Mətbuat üÇÜn məlumat



Yüklə 8,13 Kb.
tarix18.06.2018
ölçüsü8,13 Kb.




R_109 Bakı, 16.06.2017

MƏTBUAT ÜÇÜN MƏLUMAT



Bakı Fond Birjasının təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə xeyriyyə sərgisi baş tutmuşdur.
16 iyun 2017-ci il tarixində Bakı Fond Birjasının təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı Fond Birjasının yerləşdiyi biznes mərkəzi Babək Plazanın, (Babək prospekti, Ələddin Quliyev 11/31) geniş foyesində fiziki və əqli məhdudiyyəti olan uşaqların əl işlərindən ibarət sərgi keçirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Fond Birjasının Idarə Heyətinin sədri Vüqar Namazov iştirakçıları salamlayaraq, belə tədbirlərin cəmiyyətimizdə önəmini vurğulamış, fiziki və əqli məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rolu olduğunu qeyd etmişdir. Həmçinin Sərgidə iştirak edən insanlara, o cümlədən tərəfdaşlıq edən şirkətlərə öz minnətdarlığını bildirmişdir.

Daha sonra sözü alan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva öz növbəsində tədbirin təşəbbüskarı olan Bakı Fond Birjasının rəhbərliyi və kollektivinə təşəkkür etmişdir və bu qəbildən olan tədbirlərin keçirilməsində komitə olaraq hər zaman dəstək verməyə hazır olduqlarını ifadə etmişdir.

Ardınca Bakı Fond Birjasının açılış zəngi çalınmış və sərgi açıq elan edilmişdir.

Qeyd edək ki, sərginin keçirilməsində məqsəd sağlamlıq imkanı məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, onlara qayğı və dəstək göstərmək, gənclərin bacarıqlarını ictimaiyyətə təqdim etmək və cəmiyyətin onlara diqqətini artırmaqdır. Sərgidən toplanmış vəsait əl işlərinin müəlliflərinə təqdim olunacaqdır.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunmuşdur.

BFB adı çəkilən tədbirə təşkilatı dəstəyə görə tərəfdaş şirkətlər olan Babək Plaza, Coca Cola, Koroğlu, Ali və Nino, Böyük Firat və Kreativ 141 şirkətlərinə öz xüsusi təşəkkürünü bildirir.


Tel: (99412) 4989820; Fax: (99412) 4937793; email: pr@bse.az ; http://www.bfb.az;

Address: 11/31 Aladdin Guliyev, Babek Ave., Baku, Azerbaijan, AZ 1025






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə