Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə8/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
25 
 
Avtoreferat  məhdud  tirajla  nəĢr  olunur  və  Ali  Attestasiya 
Komissiyasının  müəyyən  etdiyi  siyahı  ilə  müəyyən  müəssisələrə 
və mütəxəssislərə göndərilir.  
Elmi konfrans məruzələrinin tezisləri toplu Ģəklində çap olu-
nan elmi nəĢrdir. Referat, məruzə annotasiyaları və s. materialları 
əhatə edir və konfransa qədər çap olunur. Tezisin məzmununu mə-
ruzədə irəli sürülmüĢ fikir və ideyalar təĢkil edir. Tezisin məqsədi 
konfrans  iĢtirakçılarını  məruzələrin  tematikası  və  əsas  məzmunu 
ilə tanıĢ etməkdir. Tezislər əsasən əvvəlcədən konfrans iĢtirakçıla-
rına göndərilir və ya konfransda paylanır.  
Konfrans  materialları  birdəfəlik  topludur.  Konfransın  nəti-
cələrini əhatə edir və məruzələr, çıxıĢlar, konfrans qərarları əsasın-
da  nəĢr  olunur  (Əlavə  17,  18,  19,  20).  Konfrans  materiallarının 
çap  olunmasında  məqsəd  informasiyanın  yayılması  və  gələcək 
tədqiqatlara köməkdir. 
Strukturundan asılı olaraq, elmi nəĢrlər aĢağıdakı növlərə ay-
rılır:  seriya  (seriyalı  nəĢrlər),  bircildli  nəĢrlər,  çoxcildli  nəĢrlər, 
əsərlər toplusu, seçilmiĢ əsərlər. 
 
Hazırlıq mərhələsində redaktor işinin metodları  
 
Elmi  nəĢrlərin  tematikası  elmin  özü  kimi  müxtəlifdir.  Elmi 
kitabın  repertuarının  formalaĢdırılmasına  aĢağıdakılar  təsir  göstə-
rir: 
NəĢrin mahiyyəti, təbiəti – müəllif orijinalının plan iĢinin nə-
ticəsi və ya nəĢriyyatın sifariĢi, yaxud müəllifin öz istəyi ilə hazır-
lanması ilə Ģərtlənir;  
Oxucu mühitindəki vəziyyət (elmi kommunikasiya sistemin-
də); 
Kitabın istifadə mühitində, eləcə də satıĢda mövcudluğu; 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
26 
 
Maliyə, iqtisadi və maddi imkan və Ģərait
31

Elmi kitabın nəĢriyyat repertuarı obyektiv və subyektiv fak-
torlarla Ģərtlənir. Belə ki, elmi kitab elmin məhsuludur, elmi dərk-
etmə vasitəsidir və elmin inkiĢafı üçün vacibdir.  
Hazırlıq  mərhələsində  redaktor  tərəfindən  yerinə  yetirilmiĢ 
təĢkilati-marketinq  iĢinin  nəticələri  tematik  planın  əsasını  təĢkil 
edir.  Tematik  planlaĢdırma  elmi  kitab  nəĢri  sistemində  nəĢriyyat 
iĢinin ümumi prinsipləri, kitab nəĢrinin bazar münasibətləri ilə xa-
rakterizə olunan müasir Ģərtləri, elmi kitabın xüsusiyyətləri və elə-
cə də sosial rolu ilə müəyyən olunur.  
Tematik plan elmi kommunikasiyanın inkiĢafında və forma-
laĢdırılmasında  böyük  əhəmiyyəti  olan  proqramdır.  Plan  vasitəsi 
ilə məzmun, istiqamət, həcm və nəĢriyyatın müvəqqəti iĢ göstəri-
ciləri,  elmi  kitabın  yaradılmasında  iĢtirak  edən  müəllif,  redaktor, 
rəssam və s. nəĢriyyat mütəxəssis heyəti müəyyən olunur. 
 
Elmi əsər üzərində redaktor işi 
 
Elmi  əsərdə  elmi  kommunikasiya  elementi  kimi  araĢdırma-
nın predmeti, məqsədi, vəzifələri, onun xarakteri, metodu və nəti-
cəsi əksini tapmalıdır. Elmi əsərin əhəmiyyətinin və janr spesifika-
sının nəzərə alınması elmi əsərin redaktor hazırlığının vacib Ģərtlə-
rindən  hesab  olunur.  Elmi  kitab  nəĢri  praktikasında  redaktor  mo-
noqrafiya,  elmi  məqalə,  məruzə,  məruzə  tezisi,  resenziya  kimi 
janrlarla iĢləyir. 
Monoqrafiya nüfuzlu elmi əsər janrına aiddir. Monoqrafiya-
da hər hansı elmi problem geniĢ və aydın Ģəkildə araĢdırılır və el-
mi problemi, vəzifələri, sualları əks etdirir. Müəllifin Ģəxsiyyəti və 
                                                           
31
 Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. - Москва, 
Издательство МГУП., 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
27 
 
elmi nüfuzu da monoqrafiyanın elmi-kommunikativ əhəmiyyətinə 
təsir edir və onu əsərin redaktəsində nəzərə almamaq olmaz.  
Elmi  məqalə  janrının  özünəməxsus  xüsusiyyətləri  var  və 
onlar bir neçə növə ayrılır. Bunlardan əsası analitik məqalədir. Bu 
zaman müəyyən elmi metodun iĢlənməsi ilə ilkin informasiya əsa-
sında araĢdırma aparılmalıdır. Məqalə kiçik həcmli əsərdir (1 mü-
əllif vərəqi həcminə qədər). Məqalənin məqsəd təyinatı elmi sual-
ları  açıqlayan  faktların  hərtərəfli  analizidir.  Məqalədə  qarĢılıqlı 
əlaqə,  qarĢılıqlı  asılılıq  və  faktların  əhəmiyyəti,  dəlil  gətirilmiĢ 
faktlar  və  əsaslandırılmıĢ  nəzəri  ümumiləĢdirmələr,  məntiqi  nəti-
cələr və praktik məsləhətlər əhatə olunur. Məqalə dövri və ardı da-
vam edən nəĢrlərdə çap oluna bilər. Prinsipcə məqalə kiçik həcmli 
monoqrafiya kimi hazırlanır. Məqalə biblioqrafik siyahı və biblio-
qrafik sitatlarla təmin olunur.  
NəĢrin konsepsiyasının reallaĢdırılması, əsərin müəllif oriji-
nalın  qiymətləndirilməsi  analizindən  baĢlayaraq  redaktor  tərəfin-
dən həyata keçirilir. Müəllif orijinalının qiymətləndirilməsi zama-
nı ümumelmi məlumat dərketmə və təhlil olunan əsərin aid olduğu 
sahədəki elmi vəziyyəti və oxucuların informasiya-kommunikativ 
sorğularının  öyrənilməsi  tələb  olunur. Müəllif  orijinalının düzgün 
və  hərtərəfli  qiymətləndirilməsi  üçün  redaktorun  elmi  rəyçi  və 
məsləhətçilərin köməyinə əsaslanması vacibdir.  
Redaktor  mövzu  aktuallığının  və  onun  seçilməsinin  nə  ilə 
əsaslandırıldığına diqqət yetirməlidir. Redaktor mövzunun aktual-
lığını qiymətləndirərkən plan-prospektdə nəzərdə tutulmuĢ sualla-
rın müəllif orijinalında dəqiq və dolğun əks olunmasını müəyyən 
etməlidir. Onu da nəzərə almaq lazımdır ki, plan-prospektin tutul-
masından, əsərin yazılmasına qədər müəyyən zaman keçir və əsər-
də bəzi dəyiĢikliklər də ola bilər.  
Müəllif  orijinalının  qiymətləndirilməsinin  ilkin analizi  mər-
hələsində redaktor yenidən hazırkı nəĢrin iĢıqlandırılan mövzudakı 
ədəbiyyat çeĢidində hansı yeri tutduğunu aydınlaĢdırmalıdır. Buna 
görə həmin mövzuda nə zaman və hansı kitabların nəĢr olunması, 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə