Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə2/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   2   3   4   5   6   7   8   9   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 

 
dövründə (909-1171) “Quran”dan bəzi ayələri ehtiva edən dua ki-
tabçaları  taxta  qəliblər  vasitəsilə  çap  edilmiĢdir.  Eyni  zamanda, 
Əndəlüs hökmdarı olan Əbdürrəhman ən-Nəsrin (912-961) öz va-
lilərinə çap olunmuĢ əmrnamələr göndərdiyi məlumdur
3
.  
1040-cı  illərdə  çinli  Pi  ġeng  (990-1051)  hər  heroqlif  üçün 
ayrıca  qəlib  düzəldərək,  mütəhərrik  (hərəkət  edən  literlərlə)  kitab 
çapı metodunu icad etmiĢdir. Bu üsul çoxsaylı heroqliflərə malik 
Çin  yazısı üçün  effektli  olmasa da, Pi  ġengin  icadından dörd əsr 
sonra  Avropada  uğurla  tətbiq  olunmağa  baĢladı.  Məhz  1440-cı 
illərdə Almaniyada Ġohann Qutenberqin (1400-1468) ilk mətbəəni 
açması ilə kitab nəĢri tarixində yeni dövr baĢladı. Mütəhərrik kitab 
çapı  Avropada  istifadə  edilən  əlifbalar  üçün  daha  münasib  idi. 
Çünki hərflərin sayı olduqca azdır, hər hərf üçün ayrıca qəlib dü-
zəldilir, hərflər ayrı-ayrı tökülür və bunlardan sözlər, cümlələr, sə-
hifələr və mətnlər düzülürdü. Beləliklə, kitab çapına dair ilk təĢəb-
büslər və təcrübələr Çindən baĢlayaraq bir sıra ġərq ölkələrində sı-
naqdan  keçirilsə  də,  mətbəə  iĢi  Avropada  özünə  yeni  həyat  tapdı 
və sürətli inkiĢaf yoluna qədəm qoydu. 
Azərbaycanda ilk mətbəələr XIX əsrdə  yaradılsa da, nəĢriy-
yat  iĢi  XX  əsrdən  inkiĢaf  etməyə  baĢlamıĢdır.  Azərbaycanda  ilk 
mətbəənin  qurulması  XIX  əsrin  birinci  rübünə  təsadüf  etmiĢdir. 
Qacarlar  sülaləsindən  olan  Fətəli  Ģahın  böyük  oğlu,  vəliəhdi  və 
Azərbaycan  hakimi  Abbas  mirzənin  (öl.  1833)  himayəsi  ilə  Təb-
rizdə ilk mətbəə yaradılmıĢdır. Lakin bu mətbəənin qurulma tarixi 
ilə bağlı fikir ayrılığı mövcuddur. Belə ki, mövcud ədəbiyyatda bu 
hadisənin 1812-ci, 1817-ci və 1818-19-cu illərdə baĢ verməsi haq-
qında fikirlər səsləndirilmiĢdir
4

                                                           
3
  Orlin  Sabev  (Orhan  Salih).  Ġbrahim  Müteferrika  ya  da  ilk  Osmanlı  matbaa 
serüveni (1726-1746). Ġstanbul, 2006, s.18.  
4
 Mirəhmədov Ə. Bir neçə söz // Azərbaycan kitabı (biblioqrafiya). Üç cilddə. I 
c.  Tərtib  edəni:  Ə.Y.Əliyev.  Bakı,  1963,  s.XXX;  Zəkiyev  Ġ.,  Ġsmayılov  R., 
Əliyeva Z. Azərbaycanda nəĢriyyat iĢi. Bakı, 2000, s.52; Zərinəzadə H. Fars di-


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 

 
H.H.Zərinəzadə Azərbaycanda ilk mətbəənin qurulması haq-
qında  “Kavə”  jurnalının  1921-ci  ildə  buraxılmıĢ  5-cı  sayından 
(səh.12-13) sitat gətirir: «Fətəli Ģahın Ģahlığı dövründə ilk mətbəə 
Təbrizdə  quruldu.  Bu  barədə  Hotem-ġindler  yazır:  “1818-ci  ildə 
təbrizli Ağa  Zeynalabidin adlı bir adam  tipoqrafiya,  yəni  Ģrift  ilə 
çap etmə mətbəəsinin azacıq alət-vəsaitini Təbrizə gətirərək, Azər-
baycanın o zamankı hökmdarı olan caniĢin Abbas mirzənin hima-
yəsi altında kiçik bir mətbəənin əsasını qoydu...”... Doktor Kotton 
deyir ki, “1822-ci ildə Mirzə Cəfər adlı bir gənc ilk qurĢun mətbə-
əsini bu Ģəhərdə (Təbrizdə) iĢə saldı, çap edilmiĢ ilk kitab isə “Gü-
lüstan”  idi...  Təxminən  1825-ci  ildə  caniĢin  Abbas  mirzə  təbrizli 
Mirzə Cəfəri Moskvaya  göndərdi ki,  bir daĢ mətbəə gətirsin  və o 
sənəti  də  öyrənsin.  O,  Təbrizə  bir  dəzgah  gətirərək,  onu  iĢə  sal-
dı»
5

Yeri gəlmiĢkən, bəzi müəlliflər
6
 “çap” sözünün hind mənĢəli 
olduğunu  irəli  sürsələr  də,  H.H.Zərinəzadə  bu  sözün  Azərbaycan 
dilindən  fars  dilinə  keçdiyini  ehtimal  etmiĢdir.  Belə  ki,  monqol 
hökmdarı  Keyxatu  xan  dövründə  Təbrizdə  “çav”  adlanan  çap 
olunmuĢ  kağız  pullar  dövriyyəyə  buraxılmıĢdı.  Alimin  fikrincə, 
“çav” termini “çap” sözünün qədim formasıdır: “Təbrizdə “çav”ın 
çalınması və Azərbaycan dilində “çalınmaq” felinin, baĢqa məna-
larla  yanaĢı  olaraq,  bir  də  pul  çalmaq  mənası  daĢıması  “çav”  ilə 
“çalmağ”ın əlaqədar olduğu ehtimalını da doğurur. Ola bilər ki, bu 
mənada  olan  “çalmaq”  sözü  “çav”dan  əmələ  gəlmiĢ  və  əslində 
“çavlamaq” imiĢ”
7
.  Dilimizdə bir də “çapmaq” sözünün mövcud-
luğunu xatırlamağın heç də yersiz olmayacağı qənaətindəyik. 
                                                                                                                                 
lində Azərbaycan sözləri. Bakı, 1962, s.261; Xəlilov A. Ġlk Azərbaycan kitabı. 
Bakı, 1995, s.16.    
5
 Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, s.261-262. 
6
 Müin M. Fərhəngi-farsi. I c. Tehran, 1342, s.1262-1263. 
7
 Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, s.271-273.
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 

 
Biblioqraf alim A.Xəlilov yazır ki, Abbas mirzənin təhsil al-
maq üçün Ġngiltərəyə göndərdiyi Mirzə Saleh ġirazi orada çapçılıq 
iĢini öyrənmiĢ və 1819-cu ildə Təbrizə qayıtdığı zaman özü ilə bir 
çap  dəzgahı  da  gətirmiĢdir.  Eyni  ildə  Azərbaycan  alimi  Mirzə 
Zeynalabidin  Təbrizi  də  mətbəəçilik  fəaliyyətinə  baĢlamıĢdır.  Elə 
həmin il Təbrizdə görkəmli Azərbaycan Ģairi Məhəmməd Füzuli-
nin doğma dildə yazdığı “Leyli və Məcnun” poeması nəĢr edilmiĢ-
dir
8
.  Çox  keçmədən  Ġran  Azərbaycanının  bəzi  digər  Ģəhərlərində 
(Urmiya, Ərdəbil və s.) də mətbəələr yaradıldı
9

ġimali Azərbaycanda ilk mətbəə 1830-cu illərdə ġuĢada əc-
nəbi  missionerlər tərəfindən xristianlığın  təbliği  məqsədi  ilə təsis 
edilmiĢdir
10
.  
TanınmıĢ  Azərbaycan  Ģairi,  rəssamı,  xəttat  və  musiqiĢünası 
olan Mir Möhsün Nəvvab (1833-1918) da ġuĢadakı evində mətbəə 
təĢkil  etmiĢdir.  O,  litoqrafiya  mətbəəsi  açmağa  müvəffəq  olmuĢ, 
hətta burada özünün bir neçə əsərini  çap etmiĢdir. 
XIX əsrin son rübündə Azərbaycanda kitab çapı iĢinin inki-
Ģafında  Ünsizadə  qardaĢlarının  Tiflisdə  və  ġamaxıda  fəaliyyət 
göstərən mətbəəsinin böyük rolu olmuĢdur. XX əsrin əvvəllərində 
isə  Azərbaycanda  ən  böyük  mətbəə  Orucov  qardaĢlarının  Bakıda 
qurulan  və  o  zamanın  Ģəraitinə  görə  texniki  cəhətdən  mükəmməl 
olan müəssisəsi idi. Əgər 1889-cu ildə Bakıda 5 mətbəə və 1 tipo-
litoqrafiya  var  idisə,  1900-cü  ildə  mətbəələrin  sayı  16-ya  çatmıĢ-

11
. Artıq 1908-ci ildə Bakıda otuz mətbəə və litoqrafiya fəaliyyət 
göstərirdi.  
                                                           
8
 Xəlilov A. Ġlk Azərbaycan kitabı. Bakı, 1995, s. 16-17. 
9
 Mirəhmədov Ə. Bir neçə söz // Azərbaycan kitabı (biblioqrafiya). Üç cilddə. I 
c. Tərtib edəni: Ə.Y.Əliyev. Bakı, 1963, s.XXX.
 
10
 Daha ətraflı bax: ġahmərəsi  P.Z. Qarabağnamə: əz ədvari-kohən ta doureyi-
müasir. Tehran, 1389, s.250-252. 
11
 Mirəhmədov Ə. Bir neçə söz // Azərbaycan kitabı (biblioqrafiya). Üç cilddə. I 
c. Tərtib edəni: Ə.Y.Əliyev. Bakı, 1963, s.XXXIX. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə