı fəlakətə aparır. Ağılın təsdiq etmədiyi azadlıq başqalarının haqlarına təcavüzdür.


Sual


Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə