Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə7/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   2   3   4   5   6   7   8   9   10   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
21 
 
həcmi, informasiyanın əlamətləri və s. asılı olmayaraq nəĢri xarak-
terizə edir.  
QOST  7.60-90  standartına  görə,  nəĢrlər  aĢağıdakı  növlərə 
ayrılır: 
 
 
 
Məqsəd təyinatına görə 
Rəsmi,  elmi,  elmi-kütləvi,  istehsalat-
praktik,  normativ  istehsalat-praktik, 
tədris,  siyasi-kütləvi,  soraq-məlumat, 
reklam, ədəbi-bədii nəĢrlər 
Ġnformasiyanın analitik 
iĢlənmə dərəcəsinə görə 
Ġnformativ, biblioqrafik, referativ və ic-
mal nəĢrləri 
Ġnformasiyanın iĢarəvi 
xüsusiyyətlərinə görə 
Mətnli, not, kartoqrafik, izonəĢrlər 
Material 
konstruksiyasına görə 
Kitab, jurnal, vərəqə, qəzet, buklet, pla-
kat, açıqca, oyuncaq kitab 
Həcminə görə 
Kitab, broĢura, vərəqə 
Əsas mətnin tərtibinə 
görə 
MononəĢrlər, toplular 
Dövriliyinə görə 
Dövri olmayan, seriyalı, dövri, ardı da-
vam edən nəĢrlər 
 
 
 
 
Strukturuna görə 
Seriyalı,  bir  cildli,  çox  cildli,  seçilmiĢ 
əsərlər,  əsərlər  toplusu,  monoqrafiya, 
avtoreferat,  preprint,  konfrans  tezisləri, 
konfrans  materialları,  elmi  əsərlər  top-
lusu,  təlimat,  standart,  preyskurant, 
əyani  vəsait,  dərslik,  dərs  vəsaiti,  təd-
ris-metodik  vəsait,  proqram,  lüğət,  en-
siklopediya,  danıĢıq  kitabçası,  bələdçi, 
kataloq,  albom,  atlas,  afiĢa,  elmi-bədii 
nəĢrlər,  almanax,  antologiya,  dövri 
nəĢrlər  
 
 
 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
22 
 
 
Ədəbiyyat 
 
CoĢkun  S.  Edebiyat  sosyolojisi  araĢtırmaları  için  bir yöntem  dene-
mesi / Edebiyat sosyolojisi. – Ankara, Hece yayınları, 2004. 
Rüstəmov T. Ədəbi redaktənin nəzəriyyə  və təcrübəsi. Bakı,  1981, 
165 s. 
Umudlu Ġ. Kitab nəĢri bu gün. Bakı, 2004, 322 s.  
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. - 
Москва, Издательство МГУП., 2002, 468 с. 
Антонова  С.,  Соловьев  В.  Редактирование.  Общий  курс.  - 
Москва: Издательство МГУП, 1999, 256 с. 
ГОСТ 7.60-90. «Издания. Основные виды. Термины и определе-
ния». Типология изданий, М., 1990. 
Редактирование  отдельных  видов  литературы  /  Под  ред.  Н. 
Сикорского. – Москва: Книга, 1987. 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
23 
 
 
II FƏSĠL 
ELMĠ NƏġRLƏR: 
 MAHĠYYƏTĠ, TĠPOLOJĠ ƏLAMƏTLƏRĠ VƏ 
NÖVLƏRĠ 
 
NəĢriyyat iĢinin nəzəriyyə və təcrübəsində elmi nəĢr dedikdə 
nəzəri və eksperimental tədqiqatların nəticələrini əhatə edən əsər-
lər  nəzərdə  tutulur.  Bütövlükdə  elmi  əsərlərin  məzmununu  elm 
təĢkil edir. Elmi nəĢrlərin məqsəd təyinatı funksional xüsusiyyəti-
nin məcmusu ilə xarakterizə olunur. Elmi nəĢrlərin əsas funksiya-
larından  biri  də  elmi  dərketmənin  nəticələrinin  möhkəmləndiril-
məsidir. Elmi iĢin nəticələri rəsmiləĢməyibsə, o, tamamlanmıĢ he-
sab  olunmur.  Elmi  kitab  alimlər,  tədqiqatçılar  arasında  effektiv 
qarĢılıqlı  informasiya  vermə  və  ünsiyyət  vasitəsi  hesab  olunur. 
Elmi kitab tədqiqatçıların, tələbələrin, mütaliə obyektidir. Elmi ki-
tabın  oxucu auditoriyasının  müxtəlifliyi  onun  nəĢrə  hazırlanması-
na  təsir  göstərməməlidir.  Belə  ki,  oxucu  elmi  kitabı  öz  elmi  im-
kanlarını nəzərə alaraq mənimsəməlidir.  
Müasir  dövrdə  elmi  nəĢrlərin  konkret  növ  sırası  müəyyən 
edilmiĢdir. Ġnformasiyanın xarakterinə görə elmi nəĢrlər monoqra-
fiya,  dissertasiya  avtoreferatları,  elmi  konfrans  (simpozium)  mə-
ruzələrinin  tezisləri,  konfrans  materialları,  elmi  əsərlər  məcmuə-
sinə ayrılır. 
Monoqrafiya (fran. monographie)
 
bir problemin həllinə həsr 
olunmuĢ,  bir  və  ya  bir  neçə  müəllif  tərəfindən  hazırlanmıĢ  elmi 
nəĢrdir. Məzmununa görə monoqrafiya fundamental elmi əsər he-
sab  olunur.  Monoqrafiya  elmi  profilli  mütəxəssislər,  pedaqoqlar, 
elmi  və  tətbiqi  sahələrlə  məĢğul  olan  tədqiqatçılar  üçün  nəzərdə 
tutulur.  
Elmi əsərlər toplusu tədqiqat, araĢdırma materiallarını əhatə 
edən  əsərlərdən  təĢkil  olunmuĢ  elmi  nəĢrdir.  Elmi  əsərlər  toplu-
sundakı  əsərlərin  janr  tərkibi  müxtəlif  olur.  Buraya  məqalə,  refe-


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
24 
 
rat,  tezis,  bildiriĢ  daxildir.  Onları  məzmunun  elmi  xarakter  daĢı-
ması  birləĢdirir.  Buradakı  əsərlərdə  tematik  cəhətdən  bir-biri  ilə 
bağlı  olan  tamamlanmıĢ  tədqiqat  nəticələri,  ilkin  nəticələr,  eləcə 
də diskussiya materialları yer ala bilər. Bu əsərlərin oxucu dairəsi 
monoqrafiyaya nisbətən geniĢdir və elmi nəĢrlərin əsas oxucu ka-
teqoriyalarını  əhatə  edir.  Bunlara  misal  olaraq  AMEA  Məruzələ-
rini, AMEA Xəbərləri, Bakı Universitetinin Xəbərlərini göstərmək 
olar.    
Elmi əsərlər toplusu birdəfəlik, ardı davam edən, müəllifli (1 
müəllifli), kollektiv və  yubileylərə həsr olunur. Ardı davam edən 
toplular daha geniĢ yayılmıĢdır. Bunlar müxtəlif adlar altında iĢıq 
üzü görürlər (Elmi əsərlər, xəbərlər, materiallar və s). 
Dissertasiya avtoreferatı elmi dərəcə almaq üçün iddiaçı tə-
rəfindən yazılmıĢ dissertasiyanın qısa məzmununun əhatə edən re-
feratdır. Avtoreferat  müdafiəyə təqdim  olunmuĢ  iĢlə ilkin  tanıĢlıq 
üçün  nəzərdə  tutulur,  dissertasiyanın  yazılması  zamanı  əldə  edil-
miĢ nəticələri əhatə edir və əlyazması hüququnda olur. Avtorefera-
tın üz qabığında dissertasiyanı müdafiəyə qəbul edən dissertasiya 
Ģurasının olduğu təĢkilatın adı, iddiaçının adı atasının adı və soy-
adı,  ixtisasın  Ģifri  və  adı,  Ģəhərin  adı  və  il  göstərilməlidir  (Əlavə 
5).  Üz  qabığının  arxasında  isə  dissertasiyanın  yerinə  yetirildiyi 
təĢkilatın adı, elmi rəhbərin adı, rəsmi opponentlər, aparıcı təĢkila-
tın adı qeyd olunur, müdafiənin hansı tarixdə, hansı Ģurada keçiri-
ləcəyi və avtoreferatın göndərildiyi tarix yazılır. AAK əsasnaməsi-
nə görə, doktorluq dissertasiyasının avtoreferatı iki çap vərəqi (32 
səhifə), namizədlik dissertasiyasının avtoreferatı isə bir çap vərəqi 
(16  səhifə)  həcmində,  A5  formatda  (210x148  mm),  11  Ģrift 
olmalıdır
30
.   
                                                           
30
 Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında əsasnamə. 
Bakı, 2003, s. 51. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə