Mətbuatda reklam KİV-də reklam haqqında ümumi məlumat



Yüklə 23,03 Kb.
tarix15.03.2018
ölçüsü23,03 Kb.
#32306

Mətbuatda reklam

KİV-də reklam haqqında ümumi məlumat: reklam latınca “reklamare” sözündən olub, mənası “qışqırmaqla məlumat vermək” deməkdir. Qədim yunan və Roma mənbələrində reklam sözü adamların yığıldığı küçə və meydanlarda məlumatların şifahi elan olunması mənasında işlədilir. Belə çıxır ki, şahların, sultanların, kralların əmr və fərmanlarını şifahi halda əhaliyə çatdıran carçılar da reklamla məşğul olublarmış.

Qədim Yunanıstanda maskalı carçılar reklam mətnini mahnı ilə oxuyurdular. Bu mahnılardan birinin mətnində tərənnüm olunan kosmetik məmulatın Eksliptosun dükanında satıldığı bildirilir. Zaman dəyişdikcə reklamçılığın da tədricən formalaşdığının şahidi oluruq. Arxeoloqların qədim Misirin Memfis şəhərində tapdıqları lövhədə yazılır: “Mən-Krit adasından olan Rino, tanrının iradəsilə yuxu yozuram.”

Tarixən əmtəə-pul münasibətləri təkmilləşdikcə reklama tələbat yarandı və reklamçılıq peşə kimiformalaşaraq yazılı həllini tapdı. Yazılı reklamlar isə reklamçılığın tarixi inkişaf mərhələlərini izləməyə və nəzəri təhlildən keçirməyə imkan verdi.

Nəzəri və əməli cəhətdən peşəkar reklam dövlət miqyasında institut kimi ilk dəfə Amerikada formalaşmışdır. Bu sistemli mexanizm reklamın nəzəri qanunlarının tədricən mükəmmələşdirilməsinə zəmin yaratmışdır.

Müasir reklam nəzəriyyəsi məzmunca humanitar elmlər sayılan incəsənət, filologiya, sosiologiya, psixologiya, psixologiya və iqtisadiyyata yaxın olsa da formaca dəqiq elmlərin qanunları əsasında fəaliyyət göstərir. Odur ki, reklamın estetik prinsipləri yerli sənət növlərini əks etdirsə də onun semantik strukturu dünyəvi elmi qanunlara əsaslanır.

8 may 1886-cı ildə Corciya ştatının Atlanta şəhərində Con Pemberton öz aptekində “Koka-Kola” hazırladı və 21 gün sonra “Atlanta journal” qəzetindəki elanla müştərilərə təqdim etdi. Kütləvi informasiya vastəsində çap olunan bu elanla reklam tarixi rəsmi olaraq protokollaşdı. Həmin elandakı “dadlı və sərinləşdirici” sözləri bu günə qədər “Koka-kola”nın reklam mətnində leytmotiv kimi qorunub saxlanılır. Con Pombertonun işgüzar münasibət qurduğu, bazarda malın satışı ilə məşğul olan Robinson ilk peşəkar reklamçı kimi tarixə düşdü. İki il sonra bu şəriklər şirkət hüquqlarını satsalar da əmtəə reklamı tarixi onların adı ilə bağlı oldu.

1917-ci ilin noyabr ayının 7-də oktyabr inqilabı qalib gəldi və ertəsi gün Lenin “Reklam üzərində dövlət inhisarı barədə” dekret imzaladı və bununla da reklam işi dünyada ilk dəfə olaraq dövlətin əlində mərkəzləşdi.

Sosialist reklamının ilk nəzəriyyəçilərindən biri peşəkar reklamçılıq fəaliyyəti ilə də məşğul olmuş görkəmli şair V.Mayakovski oldu. O, yazırdı: “Reklam təxəyyül rəngarəngliyi ilə seçilməlidir...reklam sənaye və ticarətin təşviqatıdır. Elə reklam etmək gərəkdir ki, şikəstlər belə dirçəlib alış-veriş etməyə qaçsın”. Lakin onun yaradıcılığının əsas hissəsi sosialist ideyalarının təbliğini önə çəkən siyasi marketinqdən ibarət olmuşdur.

Əhatə dairəsinə görə reklam maddi və ya mənəvi aləmə aid olur. Maddi kütləyə malik əmtəə reklamından fərqli olaraq, mənəvi aləmə dair sosial reklam istehlakçıya gözönü təqdim olunmur. Mənəvi tələbatı ödəyən mübadilə forması yalnız kütlə zövqünü tərbiyələndirir.

Müasir dövrün ictimai şüurunda imicin yaradılması və inkişafında da sosial reklamın əhəmiyyəti böyükdür. Dövlətin beynəlxalq imicinin qorunması xarici siyasətin strateji amilidir. Bu imic siyasi və iqtisadi kapitalın formalaşmasına xidmət edir. Əsrin sonunda Türkiyənin beynəlxalq aləmdə tanınması üçün dövlət və özəl turizm sektoru ildə yüz min dollar xərcləyirdi. 2000-ci ildə “Qalatasaray” futbol komandasının UEFA kubokunu qazanması, çempionlar liqasının qalibi”Real Madrid” üzərində qələbəsi dörd milyard dollar qədər dəyərləndirildi və ölkədə turizmin inkişafına təkan verdi.



Qəzet reklamı: 1450-ci ildə Qutenberqin icad etdiyi yığma şriftli çap makinası nəşriyyat işinin, o cümlədən reklam mətninin inkişafına təkan verdi. 1478-ci ildən ingilis dilində divar elanları çap olunmağa başladı. 1480-ci ildən Londonda kilsə divarına vurulan afişalar dini kitabların satışının reklam edirdi.

Traixən nəşri reklamlardan ən geniş şəkildə qəzet səhifələrində istifadə olunmuşdur. Qəzet italyanca “qazetta” olub “az dəyərli pul” deməkdir. Eramızdan əvvəl I əsrdə Yuli Sezar dövründə dövlət əhəmiyyətlimühüm hadisələr yazılaraq qəzet formasında az pula satılırdı. XVI əsrdə isə Venesiyada qəzet almaq imkanına malik pul vahidi rəsmi olaraq qazetta adlanırdı.

Amerika reklamının atası sayılan Bendjamin Franklinin 1729-cu ildən çap olunan çoxtirajlı “Qəzet” adlı nəşri ilk sanballı reklam toplusu sayılır.

1839-cu ildə fotoqrafiyanın kəşfi yazılı reklamı yeni mərhələyə çıxardı. Fotoqrafoyanın vizuallığı təsvirin önə keçməsinə və mətnin qısalmasına səbəb oldu.

1841-ci ildən müqavilə ilə Filadelfiya qəzetlərində reklam yerləşdirən U.B.Palmer ilk reklam agenti sayılır.

Şərqdə ilk ticari reklam elanları 1864-cü ildən Türkiyənin “Tərcümani-Əhvam” qəzetində çap olunurdu.



Jurnal-məcmuə reklamı: 1835-37-ci illərdə nəşr olunan “Southern Literary Messenger“ dərgisinin tirajının yeddi yüzdən, üç min beş yüzə çatması reklamçılığın tarixinə həkk olundu.
Radio və televiziyada reklam

Radio reklamı: İlk radio reklamı 2 noyabr 1920-ci ildə Pensilvaniyanın Piptsburq şəhər radiosundan yayımlanmış və o zamandan başlayaraq tədricən efirdə özünə möhkəm yer tutan reklamlar radionun maliyyə mənbəyinə çevrilmişdir. Kommersiya ideyasını birbaşa əks etdirən mətn radioda aparıcı rol oynayır. Məhz radioda reklamın hazırlanması daha operativ həyata keçirilir. Radio reklamının yaranması və nümayişi iqtisadi baxımdan da sərfəlidir. Dinləyici ilə təkbətək və uzunmüddətli ünsiyyətə girən radioda təsvirin yoxluğu səbəbindən reklamlarda da görmə, tganıma refleksi yaranmır. Odur ki, radio reklamında xidmət və kompaniya reklamlarına geniş yer verilir. Bu reklamlarda obrazlı metaforadan geniş istifadə olunur. Gerçəkliyin birbaşa təqdimatına ehtiyac duyan əmtəə və ya marka reklamı isə təsvir isə təsvir məhdudluğu ucbatından radioda özünü doğrultmur.

Ən sadə radio reklamı diktorun oxuduğu elandır ki, burada da səsin bədii tərtibatına ehtiyac yoxdur. Radio reklamında başlıca şərtlərdən biri – az vaxtda bacardıqca çox söz söylənilməsidir. Digər vacib məqamlardan biri isə intonasiyanın dəyişkən təqdimatıdır. Radio-reklam mətnində bəlağətli, ritorik cümlələr özünü doğruldur.

Sözün, səsin və musiqinin bədii texniki imkanları radio reklamının aktivliyini artıran amillərdəndir. Reklamın mövzu istiqaməti kimi onun janr təyinatı da həlledici rola malikdir. Belə ki, xidmətlə bağlı radio reklamlarının janr seçimində əsasən komediyaya üstünlük verilir. Əmtəə ilə bağlı radio reklamlarında müasir informasiya janrlarından da geniş istifadə olunur. Çıxış, şərh, müsahibə və söhbət kimi informasiya janrları gerçəkliyin təqdimatına yönəlir. Bu janrlar bədii tərtibata yatımlı olmadığından, burada estetik tələblərə əhəmiyyət verilmir.

Tədqiqatlar göstərir ki, radio dinləyicilərinin cəmi 30 faizi reklama əhəmiyyət verir.



Televiziya reklamı: 1941-ci ildən KİV sıralarına daxil olmuş televiziya reklama geniş yer ayırdı. 1955-ci ildən yaranan rəngli televiziya isə reklamın bədii həllində yeni imkanlar açdı. Görüntü-təsvir televiziya reklamının vizual ifadə vasitəsi kimi özünü təsdiq etdi.

Azərbaycan televiziyası yarandığı vaxtdan müxtəlif elanlar efirə verirdi. Bu işlə televiziyanın buraxılış şöbəsi məşğul olurdu. 1971-ci ildən isə televiziyanın reklam və elanlar şöbəsi müstəqil struktur kimi fəaliyyətə başladı. Tədricən televiziyanın informasiya, tədris, əyləncə funksiyalarının mahiyyətində iştirak edən reklam elementləri kommersiya funksiyası daşıyaraq əlavə gəlir mənbəyinə çevrildi.

Operativ informasiyanın xronika janrında istehsal, satış və ya xidmət müəssisəsinin açılışı barədə məlumat diktorun deyil, aparıcı müəllifin təqdimatında potensial müştərilərin diqqətini çəkir. Bu faktın və hadisənin operativ canlanmasında reportaj janrı mühüm əhəmiyyət kəsb edir. Burada müəllif hadisənin içərisində olduğundan tamaşaçıda mükəmməl təsəvvür yarada bilir. Operativ informasiyanın rəsmi hesabat janrında istehsal səviyyəsi, mal dövriyyəsi brədə məlumatlar aktiv ictimai hadisəyə çevrilə bilmir. Nəticələrin kütləvi müzakirəsinin sosioloji sorğu kimi tamaşaçıya sırınması isə antireklama səbəb olur. Eyni mövzunun studiyaya dəvət olunmuş şirkət və müəssisə nümayəndəsi tərəfindən monoloji çıxış janrında təqdim olunduqda, çıxışçının yeknəsək portreti audiovizuallığa xələl gətirərək ekranı radiolaşdırır. Çıxış janrında əvvəlcədən hazırlaşıb məşq etmə, atalar sözü və misallardan istifadə fərdi xüsusiyyətləri əks etdirmədiyindən amirliyin göstəricisi hesab olunur.

Şirkət və müəssisə imicinin diqqət mərkəzində saxlanılması üçün televiziyanın analitik informasiya ekranı əlverişli reklam vasitəsidir. Hər hansı bir analitik informasiya proqramının dekorativ tərtibatında şirkətin embleminin davamlı olaraq görünməsi imicin xatırlanmasına, yadda qalmasına şərait yaradır.



Təsvir üzərində qurulan televiziya reklamı bahalı olsa da audiovizuallığına görə özünü doğruldur. Çəkiliş real və ya şərti naturada aparıldıqda kino estetikası meydana çıxır. Müasir televiziya texnologiyası isə klipin cizgi və qrafik həllinin yaranmasında çoxsaylı imkanlar açır. Müasir reklamı 70-ci illərdən formalaşan kompüter oyunları və elektron-rok musiqisinin təsirindən yaranan videoklip estetikası meydana gətirdi.

Televiziya birbaşa ünsiyyət vasitəsi kimi öz tamaşaçılarını əməli fəaliyyətdən ayıraraq audiovizual informasiya axınına cəlb edir. Odur ki, televiziya reklamı daha nüfuzedici və məhsuldar hesab olunur.
Yüklə 23,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə