Metallar və onlarin ümumi xassəLƏRİ



Yüklə 66,43 Kb.
tarix22.05.2018
ölçüsü66,43 Kb.

Kimya məktəbdə




METALLAR VƏ ONLARIN ÜMUMİ XASSƏLƏRİ” MÖVZUSUNUN TƏDRİSİNDƏ FİZİKA İLƏ ƏLAQƏLƏNDİRMƏ TƏCRÜBƏSİNDƏN
M. Fərəcov

Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent

S. Axundova

Səbail rayonunun 49 saylı məktəbin müəllimi
Ümumtəhsil məktəblərinin VIII-IX sinifləri üçün minimum proqramlarında qeyri-üzvi kimya kursunun mövzularının fizika kursu ilə əlaqəli tədrisinə aid geniş imkanlar mövcuddur.

“Ilk kimyəvi anlayışlar” bölməsində :maddələrin fiziki xassələri, molekullar və atomlar, atomların tərkibi, Avoqadro sabiti, Avoqadro qanunu, qazların molyar həcmi, qazların normal şəraitdəki sıxlığı və nisbi sıxlığı, qazların həcmi anlayışlarının nisbətləri; “Su. Məhlullar”, “Kimyəvi reaksiyaların sürəti”, “Kimyəvi tarazlıq”, “Dövri qanun, kimyəvi elementlərin dövri sistemi və atomun quruluşu”, “Kimyəvi rabitə”, “Maddələrin quruluşu”, “Elektrolitik dissosiasiya”, “Metallar və onların ümumi xassələri” kimi mövzuların fizika ilə əlaqəli tədrisinin həmi elmi, həmi də praktik əhəmiyyəti vardır. Qabaqçıl pedaqoji təcrübəyə malik olan kimya müəllimlərinin fəaliyyətində fənlərarası əlaqəyə diqqət yetirilməsinə və şəxsi təcrübəmizə əsaslanaraq “Metallar və onların ümumi xassələri”nə aid tədris vahidinin planlaşmasını aşağıdakı kimi aparırıq:




sN

Mövzular

Saat

Tarix

Strategiya

İnteqrasiya

Resurslar


Evə tapş.

1.

Dövri sistemdə metalların möqeyi. Atomlarının quruluşu. Kristal qəfəslərinin quruluşu. Metal rabitəsi

1





Müsahibəli şərh, müstəqil işlər, inteqrasiya

Kulon qanunu, maddələrin aqreqat halı, maddə atomlar sistemi kimi.

Dövri qanun cəd. atomun quruluşu. metalların kristal qəfəsləri.




2

Metalların ümumi alınma üsullarları. Elektroliz.

1




Müsahibə problemli şərh

IX-metallar el-ik sahəsində. Metallarda elektrik cərəyanı. Elektroliz qanunu.

Elektrolizə aid təcrübə avadanlığı




3

Metalların xarakterik fiziki-kimyəvi xassələri

1




Müqayisəli şərh,

Metallar elektrik sahəsində

Atomun qurulu-şu, metalların kristal qəfəsləri




4

Elektrokimyəvi gərginlik sırası. Onların reduksiyaedicilik qabiliyyətinin müxtəlifliyi.

1





Müsahibəli şərh, fəal təlim, müstəqil işlər. İnteqrasiya

Metallar elektrik sahəsində. Metallarda elektrik cərəyanı. elektroliz.







5

Ərintilər haqqında anlayış metalların korroziyasına qarşı mübarizə üsulları.

1





Müsahibə

Naqillərdə elektrik cərəyanı







6

Metalların oksid və hidroksidləri

1




Müsahibə










7

Təkrar və məsələ həlli.

1




Müstəqil iş.










Cədvəldə göstərilən bəzi mövzuların tədrisinə aid dərslərin gedişini nəzərdən keçirək.

Mövzu: Dövri sistemdə metalların mövqeyi və atomlarının quruluş xüsusiyyətləri (IX sinif).

Məqsəd:

1.Dövri sistemdə metalların mövqeyini şərh edir.

2.Metalların atom quruluşlarını fərqləndirə bilir.

3.Metalların kristal quruluşu ilə metal rabitəsini əlaqləndirə bilir.



İş forması: Cütlərlə iş

İş üsulu: Müsahibəli şərh, fənlərarası və fəndaxili əlaqə, müstəqil iş

Resurslar:Dövri sistem cədvəli, Atomun quruluş sxemi, Metal kristal qəfəsi.

Motivasiya:

Şagirdlərin diqqətini yeni mövzuya yönəltmək məqsədi ilə müəllim sinifə müraciət edir: “Elementlərin dövri sistemi, dövri qanun. Atomun quruluşu” haqqında məlumatlarınıza əsaslanaraq metalların dövri sistemdəki mövqeyini, onların atom quruluşunu, metallara xas olan kristal quruluşu və metal rabitənin təbiətini öyrənmək hər biriniz üçün maraqlı olar.

Müəllim aşağıdakı suallardan ibarət olan iş vərəqlərini şagirdlərə paylayır və qeyd edir ki, hər bir cüt iki suala cavab verməlidir

1.Dövri sistem cədvəlində metallar hansı qrup və dövrlərdə yerləşmişdir?

2.Dövrlərdə və qruplarda metalların fəallığı necə dəyişir?

3. Ancaq, metallara xas olan xassələr hansıdır?

4.Metal rabitəsinin ion və kovalent rabitədən fərqi nədir?

5. Metalın kristal qəfəsinin quruluşu necədir?

6. Dövrlərdə metalların fəallığının azalmasını atomun quruluşuna əsasən izah edin.

Cavablar hazır olduqdan sonra müəllim ardıcıllıqla sualların cavablarının müzakirəsinə başlayır. Bəzi sualların cavabları ilə razılaşmayan müəllim əlavə məlumat verir. Məsələn, axırıncı suala düzgün cavab verilmədiyindən müəllim bildirir ki, hər bir dövrdə elementlərin sıra nömrəsi artdıca nüvədə nüsbət yüklü protonun və xarici elektron təbəqəsində mənfi yüklü elektronun sayı artır Siz fizikadan Kulon qanunun keçmisiniz. Bu qanuna görə “Sükunətdə olan iki nöqtəvi yükün vakumda qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz və aralarındakı məsafənin kvadratı ilə tərs mütanasibdir. Buna görə də elementin xarici elektron təbəqəsindən elektronun ayrılması çətinləşir.Əksinə elektron qəbul etməsi güclənir. Şübhəsiz ki müəllim şagirdlərin müstəqil olaraq yeni bilik və bacarıqlara yiyələndiklərini qabaqcadan hazırlanmış test sualları ilə araşdırır.

Daha bir dərs nümunəsini də nəzərdən keçirək.

“Elektroliz” mövzusu kimya və fizika proqramlarinda xüsusi yer tutur

Mövcud kimya proqramlarında elektroliz haqqında məlumatın metalların ümumi xassələri ilə əlaqədar öyrədilməsinin pedaqoji əsası vardır. Uzun illərin pedaqoji təcrübəsinə, ixtisasartırma kurslarında müəllimlərlə keçirdiyimiz sorğulara, elektrolizlə bağlı şagirdlərlə aparılan söhbətlərə əsaslanaraq deyə bilərik ki, elelektroliz mövzusunun tədrisində hər iki fənlə bağlı çətinliklərin olması şagirdlərin bilik və bacarıqlarında olan çatışmazlıqlarla bağlıdır. Toplanılmış. məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, kimya müəllimləri fizikadan verilən məlumatla tam tanış olmur və əksinə. Hər bir kimya müəlliminə məlumdur ki, bu dərsin təşkilində və keçirilməsində çətinliklər vardır. Bu çətinliklərdən biri də tədris prosesində fəndaxili və fənlərarası əlaqə imkanlarının müəyyən edilməməsi, pedaqoji prosesdə inteqrasiyanın yaradılmamasıdır. Bunları nəzərə alaraq “Elektroliz”in tədrisini bir qədər geniş araşdıraq. Tədris prosesində fəndaxili və fənlərarası əlaqə imkanlarından geniş istifadə edilməlidir. Pedaqoji prosesdə inteqrasiyanın yradılmasına nail olunmalıdır. Bunlar nəzərə alınaraq elektroliz hadisəsi mövzusuna aid dərsin təşkili və gedişini nəzərdən keçirək.

Mövzu: elektroliz (IX sinif)

Məqsəd: 1. Şagird elektroliz prosesinin mahiyyətini izah edir.

2.Elektrodlarda gedən oksidləşmə-reduksiya reaksiyalarının tənliklərini tərtib edir.

3.Elektroliz hadisəsini elektroliz qanunu ilə əlaqələndirir.

Resurslar: U-şəkilli şüşə boru, kömür elektrodlar, elektroliz mənbəyi, elektrik lampasından ibarət dövrə, mis (II) xlorid duzu, distillə olunmuş su, batereya, natrium qələvisi, dəmir mıx, metalların kimyəvi aktivlik sırası, Elektrolizə aid tablo

İş forması:qruplarda.iş

Təlim üsulu :problemli şərh, fəndaxili və fənlərarası əlaqə, müstəqil iş, müzakirə.

Dərsin gedişi: sinfin təşkilindən sonra şagirdlər üç qrupa bölünürlər:

I.qrup - S. Arrenius

II. qrup - M. Faradey

III. qrup - N.Beketov.

Şagirdlərin bilik və bacarıqlarını araşdırmaq üçün hər bir qrupa sorğu vərəqləri verilir. Sualların bir çoxu şagirdlərin fizikadan öyrndiyi məlumatlara əsaslanmışdır. Nümunə olaraq II qrupun suallarını nəzərdən keçirək.

II. qrup-M. Faradey



  1. Elektrod nədir?

  2. NaCl və K2SO4 dissosiasiyasının tam və qısa ion tənliklərini yazın

  3. Dəmir (II) sulfat məhlulunun elektrolizindən elektrodlarda gedən oksidləşmə-reduksiya reaksiyalarının tənliklərini yazın

  4. Elektroliz hadisəsi elektroliz qanununundan asılı olduğunu izah edin

  5. Qələvi metalları elektrolizlə almaq olarmı?

Şagirdlərin suallara cavab vermələri üçün 15-20 dəqiqə vaxt verilir. cavablar hazır olduqdan sonra, toplanılır və müzakirə edilir.

Evə tapşırıq olaraq şagirdlərə aşağıdakı suallara cavab hazırlamaları bildirilir:

1 Natrium sulfatın, mis (II) nitratın suda məhlullarının elektrolizində gedən reaksiyaların tənliklərini yazın.

2 Kalium xloridin və dəmir (II) sulfatın ərintisinin elektrolizində gedən reaksiya tənliklərini yazın.

3 Kalsium xlorid duzunun ərintisinin və sulu məhlulunun elektrolizində oksidləşmə və reduksiya prosesini göstərin.

Mövzu: Metalların elektrokimyəvi gərginlik sırası. Elektrolitlərin suda məhlullarının elektrolizi.

Məqsəd:

1.Metalların elektrik keçirməsini izah edir.

2.Metalların fəallıq sırasının mahiyyətini şərh edir.

3.Elektrolit məhlullarından cərəyanın keçməsi zamanı metalların elektrodlarda toplanmasını aydınlaşdırır.



İş foması: Qruplarda iş.

Təlim üsulu: Müsahibəli şərh, inteqrasiya, müstəqil işlər, müzakirə

Resurslar: CuSO4, FeSO4, Cu, Fe, Zn, Na, Ca, AgNO3, HCl, H2SO4, HNO3, sınaq şüşəsi, kimya stəkanı, kolba, distillə suyu, metalların fəallıq sırası, Metalların elektrod potensialı, ionların reduksiyası sırasına aid əyanı vəsait, sorğu və iş vərəqləri.

Dərsin gedişi: Sinfin təşkilindən sonra “Metalların fiziki-kimyəvi xassələri. Elektroliz” mövzusuna aid hazırlanmış aşağıdakı məzmunlu sorğu vərəqləri şagirdlərə paylanılır.

Qrup-1


  1. Metalların turşularla reaksiyasında hidrogenin alınması ilə gedən iki reaksiya tənliyini yazın

  2. Metalların fiziki xassələri metal rabitəsindən necə asılı olduğunu izah edin.

  3. Metalların kimyəvi xassələrinin qeyri-metalların kimyəvi xassələrindən nə kimi fərqi vardır?

Qrup-2

1.Metallar reaksiyaya daxil olduqda onun kristal quruluşu necə dəyişir?

2.Elektroliz zamanı məhluldakı metal ionu oksidləşir yoxsa reduksiya olunur?

3.Metalların duzlarla üç reaksiyanın tənliyini yazın.

Qrup-3

1.Misin qatı və duru nitrat turşusu ilə reaksiyasının tənliklərini yazın.



2.Dəmir və sinkin mis(II) sulfat və gümüş-nitrat duzu ilə teaksiyasının tənliyini yazın.

3.CuCl2 duzunun məhlulunun elektrolizində elektrodlarda hansı maddələrin toplandığığnı izah edin.

Qruplarda şagirdlərin cavabları hazır olduqdan sonra hər qrupdan bir nəfər lövhədə məlumat verir.Bütün cavablara şagirdlər tərəfindən diqqət yetirilir, müəllim də lazım gəldikdə müzakirəyə qoşulur.

İstifadə edilmiş ədəbiyyat:



1. R.İ.Qrabovskiy, kurs fiziki, Moskva, ”Vısşaya şkola”, 1974

2. V.Abbasov və b. kimya, 8-9-cu siniflər üçün, ”təhsil” nəşriyyatı, Bakı-2004.

3. M. Murğuzov və b.fizika,8,9-u siniflər, Bakı nəşr-2007

4. İnteraktiv kurrikulum:Mahiyyəti və nümunələr, ”Adiloğlu” nəşriyyatı, Bakı-2005.

5. A.Mehrabov və b., Pedaqoji Texnologiyalar, Bakı-Mütərcim-2006.

6. M.S.Fərəcov, Kimyanın tədrisində fənlərarası əlaqə, ”Maarif” nəşriyyatı, Bakı-1989.

7. Zülfiyyə Veysova, Fəal/interaktiv təlim: UNİCEF, Azərbaycan Respublikası Təhsil Nazirliyi.

8. A.Mehrabov, M. Fərəcov, Ümumtəhsil məktəblərində kimyanın və fizikanın tədrisində fənlərarası əlaqənin yaradılması təcrübəsindən, ARTPİ-nin Elmi əsərləri, Bakı, mütərcim, 2009, N-3,4; (ikinci məqalə). 2010, N-1.




М.Фараджов, С.Ахундова

Из опыта использовании знаний по физике при преподавании темы

«Металлы и их общие свойства»

РЕЗЮМЕ

В статье дается методика использовании знаний учащияся по физике при обучении темы «Металлы и их общие свойства» интерактивными методами.



M.Farajov, S.Akhundova

From the experience of using the knowledge of physics teaching at the theme "Metals and their common properties"

SUMMARY

The article presents the methodology used in learning the physics of the training topics, "Metals and their common properties" interactive methods.



Açar sözlər: Dövri sistem, atomun quruluşu, metal rabitəsi, kristal qəfəslər, metalların elektrokimyəvi gərginlik sırası, elektrod, elektrolit, elektroliz, ion, anion, kation, motivasiya, resurslar, strategiya, inteqrasiya, interaktiv, problemli şərh, iş vərəqi, qruplarda iş.
Ключевые слова: Периодические систем,строения атома, металлическщй связъ, кристаллическая решотка, електрохимический ряд напряжений металлов, електрод, електролит, електролиз, ион, катион, анион, мотивасия, ресурсы, стратегия, интеграсия, интерактив.
Key words: Periodic sytem, electrlesis, electrochemical, electrolyte, crystal caqe, мetal, communication, ion , anion, strategiiy, resource, atomic stukture, motivation, inteqrqtion, problematic commentary.





: arxiv -> 1-33-2011
arxiv -> Мцяллиф адлы кимйяви реаксийалар
arxiv -> Мцяллиф адлы кимйяви реаксийалар
arxiv -> Мцяллиф адлы кимйяви реаксийалар
arxiv -> Kimya fəNNİ kurikulumunu təTBİq edəRKƏn a. Z. Məmmədova, Ç.Ç. Quliyeva, G. V.Şadlinskaya
arxiv -> Мцяллиф адлы кимйяви реаксийалар
1-33-2011 -> Мцяллиф адлы кимйяви реаксийалар
1-33-2011 -> MəKTƏb kimya güNÜNÜn təŞKİLİ TƏCRÜBƏSİNDƏn m. Fərəcov pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent H. Əsgərov
1-33-2011 -> Kimyanin təDRİSİNDƏ FƏNLƏrarasi əlaqə MƏzmunlu ekskursiyalardan iSTİfadə etməKLƏ ŞAGİrdləRİn ekoloji BİLİKLƏRİNİN ÜmumiLƏŞDİRİLMƏSİ metodikasi tağıyev T.İ
1-33-2011 -> TəBRİk ediRİk telman Ağdamski – 75 V. M. Abbasov amea-nın müxbir üzvü, k e. d., professor M. M. Abbasov


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə