Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

 
19
vermişlər. Məscid binası müasir kommunikasiya və istilik sistemi ilə təmin olunmuş, eyni vaxtda burada 
1000 nəfərdən artıq adam ibadət edə bilər. 
2005-ci ildə məscidin künbəzində təmir işləri aparılaraq qurğuşun lövhələrlə örtülmüşdür.   
“Allahın doğru yola saldığı kimsəni də, heç kəs yoldan çıxarda bilməz. Məgər Allah yenilməz 
qüvvət sahibi, intiqam sahibi deyilmi?!” (Quran, “Zümər” (39) s. a. 37.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
20
Pirqəmiş məhəllə məscidi 
 
Naxçıvan şəhərindəki Pirqəmiş məscidinin yaranması tarixi VIII əsrə aid edilir.  
Belə deyirlər ki, Naxçıvanda İsalm dinindən öncə İraq əcəmi vilayətələrindən bir nəfər qələndər 
(tərki dünya) gələrək, indiki məscid yerində özünə daxma tikmiş və tənha ömür sürmüşdür.  
Qələndər öldükdən sonra, adamlar mərhumun cənazəsini adət üzrə daxmasında böyük saxsı 
küpədə  dəfn etmişlər. (İslamdan öncə  İnsan cəsədləri adətən Zərdüşt qanunlarına görə, günahkarlar 
yandırılar, günahsızlar isə böyük küplərdə torpağa basdırılarmış. ) 
Baxımsız qalan daxma uçub-tökülür, yeraltı sular ətrafda sıx qəmişlik bitirir.  
Atəşpərəst  əhali, bayram günlərində bivaris qələndərin (daxması) “məzarı” yanında tonqal 
qalayaraq (Avesta” kitabındakı atəşbazlıq, Zərdüşt dinin əsasını  təşkil edirdi. Həmin dinin bir neçə 
təriqət formaları Hindistanda qalmaqdadır) oranı ziyarətgaha çevirmişlər.  
Zaman keçir, qələndərin adı unudulur, yalnız xalqın yaddaşında ziyarət yeri kimi “pirqəmiş” 
olaraq qalmışdır.  
IX əsrdə Naxçıvan torpaqlarını Ərəb xilafəti ələ keçirmişdir. Onlar Azərbaycanda yeni yaranmış 
İslam dinini təbliğ etməklə atəşpərəstliyi qadağan etmişlər.  
Ərəb xilafətinin başçıları atəşpərəst “kafərləri” diri-diri qala divarlarına hördürərək, qadınlarla 
uşaqları isə sürgün edib Bağdada aparmışlar (İraqda yaşayan Kərküklər, Azərbaycandan sürgün 
olunmuşların ulu sülaləsidir). Haqsızlığı görən xalq kütlələri,  ərəb işğalçılarına qarşı üsyanlara 
qalxırlar. Babək Xürrəminin qaldırdığı al rəngli azadlıq bayrağı (sancağı) ilə, Qafqazdakı tayfalar 
birləşərək,  ərəb yadellilərinə qarşı vuruşmuşlar. On ilə yaxın Bəzz qalasını qoruyub saxlayan Babək 
xain sərkərdələri tərəfindən təklənərək erməni Səhl Sumbatyanın əli ilə tutularaq edam etdirilmişdir.  
Atəşpərəst nəşəvililər haqsızlıqları görərək Azərbaycanı qarət edən “müsəlmanlara” qarşı 
çıxırlar. Xalqın qəzəbindən qorxan ərəblər əskidən qalma atəşpərəst məbədlərini uçurmayaraq güzəştə 
getmişlər. Zərdüştçü atəşpərəstlərdən ağır vergilər almaqla onların mənəviyyatlarına toxunulmur. 
Həmin məbədlərdən bir neçəsi Muxtar Respublikamızın kəndlərində (Kükü, Badamlı, Gal və s.) 
dövrümüzədək qalmışdır.  
Bununla belə iri yaşayış yerlərində ərəblər tərəfindən məscidlər tikilmiş, Naxçıvanda İslam dini 
təbliğ edilərək, Quran təlimləri keçirilmişdir.  
Ərəblər yerlərdə  İraqlı müsəlmanlardan  İslam təlimçiləri təyin edərək, xalq arasında onları 
səyyid (toxunulmaz şəxslər) adlandırmışlar. Səyyidlərin adlarına “şeyx” sözünü də  əlavə etməklə 
hüquqi fitvaları (hökümləri) onlara həvalə etmişlər. . .  
 Naxçıvandakı Pirqəmiş məscidi ərəblər tərəfindən tikilmiş ilk tarixi ziyarətgahdır. Ərəb əmirləri, 
zavallı qələndərin məzarı yanında (Məzar əllinci ilədək məscidin həyətindəki tut ağacının yanında idi.) 
məscid binası qurmuşlar. Həmin dövrlərdə  məscid gil kərpiclə hörülərək zaman-zaman bərpa 
olunmuşdur. Həmin bina düzbucaqlı  şəkildə tikilərək hündürlüyü 5, eni 20 və uzunluğu 30 metr 
ölçüsündə olmuşdur. Divarlar samanlı gillə suvanaraq, içəridən tavana (üst örtüyə) dayaq tirləri 
qurularaq üstü torpaqla örtülmüşdür.  
Məscidin bir qapısı, iki pəncərəsi, mehrabı, minbəri və içəridən dama qalxmaq üçün daşdan 
hörülmüş pillələri olmuşdur.  
XX əsrin ortalarınadək Pirqəmiş məhəllə məscidi möminlərin ibadətxanası olmuşdur.  
Məscidin həyətində əkilmiş qocaman tut ağacından ehtiyacı olanlar ehsan kimi istifadə etmişlər.  
60-cı illərdə  şəhərdəki məhəllə  məscidləri bağlandıqlarından, Piqəmiş  məscidində gecələr 
(Məhərrəm ayı ərəfəsində) bir nəfərin ibadət etməsinin şahidi olmuşlar. Həmin “möcüzəvi” əhvalatdan 
sonra yerli rəhbərlərin göstərişi ilə  şəhərdəki məhəllə  məscidləri uçurdulmuşdur. Həmin illərdə yerli 
mətbuat səhifələrində “ateist tribunası” başlıqlı  qərəzli məqalə  və felyotonlar dərc olunurdu. 
(Azərbaycanda “Bilik” cəmiyyətlərinin xətti ilə ateist təbliğatı güclənmiş “Müsəlman təriqətləri”, 
“Tüfeyli ocaqları” və başqa kitabları  nəşr olunmuş  və  əhali arasında bədii-publistik filmilər pulsuz 
təbliğ olunaraq yayılırdı)
 
1960-74-cü illərdə kütləvi təbliğat vasitələrinin xüsusi muxbirləri tərəfindən 
dindarlar “ifşa olunaraq” təqiblərə  məruz qalmışlar (Bax, “Kirpi”, “Kommunist”, “Şərq qapısı”, 
mətbu orqanları və “Mollanın sərgüzəşti” 1960-cı ilin filmi, rejiss. T. Sasanpir, müəllifi K. Tağıyevdir).  
Xərabə  məscid yerində ictimai bina tikmək istəyirlər. Torpaq qazılan yerdən içərisində  İnsan 
sümükləri olan saxsı küp tapılmışdır (Haliyyədə həmin küp tarix müzeində saxlanılır). Torpaq altında o 


 
21
cümlədən küfi xatti ilə ərəbcə yazılmış saxsı bardaq içərisində sikkələr də üzə çıxmışdır ki, həmin ianəni 
qoyanlar məscidin təmiri üçün saxlamışlar. Tikintidə  qəribə  işlər meydana çıxmışdır ki, işləyən 
ekskavatorun yanacaq çəni öz-özünə çatlayaraq yanacaq yerə tökülmüş, ertəsi günü çən dəyişdirildikdən 
sonra işləyən saz mühərrikin çarxları sınmış və təmir olunmuş mühərriklər işə başlarkən polad məftillər 
qırılaraq yerə tökülmüşdür.  
Ekskavator sürücüsü qorxudan ruhi xəstəliyə tutularaq xəstəxanada keçinmişdir.  
Qazılmış məscidin yeri xəndək şəklində uzun illər baxımsız qalmışdır.  
1975-ci il (on ildən sonra) orada hamam binası tikilərək istifadəyə veriləndə tərs hörüldüyü aşkar 
olmuşdur.  
1992-ci ildə yanacaq qıtlığından hamam fəaliyyətini həmişəlik dayandırmış, baxımsızlıqdan 
binanın avadanlıqları sökülərək aparılmışdır.  
1996-cı ilin “Qurban bayramı” günündə məhəllə camaatının təklifi ilə xeyriyyəçi A. Kazımovun 
vəsaiti ilə sökülmüş hamam binası yerində məhəllə məscidi inşa olunmuşdur.  
1998-ci ilin 26 aprel tarixində (Məhərrəm ayının  əvvəlində) Naxçıvandakı Pirqəmiş  məhəllə 
məsçidi yeni görkəmi ilə qaplarını möminlərin üzünə açmışdır.  
Məscidin tikintisində mühəndis K. Möhsün oğlu, memar M. Əli oğlu, bənna  İ.  Ələsgər oğlu, 
xarrat Həbib usta və başqalarının  əməyi olmuşdur. Məscid binasının tikintisinə layihə  sənədlərinin 
hazırlanmasında məhəllə  ağsaqqallarından Hacı  Məhəmmədlə Talıb həkimin də xeyirxah işləri 
olmuşdur.  
Pirqəmiş məhəllə məscidi öz görkəminə görə şəhərdəki digər məscidlərdən seçilir.  
Məscid binasının ümumi sahəsi 400, həyətyanı hissəsi isə 1500 kvadrat metr ölçüsündədir. 
Ikimərtəbəli məsciddə eyni vaxtda 500 nəfər ibadət edə bilər. 
Məscidin uca minarəsi ilə kümbəzi də vardır.  
Binanın divarları bişmiş kərpiclə üzlənərək Quran ayələri yazılmışdır.  
Səkkiz metr ucalığındakı minarənin yuxarısında ərəbcə “Allahu Əkibər” sözləri ilə “1998-ci il” 
tarixi yazılmışdır.  
“Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə inanan, namaz qılıb zəkat verən və 
Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər.” (Quran, “Tövbə” (9) s. a. 18.)  
 
 
 
 
 
 
 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə