Məşhədi Feyruz Bağırlı


Şeyx İmran (Şahmərdan) piri



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

 
37
Şeyx İmran (Şahmərdan) piri 
 
Pir yeri (E.ə. I minillik) okean səviyyəsindən 850 metr yüksəklikdə olan Qaraqala kəndindəki 
köhnə qəbrstanlıqda yerləşir. 
Babək qəsəbəsindən Qaraqala kəndinə 15 km-lik məsafədə asfalt yol uzanır. Kəndin əhalisi azəri 
türkləridir ki, əsas məşğuliyyətləri üzümçülük və taxılçılıq olaraq 568 nəfərdir (2005-ci ilin st.məl.) 
Qaraqala kəndinin toponimi keçmişdə burada yabanı halda yayılmış “Qara qora” üzüm növündən 
götürülmüşdür. (Haliyyədə məhsuldar “Qara qora” ilə “Pişik üzümü” növlərinin kəsilməsi gözlənilir. )  
Kənddə haliyyədə Namazlı, Tumurxanlı, Qocalı, Salmanlı və digər tayfalar yaşayırlar.  
Qaraqala kəndinin kənarından keçən Sarıdağ selovunun sağ sahilində  Kəlba Oruc tayfasından 
olanlar ayrıca məskunlaşmışlar.  
Şeyx  İmran (Şahmərdan) piri iki kahadan ibarət olaraq əvvəlincidə iki, sonuncuda isə bir 
məzarlar vardır.  
Pirdəki kahalar sferik formalı təbii mağara divarlarını xatırladaraq hündürlüyü 2, 5, eni isə 3 m. 
ölçülərindədir.  
Pirdəki qoşa məzarlar haqqında kəndin yaşlıları söyləyirlər ki, əvəllər mücövür olmuş Məmməd 
adlı mömin kişi ilə arvadınınkıdır.  
Pirin yaranması haqqında isə belə deyirlər ki, həmin “daxmada” (kahada) Şahmərdan adlı (ona 
kənddəkilər “Şeyx İmran” adı vermişlər) mömün şəxs kəndin adamlarının nüfuzunu qazanaraq ölənləri 
Allah rzası ilə təmənnasız dəfn edər, onların ruhlarına Quran oxuyardı. Şahmərdan xeyirxahlıqla məşğul 
olsa da tənha yaşayaraq həyatdan əcəli ilə köçmüşdür. Adamlar mərhumun cənazəsini vəsiyyətinə görə 
yaşadığı “daxmasında” (kahada) dəfn etmişlər. Sonradan məzar yeri (kahalar) yerli camaat tərəfindən 
ziyarət edilərək pir yerinə çevrilmişdir.  
Doxsanıncı ildə pirdəki  Şahmərdanın məzar yeri nadan göreşənlər tərəfindən söküdüyündən 
yenidən xeyirxah adamlar tərəfindən bərpa edilmişdir. 
“İman gətirib yaxşı  işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – 
cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!” (Quran, “Əraf” (7) s. a. 42.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
38
İsfəndiyar piri 
 
Həmin pir yeri Babək rayonundakı iri yaşayış ərazilərindən Cəhri kəndindədir.  
Cəhri kəndində 8454 nəfər (2005-ci il statistik məlumatı)  əhali yaşayaraq üzümçülüklə 
məşğuldurlar.  
Cəhri kəndi Babək rayonu mərkəzindən 23 km şimal qərbdə yerləşərək Cəhri çayının sol 
sahilindədir.  
Cəhrililər  əməksevər və mübariz İnsanlardırlar.  İkinci Dünya savaşı  iştirakçısı  Qəhrəman 
Qəzənfər Əkbərovun əziz xatirəsinə həmkəndliləri heykəl ucaltmış və kənddəki küçələrdən birinə onun 
adını vermişlər.  
Cəhri kəndinin toponimi e.ə. III əsrdə ərazidə ilk məskunlaşan İşıqlar tayfası ilə sonradan gəlmiş 
tayfalar arasındakı baş verən mübahisədən-cəhrdən əmələ gəlmişdir.  
Kənddə  məskunlaşmış  İşıqlar, Salahlı, Cilovxanlı, Qarahindi, Mirzəməmmədli, Heydərxanlı, 
Dəvəçilər, Alkərimli, Əlibəyli, Muxtarlı, Çərçili və başqa tayfalar vardır.  
Cəhrililər  əzəldən mənəviyatı uca tutduqlarından məhəllələrində  məscid binaları tikmiş  və 
günümüzədək istifadə edirlər. Haliyyədə kənddə XIX əsrdən qalma məscid fəaliyyətdədir. 
Kəndin köklü əhalisi Qafqaz oğuz türkləri ilə  bərabər Mərkəzi Asiyadan gəlmiş  Kəngərli 
tayfaları da olmuşdur.  
Cəhri kəndində beş  qəbrstanlıqla iki pir yeri vardır. Pirlərdən biri kəndin içərisindəki “Ağac 
piri”dir ki, digəri isə Qaş dağının (1395 m) yamacındakı İsfəndiyar piridir.  
Həmin pirin yaranması haqqında kəndin yaşlıları söyləyirlər ki, Orta əsrlərdə iki cavan bir-
birlərinə aşiq olurlar. İsfəndiyar adlı gənc nüfuzlu feodal ailəsindən olan Mehparə adlı qızı istədiyindən 
sevənlərə maneçilik törədirlər. Onlar sözləşib yaşadıqları  ərazidən qaçmaqla Araz çayı sahillərinə 
gəlirlər. 
Nəhayət ki, qaçqın gənclərin taleyi Naxçıvandakı Qaş dağındakı kahada birləşərək xoşbəxt gün 
keçirirlər. Qaçqın gəncləri təqib edən qızın adamları onları axtara-axtara gəlib kahada tapırlar. Əlisilahlı 
adamlar gəncləri bir yerdə tutub öldürmək istədikdə möcüzə baş verərək hər ikisi qara daşlara 
çevrilirlər.  
Qızın adamları daş olmuş “qızlarını” kahanın qarşısında bina tikərək daşı ora qoyurlar. Kahanın 
içərisində qalmış “oğlan” isə toz-torpaqda qalaraq unudulur. . .  
Zaman keçir, dövran dəyişilir  İsfəndiyarın qoçaqlığından hər məmləkətlərdə danışılır. Bundan 
sonra  İsfəndiyarın möcüzəvi sürətdə “qara daşa” dönməsinə insanlarda maraq artaraq, Qaş dağındakı 
İsfəndiyar pirini ziyarətə gəlirlər.  
Ziyarətçilər kahadakı  və binanın içərisindəki qara daşları ehtiramla seyr edərlər. Yaradanın 
möcüzələrinə şəkk etməyərək qurbanlıq ehsan ətini paylayırlar.  
“Xoş bir söz günahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, 
həlimdir!” (Quran, “Bəqərə” (2) s. a. 263.) 
  
 
 


 
39
Ocaqtəpə pirləri  
 
Babək rayonundakı Alagöz Məzrə  kəndində  qədim  İnsanların yaşayış  məskənləri qalmaqla 
özünəməxsus tarixi mədəniyyətini saxlamaqdadır.  
Onlardan biri e. ə. VI minilliyə aid olan Quyulu dağ yaşayış yeri, digəri isə eramızın I-XI 
əsrlərindəki Ocaqtəpə yaşayış yeridir.  
Quyulu dağ yaşayış yeri (qalası) Alagöz Məzrə  kəndinin  şimalında sıldırım dağlar üstündədir. 
Həmin yerlər antik dövrlərə aid edilərək okean səviyyəsindən 1725 metr ucalığındakı Sarı dağdadır.  
Ərazidə iki dərin quyular qazmişlar ki, onlar ya xəzinə yeri, yaxud da ki, yeraltı yolun girişi 
olmuşdur. Həmin quyulardan aşağıda mineral su bulaqlar qaynayaraq çıxırlar.  
Ocaq təpə yaşayış yeri 1971-ci ildə mütəxəssislər tərəfindən öyrənilərək, buradan tapılmış tarixi 
mədəniyyət əşyaları tarix müzeyinə verilmişdir.  
Mütəxəssislərin fikirincə Ocaq təpə yaşayış yerində  qədim və  şöhrətli Yafəs (Rəqim)  şəhəri 
olmuşdur ki, haqqında danışılan pirlər oradadır (Q. Həsənov “Nax. MSSR-in tarixi və arxeoloji 
abidələri”. Naxçıvan-1988. səh-11. H. F. Səfərli “Naxçıvan ziyarətgahları”. Bakı-1998. səh. 24. (Nuh 
peyğəmbərin oğlu Yafəsin adını daşıyan şəhər olmuşdur)).  
Alagöz Məzrə kəndi Naxçıvan şəhərindən 16 km. məsafədə Naxçıvançayın sol sahilindədir.  
Kəndin adının yaranması Ehsan xanın qızı  Mərziyyənin xatirəsinə verilib. Sonradan isə  kənd 
Alagöz Mərziyyə kimi deyilmişdir. Həmin sözdəki “Mərziyyə”  şəxs adı, 30-cu illərdə  dəyişilərək 
“Məzrə” ilə əvəz olunmuşdur.  
Yaşlıların dediyinə görə  kəndin adının dəyişməsi  ərazidə  məskunlaşan Dərələyəzli tayfasının 
danışıq ləhcələrindən törənmişdir.  
Kənddə 855 nəfər (2005-ci il st. məl.) yaşayaraq məşğuliyyətləri  əkinçiliklə üzümçülükdən 
ibarətdir. Kənddə Zamanlı,  İtqıranlı, Zərnətünlər, Axəşli, Kərbəoruclu, Lizbirtli, Dərələyəzli və başqa 
tayfalar yaşayırlar.  Əhalinin  əksəriyyəti dindar olmadıqlarından burada indiyənədək məscid binaları 
tikilməmişdir. Son illərdə isə xeyriyyəçi Sahib Əli oğlunun maddi köməkliyi ilə kənddə kiçik bir məscid 
tikilməkdədir.  
Alagöz Məzrə kəndində iki qəbrstanlıq vardır ki, onlardan biri daha qədim dövrlərə aiddir.  
Kəndin şimal tərəfində okean səviyyəsindən 1000 m yüksəklikdə böyük bir ərazidə qədim Yafəs 
(Rəqim)  şəhərinin xərabəlikləri  ərazisində yaşıllıq meşə zolağı ilə su tutumu 1 milyon m
3
 çatan 
“Mərziyyə gölü”də vardır.  
Söyləmələrə görə, dünyanı su basandan sonra Nuhun gəmisində gələnlərdən peyqəmbərin oğlu 
Yafəslə gəlini həmin ərazidə Sarı dağın yamaclarında məskunlaşmışlar.  
Qədim insanlar ərazidə çoxalaraq yaşadıqları yerə Yafəsin adını vermiş, lakin sonrakı törəmələr 
Allahın doğru yolundan azaraq atəşpərəstliklə  məşğul olmuşlar. Bununla da, onlar Allahın bəlasına 
düçar olaraq zəlzələdən yaxa qurtara bilməmişlər. Güclü zəlzələdən sonra şəhərin əhalisindən yalnız iki 
nəfər, çobanla naxırçı salamat qalmışlar.  
Tənha qalan naxırçı ilə çoban heyvanları çölə buraxaraq uçub dağılmış komalarında Tanrıdan daş 
olmalarını istəmişlər. Göy üzünü qara buludlar almış,  şimşək çaxaraq leysan yağışı başlamışdır. 
Ölənlərin cəsədlərini sel suları aparmış, çobanla naxırçını isə xaraba qalmış komalarında ildırım 
zərbəsindən qara daşlara çevrilmişlər (V. Baxşəliyev “Pirlərlə bağlı miflər və inanclar.” Bakı-2006). 
İllər keçmiş, zaman dəyişilmiş  əraziyə köçüb gələn tayfalar oradakı qara daşları Xudanın 
möcüzəsi saymış, ehtiram edilərək ziyarətgaha çevirmişlər.  
Haliyyədə Ocaqtəpə pirlərindəki “ocaqlardan” birində kiçik koma tikilmiş, digərində isə yalnız 
uçuq divarlar saxlanılmışdır.  
Sahəsi 20 hektardan çox olan Ocaqtəpə pirləri  İnsanların mənəvi ziyarətgahlarına çevrilmişdir. 
Yaz-yay aylarında ərazinin füsunkar təbiəti görənləri heyran edir.  
Mərziyyə gölündə müxtəlif su quşları özlərinə  sığınacaq tapmış, belə ki, ərazidə ov ovlamaq 
yasaq olduğundan  ətrafda kəklik, vağ, yaşılbaş ördək, vəhşi qaz, dovşan, tülkü, porsuq, kirpi, çanaqlı 
bağa və müxtəlif çay balıq növləri artıb çoxalmışdır.  
Ocaq təpə  ərazisi,  İnsanların mədəni istirahəti üçün ən maraqlı yerlərdən biridir. Pirlərə  gələn 
ziyarətçilər qurbanların kəsib mənəvi zövq alaraq Allahın möcüzələrinə bir daha heyran olurlar. . .  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə