Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə3/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   2   3   4   5   6   7   8   9   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 

 
Sovet hakimiyyəti illərində respublikamızda nəĢriyyatçılıq sa-
həsində bir sıra yeniliklər meydana gəldi. 1922-ci ildə “Bakı Fəh-
ləsi NəĢriyyatı”, 1924-cü ildə isə “Azərbaycan Dövlət NəĢriyyatı” 
yaradıldı. 1925-ci ildə “Bakı Fəhləsi” və Azərbaycan Dövlət NəĢ-
riyyatı  “AzərnəĢr”  adı  altında  birləĢdirildi.  1960-80-ci  illərdə  Ba-
kıda  böyük  poliqrafiya  müəssisələri  –  kitab  kombinatı  və  “Kom-
munist”  nəĢriyyatı  üçün  yeni  binalar  tikilib  istifadəyə  verildi, 
“Elm”,  “Maarif”,  “Gənclik”,  “ĠĢıq”,  “Yazıçı”  nəĢriyyatları  yara-
dıldı
12

XX əsrin 20-ci illərindən baĢlayaraq, demək olar ki, 70 il ər-
zində  kitab  sənayesi  ilk  növbədə  kommunist  ideologiyasına  xid-
mət etmiĢdir. Lakin onu da qeyd etmək lazımdır ki, bu dövrdə nəĢ-
riyyat  sektoru  heç  də  təkcə  mənfi  yönləri  ilə  yadda  qalmamıĢdır. 
Z.Əliyeva  sovet  dövründə  kitab  nəĢrini  təhlil  edərkən  yazır:  “Bu 
dövrdə  respublikamızda  poliqrafiya  sənayesi  xeyli  inkiĢaf  etmiĢ, 
kitabların bədii tərtibatı xeyli yaxĢılaĢmıĢ, nəĢriyyat və poliqrafiya 
sahəsində  peĢəkarlar  ordusu  yetiĢmiĢdi.  Buna  görə  də  70  illik  ki-
tab mədəniyyəti dövrünə birmənalı yanaĢmaq olmaz”
13
.     
Azərbaycanda XX əsrin 80-cı illərinin sonuna qədər nəĢriy-
yat  və  poliqrafiya  iĢi  bütövlükdə  dövlətin  əlində  cəmlənmiĢdi  və 
onun  tərəfindən  tənzimlənirdi.  R.Ġsmayılov  XX  əsrin  sonunda 
Azərbaycanda  nəĢriyyat  iĢini  təhlil  edərkən  yazır  ki,  80-cı  illərin 
sonunda ilk özəl kooperativ nəĢriyyatlar yaranmıĢdı. Heç bir uzun-
müddətli  nəĢr  planı  tutmayan,  sadəcə  olaraq  “bazara  iĢləyən”  bu 
nəĢriyyatlar  oxucunun  nəbzini  tez  bir  zamanda  tutdular  və  dövlət 
nəĢriyyatlarından fərqli olaraq, onun yeni informasiyaya olan ehti-
yacını çevik Ģəkildə ödəməyə  baĢladılar. 90-cı illərin ortalarından 
kitab nəĢri sahəsində durğunluq baĢladı. 80-cı illərin sonu – 90-cı 
illərin əvvəllərində ilkin kapital və təcrübə əldə etmiĢ, kiçik də ol-
                                                           
12
 ASE, VII c., s.235-236. 
13
 Azərbaycanda nəĢriyyat iĢi. – Bakı: Yeni nəsil, 2000, s. 75. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 

 
sa öz poliqrafiya və nəĢriyyat  bazasını  yaratmıĢ  özəl  nəĢriyyatlar 
yeni duruma uyğunlaĢmalı oldular
14

Hal-hazırda  respublikamızda  “Elm”,  “Təhsil”,  “Azərbaycan 
Milli  Ensiklopediyası”  Elmi  Mərkəzi,  “Azərbaycan”,  “Aspoliq-
raf”,  “Elm  və  təhsil”,  “Nurlan”,  “ġərq-Qərb”,  “Nafta-Press”, 
“Adiloğlu”, “Altun  kitab”, “ÇaĢıoğlu”, “BeĢik”,  “Tutu”  və baĢqa 
nəĢriyyatlar fəaliyyət göstərməkdədir. 
Azərbaycanda kitab nəĢri vəziyyətini nəzərdən keçirdikdə üç 
səciyyəvi xüsusiyyət diqqəti cəlb edir. Belə ki, bəzi kitabların nəĢ-
ri dövlət tərəfindən maliyyələĢdirilir. Buraya AMEA institutların-
da  həyata  keçirilən  tədqiqatlar,  ibtidai  sinif  dərslikləri,  görkəmli 
Ģəxsiyyətlərin və tarixi hadisələrin yubileyləri ilə bağlı nəĢrlər da-
xildir. Bir çox kitablar müəlliflərin öz vəsaitləri hesabına çap olu-
nur.  Bu  cür  kitablar  əksəriyyət  təĢkil  edir.  Bir  qisim  kitablar  isə 
sponsorların, eləcə də xarici Ģirkət və səfirliklərin vəsaiti  hesabına 
nəĢr edilir. 
ĠnkiĢaf etmiĢ ölkələrin kitab bazarında naĢir kitabın nəĢrinə 
baĢlamazdan öncə ehtimal olunan qiymət və tiraj ilə bağlı marke-
tinq araĢdırmaları aparır, kitab satıĢı Ģirkətlərindən sifariĢ yığır və 
beləliklə, öz kommersiya riskini minimuma endirir. 
Azərbaycanda kitab  nəĢri  "NəĢriyyat iĢi haqqında" qanunla  
və bir sıra  digər qanunların müvafiq maddələri ilə tənzimlənir. Ġs-
tənilən Ģəxs "Hüquqi Ģəxslərin dövlət qeydiyyatı haqqında" Azər-
baycan  Respublikasının   Qanununa   uyğun  olaraq  nəĢriyyat  aça 
bilər.  NəĢriyyat-poliqrafiya  fəaliyyəti  ilə   məĢğul  olmaq  üçün  li-
senziya almaq lazımdır. 
Sovet  dövründə kitab  yayımı vahid  sistemə malik idi. Keç-
miĢ Mətbuat və Ġnformasiya Nazirliyinin "Azərkitab" Kitab Tica-
rəti  Ġdarəsi  Ģəhər  yerlərində,  "Azərittifaq"ın  "Kəndkoopkitab" Ki-
tab  Ticarəti  Ġdarəsi  isə  kənd  yerlərində  kitab  satıĢı  ilə   məĢğul 
olurdu.  Kitabxana  Kollektoru  respublikadakı  kitabxanaları kitabla 
                                                           
14
 Azərbaycanda nəĢriyyat iĢi. – Bakı: Yeni nəsil, 2000, s. 78. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
10 
 
təmin edirdi. Bazar iqtisadiyyatına keçid dövründə bu sistem iflasa 
uğradı. "Azərkitab"ın  mağazalarının əksəriyyəti özəlləĢdirildi  və 
öz profilini dəyiĢdi. 
Hazırda kitab yayımı ilə ya nəĢriyyatlar, ya da kitab müəllif-
ləri  özləri məĢğul  olurlar. NəĢriyyatların,  çox az qisminin  öz ma-
ğazası var.  
Hal-hazrda  marketinq  və  reklam  iĢi  ilə  “Kitab  Klubu”  məĢ-
ğul olur. “Kitab Klubu” 2003-cü ildə yaradılmıĢdır. Klubun məq-
sədi  Azərbaycanda  nəĢriyyat  iĢinin  səmərəli  qurulması  və  kitab 
bazarının  normal  qaydalar  üzrə  iĢləməsinə  yardım  göstərməkdir. 
Birinci  növbədə  kitab  bazarının  vəziyyəti  öyrənilməli,  bu  barədə 
məlumatları naĢirlərə və müəlliflərə,  yeni nəĢr olunmuĢ və oluna-
caq kitablar haqqında informasiyanı isə potensial oxuculara çatdı-
rılmalıdır. Bunu həyata keçirmək üçün kitab bazarının öyrənilməsi 
məqsədilə  sorğular  aparılmalı,  yeni  kitab  kataloqları  buraxılmalı 
və  yayılmalı,  kitab  sərgiləri  təĢkil  edilməli,  yeni  kitabların  təqdi-
matı,  müzakirəsi,  müəlliflərlə  görüĢlər  keçirilməli,  müəlliflərə  ki-
tabın tərtibatı və çapında yardım göstərilməli, yeni kitabların satıĢı 
üçün sifariĢlər toplanılmalı, kitab iĢi üzrə mütəxəssislərin və müəl-
liflərin iĢtirakı ilə vaxtaĢırı görüĢlər, seminarlar, konfranslar keçi-
rilməli,  ölkələrin kitab klubları və kitabxanaları  ilə kitab mübadi-
ləsi, kitabxana və oxu zalı xidməti göstərilməlidir
15

Azərbaycanda  oxucu  kütləsini Ģərti  olaraq  üç  qrupa  ayırmaq 
olar: 

 
Həm  kiril,  həm  də  latın  qrafikasında  sərbəst  oxuya  bilən-
lər.  Bunların  xüsusi  çəkisi  azdır  və  buraya  hər  cür  yaĢ 
qrupundan oxucu daxildir; 

 
Yalnız kiril əlifbasında sərbəst oxuyanlar. Bu qrupa nisbə-
tən yaĢlı nəslin nümayəndələri aiddir. 
                                                           
15
 http://www.kitabklubu.org/ 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə