Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə9/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   5   6   7   8   9   10   11   12   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
28 
 
hansıların  satıĢda  mövcudluğu,  hansıların  nəĢrə  hazırlandığı  mə-
lum olmalıdır .  
Mövzunun iĢlənməsi analiz edilərkən elmi əsərin spesifikası 
nəzərə alınaraq, redaktənin nəzəriyyə və təcrübəsində tətbiq edilən 
ümumi kriteriyalardan istifadə edilməlidir. Redaktor nəĢr üzərində 
iĢləmək  üçün  materialının  elmiliyini,  həqiqiliyini,  etibarlılığını, 
inandırıcılığını,  dolğunluğunu, əsərin  strukturunu, onun  quruluĢu-
nun  məntiqini,  dil-stilistik  keyfiyyətlərini  qiymətləndirməlidir. 
Konkret  elmi  əsərin  redaktə  metoduna  onun  janr  xüsusiyyətləri, 
müasir elmin müxtəlif sahələrə ayrılması və s. təsir göstərir. Spe-
sifik xüsusiyyətləri baxımından əsərin müxtəlif elm sahələrinə gö-
rə redaktəsi fərqləndirilir: təbiət, ictimai, texniki.  
Elmi əsərin məzmununun əsasını faktlar təĢkil edir. Fakt sö-
zü latınca “edilmiĢ”, “baĢ vermiĢ” mənasını ifadə edir. Fakt mate-
rialına xüsusi adlar, tarixlər, coğrafi adlar, rəqəmlər, faktlar (görül-
müĢ  iĢlər,  baĢ  vermiĢ  hadisələr  və  s.  haqqında  məlumat),  sitatlar 
daxildir
32
.  Elmi  fakt  obyektiv  faktın  insan  beynindəki  inikasıdır. 
Elmi faktlar nəzəri mühakimələrin əsasını təĢkil edir. Faktlar təd-
qiqatın  nəticələrini  əsaslandırır,  alınmıĢ  nəticələrin  elmi  əhəmiy-
yətini və onun  yeniliyini Ģərtləndirir. Faktlar  analiz edilərkən nə-
zərə  alınmalıdır  ki,  həqiqi  elm  gerçək,  dəqiq  faktların  əsasında 
mövcuddur və inkiĢaf edir. Redaktor nəticə və konsepsiyalar üçün 
əsas götürülən faktların bunlara verilən metodoloj tələblərə nə də-
rəcədə uyğun olduğunu və müəllifin istifadə etdiyi hər cür faktla-
rın dəqiqliyini və dürüstlüyünü yoxlamalıdır
33

Redaktə  zamanı  elmi  əsərin  məzmun  və  forma  vahidliyinin 
həmahəngliyini  təmin  etmək  üçün  onun  struktur  analizi  böyük 
əhəmiyyət  kəsb  edir.  Əsərin  strukturu  üzərində  iĢ,  onun  mükəm-
məlləĢdirilməsi redaktə prosesində kifayət qədər vacib və məsuliy-
yətli iĢdir. Bu proses əsəri dərindən dərk etməyi tələb edir. Əsərin 
                                                           
32
 Rüstəmov T. Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi. Bakı, 1981, s. 71. 
33
 Мильчин А. Методика редактирования текста. Москва, 1980, s. 169. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
29 
 
strukturu üçün əsas tələb odur ki, material dəqiq plan üzrə Ģərh və 
izah  edilsin.  Belə  ki,  elmi  əsərin  strukturu  tədqiqatın  məqsədinə 
necə nail olunduğunu aydın göstərmək imkanını təmin etməlidir.  
Bu  nöqteyi-nəzərdən  elmi  nəĢrlərin  əsasını  təĢkil  edən  mo-
noqrafiya,  məqalə,  məruzə  kimi  elmi  əsərləri  strukturuna  görə  üç 
hissəyə ayırmaq olar: giriş, əsas və nəticə. Qeyd olunanlardan hər 
biri məqsəd, tərtib və məzmun dolğunluğuna malikdir.  
Girişdə əsasən mövzunun aktuallığı, tədqiqatın məqsədi, təd-
qiq  tarixi,  elmi-metodoloji  əsası,  mənbələri,  əhəmiyyəti,  və  s. 
əsaslandırılır.  
Əsas  hissədə  problemin  öyrənilməsi,  tədqiq  tarixi,  tədqiqat 
prosesi və bu kimi elmi məsələlər əksini tapır. Əsas hissə informa-
siya  analizi  və  sintez  əsasında  yeni  elmi  biliklərin  formalaĢdırıl-
masına xidmət edir. Kitabın mətni hissə, bölmə, fəsil və paraqraf-
lara ayrıla bilər. BaĢlığın önündə nömrə, hərf iĢarəsi, cins göstəri-
cilərinin qoyulması iki məqsəd daĢıyır: 
1.
 
Oxucu üçün müxtəlif pilləli baĢlıqları kəskin Ģəkildə hü-
dudlamaq  və  bir  pillənin  rubrikasını  aydın  müəyyənləĢdir-
mək.  Oxucu  baĢlıqlara  aid  nömrə,  hərf  və  cins  iĢarələrinin 
köməyi  ilə  bu  və  ya  baĢlığın  hansı  pilləyə  aid  olduğunu 
asanlıqla müəyyənləĢdirir. 
2.
 
Mətndə  istənilən  hissəni,  baĢlığı  tapmağı  asanlaĢdırmaq 
(baĢlığın sözlərini təkrar etmədən yalnız onun nömrəsini, ya-
xud hərf və ya Ģriftin cins iĢarəsini göstərmək yetər)
34
.  
Nəticədə tədqiqatın məntiqinə uyğun nəticələr çıxarılır, töv-
siyələr verilir, gələcək tədqiqatlar üçün istiqamət göstərilir. 
Əsərin  strukturu  analiz  edilərkən  əsərdə  məsələlərin  dəqiq 
qoyuluĢu,  oxucu  ünvanının  nəzərə  alınıb-alınmadığı,  tədqiqatın 
nəticələrinin  necə  bölündüyünə  fikir  vermək  lazımdır.  Belə  ki, 
struktur  məzmunun oxucuya  tez,  dəqiq,  asan  çatdırılmasını  təmin 
etməlidir. 
                                                           
34
 Vəliyev Ġ. Redaktənin əsasları. – Bakı: 2009, s. 294. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
30 
 
Əsərin  müəllif  orijinalı  redaktor  tərəfindən  analiz  edilərkən 
onun müxtəlif hissələrinin əhəmiyyəti, mənası və onlar arasındakı 
əlaqə qiymətləndirilməlidir. Əmin olmaq lazımdır ki, mətn ikinci 
dərəcəli materiallarla  yüklənməyib. Əsas tələblərdən biri də odur 
ki,  material  dəqiq  plan  əsasında  ifadə olunsun.  Ġfadə planının bü-
tünlükdə  və  ayrı-ayrı  hissələrinin  qiymətləndirilməsi  redaktordan 
tələb olunur. Elmi əsərin giriĢ, əsas hissə və nəticə kimi bölmələrə 
ayrılması ilə kifayətlənmək olmaz. Ən azından əsas mətnin fəsillə-
rə,  bölmələrə,  paraqraflara,  abzaslara  bölünməsinin  nə  dərəcədə 
məntiqi olduğunu müəyyən etmək lazımdır. Rubrika sistemi elmi 
əsərin daxili strukturunun əyani forması hesab olunur. Müəllif tə-
rəfindən tərtib olunmuĢ rubrikasiyanı analiz etmədən qəbul etmək 
olmaz.  Ola  bilər  ki,  müəllifin  təqdim  etdiyi  mündəricatda  əsərin 
məzmunu tam əks olunmasın. Ona görə də redaktor müəllif oriji-
nalını  oxuyaraq  öz  planını  tərtib  etməlidir.  Beləliklə,  demək  olar 
ki, elmi əsərin strukturu məzmun və ifadə məntiqi ilə sıx bağlıdır.  
Əsərin əsasını mətn təĢkil edir və əsas informasiya daĢıyıcısı 
olan  mündəricat  da  ona  bağlıdır.  Nəzərə  almaq  lazımdır  ki,  mətn 
müfəssəllik,  tamlıq,  sistemlilik,  bağlılıq  kimi  cəhətlərə  malik  ol-
malıdır. 
Redaktə  zamanı  müxtəlif  Ģərh  metodlarının  istifadəsinin 
məqsədəuyğunluğunu  qiymətləndirilməlidir.  ġərh  əsasən    xüsusi-
dən ümumiyə – induktiv mühakimə, nəticə metodu, və ya ümumi-
dən xüsusiyə – deduktiv mühakimə metodu ilə aparılır
35
.  
ġərh  metodu  tədqiqatın  predmetinin  təbiəti,  informasiyanın 
xarakteri  və  oxucu  ünvanı  ilə  müəyyən  olunur.  Elmi  əsərlərdə 
məntiqi və tarixi ifadə metodlarından istifadə edilir. Birinci müəl-
lif  mühakiməsinin,  düĢüncəsinin  inkiĢafını,  gediĢini  izləməyə,  el-
mi tədqiqatın modelini yaratmağa, bu və ya digər obyekti hərtərəf-
                                                           
35
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  – 
Москва: 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə