Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə41/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   33   34   35   36   37   38   39   40   41

 
106
SON SÖZ 
 
Azərbaycanın mənəvi tarixi mənbələrində “Naxçıvan çuxuru” adlanan-Nuh yurdundakı 
ziyarətgahlar lazımınca öyrənilməmişdir. Bütün bunlara səbəb keçmiş sovetlər ölkəsindəki ateizm 
təbliğatının güclü olması nəticəsində insanların mənəvi ziyarətgahlara qadağalar qoyulmaqla gənc nəslin 
yaddaşlarından silinmişdir.  
Naxçıvandakı mövcud ziyarətgahlar haqqında yazılanlar müxtəlif mənbələrdən istifadə edilməklə 
mənəvi tariximizi bir daha yada salmaq istəmişik.  
Naxçıvandakı ziyarətgahları indiyədək bir çox tədqiqatçılar araşdırma aparmaqla xalqımıza 
lazımınca çatdırmışlar. Belə ki, 1882-ci ildə Naxçıvanda müəllim işləmiş K. Nikitin, 1885-ci ildə 
Naxçıvanda olmuş  şərqşünaslar N. Xanıkov ilə V. M. Sısoyev, 1920-ci illərdə Naxçıvanda olmuş  İ. 
Əzimbəyov, 1936-40-cı illərdə Naxçıvan Ölkə Tarix Diyarşünaslıq muzeyinin işçisi və tariximizi 
öyrənən Cəmiyyətin elmi katibi Mirheydərzadə Mirbağır, 1970-ci illərdə Naxçıvanda olmuş şərqşünas 
Məşhədi Xanım Nemətzadə, 1984-cü ildə Azərbaycan tarixi abidələrini öyrənən memarlar Ə. 
Salamzadə ilə K. Məmmədzadə, 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin müəllimlərindən Q. 
Qədirzadə, V. Baxşəliyev, H. F. Səfərli və Naxçıvan MR Tarix və Memarlıq Abidələri Mühafizə 
Cəmiyyətinin sədri Q. Həsənov və AMEA-nın Naxçıvan bölməsinin mütəxəssisləri elmi məqalələrini 
oxuculara çatdırmışlar.  
Bu sahədə son illərdə Naxçıvan Ali Məclisi Sədri cənab V. Talıbovun imzaladığı sərəncamları və 
diqqət yönümlü məsləhətləri ilə tarixi mənəviyyatımızın öyrənilib gələcək nəsillərə çatdırılmasındakı 
əməli işləri diqqətə layiqdir.  
Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi əməkdaşları  tərəfindən lazımi işlər görülmüş, 
tarixi abidələrimiz təmir-bərpa olunmuş, mənəvi sərvətlərimiz kimi qorunaraq xalqımıza təbliğ edilmiş 
və pasportlaşdırılaraq mühafizə olunurlar.  
Mənəvi tarixi zənginliyimizi geniş miqyasda təbliğ etmək üçün dövrü mətbuatda mütəmadi 
sürətdə elmi məqalələrlə informatik məlumatlar verilməkdədir.  
Naxçıvan Muxtar Respublikasındakı mövcud ziyarətgahların bir qismi qəbirüstü sərdabələrdir ki, 
onlar müxtəlif tarixi dövrlərdə ictimai-siyasi təqiblərə məruz qalmışlar. Buna görə həmin mənəvi inanc 
yerləri olan pirlər, sərdabələr və imamzadələr xalqın mənəviyyatından uzaq düşmüşdür.  
Naxçıvan çuxuru orta əsrlərdə ticarət yolları üstündə olduğundan ərazidə ziyarətgahlar meydana 
çıxmışdır.  
Həmin vaxtlarda İslam dini İspaniyadan Çinin Kaşkar əyalətinədək geniş bir ərazidə yayılmışdır. 
Ərəb xilafəti bu zamanlar inkişaf edərək genişlənmiş, lakin İslam dini birlikləri olmadığından 
dövlətlərarası ziddiyyətlər baş vermiş, müsəlmançılıq zəifləmişdir. Həmin dövrlərdə Naxçıvan diyarında 
İslam dini inkişaf edib şəxsi həyatımızın bir hissəsi kimi əxlaqı baxımdan dövrümüzədək qalmışdır.  
Hər yerdə olduğu kimi həmçinin Naxçıvanda feodal hakim dairələr qüvvə  və  şöhrətlərini 
saxlayıb möhkəmlətmək üçün istehkam qalaları ilə bərabər əzizlərinin məzar yerlərini əbədiləşdirmək 
bəhanəsi ilə sərdabələr tikdirmişlər.  
Bir tərəfdən İslam təbliğatçıları sayılan şeyxlər bütpərəstlik siyasətini pisləmiş, digər tərəfdən isə 
bir qisim hakim şəxslərin məzarlarını “ilahiləşdirərək” özlərinin şəxsi qazanc vasitəsinə çevirmişlər.  
Bütün bu kimi avamçılığı görmüş S. Ə.  Şirvani (1835-1888) qələmə aldığı “Köpəyə ehsan” 
şeirində iki üzlü şeyxlərin iç üzünü məharətlə açıb göstərmişdir.  
Zaman hökmü ilə bir çox qəbirüstü “daş kitabələr” sıradan çıxmış, sınmış, ovulmuş  və 
oğurlanaraq missionerlərə satılmış və dövrümüzədək qalmamışlar.  
Şərqşünas Məşhədi Xanım Nemətzadənin sözləri ilə desək, bu cür yazılı daşlarda  əsasən 
“mürşüd” mənasında işlənmiş  ərəbcə  “şeyx”, ”həzrət”, farsca “pir”, azəricə isə “baba”, ”ağa” kimi 
sözlər, müasir dilimizdə “ocaq” və ya “pir” kimi qalmaqdadır (M. Nemət “Azərbaycanda pirlər”. Bakı-
1992. səh. 6). 
Naxçıvan çuxurunda mövcud pir və ziyarətgahların yaranması əsasən üç yerə ayrılırlar:  
1) İslamdan əvvəlki dövrlər.  
2) İslam dininin Azərbaycanda tərəqqi dövrü.  
3) Müasir ictimai dövrlər.  
  


 
107
Həmin ziyarətgahların özləri də dörd yerə ayrılmışlar: 
1) Əsası olmayan “qurama” pirlər.  
2) Əsaslı (fundamental) ziyarətgahlar.  
3) Dünya şöhrətli ziyarətgahlar.  
4) Müasir mənəvi-əxlaqi ziyarətgahlar.  
 
İslam dini yaranmasından əvvəlki pirlər Muxtar Respublikada əsasən Ordubad rayonundakı Tivi 
və Nüsnüs kəndlərində, Babək rayonundakı Tumbul, Məzrə  və  Cəhri kəndlərində, Culfa rayonundakı 
Milaxla Nəhəcir kəndlərində,  Şahbuz rayonundakı, Keçili, Badamlı  və Kükü kəndlərində, Kəngərli 
rayonundakı Xok kəndində olanlardır.  
Bu cür pirlərə Naxçıvan  şəhərində belə rast gəlinir ki, onlar Nuh türbəsi, Pirqəmiş  məhəllə 
məscidinin həyətində olmuş zavallı Qələndərin məzar yeri və başqalarını göstərmək olar.  
İslam dininin Azərbaycanda tərəqqi dövrlərinə aid olanlardan Naxçıvan şəhərindəki imamzadə, 
Mömünə Xatunla Yusif Küseyir oğlunun məqbərələri, Mir Yaqub, Xədicəbəyim, “Süddü nənə”, Pir 
Ömər Nəşəvi və başqa ziyarətgahları göstərmək olar.  
Həmin dövrə aid olan Babək rayonunun Nehrəm kəndindəki imamzadə (məzar), Didivar, və 
Qaraqala kəndlərindəki məzar yerləri, Culfa rayonunun Ərəfsə, Göynük, Xanəgah və Camaldın 
kəndlərindəki məzar yerləri, bundan başqa Gülüstan (Cuğa) kəndindəki türbə, Ordubad rayonunun 
Nüsnüs, Düylün, Üstüpü, Xanağa, Aza və Dər kəndlərindəki məzar yerləri, Şərur rayonunun Xanlıqlar 
kəndindəki imamzadə  və  Tənənəm kəndindəki məzar yeri, Kəngərli rayonunun Qarabağlar kəndində 
olan əzəmətli Quti Xatun məqbərəsi və başqalarını göstərmək olar.  
Nuh yurdu-Naxçıvan elində  İslam dini yayılarkən  ərazidə  əsgidən qalma Zərdüşt 
atəşpərəstlərinin məbədləri dağıdılmış və tədricən atəşpərəstlik dini aradan götürülmüşdür.  
Lakin  ərazilərə sonradan gəlmiş xaçpərəstlər həmin məbəd binalarını saxtalaşdıraraq özlərinki 
etmiş, hətta məbədlərdə təmir işləri aparıb kilsələrə çevirmişlər. Bütün bu proseslər Sovetlər dövründə 
sərbəst şəkildə xaçpərəstlər tərəfindən edilmişdir.  
Xalqımız müstəqillik qazandıqdan sonra milli mədəni sərvətlərimiz olan tarixi memarlıq 
abidələri ilə birlikdə mənəvi ziyarətgahlarımız özümüzə qaytarılmışdır.  
Etiraf etməliyik ki, laqeydlik üzündən bir çox tarixi abidələrimizlə yanaşı  məzarüstü yazılı 
kitabələr,  əlyazma kitabları, maddi tarixi əşyalar vətəndaşlarımız tərəfindən uçurulmuş, bərbad hala 
salınmış, oğurlanmış və xarici vətəndaşlara “lazımsız əşya” kimi bağışlanmışdır.  
Onlardan Naxçıvan şəhərindəki Mömünə Xatunla Yusif Kuseyr oğlu məqbərələrindəki məzarlar 
sökülmüş, orta əsrlərdən qalma Cümə məscidi ilə nəhəng portal qoşa minarəli darvaza tikililəri, məhəllə 
məscidləri, Ordubad rayonundakı tarixi arxeoloji abidələr, Culfa rayonundakı Gülüstan türbəsindəki 
məzar yeri, Xanəgah kəndindəki  Şeyx Nəiminin məzar yeri, Babək rayonundakı  məscid binaları, 
Kəngərli rayonundakı qoşa minarəli məscid, Şahbuz rayonundakı Xudavənglə Yel pirlərinin binaları və 
sairə tikililər vəhşiliklə uçurulmuşdur.  
Üçüncü qrupdan olan müasir ziyarətgahlara aşağıdakıları aid etmək olar; 
Naxçıvan  şəhərindəki Cümə, Pirqəmiş, Həzrəti Zəhra, Kazım Qarabəkir Paşa məscidləri
Miryaqubla Fatiməbəyim pirləri, ”Şəhidlər xiyabanı”, H. Cavidin məqbərəsi və sairə ziyarətgahları 
misal göstərmək olar.  
Naxçıvan Muxtar Respublikasında elə bir kənd olmaz ki, orada məscid binası (yeni tikilmiş) 
olmasın. Hətta rayon mərkəzlərində son illərdə  məscid binaları tikilib, mömünlərin ixtiyarına 
verilmişdir.  
Şəhər və rayon mərkəzlərində habelə iri yaşayış kəndlərində şəhidlərlə, ikinci dünya müharibəsi 
iştirakçılarının  şərəfinə park və xiyabanlar salınmış, abidələr ucaldılmışdır. Hər ilin tarixi əlamətdar 
günlərində ictimaiyyət nümayəndələri həmin yerlərə  yığışaraq orada siyasi vətənpərvərlik tədbirləri 
keçirirlər.  
Yuxarıda qeyd olunduğu kimi ziyarətgah və pirlər elmi-mənəvi baxımdan bir neçə yerə 
ayrılmışlar.  
Son illərdə xalqımızın mənəvi dəyərlərinə  və  İslam mənəviyyətinə  zərbə vuran elmi əsasları 
olmayan “qurama pirlər” artaraq çoxalmışdır.  


 
108
İslam mənəviyyəti elmi əsaslarla öyrənilib, təbliğ olunması məsələləri unudularaq, cəhalətpərəst 
fanatik mollalar tərəfindən müqəddəs Quran və İslam dini kölgədə qalmışdır. 
Əsası olmayan pirlərdən Babək rayonunun Tumbul və Sirab kəndlərində, Culfa rayonunun Şurut 
kəndində, Ordubad rayonunun Tivi kəndindəki pirlər,  Şahbuz rayonunun Keçili, Badamlı, Kükü və 
başqa kəndlərindəki pirlər,  Şərur rayonunun Axura, Havuş, Cağazir və başqa kəndlərdəki pirlər, 
Kəngərli rayonunun Xok və Şaxtaxtı kəndlərindəki pirlər, Sədərək rayonunun pirləri bu qrupa aiddirlər. 
Əsaslı (fundamental) ziyarətgahlar Şərur rayonunun Xanlıqlar imamzadəsi, Kəngərli rayonunun 
Qarabağlar (Quti Xatun) türbə-məqbərəsi, Ordubad rayonunun imamzadə, Culfa rayonunun Xanəgah 
sərdabəsi və Gülüstan türbəsi, Babək rayonunun Nehrəm imamzadəsini göstərmək olar.  
Dünya  şöhrətli ziyarətgahlar isə Naxçıvan  şəhərində Nuh türbəsi, Mömünə Xatun və Yusif 
Küseyir oğlunun məqbərələri, Ordubad rayonunun Gəmiqaya rəsmləri (petroqlifləri), Babək rayonunun 
Əshabi-Kəhf mağarası, Culfa rayonunun Gülüstan türbəsi, Kəngərli rayonunun Qarabağlar kəndində 
tikilmiş Quti Xatun məqbərəsi və başqalarını misal göstərmək olar.  
Bunlarla yanaşı Nuh yurdu ərazilərində müasir tarixi abidələr-ziyarətgahlar vardır ki, onlardan 
Naxçıvan şəhərində tikilmiş Kazım Qarabəkir Paşa məscidi, Həzrəti Zəhra məscidi, H. Cavid məqbərəsi, 
Şəhidlər xiyabanı, Şəhidlərin xatirəsi muzeyi, Soyqırım abidəsi və başqalarını göstərmək olar.  
Naxçıvan  şəhərində  hələ sovetlər dövründə tikilmiş Azərbaycan xalqının Qəhrəman oğlu, 
Ümummilli Lider mərhum H. Ə.  Əliyevin Vətənində qoyulmuş büst-abidəsi,  şəhərdəki H. Ə.  Əliyev 
muzeyi qarşısındakı ucaldılmış möhtəşəm H. Ə.  Əliyevin ayaqüstü heykəli  şəhərimizin qonaqlarının 
ziyarətgahına çevrilmişdir.  
Naxçıvan  şəhərində bir çox möhtəşəm abidələrlə yanaşı xalq qəhrəmanları  və görkəmli 
şəxsiyyətlərin şərəfinə xatirə heykəllər ucaldılmışdır. Onlardan Dədə Qorqud, Koroğlu, Babək, Əcəmi 
Naxçıvani, böyük pedaqoq Məmmədtağı Sidqinin dərs dediyi məktəbin yerində “Ana dili” abidəsi, Cəlil 
Məmmədquluzadə, Y. Məmmədəliyev, M. Ordubadi, H. Cavid, N. Nərimanov, B. Kəngərli və 
başqalarını göstərmək olar.  
1930-cu illərdə H. Ə. Əliyevin Naxçıvanda oxuduğu pedaqoji məktəbin binasında realist rəssam 
Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərlinin əl işlərindən ibarət sərgi-muzey yaradılmışdır ki, şəhərimizə 
gələn qonaqlar oranı ziyarət etməklə rəngkarlıq tariximizin gözəlliklərinə heyran qalırlar.  
Bundan başqa Nuh yurdu-Naxçıvan diyarında elm məbədləri olan muzeylər, sərgi salonları, teatr 
və filarmoniya fəaliyyət göstərərək incəsənətlə maraqlanan adamlara bilgilər çatdırılır. Naxçıvan 
şəhərində Dövlət Tarix muzeyi, H. Ə. Əliyev muzeyi, Ədəbiyyat muzeyi, Şəhidlərin Xatirəsi muzeyi, 
Xalça muzeyi, Açıq səma altında muzey, C. Məmmədquluzadənin, H. Cavidin, B. Kəngərlinin və 
Azərbaycanın görkəmli hərbi xadimi olmuş C. Naxçıvanıskinin ev muzeyləri fəaliyyət göstərir. Bundan 
başqa Ordubad şəhərində akademik Y. Məmmədəliyevin, yazıçı M. Ordubadinin ev muzeyləri ilə yanaşı 
bütün rayonlarda ölkəşunaslıq muzeyləri fəaliyyət göstərir. 
Babək rayonundakı Nehrəm və  Şərur rayonunun Cəlil kənd kəndlərində “Molla Nəsirəddin” 
jurnalının banisi C. Məmmədquluzadənin ev muzeyləri xalqımızın tarixi-mədəni məbədlərindəndir.  
Nuh yurdu-Naxçıvan torpağındakı ziyarətgahlara ehtiram göstərməklə yalnız Ulu Yaradana üz 
tutub şükr etməklə Ondan da nicat istəyərək Ruhumuzu zənginləşdirə bilərik.  
 
                                                                 
 
 
 
 
 
 
 
 
 
 


 
109
Ədəbiyyat 
 
1.
 
“Azərb. M. E. A-nın tarix inst. elmi məqalələri”. Bakı-1975 
2.
 
 “Azərbaycan Sovet Ensiklopediyası” (10 cilddə) VII cild, Bakı-1983 
3.
 
“Ərəb və Fars sözləri lüğəti”. Bakı-1985 
4.
 
 “Qurani-Kərim”. Bakı-2005 
5.
 
 “Mavzoleyi Naxeçevani” (rusca) Bakı-1984 
6.
 
“Mədəni-maarif” jurnalı. Bakı-2006 
7.
 
“Naxçıvan Ensiklopediyası” (2 cilddə) Naxçıvan-2005 
8.
 
“Nuh yurdu” qəzeti. № 1, 1996 
9.
 
“Sbornik svedeniy o Kafkaze” (rusca), St. Peterburq-1870 
10.
 
“Şəhriyar” qəzeti. Bakı-1997 
11.
 
 “Şərq qapısı” Naxçıvan MR vilayət qəzeti-1961, 1970-ci illər 
12.
 
 Azərb. SSR EA-nın məruzələri, XXXI cild, Bakı-1975, səh. 89 
13.
 
 C. Zeynaloğlu “Müxtəsər Azərbaycan Tarixi”. Bakı-1992 
14.
 
Ə. Əliyev “Biz əzablı günlər yaşadıq”. Bakı-1994. 
15.
 
 Ə. Salamzadə “Araz boyu abidələr”. Bakı-1979 
16.
 
 F. Kərimzadə “Xudafərin”. (tarixi trilogiya), Bakı-1982-87 
17.
 
 G. Məmmədova “Qarabəkir əfsanəsi”. Bakı-2001 
18.
 
 H. Arzulu “Qaçaq Quşdan”. Bakı-2000 
19.
 
 H. F. Səfərli “Naxçıvan ziyarətgahları”. Bakı-1998 
20.
 
 H. S. Həsənli “Əshabi-Kəhf”. Bakı-2001 
21.
 
 İ. Azimbekov “Musilmaniskiye nadpisi Naxiçevana” (rusca). Bakı-1929 
22.
 
 İ. Hacıyev “Naxçıvan və Naxçıvanlılar”. Bakı-2001 
23.
 
 K. Nikitin “Narodnıye predaniya v Nax. uezde” (rusca). Tiflis-1882 
24.
 
 Q. Həsənov “Nax. MSSR-in tarixi və arxeoloji abidələri”. Naxçıvan-1988 
25.
 
 M. F. Bağırov “Ziyarətnamə”. Bursa -1996 
26.
 
M. Nemət “Azərbaycanda pirlər”. Bakı-1992 
27.
 
 Naxçıvan MR Stat. Kom. Məl. Bül. (1999-2006) 
28.
 
 S. Babyev “Qədim diyarın təbiəti”. Bakı-1970 
29.
 
 V. Baxşəliyev “Pirlərlə bağlı miflər və inanclar.” Bakı-2006 
30.
 
 V. Əliyev “Gəmiqaya abidələri”. Bakı-1990 
31. İ.Kazımov “Naxçıvanın əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair (1828-1920-ci illər)”, 
Bakı-2007. 
 
 
 
 
 
 


Plan, xəritə və foto şəkillər. 
 
 
1)
 
Azərbaycan Respublikasının xəritəsi. 
 
 
 
2)
 
Naxçıvan MR-in siyasi-inzibati xəritəsi. 
 
 
  
 
110


 
3)
 
Kazım Qarabəkir Paşa 
 
 
 
 
 
4)
 
Türk Azadlıq ordusunun Naxçıvan mahalına gəlməsi xəritəsi. (1918-1921) 
 
 
 
 
111


 
5)
 
“Nuh Türbəsi” İmamzadə. 
 
 
 
 
6)
 
“Nuhun qəbri” (Rəssam B. Kəngərli -1918) 
 
 
 
 
 
112


7)
 
Mömünə Xatun məqbərəsi. 
 
 
 
8)
 
Yusif ibni Küseyr sərdabəsi. 
 
 
 
113


 
9)
 
Hüseyn Cavid məqbərəsi. 
 
 
 
 
10)
 
Naxçıvan Cümə məscidi (2000-ci il). 
 
 
 
114


11)
 
Zaviyə məhəllə məscidi (2000-ci il) 
 
 
 
12)
 
Kazım Qarabəkir Paşa məscidi. 
 
 
 
115


 
13)
 
Həzrəti Zəhra məscidi. 
 
 
 
 
 
14)
 
Açıq səma altında muzey. 
 
 
 
116


15)
 
Babək rayonunun xəritəsi. 
 
 
 
 
117


16)
 
Nehrəm, Səyyid Əqil məscidi. 
 
 
 
 
 
17)
 
Əshabi-Kəhf pirinin planı. 
 
 
 
 
 
 
118


18)
 
Əshabi-Kəhf piri. 
 
 
 
119


19)
 
Şahbuz rayonunun xəritəsi. 
 
 
 
 
20)
 
Xuda Vəng piri. 
 
 
 
 
120


21)
 
Şah Abbas (Fərhad evi) piri və planı. 
 
 
 
 
 
 
121


22)
 
Culfa rayonunun xəritəsi. 
 
 
 
122


23)
 
Şeyx Xorasan piri. 
 
 
 
24)
 
Gülüstan türbəsi. 
 
 
 
123


25)
 
Kəngərli rayonunun xəritəsi. 
 
 
 
 
124


26)
 
Qarabağlar, Qutixatun məqbərəsi. 
 
 
 
 
125


27)
 
Ordubad rayonunun xəritəsi. 
 
 
 
126


28)
 
Malik İbrahim piri. 
 
 
 
 
 
 
29)
 
Səyyid Səfi (Səffan) piri. 
 
 
 
127


30)
 
Gilan türbəsi (Xaraba Gilan). 
 
 
 
 
 
 
128


31)
 
Şərur rayonunun xəritəsi. 
 
 
 
129


32)
 
Parçı piri. 
 
 
 
 
33)
 
Tənənəm piri. 
 
 
 
130


34)
 
Sədərək rayonunun xəritəsi. 
 
 
35)
 
“Ağ atlı oğlan” piri. 
 
 
 
 
131


36)
 
H. Əliyevin Naxçıvandakı tunc büstü. 
 
 
 
 
37)
 
Naxçıvan, Cümə məscidi (XIX əsr). 
 
 
 
132


38)
 
Şəhidlər xiyabanı. 
 
 
 
 
39)
 
Şəhidlərin xatirə muzeyi. 
 
 
 
 
133


 
134
 
Feyruz Abdulla oğlu Bağırov 1946-ci ildə Naxçıvan şəhərində anadan 
olmuşdur.  
O, ibtidai təhsilini şəhərdəki 5№-li orta məktəbdən başlayaraq Ali 
Pedaqoji İnstitut bitirmişdir. Əmək fəaliyyətinə erkən başlayan F. Bağırov 
mədəniyyət və təhsil sahələrində çalışmışdır.  
Müəllifin ilk kitabı olan “Ziyarətnamə” 1996-cı ildə  işıq üzü 
görmüşdür.  
Həmin illərdə  təhsil sahəsində  işləyən F. Bağırov Azərbaycanın ilk 
realist rəssamı B. Kəngərlinin həyatından danışılan “Əzablı günlər” adlı 
tarixi pyesini yazaraq məktəb bədii öz fəaliyyət kollektivlərində 
səhnələşdirilmiş və Təhsil Nazirliyinin rəğbətini qazanmışdır.  
Xalq teatrları üçün nəzərdə tutulmuş  həmin pyes Azərbaycan 
Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanı olan “Mədəni-maarif” 
jurnalında dərc edilmişdir.  
Naxçıvan Muxtar Respublikasının 80 illiyinə həsr olunmuş ”Nuh yurduna ziyarət” adlı kitabda 
Naxçıvandakı tarixi və arxeoloji abidələrlə yanaşı ziyarətgahlardan, insanların inanc yerləri olan 
pirlərdən məlumat verilir.  
F. Bağırov Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi Elmi-Metodik Mərkəzində çalışaraq 
Muxtar Respublikanın  ərazilərində Turizm və  mənəviyyat sahələrini inkişaf etdirmək məqsədi ilə 
yaradıcı axtarışda olub dövrü mətbuatda tarixi-mənəvi sərvətlərimiz olan ziyarətgahların qorunub 
saxlanılmasını təbliğ etməkdədir.
 
 
 
Müəllifin Web saytı:   www.nuhyurdu.com 
E-mail ünvanı:            info@nuhyurdu.com 
 
 
 
 

Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə