Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə1/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
  1   2   3   4   5   6   7   8   9   ...   71


AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI 
MƏHƏMMƏD FÜZULĠ adına ƏLYAZMALAR ĠNSTĠTUTU 
 
 
 
 
 
VÜSALƏ MUSALI 
 
 
 
 
 
MƏTNLƏRĠN NƏġRƏ 
HAZIRLANMASI PROBLEMLƏRĠ 
 
 
 
 
«Elm və təhsil»  
BAKI – 2012 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 

 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  Məhəmməd  Füzuli 
adına Əlyazmalar Ġnstitutu elmi Ģurasının 6 aprel 2012-ci il 3 
saylı iclasının qərarı ilə nəĢr edilir. 
 
 
 
Elmi redaktoru:                      Nəsib GÖYÜġOV 
                                        filologiya elmləri doktoru
 
Rəyçi:                                      Knyaz ASLAN 
                                         pedaqoji elmlər namizədi
                                                     dosent 
 
Korrektor:                               Ülkər SƏMƏDOVA 
 
 
Musalı  (Səmədova)  Vüsalə  Azər  qızı.  Mətnlərin  nəĢrə 
hazırlanması problemləri. – Bakı, “Elm və təhsil”, 2012, 261 s. 
 
Monoqrafiyada elmi, elmi-kütləvi, klassik ədəbiyyatın nəĢrə hazırlanma-
sı və redaktəsi məsələlərindən bəhs olunmuĢdur. Dövri nəĢrlərin tipoloji əlamət-
ləri və növləri Ģərh olunmuĢ, elmi jurnalların növlərindən, məqsəd və oxucu tə-
yinatından asılı olaraq növ və janrlarından, elmi jurnalların nəĢri tarixindən  və 
mərhələlərindən bəhs edilmiĢ, nəĢrə hazırlanma və redaktə xüsusiyyətləri, gizli 
rəyçilərə  göndərilmə  və  s.  problemləri  iĢıqlandırılmıĢ,  Azərbaycanda  nəĢr  olu-
nan elmi jurnalların, Azərbaycanlı müəlliflərin elmi məqalələrinin Thomson re-
yestrində  öz  əksini  tapması,  ölkəmizdəki  elmi  jurnalların  bu  agentliyin  impact 
factorunu alması məsələləri və qarĢıda duran vəzifələr araĢdırılmıĢdır. 
 
 
   

 AMEA Əlyazmalar Ġnstitutu
  
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 

 
Böyük itkilər insanları dərinləĢdirir. 
NitĢe 
Qısa ömrünə üç müdrik insan ömrünü sığdırma-
ğı  bacarmış,  şərəfli,  ləyaqətli  bir  həyat  sürmüş, 
qohumları,  dostları  arasında  böyük  hörmət 
qazanmış,  ailəmizin  qüruru,  iftixarı,  fəxri  olan, 
mənəvi borcunu heç bir zaman ödəyə bilməyəcə-
yim çox hörmətli qayınatam 
Hacı  Seyfulla  Ağacan  oğlu  Musayevin  əziz 
xatirəsinə sonsuz ehtiramla ithaf edirəm.  
 
ÖN SÖZ 
 
Ġnsanların  duyğularını,  düĢüncələrini,  mədəniyyətlərini  və 
biliklərini baĢqa nəsillərə çatdırmaq üçün istifadə etdikləri ən mü-
hüm vasitə yazı olmuĢdur. Yazı ixtira olunmamıĢdan öncə insan-
lar,  Ģəkil  və  simvollardan  istifadə  etmiĢlər.  Daha  sonra  kağızın 
kəĢfi və əlyazma kitablarının meydana gəlməsi insan cəmiyyətinin 
mədəni tərəqqisinə öz dəyərli töhfəsini vermiĢdir.  
Bütün orta əsrlər boyu Azərbaycanda kitab sənətkarlığı insa-
nın ictimai fəaliyyətinin ən sayılan, möhtəĢəm saray emalatxanala-
rından  tutmuĢ  məktəb,  mədrəsələrədək  hər  yerdə  yüksək  qiymət-
ləndirilən mötəbər və nüfuzlu bir sahəsi hesab edilmiĢdir. Yüzillər 
ərzində Azərbaycan elmi və mədəniyyəti, o cümlədən kitab mədə-
niyyəti öz himayədarı olan Azərbaycan aristokratiyasının – Ģahlıq, 
xanlıq  və  bəyzadəlik  dünyasının  vəsaiti  ilə  çiçəklənmiĢ,  Müsəl-
man  ġərqinin  ümumi  mədəniyyətinin  zinətləndirilməsinə  xidmət 
etmiĢdir.  Ölkənin  iri  Ģəhərlərində  yaradılmıĢ  kitab  emalatxanala-
rında və zəngin kitabxanalarda dünyanın ən böyük elm və mədə-
niyyət korifeylərinin əsərləri köçürülərək tirajlanır və yayılırdı
1

                                                           
1
 Adilov M. Azərbaycan paleoqrafiyası. Bakı, 2010, s.180. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 

 
Orta əsrlərdə ġərq aləmində kitaba böyük dəyər verilirdi. Bu 
baxımdan XVI əsr Osmanlı Ģairi və təzkirəçisi Lətifinin kitab haq-
qında yazdığı bir qəzəl xüsusilə diqqəti cəlb edir: 
 
“Hər dəm əhli-dillərün yanında yarıdur kitab, 
Munisi-ovqatı, yari-qəmküsarıdur kitab. 
 
Nitəkim əyləncəsidür malu-cahı cahilün, 
Əhli-irfanun da mali-bi-Ģümarıdur kitab. 
 
Yeg durur bin kani-zərdən əhli-fəzlə bir vərəq, 
Cahil almaz bir pula, netsün, nə karıdur kitab?! 
 
Kənzi-la-yəfnaya irər, padiĢahi-vəqt olur, 
Hər kimün gəncinəvü-gəncinədarıdur kitab. 
 
Gəl bərü, ey zülmət içrə abi-heyvan istəyən, 
Bu səvad içrə o eynün çeĢməsarıdur kitab. 
 
QönçəvəĢ diltəng olanun könlün açar gül gibi, 
San güli-sədbərgi-fəsli-novbaharıdur kitab. 
 
Ol kiĢi buldı cahan içində yari-bi-xələl
Ey Lətifi, hər kimün yanında yarıdur kitab”
2

 
Taxta  qəliblərlə  kitab  çapı  (ksiloqrafiya)  VII  əsrdə  Çində 
meydana  gəlmiĢ  və  bu  çap  üsulu  yaponlar,  koreyalılar  və  uyğur 
türkləri  arasında  da  yayılmıĢdır.  Minlərcə  simvoldan  ibarət  Çin 
yazısı  üçün  bu  cür  çap  olduqca  yararlı  idi.  Ksiloqrafik  çapda  hər 
hansı bir mətnin bir səhifəsi ağac qəlibinə güzgü görüntüsü Ģəklin-
də qazıldıqdan sonra qəlib üzərinə mürəkkəb gəzdirilib, kağıza ba-
sılaraq çap  edilirdi. Bir  müddət sonra ksiloqrafik çap metodunun 
ġərqi Türküstan üzərindən Ġslam dünyasına keçdiyinin Ģahidi olu-
ruq.  Belə  ki,  Misiri  idarə  etmiĢ  Fatimilər  sülaləsinin  hakimiyyəti 
                                                           
2
 Latifi. TezkiretüĢ-Ģuara ve tabsıratün-nuzama (inceleme – metin). Hazırlayan: 
R.Canım. Ankara, 2000, s.86.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə