Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   2   3   4   5   6   7   8   9   ...   41

 
11
Mömünə Xatun məqbərəsi 
 
XII əsrdə Naxçıvanda İraq-Səlcuq türkləri İslam dinini yayaraq, memarlıq nümunələri olan türbə 
və  məqbərələr tikdirmişlər. Həmin abidələrdən biri Naxçıvan  şəhərindəki memar Əcəmi  Əbubəkir 
oğlunun inşa etdiyi möhtəşəm Mömünə Xatun məqbərəsidir.  
   Məqbərə 1186-cı ildə Atabəy Eldəniz Şəmsəddinin oğlu Məhəmməd Cahan Pəhləvanın anası 
Mömünə Xatunun əziz xatirəsinə  gəlini Zahidə Xatun (bəzi mənbələrdə isə  oğlu Cahan Pəhləvan) 
tərəfindən tikdirilmişdir. 
“Mömün olmaqla bərabər, yaxşı işlər görən kişilər və ya qadınlar Cənnətə daxil olacaqlar. Onlara 
xurma çərdəyi qədər haqsızlıq edilməz!” (Quran, “Nisa” (4) s. a. 124.)  
Naxçıvan şəhərinin cənub–qərb hissəsində “xandiki” adlanan uca sahədə tikilmiş abidə baxanları 
heyran edir.  
Hündürlüyü 26 metrə çatan tikili on üzlü olmaqla konusvari formadadır. Yeraltı  və yerüstü 
hissədən olan binanın divarları xaricdən on güşəli, daxildən isə dairəvidir.  
Məqbərənin yerüstü hissəsi möhkəm kürsülükdə yerləşdirilərək, üz tərəfdən tuf daşlarla 
üzlənmişdir.  
On üzlü olan xarici divarlarının doqquzu bir-birindən fərqli olaraq həndəsi mürəkkəb naxışlarla 
(mavi-göyrəngli kaşı kərpiclərlə) bəzədilmişdir.  
Binanın giriş qapısı onuncu üzün divarındadır. Məqbərənin küncləri fiqurlu hörgülərlə 
bəzədilərək Qurandan sözlər yazılmışdır.  
Əllinci illərdə binada bərpa-təmir işləri aparılarkən naxışlı yazılara  əhəmiyyət verilmədiyindən 
sözlərin oxunuşu çətinləşmişdir.  
Məqbərənin daxili divarları sadə olaraq, orada dekorativ dairəvi medalyon işarəsi vardır. Həmin 
işarələr indiyənədək mütəxəssislər tərəfindən öyrənilməmişdir.  
Məqbərənin yeraltı hissəsi sərdabə tiplidir. Bura on güşəli mərkəzdən başlayaraq aşağıya tərəf 
daralan sütundan ibarətdir. Həmin sütun binanın yerüstü sahəsinin döşəməsini və ağırlıq daşıyıcı taraz 
rolunu oynayır.  
Mömünə Xatun məqbərəsi dövrümüzədək qalsa da istər mərhumə və istərsə də böyük Əcəminin 
məzarları haqqında dəqiq tarixi məlumat əldə olunmamışdır.  
Yaşlı  nəslin adamları söyləyirlər ki, məqbərəninin birinci yeraltı  mərtəbəsində yerdə  məzar və 
yazılı daş kitabələr olmuşdur. Lakin bərpaçı inşaatçılar erməni millətindən olduğundan oradakı məzar 
yeri sökülməklə yazılı kitabələr aparılmışdır.  
Həmin illərdə qəbir üstü yazılı daş kitabələrin üzünün köçürülməsi işləri Naxçıvan mətbəəsinin 
foto-sinkoqrafı Aşot Markaryana həvalə olunmuşdur. . .   
Bütün bunlara baxmayaraq Mömünə Xatun məqbərəsi xalqımızın ziyarət yerlərindən olmaqla 
dünya mədəniyyətinin incilərindən sayılır.  
Haliyyədə məqbərə şəhərdəki Açıq səma altındakı muzeyin ərazisindədir.  
 
“Pərdə arxasında nə var görəcək, 
Elmisiz yəqinə qəlb haçan çatar!? 
Candan elm tələb et, bədəndən əməl, 
Bu yolda verəcək iman sənə əl.” (Marağalı Əhvədinin (1274-1338) şeiri ixtisarladır). 


 
12
Yusif ibn Küseyir məqbərəsi 
 
Qoca  Şərqin qapısı sayılan Naxçıvan  şəhərində böyük Əcəmi  Əbubəkr (1120-1196) oğlunun 
tikdirdiyi tarixi bina mərhumYusif Küseyir oğlunun xatirəsinə inşa olunmuşdur.  
Dövrünün nüfuzlu şəxsiyyətlərindən olmuş  və Yusif Küseyr oğlu haqqındakı  məlumatı yalnız 
məqbərə üzərindəki yazılı epiqrafdan öyrənilmişdir.  
Məqbərənin giriş qapısında qədim kufi xətti ilə ərəbcə yazılmış sözlərin mənası belədir; “Əməli 
Əcəmi  İbn  Əbubəkr  əlbənan,  ən Naxçıvani. ” (Bu binanı naxçıvanlı memar (bənna)  Əcəmi  Əbubəkr 
oğlu tikmişdir).  
Məqbərə bişmiş  kərpiclə hörülərək, səkkiz üzlü və pramida şəkilli örtükdən ibarətdir. 
Hündürlüyü 7 metr olan binanın əsas iki, yeraltı və yerüstü hissələri vardır.  
Məqbərədəki yazıdan belə məlum olur ki, miladi tarixi ilə 1162-ci ildə dünyasını dəyişmiş kübar 
cəmiyyətdən olmuş mərhum Yusif Küseyir oğlunun məzarüstü məqbərəsidir.  
Yaxşı olardı ki, tədqiqatçılar mərhumun hansı nəsildən və şəxsiyyətin olmasını araşdırılardı.  
Mərhum Akademik Z. Bünyadov yazmışdır ki, Əcəmi hicri tarixi ilə 557-ci ildə Şeyx Yusif İbn 
Qasirin (İbn Qüseyyirin)? məzarüstü məqbərəsi, Nuh Yurdu Naxçıvan şəhərində tikmişlər (“Şəhriyar” 
qəzeti, 1997-ci il №14. səh. 3). 
Məqbərənin içərisində döşəmədə  səkkiz güşəli dəlik qoyulmuşdur ki, hava hərəkəti olsun. 
Məqbərənin aşağı hissədə yerdə heç bir məzar yeri ilə yazılı kitabə yoxdur. Məhəllənin yaşlı adamları 
söyləyirlər ki, həmin yerdə məzar üstü böyük yazılı kitabə olmuşdur. Binanın ətrafında isə məhəllədə 
yaşayan bağdadı müşteyid  Əbu  Əsədullah Mirağa sülaləsindən olan, üzərində  ərəbcə yazılı  qəbrlər 
olmuşdur. Məqbərədəki yazılı daş  əllinci illərdə götürülmüş,  ətraf qəbrlərin yerində isə  şəxsi evlər 
tikilmişdir.  
Yusif Küseyr oğlunun xatirəsinə tikilmiş  məqbərə son illərdə Naxçıvan MR Ali Məclisi 
rəhbərliyinin təşəbbüsü ilə bərpa olunmuş, ətrafı abadlaşdırılaraq xalqa çatdırılmışdır.  
Məqbərə xalqımızın mənəvi tarixi ziyarətgahı olmaqla, memarlıq abidəsi kimi Naxçıvan MR 
Mədəniyyət və Turizm Nazirliyində qeydə alınaraq qorunmaqdadır.  
 
“Yəmən soltanının baxdım qəbrinə, 
Bir kəfən çıxarıb o, verdi mənə. 
Dedi ki, gülmə sən səxavətimə, 
Dünyadan köçərkən, bu çatıb mənə.”  
 
(Nizami Gəncəvinin (1141-1209) şeiri ixtisarladır). 
 
 
 
 


 
13
H. Cavid məqbərəsi 
 
“. . . Ən çox sevdiyin ilkin? 
O Allah ki, yeri, göyü, İnsanları xəlq eylər! 
Sonra kimlər? 
Sonra onun göndərdiyi elçilər... “ 
Həmin sətirlərin müəllifi Azərbaycan xalqının unudulmaz şairi, Hüseyn Cavid Rəsizadə 
olmuşdur.  
 H. Cavid 1882-ci ildə Naxçıvan  şəhərində doğulmuş,  şəhərdəki mədrəsədə daha sonra isə 
Məmmədtağı Sidqinin dərs dediyi natamam məktəbdə oxumuş, Təbriz şəhərində isə orta təhsilini başa 
çatdırmışdır.  
Gənc Cavid İstanbul darülfununda azad dinləyici kimi filologiya elimlərindən bilik qazanmış və 
sonra Naxçıvana qayıtmışdır. Ailəsi ilə birlikdə Bakıya köçən Cavid, indiki Dövlət Universitetində 
müəllimlik etmişdir.  
Bakıdakı ictimai dövr Cavidin bəxtinə “qara ləkə” gətirdi “Pantürkist islamçı” adı ilə tutulub 
soyuq Sibirə sürgün edilmişdir.  
Allahın varlığına inanan Cavid vətənini, millətini və dinini hər şeydən əziz tutmuşdur.  
Tale onu əvvəl Maqadandakı  əmək-islah düşərgəsinə, daha sonra isə  İrkutskdəki siyasi əmək-
islah düşərgəsinə aparmışdır.  
Cavid Sibirdə siyasi dustaq kimi günün on saatını ağır işlərdə işləmiş, əlinə kağız-qələm düşən 
kimi yaradıcılıqla məşğul olurdu.  
Siyasi dustaqlarla onunla olan həmyerlisi Nehrəmli Abbasqulu ustanın dediyinə görə, Cavid 
gecələr zəif işıqda əlinə keçən kağız (qəzet) parçalarına şerlər yazar və gödəkçəsinin pambıq sırıqlarında 
gizlədərdi. Bir dəfə ondan soruşdum ki, yazdıqların nədir? O, isə  şüşəsi sınmış eynəyinin altından 
gülümsəyərək, “Kəndim haqqında poemadır” demişdir.  
Xəstə şair 1941-ci ilin soyuq qışında qürbətdə əbədiyyətə qovuşmuşdur. 
Qədirbilən xalqımız Cavidin şəxsiyyətini uca tutdu. Onun 100 illiyi ərəfəsində Azərbaycan 
xalqının Qəhrəman oğlu H. Ə.  Əliyevin təşəbbüsü ilə 1982-ci ildə  İrkutsk vilayətinin Tayşet rayonu 
Şevçenko kəndindəki 59№-li məzardan sökülərək cəsəd qalıqları Naxçıvana gətirilmişdir.  
1982-ci ilin 3 noyabr tarixində H. Cavidin cənazəsi qoyulmuş tabut Naxçıvanda torpağa 
basdırılmışdır. Şairin cənazə namazına minlərlə naxçıvanlı dayanmış, ruhuna dualar oxumuşlar. 
Elə  həmin ildən Naxçıvan və Bakı  şəhərində  şairin  əvvəllər yaşadığı evlər xatirə muzeylərinə 
çevrilmişdir. Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərovun və  Mədəniyyət naziri 
Rəşid Qazıbəyovun təşəbbüsləri ilə müəllif, Naxçıvanda çəkdiyi 500-dən artıq xronikal-sənədli foto 
şəkil dəstini neqativləri ilə bərabər hər iki muzeyə bağışlamışdır.  
Cavid sevər naxçıvanlılar böyük Cavidin məzarı üzərində məqbərə tikilməsini arzulamışlar.  
1996-cı ildə Azərbaycan Respublikasının prezidenti, möhtərəm H. Ə.  Əliyev cənablarının 
təşəbbüsü ilə (şairin yeganə övladı Turan xanımın xahişi ilə) Cavidin həyat yoldaşı Müşkinaz xanımın 
Bakıdan və oğlu Ərtoğrulun Naxçıvan qəbrstanlığından sümük qalıqları çıxarılaraq mərhumun yanında 
dəfn etmişlər.  
Türkiyənin “Star” şirkətinin inşaatçıları hər üç məzarların üstündə məqbərə tikmiş və 1996-cı ilin 
30 oktyabr tarixində başa çatdırmışlar.  
Əsasən iki mərtəbədən ibarət olan məqbərənin yer altı hissəsində  məzarlar yerləşdirilərək yer 
üstü hissəsində isə çoxüzlü konusvari bina ucaldılmışdır.  
Yuxarı hissəsinin içərisində Cavidin mərmərdən yonulmuş heykəli ilə  aşağıya baxmaq üçün 
şüşəli vitrin quraşdırılmışdır.  
Məqbərənin ümumi hündürlüyü 10 metr olaraq özüllə divarları dəmir-betondan tökülmüş və ağ 
mərmərlə də üzlənmişdir.  
Məqbərənin ön qapısı üst hissəyə, arxadakı qapıdan isə aşağıya girmək üçündür.  
Ön qapısı ilə yan üzlərdəki pəncərələr çəhrayı şüşələrlə vitraj olunmuşlar.  
Məqbərənin qarşısındakı meydanda yazılı daş qoyularaq üzərində “29 oktyabr 1996-cı il tarixdə 
böyük H. Cavidin məqbərəsi, H. Əliyevin şəxsi təşəbbüsü ilə tikilmişdir ” sözləri yazılmışdır.  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə