Mət : mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər mövzusunda m ə q a L ə



Yüklə 15,21 Kb.
tarix04.11.2017
ölçüsü15,21 Kb.
#8580

"Respublikada "Elektron hökümət":  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər mövzusunda

M Ə Q A L Ə

Yaşadığımız müasir informasiya dövründə informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətlə inkişafı və çevik tətbiqi nəticəsində cəmiyyətin bütün sahələrində köklü dəyişikliklər baş verdi. O cümlədən dövlət idarəçiliyi, hökümətin fəaliyyəti sahəsində də İKT-nin təsiri ilə əhəmiyyətli dəyişikliklər baş verir, idarəetmənin mahiyyətində, prinsiplərində yeni çalarlar meydana çıxır. İKT-nin imkanlarına və tətbiqinə əsaslanan “E-hökümət” konsepsiyası çərçivəsində ölkənin ənənəvi idarəçilik metodları dəyişərək mahiyyətcə dövlət idarəçiliyi sisteminin təşkili və inkişafının yeni metodları, dövlətə rəhbərliyin yeni üsulları təşəkkül tapır. Son onillikdə Azərbaycanda dövlət quruculuğu sahəsində dayanıqlı, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması və informasıua cəmiyyətinin demokratikləşməsi, xalqın rifahının yaxşılaşdırılması və informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində davamlı və ardıcıl işlər aparılır.

Azərbaycan e-hökümətin formalaşdırılması prosesinin başlanılması uzun illər informasiya texnologiyalarının gündəlik həyatda, səhiyyədə, təhsildə, elmdə və həmçinin dövlət orqanlarınn bütün səviyyələrdə fəaliyyətində tətbiqi səviyyəsinin davamlı olaraq yüksəlməsi sayəsində mümkün olmuşdur. İnformasiya və kommunikasiya texnologiyaları (İKT) indi dövlətin inkişafının mövcud olan mərhələlərinin hakim xüsusiyyətlərdən biridir. Bu prosesdə xüsusi rol siyasi prosesdə getdikcə daha çox istifadə edilən və hakimiyyət orqanlarının, şirkətlərin və vətəndaşların nəzarətin və əməkdaşlığın effektiv vasitələrini aralarında açan qlobal internetə mənsubdur. Belə alətlərin nümunəsi elektron hökümətdi (E-Hökümət). Bu XX əsrin sonu, XXI əsrin əvvəllərinin idarəetmə innovasiyalarından biridir.

E-hökümət layihəsi ölkəmizdə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu işdə Ümumdünya İnternet Şəbəkəsinin imkanlarına uğurla istifadə edilir. İnternet vasitəsilə abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, dövlət qurumlarının saytlarının yaradılması, orda bu təşkilatlar barədə ətraflı məlumatın, onların əsasnamələrinin və strukturlarının yerləşdirilməsi, hazırlanan qanunların, sənədlərin həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı layihələrinin xalqın müzakirəsinə çıxarılması, internet vasitəsilə vətəndaşların suallarına cavab verilməsi, şikayət və ərizlələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi, bəzi kommunal borcların online rejimində öyrənilməsi və ödənilməsi misal ola bilər. Beynəlxalq standartlara görə elektron hökümətin əsas funksiyaları hökümətin biznes (G2B “government-to-business”), hökümət orqanları (G2G “government-to-government”) və vətəndaşlar (G2C “government-to-citizen”) ilə qarşılıqlı əlaqəsinin təmin etməkdir.

Son illər ölkəmizdə elektron hökümət münasibətlərinin inkişaf etdirilməsini, elektron xidmətlərin təqdim olunmasını mümkün edən bir çox işlər görülmüşdü. Elektron hökümətin inkişafı üzrə zəruri normativ hüquqi baza yaradılmışdır. Bunun nətcəsində dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında inteqrasiyasının təmin edilməsi üçün vahid informasiya mühiti yaradılmışdır. Dövlət orqanlarının elektron xidmətlərindən istifadə etmək üçün “elektron hökümət” portalı yaradılıb elektron xidmətlər cəmləşdirilmişdir.

Elektron hökümət dövlət idarəçiliyinin yeni bir mərhələsi olduğu üçün onun yaradılmasında bir sıra problemlər üzə çıxır. Bu cürə problemlərdən biri e-hökümət sisteminin qurulmasının və saxlanılmasının olduqca bahalı olmasıdır. Buna səbəb İKT vasitələrinin qiymətinin çox yüksək olmasıdır. Təkcə İKT avadanlığının alınması yox, alınan avadanlığın quraşdırılması, şəbəkədə əlaqənin təmin edilməsinə, xidmət və nəzarət edən işçilərə əmək haqqının ödənilməsinə xeyli maliyyə vəsaiti tələb edir. İkinci problem kimi kadr hazırlığını vurğulamaq olar. İKT vasitələrinin hər hansı sahəyə tətbiqi həm də bu vasitələrdən düzgün istifadə etməyi bacaran peşakar mütəxəssislər tələb edir. E-hökümət özü bir texnoloji sistem olduğu üçün və onun mühafizəsini, etibarlılığını, dayanıqlığını, vaxtaşırı təkmilləşdirilməsini təmin edən peşakar kadrların yetişdirilməsi əsas məsələlərdən biridir. Digər problem dövlət qulluqçularının İKT ilə işləməyə sosial-psixoloji və professional cəhətdən adaptasiyasıdır. E-hökümətdə sənəd və məlumatların kopyuterdə hazırlanması, təşkilatlar arasında əlaqələrin, yazışmaların əksəriyyətinin internet vasitəsi ilə həyata keçirilməsi ilə bağlı olduğu üçün məmurların informasiya texnikaları ilə işləməy bacarıqlarının olması vacib amillərdən biridir. Elektron hökümətin inkişaf etməsində maneə yaradan problemlərdən biri də vətəndaş iştirakının zəif olmasıdır. Elektron hökümət informasiya texnologiyalarından səmərəli istifadə etməklə hökümətin vətəndaşlarla qarşılıqlı əlaqəsini şəffaf, məsuliyyətli təmin edən bir struktur olduğu üçün dövlət hiss etməlidir ki, vətəndaşlar hökümətin fəaliyyətini izləyir, onunla maraqlanır, dövlətə inanır və ona böyük umidlər bağlayır. İnformasiya bərabərsizliyi digər problemlərdən biridir. İnternet şəbəkəsinin regionlar üzrə bərabər yayılmaması, rayonlarda, ucqar kəndlərdə internet şəbəkəsinin iri şəhərlərə nisbətən zəif inkişaf etdirilməsi, orda yaşayan əhalinin qlobal şəbəkənin geniş imkanlarından tam istifadəyə imkan vermir. Elektron hökümətin əsas prinsiplərindən biri vətəndaşlara ökənin hər bir nöqtəsindən internetə girişi təmin etməkdir. Ona görədə bütün respublika ərazisinin informasiya infrastrukturunun inkişaf etdirilməsi, interent provayderlərə, serverlərə hər bölgədə xidmət göstərməyə əlverişli şəraitin yaradılması informasiya bərabərsizliyini aradan qaldırar.



Sadaladığım problemlərdən daha böyük bir problem olan ermənilərin torpaqlarımıza təcavüz etməsi, bir milyondan çox azərbaycanlının qaçqın və köçkün düşməsi, ölkəmizin bir hissəsinin işğal altında olması e-hökümət şəbəkəsinin bütün respublika ərazisinə tam tətbiq etməyinə imkan vermir. Bu çətinliklərə baxmayaraq Azərbaycanda e- hökümət sistemi işə salınıb, qarşıda duran əsas vəzifə onun daha da inkişaf etdirilməsidir.


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət bayrağı Meydanı Kompleksi İdarəsinin Maliyyə-iqtisad və kadrlar şöbəsinin Uçot, hesabat və iqtisadi təhlil sektorunun aparıcı məsləhətçisi


Elvin İbrahimov
Yüklə 15,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə