Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   2   3   4   5   6   7   8   9   ...   41

 
4
Tir – Əbülfəth ələmi........................................................................................................ 
Malik İbrahim piri........................................................................................................... 
“Qara pir” ziyartəgahı ..................................................................................................... 
Nüs-nüs piri..................................................................................................................... 
Üstüpü piri ...................................................................................................................... 
Səyyid Səfi (Səffan) piri ................................................................................................. 
Gilan türbəsi.................................................................................................................... 
Şəmsəddin Məhəmməd piri ............................................................................................ 
Dər kəndindəki pir .......................................................................................................... 
Xanağa piri...................................................................................................................... 
Şərur rayonundakı ziyarətgahlar................................................................................ 
Parçı piri.......................................................................................................................... 
Tənənəm piri ................................................................................................................... 
Axura Qaradaş piri.......................................................................................................... 
Hadı qaib piri .................................................................................................................. 
Havuş piri........................................................................................................................ 
“Şapur bulağı” piri .......................................................................................................... 
Sədərək rayonundakı ziyarətgahlar............................................................................ 
“Tejkar” piri .................................................................................................................... 
“Ağ atlı oğlan” piri.......................................................................................................... 
Əlavələr.H. Əliyevin Naxçıvandakı tunc büstü ............................................................. 
Şahab məhəllə məscidi.................................................................................................... 
Əlixan məhəllə məscidi................................................................................................... 
Şəhidlər xiyabanı ............................................................................................................ 
Şəhidlərin xatirə müzeyi ................................................................................................. 
Son söz ............................................................................................................................ 
Ədəbiyyat........................................................................................................................ 
Plan, xəritə və fotoşəkillər .............................................................................................. 


 
5
Ön söz
 
Naxçıvan Muxtar Respublikasının tarixi arxeoloji abidələri və mənəvi ziyarətgahlarından 
məlumat verən “Nuh yurduna ziyarət” kitabı  Feyruz Bağırovun bu səpkidə yazdığı ikinci işidir. 
Kitabda geniş söhbət açılan pir yerləri, məscid və ziyarətgahlar o cümlədən də tarixi 
arxeoloji tikililər haqqında  əvvəllər maraqlanan az olduğundan lazımi  ədəbiyyatlar da 
yazılmamışdır. 
Müəllif kitabında mədəniyyət və turizm təşkilatları  tərəfindən  əvvəllər adı  çəkilməyən 
pirlər, məscid və ziyarətgahlar haqqında əhatəli şəkildə məlumatlar verməklə xalqımızın mənəvi 
abidələrinin yüksək səviyyədə qorunub mühafizə olunması və təbliğini istəmişdir. 
Naxçıvan MR Tarixi və Arxeoloji Abidələri Mühafizə Cəmiyyətinin fəal üzvü, mədəniyyət 
və turizm işçisi olan F. Bağırov neçə illərdir ki, daim axtarışda olmuş və yazdığı tarixi-mənəvi 
məqalələri ilə dövrü mətbuatda çıxış etmişdir. Müəllifin uzun illər topladığı  məlumatları 
kitabında Muxtar Respublikanın ayrı-ayrı rayon əraziləri ilə  və Naxçıvan  şəhərindəki tarixi 
ziyarətgahları yazıb göstərmişdir. O, kitabdakı  hər bir ziyarətgah yerlərinin öyrənilməsi üçün 
uzun illər və ağır zəhmətlə qarşılaşmalı olmuşdur. 
F. Bağırov dindar ziyalı olaraq qələmə aldığı xalqın mənəvi zənginliklərini öyrənmiş və 
bu işdə xeyirxah olmuşdur. O, çalışmışdır ki, kitabda bir-birindən maraqlı  məqalələrlə 
oxucuların qəlbinə yol taparaq onları düşündürsün. Buna görə  də müəllif heç bir çətinlikdən 
qorxmayaraq uzun illər başladığı xeyirxah işində Muxtar Respublikanın bütün rayon və 
kəndlərini addım-addım gəzmiş,  ərazilərdəki mənəvi tarixi abidələrin yaranmasını  və 
əhəmiyyətini yaşlı adamlardan öyrənmişdir. 
Müəllif hər hansı bir ziyarətgahdan söz açarkən ərazinin fiziki-coğrafi şəraitini, əhalinin 
statistik-sosial məşğuliyyətini habelə turizmin inkişaf yollarını da göstərmişdir. 
F. Bağırovun illər boyu düşüncələrindən süzülən  “Nuh yurduna ziyarət” kitabı ilə 
oxucuların qəlbinə yol tapmaq niyyəti ilə səsinə səs verilməsini istəmişdir. 
Muxtar Respublikada son illər tarixi və arxeoloji abidələrin qorunub saxlanılmasına və 
bərpa olunaraq xalqa çatdırılmasına dövlət qayğısı artırılmışdır. Dini kitablarda adı  çəkilən 
müqəddəs “Əshabi-Kəhf” pirinə  də diqqət və qayğı göstərildiyindən, xarici ölkə turistlərinin 
marağına səbəb olmuşdur. 
Müəllifin kitabına adı  çəkilən müqəddəs pirin yaranmasından tarixi məlumatlar, elmi 
ədəbiyyatların izahlarından istifadə olunmuşdur. 
Kitabda müasir dövrün ziyarətgahlarından da söz açılaraq Ümummilli lider möhtərəm 
H. Əliyevin Naxçıvan şəhərindəki büstü ilə muzeyindən, habelə şəhidlər və şöhrət muzeyindən də 
məlumat verilmişdir. Kitabda foto şəkillərlə rayon ərazilərinin xəritələri də oxucularda marağa 
səbəb olacaqdır. 
“Nuh yurduna ziyarət” kitabı  əhatəli yazıldığından turizmlə maraqlananların dəyərli 
məlumat vəsaiti sayıla bilər. Kitabda kiçik qüsurlara yol verilsə  də tarixi mənəviyyatdan bəhs 
edən vəsait təqdirə layiqdir. 
 
Qadir Həsənov Azərbaycan TAMC-nin Rəyasət heyətinin üzvü, Naxçıvan MR Tarixi 
Abidələri Mühafizə Cəmiyyətinin sədri. 
 
18 aprel 2008-ci il. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə