1
© 2016 –
İsmayıl Hacıyev
Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek
(ixtisarla)
Azadlıq yalnız şəxsin həm seçim imkanları, həm də seçim yükünə sahib olduğu
mənasına gəlmir, bu həm də o deməkdir ki, o öz hərəkətlərininn nəticələrinə dözməlidir
və onlara görə tərif ya qınaq alacaqdır. Azadlıq və məsuliyət bir-birindən ayrılmazdır.
Azad cəmiyyətin üzvləri fərdlərin öz əməllərinin nəticəsinə uyğun mövqeyə sahib
olduğu və bunun da öz əməllərinin nəticəsi olduğunu qəbul etmədikcə azad cəmiyyət
yaşaya və özünü qoruya bilməz. Fərdə yalnızca yeni fürsətlər təklif etməsinə və onun
səylərinin nəticəsinin saysız təsadüflərdən asılı edəcəyinə baxmayaraq, azad cəmiyyət
əsas önəm kəsb edən məsələ bu imiş kimi, insanın diqqətini yalnız onun özünün nəzarət
edə biləcəyini düşündüyü hallara yönəldir. Fərdə ona tanış olan hal və şərtlərdən istifadə
imkanı verildiyi və bir qayda olaraq, bunlardan doğru istifadə etdiyini ondan başqa
kimsənin bilməyəcəyi qəbul edildiyi müddətcə belə hesab edilir ki, onun hərəkətlərinin
nəticəsi bu hal və şərtlər tərəfindən müəyyən ediliir.
İnsanların şəxsi azadlığa möhkəm inandıqları zamanlarda həm də fərdi məsuliyyətə dair
olan güclü inam, azadlığın nüfuzu ilə birlikdə aydın bir şəkildə zəiflədi. Məsuliyyət
moralizmi rədd edən bir nəsil tərəfindən sıxıcı və düşmənçiliklə qarşılanan fikir halına
gəldi, təcrübəli natiq və yazarlar ondan qaçınmağa çalışdılar. O, "üzərində heç bir
kontrolları olmadığı hallardan" başqa heç bir şeyin özlərinin həyatdaki yerlərinə, hətta
hərəkətlərinə təsiri olmadığı öyrədilmiş insanların nəzərində xoşagəlməz fikir doğurur.
Məsuliyyətin inkarına səbəb olan şey əsasən məsuliyyətə olan qorxudur, o da öz
növbəsində azadlığa olan qorxuya çevrilir. Bu, şübhəsiz belədir, çünki insanın öz
həyatını istədiyi kimi qura bilməsi imkanı həm də aramsız vəzifə, məqsədlərinə çatmaq
üçün özünə yükləməli olduğu qaydalar deməkdir, buna görə də çox insan azadlıqdan
qorxur.
Şəxsi azadlıq və məsuliyyət anlayışındakı paralel zəifləmə böyük ölçüdə elmi biliklərin
yanlış təfsir edilməsinə görədir. Qədim görüşlər daha çox "iradə azadlığına" olan inamla
əlaqəli idi, heç bir zaman tam dəqiq mənası olmayan bu konsepsiya daha sonra müasir
elm tərəfindən kökündən sarsıdılmışdı. Bütün təbii fenomenlərin birmənalı şəkildə
əvvəlki hadisələr tərəfindən və ya bilinən qanunlara uyğun baş verməsi və insanın da
təbiətin bir parçası olduğu düşüncəsinə dair artan inam insanın hərəkətlərinin və ağlının
işləməsinin həm də xarici hal və şərtlər tərəfindən müəyyən edildiyi fikirinə gətirib
Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek
2
çıxardı. Beləliklə, on doqquzuncu əsr elmində hakim olan universal determinizm
konsepsiyası, insan davranışlarına da şamil olunurdu və bu da insan davranışlarının
spontanlığı fikrini yox etməyi hədəfləyirdi. Əlbəttə ki, bəzi örnəklər istisna olmaqla insan
davranışlarının təbii qanunlarla da müəyyən edilmfeəsinin sadəcə ümumi bir
təsəvvürdən ibarət olduğu və əslində çox nadir örnəklər istisna olmaqla, xususi hal və
şərtlər tərəfindən necə müəyyən olunduğunu bilmədiyimiz qəbul edilməli oldu.
Ancaq insan ağlının işləməsinin, ən azından prinsip olaraq vahid qanunlara tabe olması
yönündəki fikir, azadlıq və məsuliyyət konsepsiyası üçün əsas olan individual şəxsiyyət
anlayışını yox etmək üçün ortaya çıxdı.
Son bir neçə nəslin intellektual tarixi bizə dünyanın bu determinist görüntüsünün
azadlığa olan əxlaqi və siyası inancın əsasların sarsıtdığına dair çoxlu örnəklər təqdim
edir. Və bu gün elmi təhsil almış çox insan, geniş kütlələr üçün yazarkən azadlıq haqda
"elm adamının müzakirə edə bilməsi üçün qəliz məfhumdur, qismən ona görə ki, o son
nəticədə belə şeyin mövcudluğuna inanmır" deyə etiraf etməyə məcbur olan elm
adamıyla yəqin ki həmfikirdir. Son zamanlarda, müsbət hal kimi, fiziklər universal
determinism tezisini tərk etmişdirlər. Lakin dünyanın sadəcə statistik nizamlılığına dair
daha
yeni
anlayışın
iradə azadlığı məsələsinə hər hansı şəkildə müsbət yöndə təsir edəcəyi şübhəlidir.
Görünən odur ki, iradənin azad olduğuna dair iddia onun inkarı kimi kiçik əhəmiyyətə
malikdir və bütün məsələ sadəcə xəyali problemdir, tərəflərin müsbət ya mənfi cavabın
nə mənaya gəldiyini aydın etmədikləri sözlər haqda müzakirədir. Əlbəttə ki, azad
iradəni inkar edənlər başqasının iradəsini deyil öz iradəsini ifadə edən "azad" sözünü
bütün adi mənalarından məhrum edirlər, mənasız açıqlama etməmək üçünsə daha başqa
tərif təklif etməlidirlər, bunu isə etmədikləti açıqdır. Üstəlik, hər hansı məqsədəuyğun və
lazımlı mənada "azad" anlayışının hərəkətin mütləq şəkildə xarici faktorlarla müəyyən
olunması ideyasına əngəl olduğuna dair fikrin əsassız olduğu isbat ediləcəkdir.
Hər iki tərəfin öz mövqelərindən çıxardıqları nəticələri təhlil edərkən qarışıqlıq bizə
aydın olur. Deterministlər onu iddia edirlər ki, insanların fəaliyyətləri bütünlüklə təbii
səbəblərlə müəyyən olunduğu üçün, onları məsul tumağa yaxud tərif ya qınağa məruz
qoymağa səbəb ola bilməz. Digər tərəfdən voluntaristlər iddia edirlər ki, insanda səbəb-
nəticə zəncirindən kənarda dayanan ünsür var, və bu ünsür məsuliyyətin daşıyıcısı və
tərif və qınağı haqlı edən nəsnədir.
Bu günə qədər olan bu praktiki nəticələrlə bağlı, deterministlərin sadəcə yanıldıqlarına
rəğmən, voluntaristlərin haqlı olmağı çox az şübhə doğurur. Lakin mübahisə ilə bağlı
3
© 2016 –
İsmayıl Hacıyev
qəribə fakt ondan ibarətdir ki, hər iki məsələdə də çıxarılan nəticələr iddia edilən əsas
fikirlərdən çıxmır. Tez-tez göründüyü kimi, əslində məsuliyyət anlayışı determinist
görüşə dayanır, səbəb-nəticə zəncirindən kənarda qalan və tərif və qınağa məruz
qalmayan metafizik "mən"in inşası isə ancaq şəxsin məsuliyyətdən bəraətini haqlı çıxara
bilər.
Determinist görüşün iddiasına uyğun ətrafındakı bütün hadisələrə daima eyni,
gözlənilən tərzdə cavab verən avtomat xəyali varlığın təsviri əlbəttə ki mümkündür.
Lakin bu hətta ‘azad iradənin’ ən qəti əleyhdarları tərəfindən ciddi müdafiə olunan heç
bir anlayışa uyğun gəlməyəcəkdir. Onların iddiası budur ki, insanın hər hansı
vəziyyətdəki davranışı, xarici hal və şərtlər toplusuna verdiyi qarşılıq, ona miras qalan
strukturun və toplanmış təcrübəsinin (accumulated experience) birgə təsiri ilə müəyyən
olunur. Determinist görüşün iddia etdiyi varisliyin və keçmiş təcrübənin toplanmış təsiri
individual şəxsiyyəti (individual personality) bütünlüklə təşkil etdiyi və xarakterlərinin
xarici və maddi təsirlərdən təsirlənməyəcəyi heç bir ‘öz’ və ‘mən’in olmadığıdır. Bu, iradə
azadlığını rədd edənlər tərəfindən bəzən nüfuzu əsassız şəkildə rədd edilən mühakimə,
müzaikirə, inandırma və ya qınama, tərif və qınaq gözləntisi kimi faktorların həqiqətən
də şəxsiyyəti, dolayısıyla da fərdin konkret hərəkətini təyin edən mühüm faktorlar
arasında olduğu mənasına gəlir. Bu sadəcə ona görədir ki, səbəb-nəticə əlaqəsindən
kənarda dayanan ayrı ‘ mən ’ yoxdur, buna görə də mükafat və ya cəzayla təsir etməyə
cəhd edə bilməyəcəyimiz ayrı mən yoxdur.
Əslində insanların davranışlarına təhsil və örnəklə, rasional inandırma, bəyənmə və ya
qınama yoluyla təsir edə biləcəyimiz düşüncəsi heç zaman rədd edilməmişdir. Haqlı
olaraq yeganə qaldıracağımız sual bu ola bilər ki, bəlli məqamlarda kokret şəxslər
davranışlarının onları ətrafdakıların nəzərində yüksəldəcəyi və ya alçaldacağı və ya buna
görə onları cəza və mükafat gözləyəcəyi bilgisindən nə dərəcədə arzu olunan istiqamətdə
təsirlənə bilərlər?
Bir insana fərqli davranmalı olduğunu bildirmək üçün deyil, onu fərqli etmək üçün
məsuliyyət yükləyirik. Əgər “kömək etməyə qadir olmadığım “ hallarda diqqətsizlik və
ya səhlənkarlıqla kiməsə ziyan dəyməsinə səbəb olmuşamsa, bu məni məsuliyyətdən
azad etməz, əksinə belə nəticələrin mümkünlüyünü ağlımda tutmaq zərurətini
əvvəlkindən ciddi şəkildə təlqin edər. Buna görə də əsas qaldıracağımız sual budur ki,
hər hansı hərəkət və ya onun nəticələrinə dair məsələlərdə üzərinə məsuliyyət
qoyacağımız şəxs normal cəhətlərə malik ( bu bizim qeyd etdiyimiz şəxsin məsuliyyətli
olub olmaması məsələsidir) və konkret hallarda təlqin edəcəyimiz fikir və düşüncələrdən
müsbət yöndə təsirlənəcək biridir mi? sualıdır. Belə halların çoxunda olduğu kimi, xüsusi
Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek
4
hal və şərtlərə dair bilgisizliyimizə görədir ki, biz yalnızca onu bilə bilərik ki, məsul
tutulacaqları gözləntisi, müəyyyən mövqedəki insanların arzuolunan yöndə
dəyişmələrinə təsir edəcəkdir.
Əsas məsələ adətən müəyyən zehni faktorların hərəkətin baş verməsində fəal olub-
olmaması deyil, müəyyən mülahizələrin hərəkətə rəhbərlik etməkdə mümkün qədər
effektivliyini təmin etməkdir. Bu, fərdin tərif və ya qınağa məruz qalmasını tələb edir.
Adı çəkilən faktorlar hərəkətdə hər hansı dəyişikliyə səbəb olsun ya olmasın, bu
mütləqdir.
Hüququn insanın davranışlarının nə zaman öhdəlik doğurduğuna və ya onu cəzaya
məruz qoymağa qərar vermək üçün dəqiq ölçülər tələb etdiyinə görə məsuliyyət hər
şeydən öncə hüquqi bir anlayışa çevrilmişdir. Lakin o həm də insanın əxlaqi vəzifələrinə
dair baxışımızın təməlində duran əxlaqi konsepsiyadır. Əslində məsuliyyətin sahəsi
bizim hamımızın əxlaq olaraq adlandırdığımız şeydən xeyli kənar çıxır. Sosial
nizamımızın ( social order) işləməsinə dair münasibətimiz, onun fərdlərin nisbi
mövqelərini müəyyən etmək üsuluna olan rəğbətimiz və ya narazılığımız məsuliyyətə
baxışımızla yaxından əlaqəlidir. Beləliklə məsuliyyət fikrinin önəmi məcburiyyət
sferasından xeyli kənara çıxır və onun ən böyük əhəmiyyəti yəqin ki insanın öz azad
qərarlarına rəhbərlik etməsindəki roluna dayanır.
Məsuliyyət müəyyən etməyin haqlı səbəbi bu üsulun gələcək davranışlara təxmin edilən
təsiridir : bu insanlara gələcək müqayisəli hallarda nələri gözə almalı olduqlarını
öyrətməyi hədəfləyir.
Bir qayda olaraq insanların öz davranışlarını əhatələyən hal və şərtləri anlamaqda ən
yaxşı mövqedə olduqları və buna görə də özləri üçün qərar verməkdə sərbəst olduqlarına
baxmayaraq, biz şərtlərin onların biliklərinin ən yaxşı nəticə verməsi üçün əlverişli olmalı
olduğunu da nəzərə almalıyıq. İnsanların ağıllı varlıqlar olduqlarını fərz edib onlara
azadlıq veririksə, ağıllı varlıq kimi çıxış etmələri üçün də qərarların nəticələrindən məsul
olduqlarını qəbul etməklə qarşılıq verməliyik. Bu o demək deyil ki, şəxs hər zaman öz
maraqlarının ən yaxşı hakimi hesab ediləcək: bu, sadəcə onları özlərindən başqa
kimsənin daha yaxşı anladığına heç vaxt əmin olmayacağımız və ətraf-mühiti bəşəri
məqsədlərə xidmət etdirmək yolunda birgə səyi daha irəliyə aparmaqda yararlı olacaq
şəxslərin bütün qabiliyyətlərindən tam yararlanmağı arzuladığımız mənasına gəlir.
Məsuliyyət müəyyən etmək insan bacarıqlarının rasional davranışa qadir olmasını tələb
edir və başqa cür olandan daha rasional davranmağı öyrətməyi hədəfliyir. O,
5
© 2016 –
İsmayıl Hacıyev
hərəkətlərinin nəticələrinə dair bilginin onlara rəhbərlik edə bilməsi üçün onlarda
minimum öyrənmək və uzaqgörənlik bacarığı nəzərdə tutur.
Azadlıq və məsuliyyətin bir-birini tamamlayıcı olmaları o deməkdir ki, azadlığa dair
iddia yalnız məsul tutula biləcək şəxslərə şamil edilə bilər. Azyaşlılara, əqli qüsurlu
insanlara və ruhi xəstələrə şamil edilə bilməz. O, təcrübədən öyrənmək bacarığında olan
və əldə etdiyi bilgiylə hərəkətlərini idarə edə bilən şəxsi nəzərdə tutur: kifayət qədər
öyrənməmiş və öyrənmək qabiliyyətində olmayanlar üçün keçərli deyil. Bu mənada,
davranışları nəticəyə dair bilginin rəhbərlik etmədiyi eyni sabit impulslar tərəfindən
müəyyən olunan şəxs, şəxsiyyət pozgunluğu olan biri, şizofrenik məsul tutula bilməz,
çünki onların məsul tutulacaqlarına dair bilgisi davranışlarını dəyişdirməyə qadir
deyildir.
Eynisi kontrol edilə bilməyən impulslardan əziyyət çəkən insanlar, kleptomanlar və içki
asılılığı olanlara (dipsomaniacs) da şamil edilə bilər, təcrübə onların normal tələblərə
cavab vermədiyini sübut etmişdir. Şəxsin öz hərəkətlərinə görə məsul tutulacağından
xəbardar olmasının davranışına təsir edəcəyinə inanmağa səbəbimiz varsa, konkret
məqamda lazımı nəticəni versin ya verməsin ona məsul şəxs kimi davranmalıyıq.
Məsuliyyət müəyyən etmək hər hansı məqamda nəyin doğru olduğu yox, insanları daha
düşüncəli və rasional davranmaq üçün təşviq etməkdə nə qədər təsirli olacağı fikrinə
əsaslanır. Bu, cəmiyyətin başqa insanların fikirlərini anlamaqdakı acizliyimizin
öhdəsindən gəlmək və məcburetməyə müraciət etmədən həyatımızda nizam yaratmaq
üçün inkişaf etdirdiyi vasitədir.
Bir önəmli xüsus da ondan ibarətdir ki, cəmiyyətin azad və məsul üzvü olmaq imtiyaz
verdiyi kimi, özüylə birlikdə həm də öhdəlik gətirən xüsusi statusdur: əgər azadlıq
məqsədinə yetmək istəyirsə, bu status hər hansı şəxsin səlahiyyətinə bəxş edilməli deyil,
avtomatik olaraq o kəslərə məxsus olmalıdır ki, obyektiv müəyyən olunan lazımi
kriteriyalara cavab verir (misalçün yaş senzi) və lazımi minimum bacarıqlara sahib
olduqları fikri təkzib edilməyib. Şəxsi münasibətlərdə qəyyumluq halından tam
məsuliyyətliliyə keçid dövrü tədrici və durğun baş verə bilər və fərdlər arasında olan,
dövlətin müdaxilə etməli olmadığı məcburetmənin yüngül formaları məsuliyyətin
dərəcəsi ilə müəyyən oluna bilər. Siyasi və hüquqi olaraq fərqlər açıq-aydın və dəqiq
olmalı, ümumi və qeyri-şəxsi qanunlarla müəyyən edilməlidir ki, azadlıq səmərəli
olsun. İnsanın öz ağası yoxsa başqasının iradəsinə tabe olmasıyla bağlı qərarlarımızda
biz ona ilk öncə həm məsul olub-olmayan biri kimi, həm də başqalarına qarşı anlaşılmaz,
gözlənilməz və xoşagəlməz tərzdə davranmaq haqqına sahib olub-olmayan biri kimi
münasibətimizi müəyyən etməliyik. Bütün insanlara tam azadlıq verilməsinin
mümkünsüz olduğu gerçəyi o demək deyil ki, hər kəsin azadlığı məhdudiyyətlərə və
Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek
6
fərdi
şəraitə
uyğunlaşdırılmış
nizamlamalara
məruz
qalacaqdır.
Uşaq məhkəmələrinin və ya ruhi dispanserlərin özəl münasibəti azad olmama halının,
qəyyumluğun bir göstəricisidir.
İnsanın hədəflərinin arxasınca getməsində sərbəst olması fikri sərbəst buraxılarsa
yalnızca öz eqoist məqsədlərinin arxasınca düşəcək yaxud da bunu etməyi lazım gələcək
kimi fikirlərlə xeyli qarışdırılır. Şəxsi məqsədlərinin ardınca düşmək eqoistlər üçün
olduğu qədər öz dəyərlər şkalasında başqalarının ehtiyaclarının yüksək yer tutduğu
altruistlər üçün də gərəklidir. Başqa insanların rifahını özlərinin ən ümdə məqsədi etmək
insanların ( çox güman ki daha çox qadınların) ümumi təbiətinin bir parçası və
xoşbəxtliklərinin əsas şərtidir. Bizim üçün sərbəst olan seçim və əksərən bizdən gözlənən
qərar bu tərz çıxış etməkdir. Bu mənada, əlbəttə, ümumi rəyə görə bizim əsas qayğımız
ailəmizin rifahı olmalıdır. Lakin biz həmçinin başqalarıyla dost olub hədəflərini də
özümüzünkü etməklə onlara təqdir və rəğbətimizi də göstərmiş oluruq. Həmkarlarımızı
və adətən ehtiyaclarını əsas qayğımız etdiyimiz kimsələri seçmək azadlığın və azad
cəmiyyətə dair əxlaqi konsepsiyaların zəruri bir parçasıdır.
Fəqət altruizm mənasız bir konsepsiyadır. Özü-özlüyündə kimsə başqa insanlar üçün
daha səmərəli xidmət edə bilməz: üzərimizə götürdüyümüz məsuliyyət həmişə xüsusi
olmalı, yalnız haqqında müəyyən faktları bildiyimiz və seçimlərimizin ya da xüsusi
şəraitin bizi təhkim etdiyi kəslərlə əlaqəli olmalıdır. Azad insanın nələrin və kimlərin
ehtiyaclarının onun üçün ən önəmli olduğuna qərar verə bilməsi onun başlıca haqq və
vəzifələrindən biridir.
Hər insanın, hətta onları bəyənməsək belə hörmət etməli olduğumuz öz dəyərlər skalası
olduğu həqiqətinin qəbul edilməsi individual şəxsiyyətə dair dəyər konsepsiyasının bir
parçasıdır. İstər-istəməz bizim bir insanı qiymətləndirməyimiz onun hansı dəyərləri
müdafiə etdiyindən asılı olacaqdır. Lakin azadlığa inanmaq özümüzü başqa insanın
dəyərlərinin mütləq hakimi saymamağımız, başqalarının bərabər surətdə qorunan haqq
sahələrinə təcavüz etmədiyi müddətcə həmin insanın bəyənmədiyimiz məqsədlərini
həyata keçirməsinə mane olmaqda özümüzü haqlı görməməyimiz deməkdir.
Fərdin öz dəyərləri olduğunu və onun izindən getməkdə haqq sahibi olduğunu
tanımayan cəmiyyətin fərdin ləyaqətinə heç bir hörməti olmaz və azadlığı həqiqi
mənada anlaya bilməz. Lakin o da doğrudur ki, azad cəmiyyətdə fərd azadlıqdan nə cür
istifadə etməsinə uyğun hörmət görəcəkdir. Əxlaqi etibar azadlıq olmadan mənasız
olardı: “ Yetkin bir insanın bütün yaxşı və pis hərəkətləri çox az əmək haqqına və göstəriş
və məcburiyyət altında edilmiş olsaydı, fəzilət sözdən başqa nə olardı, yaxşı hərəkətə
görə mükafat nə olardı, ağıllı və təmkinli olmaq necə mükafatlandırılardı? “ Azadlıq
7
© 2016 –
İsmayıl Hacıyev
doğru hərəkət etmək imkanıdır, lakin bu həm də yanlış hərəkət etmək imkanını da ehtiva
edir. Azad cəmiyyətin yalnız fərdlərin müəyyən dərəcədə ortaq dəyərlərə sahib
olduqlarında səmərəli işləyəcəyi gerçəyinə görə, filosoflar bəzən azadlığa əxlaqi
qaydalara uyğun hərəkət kimi tərif vermişlər. Lakin azadlığa dair bu tərif haqqında
danışdığımız azadlıq anlayışının inkarıdır. Əxlaqi fəzilətin ( moral merit) əsas şərti olan
hərəkət azadlığı yanlış hərəkət azadlığını da ehtiva edir. Biz insanı o zaman tərif ya
qınağa məruz qoya bilərik ki, onun seçim etmək imkanı var, qaydalara riayət etməyə
məcbur edilmir, sadəcə təşviq edilir.
İndividual azadlıq sahəsinin individual məsuliyyət sahəsi olması o demək deyil ki, biz
hərəkətlərimizə görə müəyyən kəslərə hesabat verməliyik. Doğrudur, başqalarının
xoşuna gəlməyən şeylər etdiyimizə görə özümüzü onların tənqidinə məruz qoya bilərik.
Ancaq qərarlarımıza görə bütünlüklə məsul tutulmalı olduğumuza dair ən başlıca
arqument, bunun diqqətimizi hərəkətlərimizdən asılı olan hal və hadisələrə
yönəltməsindən ibarətdir. İndividual məsuliyyətə dair fikrin əsas funksiyası
hədəflərimizə çatmaqda bilik və bacarıqlarımızın səfərbər edilməsini təmin etməkdir.
Azadlığın yüklədiyi seçim yükü, azad cəmiyyətin onun öz müqəddəratı üçün fərdə
müəyyən etdiyi məsuliyyət, müasir dünya şəraitində əsas qeyri-məmnunluq mənbəyinə
çevrilmişdir. Artıq daha əvvəllər olmadığı qədər, insanın müvəffəqiyyətləri teorik olaraq
onun hansı özəl qabiliyyətlərə malik olduğundan yox, bu qabiliyyətlərin doğru
istifadəsindən asılı olacaqdır. Daha az ixtisaslaşma və təşkilatlanma olduğu, təxminən
hər kəsin mövcud olan bütün imkanlardan xəbərdar ola bildiği zamanlarda insanın
bacarıq və qabiliyyətlərini doğru istifadə etmək üçün imkan tapmağı daha asan idi.
Cəmiyyət və onun mürəkkəbliyi genişləndikcə insanın əldə etmək istədiyi makafatlar
onun hansı qabiliyyət və bacarıqlara malik olmasından deyil, bunların doğru istifadə
edilməsindən asılı olmağa başlayacaq: və həm insanın bacarıqlarına uyğun iş tapmasının
çətinliyi, həm də eyni texniki bacarıq və özəl qabiliyyətlərə malik insanların aldıqları
qarşılığa dair uyğunsuzluq artacaq.
Yəqin ki, bir insanın öz həmcinslərinə daha faydalı ola biləcəyi və bacarıqlarının hədər
olduğu hissindən yaranan daha acı kədər yoxdur. Azad cəmiyyətdə kimsənin insanın
bacarıqlarının lazımınca istifadə edilməsinə nəzarət etmək vəzifəsinin olmaması,
kimsənin öz bacarıqlarını istifadə etmək üçün imkan iddiasında olmaması və imkanı özü
tapmadığı təqdirdə bunların böyük ehtimalla hədər olacağı gerçəyi azad sistemə qarşı
yönəldilmiş ən ağır ittiham və ən amansız kinin qaynağıdır. Müəyyən potensial
bacarıqlarının olduğunun fərqində olmaq təbii olaraq başqa birinin onları istifadə etmək
vəzifəsinin olduğu iddiasına aparır.
Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek
8
Özümüz üçün faydalılıq sferası, uyğun iş tapmaq zərurəti azad cəmiyyətin bizə müəyyən
etdiyi ən sərt qaydadır. Ancaq bu azadlıqla bağlıdır, çünki bir insanı digər insanların
bacarıqlarını istifadə etməyə məcbur etmək gücü olmadan heç kəs heç kəsə onun
bacarıqlarının layiqincə istifadə ediləcəyini qarantiya edə bilməz.
Biz bir insanın bacarıqlarının özünün layiq olduğunu düşündüyü tərzdə istifadə
ediləcəyini yalnız o zaman qarantiya edə bilərik ki, başqa birini kimin ona xidmət
edəcəyini, kimin bacarıqlarından və məhsullarından istifadə edəcəyini seçmək
hüququndan məhrum etmiş olaq.
Azad cəmiyyətin mahiyyəti budur ki, insanın dəyəri və mükafatı teorik olaraq malik
olduğu bacarıqlarından yox, onları qarşılıq verə bilən kəslər üçün faydalı olacaq konkret
fəaliyyətə çevirmək uğurundan asılı olacaq. Və azadlığın başlıca hədəfi fərdin əldə edə
biləcəyi bilikdən maksimum yararlanmaq üçün imkanla təmin etmək və təşviq etməkdir.
Bu baxımdan fərdi qeyri-adi edən şey onun ümumi yox xüsusi biliyi, konkret hal və
şərtlərə dair biliyidir.
Çox zaman azad cəmiyyətin daha əvvəlkii tip cəmiyyətin qalıqları olan etik baxışlarla
ziddiyyətdə olduğu başa düşülməlidir. Şübhə yoxdur ki, cəmiyyət nöqteyi-nəzərindən
bir insanın öz bacarıqlarını faydaya çevirmək məharəti, qabiliyyətlərinin ən səmərəli
istifadəsini tapmaq bacarığı hər şeydən daha yararlıdır: lakin ümumən bu tərz
bacarıqlılıq xoş qarşılanmır və eyni bacarıqlara sahib olanlar arasında xüsusi halların
daha uğurlu istifadəsi ilə əldə edilən üstünlük ədalətsiz hesab edilir. Bir çox
cəmiyyətlərdə üzərinə yüklənmiş vəzifə və öhdəlikləri olan təşkilatlı ierarxiyadakı
hərəkət şərtlərindən irəli gələn "aristokratik" ənənə, imtiyazlarının onları başqalarının
ehtiyacı olduğu şeyləri təmin etmək məcburiyyətindən azad etdiyi kəslər tərəfindən
inkişaf etdirilən ənənə, bacarıqları başqaları tərəfindən kəşf edilənə qədər gözləməyin
daha yaxşı olduğunu hesab edir, həm də ki yalnızca yüksəlmə uğrunda ciddi mübarizə
aparan dini və etnik azlıqlar bu cür irəliləməyə nail olmuşlar ( ən yaxşı almancı Findigheit
termini ilə ifadə edilir) və ümumən bu səbəbə görə də sevilmirlər.
Bir şeyin və ya bir kəsin bacarıqlarının ən yaxşı istifadəsi üsulunun kəşfi fərdin öz
həmcinslərinin rifahı üçün cəmiyyətə verdiyi ən böyük töhfələrdən biri olduğuna və
bunun üçün maksimum imkanla təmin etməklə azad cəmiyyətin digər cəmiyyətlərdən
daha firavan olacağına şübhə yoxdur. Bu təşəbbüskarlıq bacarığının uğurlu istifadəsi (
bacarıqlarımızın ən yaxşı istifadə üsulunu tapmaqda hamımız təşəbbüskarıq) azad
cəmiyyətdə ən yüksək qiymətləndirilən fəaliyyətdir, ancaq bacarıqlarının istifadə
üsulunu tapmaq vəzifəsini başqasına həvalə edən biri daha az mükafatla kifayətlənməli
olacaqdır.
9
© 2016 –
İsmayıl Hacıyev
Bunu anlamaq vacibdir ki, "istifadə edilməyi" gözləyən mütəxəssisləri, özlərinə layiqli
mövqe tapmağa qadir olmayanları və özlərinin qabiliyyət və bacarıqlarının layiqli
istifadəsini təmin etməyi başqasının məsuliyyəti hesab edənləri yetişdirməklə insanları
azad cəmiyyət üçün yetişdirmiş olmuruq. Azad cəmiyyətdə bir şəxsin müəyyən bir
sahədə bacarıqlı olmasına baxmayaraq, qabiliyyətlərini ondan böyük fayda əldə edə
bilənlər üçün məlum etmək bacarığına da malik olmadıqca onun xidmətlərinin dəyəri
təbii ki, aşağı olacaqdır. Eyni səy göstərməklə eyni dərəcədə bilik və bacarığa yiyələnmiş
iki şəxsdən birinin müvəvvəq, digərinin müvəffəqiyyətsiz olması ədalət hissimizə toxuna
bilər, lakin biz azad cəmiyyətdə xüsusi fürsətlərdən yararlanmağın faydalılığı müəyyən
etdiyini qəbul etməli və təhsilimizi və kültürümüzü ona uyğun nizamlamalıyıq. Biz azad
cəmiyyətdə bacarıqlarımıza görə yox, onu doğru istifadə etməyə görə qarşılıq alırıq: və
bu özümüzə uyğun peşə seçməkdə azad olduğumuz və istəmədiyimiz şeyə
yönləndirilmiş olmadığımız müddətcə belə olmalıdır. Doğrudur, demək olar ki, uğurlu
karyeranın hansı hissəsinin yüksək savada, qabiliyyətə və ya təşəbbüsə və hansı
hissəsinin uğurlu təsadüflərə görə olduğunu müəyyən etmək heç zaman mümkün deyil:
lakin bu, doğru seçim etməyi hər kəs üçün önəmli etməyin əhəmiyyətini heç bir vəchlə
azlatmır.
Bu bəsit gerçəyin nə qədər az anlaşıldığı yalnız sosialistlərin dilə gətirmədikləri " hər
uşağın vətəndaş kimi təbii hüquqları vardır, bunlar təkcə həyat, azadlıq və xoşbəxtliyinin
ardınca düşmək hüququ deyil, həm də qabiliyyətinin onu haqlı etdiyi sosial nərdivanda
yaxşı mövqedə olmaq hüququdur " kimi iddialarda özünü göstərir. Azad cəmiyyətdə
insanın bacarıqları ona hər hansı xüsusi mövqedə olmaq haqqı vermir. Bu cür iddiada
olmaq hər hansı bir qurumun öz mühakiməsinə uyğun olaraq insanları hər hansı bir
mövqeyə yerləşdirmək hüquq və səlahiyyətinin olduğu demək olardı. Azad cəmiyyətin
təklif edə biləcəyi şey layiqli mövqe axtarmaq imkanından ibarətdir. Bu mənada azad
cəmiyyətin fərdləri çox zaman xoşagəlməz bir təzyiq altında qoyduğunu inkar etmək
olmaz. Lakin insanın başqa tip cəmiyyətdə bu cür təzyiqdən xilas olacağını düşünmək
sadəcə illüziyadır: insanın öz gələcəyindən məsul olmasının gətirdiyi təzyiqin alternativi
şəxsin itaət etməli olduğu əmrlərin daha mənfur təzyiqidir.
Çox zaman iddia olunur ki, insanın yalnızca öz müqəddəratından məsul olduğu fikri
yalnız uğurlu olanlar üçün keçərlidir. Bu fikir özü-özlüyündə altında yatan "insanlar
uğurlu olduqları üçün bu inama sahibdirlər" eyhamı kimi qəbuledilməz deyildir. Mən
insanların bu inama sahib olduqları üçün müvəffəqdirlər fikrinə yaxınam. İnsanın əldə
etdiyi bütün şeylərin yalnız öz səy, bacarıq və zəkasının məhsulu olduğu fikri nə qədər
Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek
10
yanlış olsa da, bu, onun enerjisi və diqqəti üzərində yararlı təsir etməkdə uğura malikdir.
Uğurlu olanların özündənrazı qürurluğu adətən dözülməz və incidici olsa da, uğurun
bütünlüklə özündən asılı olduğu fikri praqmatik olaraq yəqin ki, uğurlu fəaliyyət üçün
ən təsirli təşviqedicidir: lakin şəxs səhvlərinə görə başqalarını və ya hal və şərtləri
günahlandırmağa meylli olarsa, bir o qədər də qeyri-məmnun və uğursuzluğa meylli
olacaqdır.
Müasir dövrdə məsuliyyət fikri fərdin məsuliyyət sahəsinin həddindən artıq
genişləndirilməsi ilə olduğu qədər ona əməllərinin nəticəsindən bəraət verilməsi
nəticəsində də zəifləmişdir. Fərdi məsul tutmağımızın məqsədi davranışına təsir
etməkdirsə, bu yalnız onun davranışının insan tərəfindən öncədən görülməsi mümkün
olan və diqqət ayırmağını arzulaya biləcəyimiz nəticələrinə dair olmalıdır. Effektiv
olması üçün məsuliyyət müəyyən və məhdud, əqli və mənəvi cəhətdən insan
qabiliyyətinə uyğunlaşdırılmış olmalıdır. İnsanın hər şeydən məsul olduğunu təlim edən
hər hansı məsuliyyət fikri insanın heç nədən məsul olmadığı fikri qədər zərərlidir.
Azadlıq fərdin məsuliyyətini onun mühakimə yürütməsinin mümkünlüyü təsəvvür
ediləbiləcək yerə qədər genişləndirilməsini, nəticələrinin yalnız fərdin uzaqgörənlik
qabiliyyəti daxilində olduğu hərəkətləri hesaba almasını və xüsusən, fərdin eyni
dərəcədə azad olduğu digərləri üçün deyil, yalnız öz hərəkətlərindən ( yaxud himayəsi
altında olanların) məsul tutulmasını tələb edir.
Effektiv olması üçün məsuliyyət fərdi olmalıdır. Azad cəmiyyətdə ortaq razılaşma ilə
özlərini fərdən və şəxsən məsul etmədikcə qrup üzvlərinin heç bir kollektiv
məsuliyyətindən söhbət gedə bilməz. Bölüşdürülmüş və ya birgə məsuliyyət fərd üçün
başqalarının fikirləriylə razılaşmaq zərurəti yarada bilər və hər ikisinin gücünü
məhdudlaşdırar. Eyni məsələləri, hansı ki insanların üzərlərinə haqqında razılaşılmamış
və ortaq qərar alınmamış vəzifələr yükləyir, bütün insanların məsuliyyətinə vermək
adətən heç kəsin özünün məsul olduğunu qəbul etməməsi ilə nəticələnir. Mahiyyət
etibarilə hər kəsin mülkiyyətində olan şey heç kəsin mülkiyyətində olmadığı kimi, hər
kəsin məsuliyyətində olan şey heç kəsin məsuliyyətində ola bilməz.
Müasir dünyanın inkişafı, özəlliklə böyük şəhər həyatının inkişafı keçmiçdə spontan və
çox yararlı birgə fəaliyyətə səbəb olan məhəlli məsələlərə dair məsuliyyət hissini yox etdi.
Məsuliyyətin başlıca halı budur ki, o, fərdin dəyərləndirə biləcəyi hal və şərtlərlə, xəyal
gücünü çox yormadan özününkü edə biləcəyi və həllini başqa birinin yox, özünün
11
© 2016 –
İsmayıl Hacıyev
problemi olaraq görə biləcəyi məsələlərlə bağlı olmalıdır. Belə bir halı sənaye şəhərinin
anonim qələbəliyindəki həyata aid etmək qeyri-mümkündür. Artıq orada fərd adətən
şəxsi bağlılığı və yaxından tanışlığı olduğu kiçik topluluğun üzvü deyil. Bu onun
müstəqilliyini artırsa da, həm də onu ətrafındakıların şəxsi əlaqə və dostca münasibətlə
təmin etdiyi güvənlilikdən də məhrum edir. Şübhə yoxdur ki, qeyri-şəxsi dövlət
gücündən müdafiə və təhlükəsizlik yönündəki artan tələb böyük ölçüdə bu kiçik maraq
qruplarının aradan çıxmasının və artıq məhəlli qrupun digər üzvlərinin şəxsi münasibəti
və yardımına arxalana bilməyən fərdin özünütəcrid hissinin nəticəsidir.
Kiçik maraq qruplarının yox olması və onun məhdud, qeyri-şəxsi və müvəqqəti
əlaqələrdən ibarət geniş şəbəkəylə əvəzlənməsindən təəssüf hissi keçirsək də, yaxşı
bildiklərimizə və yaxınlarımıza olan məsuliyyət hissimizin teorik olaraq bildiklərimizə
və kənar adamlara qarşı da oxşar bir hislə əvəzlənməsini gözləyə bilmərik. Yaxın
qonşularımızın taleyinə dair həqiqi narahatlıq hissi keçirə bilərik və adətən lazım
olduqda necə yardım edəcəyimizi də bilərik, yalnızca varlıqlarından xəbərdar
olduğumuz lakin fərdi vəziyyətlərini bilmədiyimiz minlərcə və ya milyonlarca bədbəxt
insan üçün isə eyni hisləri keçirə bilmərik. Nə qədər onların səfalətinin hesabları ilə
hərəkət etsək də, dünyada əzab çəkən saysız-hesabsız insana dair mücərrəd məlumatı
gündəlik davranışlarımıza rəhbər edə bilmərik. Edəcəyimiz şeyin yararlı və səmərəli
olmağını istəyiriksə, hədəflərimiz ölçülü, insan idrakının və xoş niyyətinin sərhədləri
daxilində olmalıdır. Cəmiyyətimizdə, ölkəmizdə və ya dünyada yoxsul və bədbəxt
insanlara qarşı “sosial” məsuliyyətimizin daim xatırladılması gərək ki, hərəkət etməli
olduğumuz və hərəkət etməyə məcbur olmadığımız öhdəliklər arasında fərq aradan
qalxmaq həddinə gələnə qədər hislərimizin zəiflədilməsi təsirini yaradacaqdır. Effektiv
olmağı üçün məsuliyyət insanın müxtəlif vəzifələrin əhəmiyyətinə qərar verməkdə öz
konkret biliyinə arxalanmağa, öz əxlaqi prinsiplərini bildiyi hadisələrə tətbiq etməyə və
insana pislikləri könüllü surətdə azaltmağa imkan yaradacaq şəkildə məhdud olmalıdır.
Friedrich Hayek – “The Constitution of Liberty” kitabından.
Tərcümə etdi: İsmayıl Hacıyev
Dostları ilə paylaş: |