METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
möhkəmləndiriciləri diskret və fasiləsiz liflərə bölürlər
Çox hallarda kompozisiya materialının strukturu qatlı olur. Belə strukturda hər bir qat
çoxlu miqdarda fasiləsiz paralel liflərlə armaturlaşdırılıb.
Kompozisiya materialının tətbiq olunması
konstruksiyanın sərtliyini artırmaqla
bərabər, həm də metal həcminin miqdarını azaldır. Kompozisiya materialının möhkəmliyi
istifadə olunan lifin xassələri ilə təyin olunur. Cədvəl 2-də bəzi möhkəmləndirici liflərin xas-
sələri verilmişdir.
Alüminium və maqnezium matrisalarını, eləcə də onların ərintilərini möhkəmlən-
dirmək üçün bordan, qrafitdən, həmçinin də yüksək möhkəmliyə, elastikliyə malik
çətinəriyən karbid, nitrid, borid və hətta polad liflərdən istifadə edirlər.Adətən titanı və onun
ərintilərini molibden, silisium-karbidi, titan boridi lifləri ilə armaturlaşdırırlar. Volfram və
molibden liflərindən isə nikel ərintilərinin odadavamlılığını artırmaq məqsədilə istifadə olu-
nur.
Kompozisiya materiallarından yüksək elektrik və istilikkeçirmə qabiliyyəti tələb olun-
duqda, onları metal liflərlə armaturlaşdırırlar.
Qeyd etmək lazımdır ki, sapaoxşar lifli (bığlar) kompozisiya materialları yüksək möh-
kəmliyə malik olurlar.