Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   2   3   4   5   6   7   8   9   ...   41

 
14
Məqbərənin ön qapısı üstündə iri hərflərlə “Hüseyn Cavid”, arxa qapının üstündə isə “memar 
Rasim Əliyev, heykəltaraş Ömər Eldarov” söləri həkk olunmuşdur.  
2004-cü ilin payızında Bakı  şəhərində böyük dramaturq və  şair Hüseyn Cavidin yadigarı  qızı 
Turan xanım vəfat etmişdir.  
Azərbaycan Respublikasının prezidenti cənab  İ.  Əliyevin təşəbbüsü ilə  mərhumənin cənazəsini 
Naxçıvana gətirilərək məqbərədə dəfn etmişlər.  
H. Cavidin Naxçıvandakı ev muzeyinə tez-tez ziyarətçilər gələrək şairin keçdiyi həyat yolu ilə 
tanış olub,yaxındakı  məqbərədə  dəfn olunmuş  məzarları ziyarət edirlər. Gənc evlənənlər böyük şairin 
ailə üzvlərinin məzarlarına gül dəstələri qoyaraq Allahdan rəhmət duaları oxuyurlar.  
H. Cavidin Naxçıvandakı məqbərəsi xalqımızın mənəvi ziyarətgahlarındandır.  
H. Cavidin məzarüstü məqbərəsi yaxınlığında 1982-ci ildən fəaliyyəy göstərən ev-muzeyi vardır. 
Muzeydə şaririn şəxsi əşyalası, əlyazmaları və tarixi fotoşəkillər saxlanılır. 
 “Həqiqətən, Allah iman gətirib yaxşı  işlər görənləri (ağaçları) altından çaylar axan cənnətlərə 
daxil edər. Allah istədiyini edər...” (Quran, “Həcc” (22) s. a. 14.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
15
Cümə məscidi 
 
Naxçıvan şəhərindəki Cümə məscidi 1911-ci ildə tikilərək bir neçə dəfə təmir olunmuşdur.  
Məscidin minarəsi ilə əsas binası bişmiş kərpiclə hörülərək üzlənmişdir. 15 metr ucalığında olan 
minarəyə məscidin içərisindən dairəvi pillələrlə qalxırlar.  
İyirminci illərdə Rus Şura höküməti Naxçıvanda yarananda əsgərlər tərəfindən bir neçə məhəllə 
məscidlərin bişmiş  kərpicləri sökülüb aparılmışdır. Cümə  məscidinə  də top atəşi ilə  zərbə vurularaq 
minarənin orta divarı  hər iki tərəfdən deşilmişdir. Həmin illərin yaddaşını naxçıvanlı realist rəssam 
Bəhruz Kəngərli tablolarında təsvir etmişdir. 2004-cü ilin payızından Naxçıvandakı Cümə  məscidi 
Naxçvan Mədəniyyət və Turizm Nazirliyinin Memarlıq abidələrinin bərpa idarəsi tərəfindən sökülərək 
yenidən bərpa işləri aparılır. Məscidin qərb tərəfdəki divarının sökülməsinə  səbəb, qarşıdan keçən 
avtomobil yolunun genişləndirilməsi və  qərb divarındakı giriş qapısı  ləğv olunaraq şimal tərəfdən 
qoyulmasındadır. Haliyyədə  bərpaçı inşaatçılar məscidin həyətini abadlaşdıraraq, təhlükəli vəziyyətdə 
olan divarların özüllərini betonla möhkəmləndirirlər. Bərpaçılar Cümə məscidində yenidən qurma inşaat 
işləri apararaq tezliklə möminlərin ixtiyarına verməyi söz vermişlər.  
 
Əvvəllər Naxçıvan Cümə məscidində son bərpa işlərindən əvvəl giriş qapısının üstündə 60x120 
sm. ölçüsündə divarda hörülmüş daş kitabə olmuşdur. Kitabənin hərfləri  əski  əlifbasında olaraq 
Azərbaycan türkcəsində mətni aşağıdakı kimi yazılmışdır; 
- “Allaha və axirıt gününə inananlar, Allahın məscidlərini təmir edirlər (Quran “Tövbə” (9) 
surəsi, ayə 18. 9/18 (Ramazan ayının 18-i nəzərdə tutulmuşdur) xilqətin  əvvəlindən axırına qədər 
bəxşişkar Allaha sitayiş, sonra rəfrəfə səvar olan və peyğəmbərlərin axırıncısı Məhəmmədə salavat və 
salam olsun. Onun fasiləsiz vəsisi olan Heydər ləqəbli  Əlini çağır,  Əlini axtar. Onun zövcəsi və 11 
övladı həqiqətdə yaranmışların ən yaxşısıdır.  
- Bu Cəfəriyyə məscidi (Şiə müsəlmanlarının 6-cı imamı Cəfər-Sadiq nəzərdə tutularaq və Cəfəri 
məzhəbinə  işarə olunur). 1311-ci ildə bina edildi. Çay yuxarısında iki dükan qoydum, birini məsrəf 
etməkdən ötrü, digərini də, mücavirlərdən ötrü (Burada şəhərə gəlmiş müsafirlər nəzərdə tutulurlar).    
Mənim Allahım! Məhəmmədin və əhli beytin xatirinə bu kiçik bəxşişimi qəbul et. Məndən sonra 
məscidin memarını axtar. Sonar səkkizinci imamdan sonra adla adlanır.  
Mərhum naxçıvanlı Hacı Novruzun oğlu Xeyrulla, cənab Hacı Məhəmməd Cəfər ağanın səyi ilə 
Rəcəb ayı 1311-ci ildə tamamlanır.  
Onu yazan Məhəmməd Təqi, həkk etdi Məhəmməd Saleh, hər ikisi Təbrizlidirlər. ” 
Yazıdan məlum olduğu kimi Cümə  Məscidini, Naxçıvanın qazisi Hacı  Məhəmməd Cəfərin 
təşəbbüsü ilə Təbrizli Məhəmməd Tağı adlı xeyriyyəçilər tərəfindən tikdirilmişdir.  
Məscidin bənnası (memarı) da təbrizli nəqqaş Məhəmməd Saleh adlı usta olmuşdur.  
Məsciddə son bərpa işlərinə başlananda binanın yan divarları yenidən üzlənmiş, kümbəzlə yan 
(giriş) qapıları sökülmüş və daş kitabə də yerinədən götürülmüşdür.  
Naxçıvan Cümə məscidində eyni vaxtda 500-dən artıq adam ibadət edə bilirdi.  
İki mərtəbəli məscidin cənub divarında mehrabı, yan divarında isə daxili eyvanları olmuşdur.  
Məscidin içərisində kümbəzdən böyük elektrik çilçırağı asılmış, yan divarlarında isə yağlı boya 
ilə Məkkə və Mədinədəki ziyarətgahların tabloları çəkilmişdir.  
“Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!” 
(Quran, “Yunus” (10) s. a. 44.)  
 
 
 


 
16
Zaviyə məscidi 
 
Naxçıvan şəhərindəki şəhid A. Tarverdiyev küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi yerdə Avropa 
memarlıq üslubunda məscid binası vardır. Zaviyə  məscidi adlandırılan bina XVIII əsrdə  (Həsənov 
“Naxçıvan MSSR-in tarixi və arxeoloji abidələri”. Naxçıvan-1988. səh. 3) avropalı xeyriyyəçilər 
tərəfindən inşa olunmuşdur. Zaviyə  əski söz olaraq künc, bucaq deməkdir. Məscid binası bişmiş 
kərpiclə tikilib bir minarəli, səkkizbucaqlı mürəkkəb konfiqurasiyalıdır. Binanın  şimal divarında bir 
pəncərəsi, pilləkənli giriş qapısı  və bürcü vardır. Minarə bürcünün forması orta əsrlərin avropasayağı 
qala bürclərinə oxşayır. Məscidin cənub divarında sonradan hörülmüş ensiz pəncərə yerləri qalmışdır. 
Cənub-qərb tərəfdəki divar bütöv hörülmüşdür. Binanın qərb tərəfdən ikitağlı giriş qapısı  və bir 
pəncərəsi vardır. Giriş qapısı eyvanlıdır, sağ  tərəfdə isə üç ədəd uzunsov pəncərələri olaraq şüşələri 
rəngli mozaika ilə  bəzədilmişdir. Məscidin  şərq tərəfdəki divarı mürəkkəb formalı olaraq qapı yerləri 
hörülmüşdür.Məscid binası əsasən iki mərtəbəlidir. Onu yalnız şimal tərəfdən görmək mümkündür.  
Səksəninci ildə bina əsaslı  təmir bərpa olunmuş  pəncərələrini xarrat E. Rüstəmoğlu qoz 
ağacından yonub hazırlamışdır.  
Naxçıvandakı Zaviyyə məscidinin fəaliyyəti 1924-cü ilədək olmuş, şəhərdəki Rus Şura höküməti 
gələndən sonra burada təmir işləri aparılaraq yenidən qurma nəticəsinda içəridə tamaşa zalı olan kiçik 
səhnə düzəldilmiş, 12 metrlik minarəsi isə yarıyadək sökülmüşdür.  
Bundan sonra binada gündüzlər iclaslar keçirilər, axşamlarsa müsamirə tamaşaları yaradılardı.  
1936-cı ildən Naxçıvanda zona kino-foto idarəsi yaradıldığından (Naxçıvan zona kino-foto 
idarəsi” (indiki Firdovsi küç. ev №24). 1959-cu ildən “Naxçıvan kino-prokatı idarəsi” olmuş və Qala 
məhəlləsindəki sərhədçilərin köhnə tövlə binasına köçürülmüşdür. Haliyyədə  həmin binada Naxçıvan 
MR Dövlət Film Fondu”nun arxivi yerləşmişdir))  məscid binasında axşamlar kino tamaşaları 
göstərilərdi. Tamaşalar səssiz olduğundan ağ parçadan tikilmiş ekran qarşısında qoyulmuş qramafon 
valları çaldırılardı.  
1954-cü ildə yeni tikilmiş 205 tamaşaçı zalı olan kinoteatr binasında səsli filimlər göstərilməsi 
nəticəsində əvvəlki məscid binasına E. Telman adı verməklə pionerlər klubuna çevrilmişdir. 
1982-ci ildə pionerlərə yeni məktəblilər sarayı tikildiyindən, məscid binası təmir edilərək orada 
H. Cavid-poeziya teatrı yaradılmışdır.  
İlk günlərdən teatr tamaşaçılara həsrət olduğundan fəaliyyətini dayandırmalı olmuşdur.  
1991-ci ildə Sovet dövləti dağıldıqdan sonra Zaviyə məscidi yenidən qaplarını möminlərin üzünə 
açır. Burada xeyriyyəçi Hacı Sahib Əli oğlu tərəfindən “Xeyriyyə  cəmiyyəti” yaradılır. Həmin 
cəmiyyətin fəaliyyətində qüsurlar olmş, 1996-cı il tarixindən məscid yenidən bağlanmışdır.  
Haliyədə Zaviyə məscidi Orta əsr memarlıq abidəsi kimi yenidən təmir-bərpa olunmaqdadır. 
“(Ya Rəsulun!) Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma!” 
“Hər kəsin üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı  işlər görməkdə bir-birinizi 
ötməyə çalışın...!” (Quran, “Bəqərə” (2) s. a. 147, 448.) 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə