Məşhədi Feyruz Bağırlı


Kazım Qarabəkir Paşa məscidi



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   2   3   4   5   6   7   8   9   10   ...   41

 
17
Kazım Qarabəkir Paşa məscidi 
 
Həmin məscid binası XVI əsr türk memarı S. Osmanın tikdirdiyi üslubunda Türkiyənin Dəyanət 
İşləri Başkanlığının sifarişi ilə inşa edilmişdir.  
1995-ci ilin 20 sentyabr tarixində tikintisinə başlanan binanın xərclərini Belcikalı türklərin vəsaiti 
ilə ödənilmişdir.  
Məscidin memarı Çingiz Seçkin, layihə mühəndisi isə Həmid Turac olmuşlar.  
Qoşaminarəli məscid binasının giriş qapısı (portal) şimal tərəfdəndir. Bina üç mərtəbəli 
qurularaq, özülü, divarları, kümbəzlə minarələri dəmir betondan tökülmüşdür. Divarlara xaricdən 
Qaradağ mişar daşından üzlük pilitələri hörülmüşdür.  
Məscid binasının sahəsi 550, həyəti ilə birlikdə 13.min kvadrat metrdir. Minarələrin hündürlüyü 
38, əsas kümbəz 19, yanlarındakı kümbəzlər isə 4 metr ucalığındadır.  
Binanın birinci mərtəbəsində böyük dəhlizlə yardımçı otaqlar, ikinci mərtəbəsində isə kişilərin 
ibadət salonu, cənub divarda da mehrab vardır.  
Mehrabın ətrafında mərmər üzərində ərəbcə Quranın “Bəqərə” surəsindən “Ayətəl-kürsü” ayələri 
həkk edilmişdir.  
Məscidin üçüncü mərtəbəsinə minarələrdən pillələrlə yol geədərək yan divarlardakı eyvanı 
xatırladan qadınların ibadəti üçündür.  
Məscidin pəncərələri rəngli  şüşələrlə vitraj işlənmiş, daxili divarlar naxışlarla bəzədilərək, 
minarə ilə künbəzlərin üst örtüklərinə qurğuşun təbəqəsi çəkilmişdir. Məsciddə eyni vaxtda 1000 
nəfərin ibadəti nəzərdə tutulmuşdur. Salonun içərisində kümbəzdən çilçıraq asılmış, əzan vermək üçün 
müasir avadanlılar quraşdırılmışdır. Məscidin həyətində layihəyə görə 300 nəfərlik mədrəsə ilə 200 
nəfərlik ümumi yataqxana tikilməsi nəzərdə tutulsada inşaat işləri dayandırılmışdır.  
Məscidin giriş qapısı üstündə divarda ərəb və türkcə aşağıdakı sözlər yazılmışdır; 
“Kazım Karabekir Paşa Camii” Naxçıvan halkına kardeşlik hediyyesi olarak Belçikada yaşayan 
türklerin katkılarıyla türkiye diyanet vakfı tarafından Çintaş A. S-yaptırılmışdır. 1997” 
Bundan başqa məscidin sağ divarında türk və azəri ləhcəsi ilə aşağıdakı sözlər də  yazılmışdır; 
“Kazım Karabəkir (1882-1948). Mustafa Kamal Atatürkün yaxın silahdaşı olan böyük Türk 
sərkərdəsi və dövlət xadimi Birinci Dünya müharibəsi və Milli Mücadilə dövründə Şərqi Anadolunun 
Rus və Erməni işğalından xilas elədi və  “Şərq Fatihi” adını qazandı  (G. Məmmədova “Qarabəkir 
əfsanəsi” (sənədli roman) Bakı “Zaman” nəşri. 2001. 488 səh.)
Türk istiqlal hərbinin çox əhəmiyyətli dönüş nöqtəsi olan Ərzurum konqresinin keçirilməsində 
tarixi bir rol oynamışdır. Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilərək Məclisə  sədrlik 
etmişdir. Tarix və maarif sahələrində bir çox əsərlərin müəllifidir. ” 
Naxçıvanda tikilən məscidə görkəmli türk sərkərdəsi və ictimai xadimi olmuş, 1918-21-ci illərdə 
Naxçıvan diyarını erməni quldurlarından təmizləyən Kazım Qarabəkir Paşanın adı verilmişdir.  
1999-cu il 13 oktyabr tarixində məscid qaplarını həmişəlik olaraq naxçıvanlı dindarların üzünə 
açmışdır. Açılış  mərasimində Azərbaycan Respublikasının prezidenti H. Ə.  Əliyev, Türkiyə 
Cumhuriyyətinin Dəyanət işləri başkanı  Mehmed  Nuri  Yılmaz və Kazım Qarabəkirin qızı Timsal 
Qarabəkir xanım da iştirak etmişlər.  
Məscidin açılışı  mərasimini türkiyənin “Samanyolu” (STV) teleşirkəti tərəfindən tamaşaçılara 
yayımlanmışdır.  
Məscidin ilk axundu Abdulhəmid Övləc Əfəndi olmuşdur. Bayram və Cümə günlərində məscid 
daha izdihamlı olur. 
“Ey iman gətirənlər! Səbir və dua ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir.” (Quran, 
“Bəqərə” (2) s. a. 153.)  
 


 
18
Həzrəti Zəhra məscidi 
 
Məscidin təməlini 1992-ci ilin “Qurban bayramı” günündə, Sarbanlar məhəlləsindəki mərhum 
Miriş Ağanın həyətində, İranın Urmiyəli inşaatçıları tərəfindən qoymuşlar. . .  
XVIII  əsrin axırlarında müqəddəs  Əshabi-Kəhf mağarasını ziyarətə  gəlmiş  İraqlı  zəvvarlar 
arasında Miriş Ağa adlı mömin şəxs (onun ismi Əl Miriş İbn Əbdüllah olmuşdur) Naxçıvan şəhərində 
ailə qurub yaşamışdır.  
1898-ci ilin tarixində Miriş Ağanın ailəsində Cəfər adlı bir uşaq anadan yetim doğulur. Körpənin 
qayğısı ilə  əvvəlcə xalası sonradan dayısı  məşğul olaraq onu şəhərdəki ruhani mədrəsəsində 
tərbiyələndirmişlər.Cəfər 5 yaşına çatanda atası da dünyadan köçməklə valideyinlərindən yetim 
qalmışdır.  
Quranı avazla oxuyan Cəfəri, dayısı şəhərdəki rus-tatar məktəbinə qoymuş və burada ibtidai sinfi 
bitirməklə onu Təbrizdəki yeddisiniflik məktəbdə oxutdurmuşdur.  
Təbrizdəki məktəbi bitirən Cəfəri dayısı Naxçıvana gətirərək Mirişli soyadı ilə “Zikr” məktəbinə 
qəbul etdirmişdir.  
1918-ci ildə  şəhərdəki mədrəsədə müəllim işləyən, Cəfəri 20 yaşında gənc ikən dövlət işinə 
gətirirlər. Həmin illərdə Naxçıvanda yaradılmış Araz (Türk) Respublikasının Dövlət Baş Nazirliyinin 
maarif və mənəviyyat şöbəsinin müvəkkili olmuşdur.  
Cəfər ağa Mirişli pedaqoji və dövlət məmurluğunu işləməklə cümə günlərində  də, məsciddə 
xütbə oxuyaraq oradakı  tələbə yataqxanasında rayon və  kəndlərdən gəlmiş  tələbələrə  tərbiyyəçilik 
etmişdir.  
Böyük İnsan, mömin pedaqoq, dövlət xadimi olmuş Mir Cəfər Mirişli 1979-cu ildə 81 yaşında 
dünyadan köçmüşdür. Haliyyədə onun ailəsindən oğlanları Akif atasının peşəsini davam etdirən 
müəllim, Adil isə sağlamlığın keşiyində duraraq həkim işləyirlər.  
Altmışıncı illərdə Naxçıvan şəhərində köhnədən qalma yaraşıqsız evləri sökərək yerində ictimai 
binalar tikirdilər.  
1962-ci ilin 29 noyabr tarixində Mir Cəfər müəllimin ata evinin söküntüsünə başlayırlar.  
Burada bir neçə möcüzəvi hallar baş vermişdir;Söküntü aparan buldozerin sürücüsü maşınında 
keçindiyindən işləri yarımçıq qoymuşlar.  
1977-ci ilin əvvələrində  həmin yerdə yenidən tikinti işlərinə başlamışlar. Ekskavatorun çalovu 
böyük qaya parçasına ilişməklə polad məftilləri qırılmışdır. Hadisədən sonra işlər yenə  də yarımçıq 
qalmış, on il keçəndən sonra burada “Səadət sarayı” binasını tikmək istəmişlər. İşin təməlini qoyarkən 
yeraltı təkan olmuş, qorxudan bir neçə fəhlə ruhi sarsıntı keçirməklə şikəst olmuşlar.  
1992-ci ilin Qurban bayramı günündə yarımçıq qalmış tikinti meydançasında-mərhum Miriş 
Ağanın ocağında Naxçıvan MR Ali Məclisinin sədri cənab H. Əliyevin iştirakı ilə  məscid binasının 
özülü qoyulmuşdur.  
Ümumi sahəsi 1400 kvadrat metr olan məscid binası iki mərtəbəli və qoşa minarəli tikilmişdir. 
Minarələrin hündürlüyü 31 metr bişmiş kərpiclə hörülərək üstü minalı kaşılarla üzlənmişdir.  
Məscidin üzü şimal səmtinə olmaqla birinci mərtəbədə yardımçı otaqlar, ikinci mərtəbədə isə kişi 
və qadınların ibadət salonu tikilmişdir. Geniş salonunun ortasından qara pərdə kümbəzin içərisindən isə 
böyük elektrik çilçırağı asılmışdır.  
Məscidin portal darvazasında yuxarıdan  ərəb və azəricə “Həzrəti Zəhra məscidi” sözləri 
yazılmışdır. Binanın kümbəzi ilə yan divarlarında Qurandan sözlər yazılaraq bəzədilmişdir. Kümbəzdə 
ərəbcə “Allahu Əkibər” (Allah təkdir) sözləri yazılmış, həyətdəki hovuzlarda əlvan balıqlar saxlanılır, 
həyətyanı sahədə isə dekorativ bəzək kolları əkilib.  
Məscidin həyətində qaya parçası üzərində latın qrafikası ilə yazılı lövhə vardır. Qaya üzərindəki 
yazı belədir; “Heydər məscidi”. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlərkən möhtərəm 
Heydər  Əliyev və  İran  İslam Respublikasının Bonyade Mostezəfan və Cambazane Enqelabe Eslame 
fondunun prezidenti, ağaye Möhsen Rəfiqdust tərəfindən imzalanmış protokola əsasən Ayətulla 
Xamneyi Həzrətlərinin və zati-aliləri Heydər Əliyevin himayəsi ilə tikilmişdir. ” 
1999-cu ilin 10 noyabr tarixində  məscid öz qaplarını Naxçıvanlı möminlərin üzünə açmışdır. 
Mərasimdə Azərbaycan prezidenti H. Əliyev,  İranın din işləri müvəkkilləri və Naxçıvandakı  İran 
konsulu Turi cənabları da iştirak etmişlər. Məscidin açılışnda adamlara Quran kitablarını  hədiyyə 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə