Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə1/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
  1   2   3   4   5   6   7   8   9   ...   196
Materialşünaslıq Me ( 1 hissə)



METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
FƏNN HAQQINDA MƏLUMAT.METALLARIN 
TƏSNİFATI,ONLARIN KRİSTALLİK QURULUŞU.AMORF 
HALI
Metalşünaslıq–metal və ərintilərin tərkibini, atom-kristallik quruluşunu (strukturunu),
xassələrini öyrənən, onlar arasında qarşılıqlı əlaqə quran, struktur və xassələrə təsir etmə üsul-
larını yaradan elmdir.
Metalşünaslıq elminin nəzəri əsaslarını kristolloqrafiya, bərk cismlərin fizikası, fiziki
kimya elmləri təşkl edir.
Metalşünalıq elminin inkişafinı üç mərhələyə ayırırlar:
1-ci dövr
XX əsrin 20-ci illərinə qədər olan müddəti əhatə edir. Bu dövrdə metal və
ərintilərin quruluşunu adi gözlə, mikroskopda tədqiq etməklə, laboratoriya şəraitində xassələ-
rini öyrənməklə metal və onun haqqında ümumi təsəvvür yaranmış-metalşünaslıq elminin əsası
qoyulmuşdur.
2-ci dövr
20-ci illərdən 50-ci illərə qədər keçən zamandır.Bu dövrdə termiki emal
prosesində metalda baş verən struktur çevrilmələri dərindən və ətraflı öyrənildi.Məlum oldu ki,
metal və ərintilərin çox vacib xassələri atomların kristallik qəfəslərdə ideal yerləşməsi ilə yox,
həmin yerləşmənin pozulması, yəni onlardakı qüsurların mövcudluğu ilə təyin edilir.
3-ci dövr
50-ci illərdən indiyə qədər olan dövrü əhatə edir.Bu dövrdə metalların xas-
sələrinin asılı olduğu kristallarda atomların yerini dəyişmək imkanının tapılması, onlarda müx-
təlif qüsurlar yaradaraq aqressiv sahələrdə işləyən materialların yaranması mümün olmuşdur.


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
qarşılıqlı əlaqələrin öyrənilməsi nəticəsində yüksək vakuum, çox aşağı, yaxud da yuxarı tem-
peraturlarda, aqressiv sahələrdə işləyən materialların,möhkəmlik və plastikik tələb olunan yer-
lərdə işləyən polad və ərintilərin və kompozisiya materiallarının yaranması mümkün olmuşdur.

Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə